Xəbər bülleteni №18


Məhkəmə-Hüquq Şurası 1 hakimi cəzalandırıb, 3 hakim barədə intizam icraatına başlayıb



Yüklə 0,63 Mb.
səhifə6/30
tarix17.10.2017
ölçüsü0,63 Mb.
#5151
1   2   3   4   5   6   7   8   9   ...   30

Məhkəmə-Hüquq Şurası 1 hakimi cəzalandırıb, 3 hakim barədə intizam icraatına başlayıb


22.12.2015

meh-huqMəhkəmə-Hüquq Şurasının hakim assosiasiyaları rəhbərlərinin və hakimlərin iştirakı ilə geniş iclası keçirilib. Ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə keçirilən iclasda məhkəmə hakimiyyəti islahatlarına dair yeni layihələr müzakirə olunub. Rəsmi məlumata görə, iclasda 2010-cu ildə yeni qaydalarla seçilmiş 20-dən çox hakimin, habelə bir sıra məhkəmə sədrlərinin səlahiyyət müddətinin başa çatdığı bildirilib, onların hər birinin fəaliyyətinin yerində öyrənilməsi, yuxarı instansiya məhkəmələrindən təqdim edilmiş rəylərin və digər məlumatların ətraflı təhlil olunduğu vurğulanıb.

Səlahiyyət müddəti başa çatan hakimlərin iştirakı ilə keçirilən iclasda açıq və ətraflı müzakirələr aparılmaqla onların hər birinin fəaliyyəti qiymətləndirilib. Vətəndaşların şikayətlərini doğuran nöqsan və çatışmazlıqlar, habelə yol verilən xarakterik pozuntular nəzərə çatdırılıb, belə halların qətiyyətlə aradan qaldırılması üzrə tapşırıqlar verilib, ədalətli və qərəzsiz olmaqla hakim adının və şərəfinin daim uca tutulmasının, vətəndaşlara qayğılı münasibətin hər bir hakimin əsas vəzifəsi olduğu vurğulanıb.

Müzakirələrdən sonra hakimlərin fəaliyyətinin qiymətləndirilməsi nəticələri üzrə onların təyinatına dair müvafiq təkliflər hazırlanıb.

Transparency.az bildirir ki, iclasda həmçinin hakimlər barədə intizam icraatına baxılıb. Vətəndaşların hüquqlarının həyata keçirilməsinə süni maneələr törətməklə korrupsiyaya şərait yaradan hallara, icra intizamının kobud pozulmasına yol verdiyinə görə Şamaxı Rayon Məhkəməsinin hakimi Təranə Hüseynova ciddi intizam məsuliyyətinə cəlb edilib, bu kimi hallara yol verdiklərinə görə 3 hakim barədə intizam icraatları başlanıb.


Ekspert: “Mərkəzi Bank sədrinin açıqlaması üçüncü devalvasiyadan xəbər verir”


22.12.2015

qubad-ibadoglu1.jpg-21Dekabrın 21-dən Mərkəzi Bank üzən məzənnə rejiminə keçilməsi barədə qərar qəbul edib. Qərarın ardınca rəsmi kurs 1 dollara qarşı 1 manat 55 qəpik olub. Dekabrın 22-də isə Mərkəzi Bankın rəsmi kursuna əsasən, 1 dollar 1,5511 manata, 1 avro 1,6939 manata satılır.

Elman Rüstəmov deyib ki, üzən məzənnə rejiminə keçid idarə olunan üzən məzənnəni nəzərdə tutur: “Mərkəzi Bank manatın məzənnəsinin istənilən istiqamətdə üzməsinə imkan verməyəcək. Bugünkü məzənnədən əhəmiyyətli dərəcədə kənarlaşma iqtisadiyyatımız üçün ciddi çaşqınlıq yarada bilər. Dekabrın 21-də biz ilk auksionumuzu təşkil etdik. Biz həmçinin məzənnənin əməliyyat çərçivəsini dəyişdik. Bundan öncə biz bazarın valyutaya olan tələbini tam ödəyirdik. Lakin bundan sonra biz artıq bazara auksionlar vasitəsilə valyuta təklif edəcəyik, tələb-təklif proporsiyasına nəzər salacağıq”.

Transparency.az-ın məlumatına görə, dekabrın 22-də şərh yayan iqtisadçı ekspert Qubad İbadoğlu deyib ki, Mərkəzi Bank sədrinin son açıqlaması üçüncü devalvasiyadan xəbər verir: “Mərkəzi Bank sədri manatın məzənnəsinin istənilən istiqamətdə üzməsinə imkan verilməyəcəyini vurğulayır. Yəni Mərkəzi Bank bazara auksionlar vasitəsilə müəyyən məbləğdə valyuta təklif edəcək, tələb, təklif və qiymət proporsiyasının necə formalaşdığına baxacaq. Bu açıqlama onu göstərir ki, Mərkəzi Bank yenə də valyuta ehtiyatlarını bazarda xərcləmək kimi sonu olmayan bir yol seçib: yeni valyuta rejimində eksperiment keçirib, tələb və təklifin əsasında qiymətin müəyyənləşməsini müşahidə edəcək və lazım gələndə bazara müdaxilə edəcək.

Mərkəzi Bankın seçdiyi yol Qazaxıstan Mərkəzi Bankının seçdiyi yoldan fərqli deyil. Lakin Qazaxıstan Mərkəzi Bankı həm zaman, həm də iqtisadiyyatın strukturu baxımından daha əlverişli məqamlarda qərarlar qəbul edib. Onlar ilk devalvasiya qərarını təxminən 2 il bundan əvvəl, dünya bazarında neftin qiyməti yüksək olanda verdilər. Eyni zamanda Qazaxıstanda iqtisadiyyat daha çox şaxələnib, orda bizim kimi valyuta yalnız neft satışından əldə olunmur. Odur ki, qazaxları gecikmələrlə yamsılamağa dəyməz. Mərkəzi Bank milli iqtisadiyyatın hazırkı durumuna və perspektivlərinə əsaslanan valyuta siyasəti qurmalı, qonşu ölkələrin buraxdığı səhvləri təkrarlamamalıdır. Əks təqdirdə çox qısa müddətdən sonra biz yeni və daha çətin devalvasiya təhlükəsi ilə qarşılaşa bilərik”.


Bu il gömrükdə nə qədər pozuntu qeydə alınıb?


22.12.2015

gomruk-2Gömrük hüquqpozmalarının yeni statistikası açıqlanıb. Transparency.az xəbər verir ki, rəsmi hesabata görə (11 aylıq hesabat), bu ilin 11 ayında gömrük orqanları cinayət xarakterli 538 fakt aşkarlayıb. Bunun 284-ü qaçaqmalçılıq faktı, 196-sı narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar faktlar, 5-i gömrük ödənişlərindən yayınma, 23-ü aksiz markası ilə markalanmalı olan malları belə marka olmadan idxal etmə, 234-ü digər cinayət xarakterli faktlar olub.

11 ayda gömrük hüquqpozmalarında 597 şəxs təqsirləndirilib.

2015-ci ilin yanvar-noyabr ayları ərzində Dövlət Gömrük Komitəsi 8219 inzibati xəta faktı ortaya çıxarıb.

11 aylıq ixrac-idxal göstəriciləri


22.12.2015

idxal-ixracTransparency.az bildirir ki, 2015-ci ilin 11 ayında Azərbaycandan ixrac olunmuş malların 77,78%-ni xam neft təşkil edib. Dövlət Gömrük Komitəsinin rəsmi hesabatına görə, digər ixrac məhsulları üzrə göstəricilər belə olub:

Neft məhsulları (2710 mal kodu üzrə) – 6,49%

Təbii qaz – 1,76%

Meyvə-tərəvəz – 2,63%

Çay – 0,16%.

Bitki və heyvan mənşəli piylər və yağlar – 1,32%

Şəkər – 1,83%

Spirtli və spirtsiz içkilər – 0,23%

Kimya sənayesi məhsulları – 0,73%

Plastmas və onlardan hazırlanan məmulatlar – 0,96%

Emal olunmamış gön və aşılanmış dəri – 0,10%

Qara metallar və onlardan hazırlanan məmulatlar – 0,30%

Alüminium və ondan hazırlanan məmulatlar – 0,75%.

Digər məhsullar üzrə ixrac ümumi ixracın 4,96 faizini təşkil edib.

İdxalda əsas məhsullar üzrə göstəricilərə gəlincə, maşın, mexanizm və elektrik aparatları avadanlıqları ümumi həcmin 25,84%-nə, qara metallar və onlardan hazırlanan məmulatlar 17,39%-nə, nəqliyyat vasitələri və onların hissələri 13,67%-nə, yeyinti məhsulları 10,68%-nə, tütün və tütün məmulatları 3,40%-nə, əczaçılıq məhsulları 2,97%-nə, oduncaq və ondan hazırlanan məmulatlar 2,58%-nə, mebel və onun hissələri 1,09%-nə bərabər olub.


Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə