Xəbər bülleteni №18


Hakim partiya seçkidə yarımçıq qələbə qazandı



Yüklə 0,63 Mb.
səhifə2/30
tarix17.10.2017
ölçüsü0,63 Mb.
#5151
1   2   3   4   5   6   7   8   9   ...   30

Hakim partiya seçkidə yarımçıq qələbə qazandı


21.12.2015

ispan 1
İspaniyada dekabrın 20-də keçirilmiş parlament seçkisinin ilkin nəticələri açıqlanıb. Transparency.az xəbər verir ki, hakim Xalq Partiyası 350 yerlik aşağı palataya 123 mandat əldə edərək seçki yarışından birinci çıxıb. Sosialist Fəhlə Partiyası 90, Podemos Partiyası 69, Vətəndaşlar Partiyası 40 mandat götürüb. Qalan yerlər isə bir neçə kiçik partiya arasında bölüşdürülüb.

Yuxarı palataya seçkidə də Xalq Partiyası üstün olub. Bu qurum 208 boş yer uğrunda mübarizədə 124 senator kürsüsü qazana bilib. Sosialist Fəhlə Partiyası 47, Podemos Partiyası 16 yer əldə edib.

Aşağı palataya seçkinin nəticəsinə görə, heç bir partiyanın təkbaşına hökumət qurmaq imkanı yoxdur və koalisiya danışıqları başlamalıdır.

Manat son 10 ildə


21.12.2015

manat 1Dekabrın 21-də Mərkəzi Bank üzən məzənnə rejiminə keçilməsi barədə qərar qəbul edib. Qərara əsasən, manatın məzənnəsi başlıca olaraq valyuta bazarında tələb və təklifin nisbətini müəyyən edən fundamental amillərin təsirinə uyğun olaraq formalaşacaq, Mərkəzi Bankın valyuta bazarında iştirakı isə bu rejimə uyğun həyata keçiriləcək.

Qərarın ardınca rəsmi kurs 1 dollara qarşı 1 manat 55 qəpik olub.

Transparency.az bildirir ki, bu günə olan kurs son 10 ilin ən yüksək göstəricisidir. 2005-2012-ci illərdə 1 dolların orta qiyməti belə olub:

2005-ci il — 0,9459 manat

2006-cı il — 0,8927 manat

2007-ci il — 0,8579 manat

2008-ci il — 0,8216 manat

2009-cu il — 0,8038 manat

2010-cu il — 0,8026 manat

2011-ci il — 0,7897 manat

2012-ci il — 0,7856 manat.

2013-cü ilin dekabrından 2015-ci ilin yanvar ayına kimi 1 dollara orta hesabla 0,7844 manat düşüb. 2015-ci ilin fevral ayında, devalvasiyaya qədər manatın dollara nisbətdə orta məzənnəsi 0,8605 manat həcmində qərarlaşıb.

Mərkəzi Bankın İdarə Heyətinin 21 fevral 2015-ci il qərarı ilə 1 ABŞ dollarının rəsmi məzənnəsi 1 manat 5 qəpik səviyyəsində müəyyən edilib.

Son 10 ilin orta məzənnələri

Blatter və Platini 8 il müddətinə futboldan uzaqlaşdırıldılar


21.12.2015

blatter ve platini 1
FİFA-nın Etika Komitəsinin Arbitraj Palatası dekabrın 21-də FİFA prezidenti Yozef Blatteri və UEFA prezidenti Mişel Platinini 8 il müddətinə futbol fəaliyyətindən uzaqlaşdırıb. Novator.az xəbər verir ki, Platiniyə 80 min, Blatterə 50 min İsveçrə frankı məbləğində cərimə də kəsilib.

Bu ilin sentyabr ayında İsveçrənin hüquq mühafizə orqanları Blatterə Platiniyə 2 milyon frank məbləğində qanunsuz ödəniş etmək ittihamı irəli sürüb. Oktyabrın 8-də Blatter və Platini 90 gün müddətinə vəzifələrindən uzaqlaşdırılıb. FİFA-nın Etika Komitəsinin Arbitraj Palatasının qərarına əsasən, onlara 90 gün müddətində beynəlxalq və milli səviyyədə futbol fəaliyyəti ilə məşğul olmaq qadağan edilib.

Bu ilin mayından FİFA ətrafında korrupsiya qalmaqalı gedir. Bir çox məmur korrupsiya ittihamı ilə tutulub. Mayın 29-da FİFA İcraiyyə Komitəsinin iclasında Blatter beşinci müddətə prezident seçilib, amma təzyiqlərə davam gətirməyərək iyulun 2-də istefa verib. Gələn il fevralın 26-da FİFA-ya yeni prezident seçiləcək. Prezidentliyə əsas iddiaçılardan biri Platini idi.

Toshiba” şirkətində böhran: 6800 işçi ixtisar edilir


21.12.2015

toshibaYaponiyanın “Toshiba” şirkəti məişət elektronikası istehsalında 6800 işçini ixtisar edir. Novator.az xəbər verir ki, şirkətdə ixtisar personalın yenidən bölüşdürülməsi və əməkdaşların vaxtından əvvəl təqaüdə çıxarılması hesabına aparılacaq.

Məlumata görə, “Toshiba” 2016-cı ilin martın 31-də bitəcək cari maliyyə ilində 550 milyard yen (4,5 milyard dollar) zərər proqnozlaşdırır.

“Toshiba” ətrafında qalmaqal şirkətin hesabatında yaranan problemdən sonra başlanıb. Şirkətinin prezidenti Xisao Tanaki iyulun 21-də istefaya gedib. Tanakinin istefası şirkətin maliyyə hesabatı ətrafında yaranan münaqişə ilə bağlı olub.

Şirkətin 7 il ərzində mənfəəti ilə bağlı məlumatları şişirtdiyi, habelə bank hesablarından pul sildiyi bildirilir.


Vergilər Nazirliyinin Çağrı Mərkəzinə dair hesabat yayılıb


21.12.2015

chagri merkezi2015-ci ilin noyabr ayında Vergilər Nazirliyinin Çağrı Mərkəzinə daxil olmuş müraciətlər haqqında hesabat yayılıb. Hesabata görə, Çağrı Mərkəzinin əməkdaşları canlı əlaqə zamanı 14928 müraciəti cavablandırıb. Müraciətlərin 26,21%-i vergi nəzarəti tədbirləri, 23,71%-i vergilər və onların ödənilməsi qaydaları, 6,5%-i vergi qanunvericiliyi, qalanları isə digər məsələlər barədə olub.

Taxes.gov.az bildirir ki, ay ərzində səsli menyu vasitəsilə məlumat almaq üçün Çağrı Mərkəzinə 4375 zəng daxil olub, 2310 zəng zamanı vergi borcu, 865 zəng zamanı isə vergi növləri ilə bağlı məlumatlar verilib. Vergi ödəyicilərinin məlumatlandırılması məqsədilə onlara 201689 mesaj, o cümlədən 200001 qısa mesaj (SMS) göndərilib.

Ay ərzində Vergilər Nazirliyinin rəsmi internet səhifəsinə 377205 daxilolma qeydə alınıb.

2015-ci ilin noyabr ayında vergi ödəyicilərinə xidmət strukturlarına ümumilikdə 29535 müraciət daxil olub.


Nazirlik 11 ayda 27146 nəfəri işlə təmin edib


21.12.2015

meshgulluqBu ilin yanvar-noyabr aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti 27146 nəfər işsiz və işaxtaran vətəndaşı münasib iş yerləri ilə təmin edib. Nazirlikdən Transparency.az-a verilən rəsmi məlumatda belə deyilir.

Hesabata görə, 11 ayda işsiz və işaxtaran vətəndaşların əmək bazarında rəqabətə davamlı peşələrə yiyələnmələri, onların əmək bazarına çıxışının asanlaşdırılması üçün 3977 nəfər şəxs dərzi, kompüter istifadəçisi, bərbər, qaynaqçı, tikişçi, qənnadıçı, mebel quraşdırıcısı və sair peşələr üzrə peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb olunub. İdarə, müəssisə və təşkilatlarla bağlanmış müqavilələr əsasında 1595 nəfər vətəndaş haqqı ödənilən ictimai işlərə göndərilib.

Yanvar-noyabr aylarında Dövlət Məşğulluq Xidmətinin Bakı, Sumqayıt, Gəncə və Mingəçevir şəhərlərindəki əmək birjaları vasitəsilə əhalidən və ayrı-ayrı iş adamlarından qəbul edilmiş sifarişlər əsasında 3774 nəfər şəxs müvəqqəti xarakterli iş alıb.


Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə