Xəbər bülleteni №18


Ədliyyə Nazirliyinin qulluğa qəbulla bağlı test imtahanında 258 nəfər uğur qazanıb (Siyahı)



Yüklə 0,63 Mb.
səhifə4/30
tarix17.10.2017
ölçüsü0,63 Mb.
#5151
1   2   3   4   5   6   7   8   9   ...   30

Ədliyyə Nazirliyinin qulluğa qəbulla bağlı test imtahanında 258 nəfər uğur qazanıb (Siyahı)


21.12.2015

test imtahani
Ədliyyə Nazirliyi qulluğa qəbulla bağlı müsabiqə üzrə dekabrın 19-da keçirilmiş test imtahanının nəticələrini açıqlayıb. Rəsmi məlumata görə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ilə birlikdə vahid auditoriyada — Bakı İdman Zalında keçirilmiş imtahanda namizədin hüquqi biliklərini, məntiqi nəticələr çıxarmaq qabiliyyətini və ümumi dünyagörüşünü müəyyən etmək üçün verilən test tapşırığı 100 sualdan ibarət olub.

Transparency.az bildirir ki, 522 namizədin iştirak etdiyi imtahanda 258 nəfər müvəffəqiyyət qazanıb (Siyahı). Uğur qazanmış namizədlər müsabiqənin söhbət mərhələsində iştirak etmək üçün qanunvericilikdə nəzərdə tutulmuş sənədlərini 15 gün ərzində, saat 9-dan 18-dək Ədliyyə Nazirliyinin Kadrlar İdarəsinə (Bakı şəhəri, İnşaatçılar prospekti,1) təqdim etməlidirlər.

“Ədliyyə orqanlarında qulluq keçmə haqqında” qanunla müəyyən edilmiş bütün tələblərə cavab verən namizədlər növbəti mərhələyə buraxılacaq və onlarla fərdi qaydada söhbət aparılacaq. Söhbətin keçirilmə vaxtı və yeri barədə namizədlərə məlumat veriləcək.

11 ayın yekunu: xarici ticarət əməliyyatları 34,73% azalıb


21.12.2015

dgk-1Dövlət Gömrük Komitəsi xarici ticarət əməliyyatlarının 11 aylıq yekununu açıqlayıb. Transparency.az-ın məlumatına görə, komitə bildirir ki, xarici ticarət əməliyyatları 2014-cü ilin müvafiq dövrünə nisbətən 34,73% azalıb. Bir ildə idxal əməliyyatlarında 1,03% artım, ixrac əməliyyatlarında 48,73% azalma qeydə alınıb.

Bu ilin yanvar-noyabr aylarında Dövlət Gömrük Komitəsinin xətti ilə büdcəyə 1 milyard 391 milyon 101,74 min manat daxil olub.

Xarici iqtisadi fəaliyyət iştirakçıları haqqında məlumat bölümündə qeyd olunur ki, 162 ölkə ilə ticarət əməliyyatları aparılıb. Xarici iqtisadi fəaliyyət iştirakçılarının ümumi sayı 6716-dır. Bunun 3243-ü fiziki şəxslər, 3473-ü hüquqi şəxslər olub. 239 xarici iqtisadi fəaliyyət iştirakçısı dövlət sektorunu, 3234-ü özəl sektoru təmsil edib.

Rusiyada işsizlərin sayı yarım milyon artıb


21.12.2015

rusiyaRusiya Statistika Komitəsi dekabrın 21-də işsizlərin sayı haqda açıqlama yayıb. Novator.az xəbər verir ki, komitənin açıqlamasına görə, il ərzində Rusiyada işsizlərin sayı 500 min nəfər artaraq 4 milyon 400 min nəfər olub. Bu, Rusiya əhalisinin 5,8%-i deməkdir.

2014-cü ildə Rusiyada 3 milyon 900 min nəfər işsiz vardı.

Hazırda Rusiyanın iqtisadi cəhətdən fəal vətəndaşlarının sayı 76 milyon 600 min nəfərdir. Bu, Rusiya əhalisinin 53%-i deməkdir.

Nəqliyyat sahəsində yeni qurum yaradıldı


21.12.2015

prezident-ferman
Dekabrın 21-də prezident İlham Əliyev Bakı şəhərində nəqliyyat sahəsində islahatlara dair əlavə tədbirlərə fərman verib. Fərmana əsasən, Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyi yaradılır. Agentliyə Bakı şəhərinin inzibati ərazisində avtomobil nəqliyyatı ilə müntəzəm sərnişindaşıma və taksi minik avtomobilləri ilə sərnişindaşıma sahəsinə aid normativ hüquqi aktların müddəalarına riayət edilməsinə nəzarətin həyata keçirilməsi, habelə müntəzəm sərnişindaşıma və taksi minik avtomobilləri ilə sərnişindaşıma xidmətlərinin səmərəliliyinin və keyfiyyətinin artırılması üçün tədbirlər görmək tapşırılır.

Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyinin işçilərinin ümumi say həddi 160 ştat vahidi müəyyən edilir. Nəqliyyat Nazirliyinin tabeliyində olan “Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti agentliyin tabeliyinə verilir.


Müddətsiz lisenziyalar fərmanı: hökumətə tapşırıq verildi


22.12.2015

nkLisenziyalaşdırma sahəsində bəzi tədbirlər haqqında prezident fərmanı imzalanıb. Transparency.az bildirir ki, dekabrın 21-də imzalanan fərmanla lisenziyalaşdırma qaydası (1), lisenziya tələb olunan fəaliyyət növlərinin (dövlət təhlükəsizliyindən irəli gələn hallar istisna olmaqla) siyahısı və həmin fəaliyyət növlərinə lisenziya verilməsinə görə ödənilən dövlət rüsumunun məbləğləri (2), dövlət təhlükəsizliyindən irəli gələn hallarla əlaqədar lisenziya tələb olunan fəaliyyət növlərinin siyahısı və həmin fəaliyyət növlərinə lisenziya verilməsinə görə ödənilən dövlət rüsumunun məbləğləri (3), Naxçıvan Muxtar Respublikasının icra hakimiyyəti orqanlarının lisenziya verdiyi fəaliyyət növlərinin siyahısı (4) təsdiqlənib.

Fərmanın qüvvəyə mindiyi gün qüvvədə olan lisenziyalar müddətsiz hesab edilir.

Prezident İlham Əliyev Nazirlər Kabinetinə lisenziyalaşdırma qaydasının dəyişməsi və bəzi fəaliyyət növləri üçün lisenziya alınması tələbinin ləğvi ilə əlaqədar, habelə lisenziya alınması tələbi ləğv edilən fəaliyyət növləri ilə məşğul olmaq üçün qanunlarda mövcud olan tələblərin yerinə yetirilməsi üzərində nəzarətin təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikasının müvafiq qanunlarının təkmilləşdirilməsinə dair təkliflərini hazırlayıb üç ay müddətində təqdim etməyi tapşırıb.

Lisenziya verilməsi üçün tələb olunan şərtlərin (o cümlədən əlavə şərtlərin) sadələşdirilməsi və təkmilləşdirilməsi ilə əlaqədar müvafiq qanun layihələri isə İqtisadiyyat və Sənaye Nazirliyinin təklifləri əsasında iki ay müddətində hazırlanmalıdır.

Hökumətə bəzi fəaliyyət növləri üzrə lisenziyalaşdırılan iş və xidmətlərin sayının azaldılması barədə təkliflərini bir ay müddətində hazırlayıb prezidentə təqdim etmək də həvalə olunub.

Lisenziya verən dövlət orqanları lisenziya sahiblərinin müraciətləri əsasında qüvvədə olan lisenziyaların müddətsiz lisenziyalarla əvəz olunmasını təmin etməlidirlər.



Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə