Xəbər bülleteni №16


Azərbaycan tranzit yükdaşımada ucuzlaşmaya getdi



Yüklə 0,61 Mb.
səhifə9/27
tarix20.09.2017
ölçüsü0,61 Mb.
1   ...   5   6   7   8   9   10   11   12   ...   27

Azərbaycan tranzit yükdaşımada ucuzlaşmaya getdi


03.12.2015

Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurası Azərbaycandan Qazaxıstanın Aktau və Türkmənistanın Türkmənbaşı limanlarına istiqamətlənmiş iritonnajlı yük avtonəqliyyat vasitələri üçün tranzit gediş-gəliş xərclərini təqribən 40% aşağı salıb. Economy.gov.az-ın məlumatına görə, Bakı-Aktau-Bakı istiqamətləri üzrə dəniz yolu ilə daşıma tarifləri də 20%-dək aşağı salınıb və hər iki istiqamət üzrə birlikdə 2100 ABŞ dolları həcmində müəyyənləşdirilib. Bununla da hər bir iritonnajlı yük avtonəqliyyat vasitəsi üçün hər gediş-gəliş tranzit xərcləri hər iki istiqamət üzrə birlikdə təxminən 2600 ABŞ dolları olacaq.


Əlilliyə görə əmək pensiyasının orta aylıq məbləği 10 ildə nə qədər artıb?


03.12.2015

dsmf sonDövlət Sosial Müdafiə Fondunun hesabatına görə, ölkə üzrə əlilliyə görə əmək pensiyası alanların pensiyalarının orta aylıq məbləği 1 yanvar 2006-cı ildə 32,3 manat olduğu halda 1 dekabr 2015-ci ildə 149,09 manata çatıb. Hazırda I qrup gözdən əlillərin pensiyalarının orta aylıq məbləği isə 257,35 manatdır.

Əlilliyə görə əmək pensiyasının baza hissəsinin məbləği yaşa görə əmək pensiyasının baza hissəsinin məbləğinin I qrup əlillərə 120 faizi (I qrup gözdən əlillərə 200 faizi) həcmində müəyyənləşdirilib. Əmək pensiyasının baza hissəsinin üzərinə I qrup əlillərə və sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərə qulluq üçün yaşa görə əmək pensiyasının baza hissəsinin 10 faizi məbləğində, həmçinin öhdəsində əmək qabiliyyəti olmayan ailə üzvləri olan işləməyən I və II qrup əlillərə ailənin əmək qabiliyyəti olmayan hər üzvü üçün yaşa görə əmək pensiyasının baza hissəsinin 5% məbləğində əlavələr gəlir. Bu əlavələr 1 yanvar 2006-cı ilədək mövcud olmuş əvvəlki pensiya sistemi ilə təyin olunmuş əmək pensiyalarının da üzərinə yenidən hesablanıb.


Azərbaycan ordusunun giziri həlak olub


03.12.2015

Müdafiə Nazirliyinin 3 dekabr məlumatına görə, noyabrın 30-u axşam qoşunların təmas xəttində Silahlı Qüvvələrin hərbi qulluqçusu gizir Novruzov Fariz Əlabbas oğlu həlak olub. Hərbi Prokurorluğun apardığı araşdırmanın nəticəsi göstərib ki, gizir düşmən tərəfdən atılan güllənin sapması nəticəsində şəhid olub.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin yaxınlarına, əzizlərinə dərin hüznlə baş sağlığı verir və səbir diləyir!

Nazirlik bildirir ki, Ermənistan regiondakı çətin hərbi-siyasi şəraitdən öz xeyrinə istifadə etmək məqsədilə vəziyyəti bir qədər də gərginləşdirməyə çalışır. Silahlı Qüvvələrin bölmələri əməliyyat şəraitinə uyğun olaraq düşmənin fəallaşması cəhdinin qarşısının alınması və şəhidlərin qanının yerdə qalmaması məqsədilə zəruri tədbirlər həyata keçirəcək.


Hesabat: “Azərbaycanın Silahlı Qüvvələri çox yüksək korrupsiya riski ilə üz-üzədir”


03.12.2015

logoAzərbaycanın müdafiə sektoru çox yüksək korrupsiya riski ilə üz-üzədir. “Beynəlxalq Şəffaflıq” təşkilatının müdafiə və təhlükəsizlik proqramı çərçivəsində aparılmış yeni araşdırmaya əsaslanan hesabatında belə deyilir.

Transparency.az xəbər verir ki, araşdırma nəticəsində təşkilat “Hökumətlərin müdafiə sahəsində antikorrupsiya indeksi”ni hazırlayıb. Dünyada müdafiə sektorlarının korrupsiyaya meyl səviyyəsini qiymətləndirmək üçün 77 ballıq sorğudan istifadə edilib. 128 ölkənin korrupsiyaya qarşı hazırlıq səviyyəsi A-dan (aşağı risk) F-ə (böhranlı risk) qədər olan dərəcə əsasında sıralanıb. Azərbaycan Avropanın ən çox korrupsiya riski təhlükəsi altında olan ölkələrindən biri kimi E səviyyəsində qiymətləndirilib.

Hesabata görə, NATO-nun üzvü olan ölkələr arasında müdafiə sektorunun ən az korrupsiya riski ilə üz-üzə olduğu ölkə Böyük Britaniyadır. Britaniya “Hökumətlərin müdafiə sahəsində antikorrupsiya indeksi”ndə A qrupunda yeganə ölkədir. B qrupunda (korrupsiya riskinin aşağı olduğu ölkələr) Belçika, Kanada, Danimarka, Almaniya, Latviya, Norveç, Polşa, ABŞ qərarlaşıb. Bolqarıstan, Xorvatiya, Çex Respublikası, Fransa, Yunanıstan, Macarıstan, İtaliya, Litva və İspaniyanın müdafiə sektorunda korrupsiya riskinin səviyyəsi “orta” qiymətləndirilib (C qrupu). NATO üzvləri arasında müdafiə sektorunda korrupsiya riskinin yüksək olduğu ölkələr qrupunda (D qrupu) iki ölkənin adı var: Türkiyə və Portuqaliya.

NATO-nun tərəfdaş olduğu dövlətlərə gəlincə, burda Azərbaycan korrupsiya riskinin “ən yüksək” olduğu üç ölkədən biri kimi göstərilib. Digər iki ölkə Əfqanıstan və Özbəkistandır. Ermənistan və Ukrayna müdafiə sektorlarında korrupsiya riskinin “yüksək” olduğu ölkələr kimi göstərilib. Gürcüstandakı vəziyyət “orta” qiymətləndirilib.

Hesabatda qeyd olunur ki, Azərbaycanda 2012-2015-ci illər üzrə Korrupsiyaya Qarşı Milli Fəaliyyət Planı və son vaxtlar yüksək rütbəli hərbi qulluqçuların işdən azad olunması kimi həyata keçirilmiş islahatlar hələ ciddi nəticələr verməyib: “Azərbaycanda yüksək rütbəli hərbi qulluqçuların hesabatlılığı aşağı səviyyədədir, parlamentin müdafiə xərcləri və siyasəti üzərində güclü nəzarət imkanları yoxdur. Azərbaycanın müdafiə xərcləri 2015-ci ildə 27% artsa da, bu vəsaitlərin xərclənməsi qeyri-şəffaf olaraq qalır. Parlament müdafiə sahəsində olan xərclərin planlaşdırılmasında cüzi rol oynayır, hərbi büdcə üzrə daxili və kənar auditlər keçirilmir, audit nəticələri ictimaiyyətə açıqlanmır”.

Ermənistanda referenduma 4 milyon dollaradək pul xərclənib


03.12.2015

ermenistan mskErmənistanda dekabrın 6-da keçiriləcək konstitusiya islahatı referendumu ilə bağlı yeni statistika yayılıb. Novator.az xəbər verir ki, 2 milyon 554 min vətəndaşın səs verməsi üçün 1997 seçki məntəqəsi formalaşdırılıb. Ölkənin xaricdəki diplomatik və konsulluq xidmətlərində işləyən 265 vətəndaş isə elektron səsvermədə iştirak edəcək.

Ermənistan hökuməti referendumun keçirilməsinə 3 milyon 300 min ABŞ dolları ayırıb. Seçici siyahılarının tərtib olunması və digər təşkilatı işlərin görülməsi üçün polis 443 min dollar xərcləyib.

Referendumu 6 beynəlxalq və 18 yerli müşahidə orqanı izləyəcək. MSK-da Ermənistanın 18 ictimai təşkilatından 3 min müşahidəçi qeydiyyata alınıb.

Referendum prezident-parlament respublikasından parlament respublikası idarə üsuluna keçidi nəzərdə tutur.

Sənədə görə, dövlət başçısını – Ermənistan prezidentini parlament 7 il müddətinə seçəcək. Eyni şəxs yalnız bir dəfə prezident seçilə bilər.

Konstitusiya islahatı layihəsinə əsasən, Ermənistanda icra hakimiyyəti və dövlət idarəçiliyi sisteminə ümumi rəhbərliyi hökumət həyata keçirəcək. Silahlı Qüvvələr hökumətə tabe olacaq, müharibə vaxtı ali baş komandan vəzifəsinin icrası da baş nazirə keçəcək. Baş nazir postuna prezident parlament seçkisində qalib gəlmiş partiyanın nümayəndəsini təyin edəcək.

Layihəyə görə, 101 yerlik parlament proporsional sistemlə formalaşacaq. Nəzərdə tutulan islahata əsasən, parlament seçkisində heç bir partiya hökumət qurmaq üçün çoxluq əldə edə bilməsə, ilk iki sırada qərarlaşan partiyalar arasında ikinci tur keçiriləcək, həmin turun qalibi əlavə mandatlar alacaq. Müxalifətin ən çox etiraz etdiyi bu müddəadır. Bəzi partiyalar hesab edir ki, parlament seçkilərində ikinci tur çoxpartiyalı sistemi çökdürə bilər. Paytaxt Yerevanda bir qrup müxalif dekabrın 1-dən oturaq aksiya keçirməklə konstitusiya islahatı referendumunun əleyhinə çıxır.




Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   27


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə