Xəbər bülleteni №18


Yeyinti məhsullarının idxalı azalıb, amma meyvə-tərəvəzdə artım var



Yüklə 0,63 Mb.
səhifə7/30
tarix17.10.2017
ölçüsü0,63 Mb.
#5151
1   2   3   4   5   6   7   8   9   10   ...   30

Yeyinti məhsullarının idxalı azalıb, amma meyvə-tərəvəzdə artım var


22.12.2015

meyve-terevez
2015-ci ilin 11 ayında Azərbaycandan ixrac olunan əsas mallar üzrə göstəricilər açıqlanıb. Transparency.az xəbər verir ki, yanvar-noyabr aylarında xam neft ixracı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 53,01% azalıb. Neft məhsulları üzrə azalma 45,62% olub. On bir ayda təbii qaz ixracı 27,11% azalıb.

Meyvə-tərəvəz üzrə ixracda isə 3,99% artım qeydə alınıb. Kimya sənayesi məhsullarının ixracında da artım var: 20,69%. Dövlət Gömrük Komitəsinin hesabatında alüminium və ondan hazırlanan məmulatların ixracında 3,81% artım olduğu göstərilir.

İdxalda əsas mallar üzrə göstəricilərə gəlincə, yeyinti məhsullarının idxalı 2014-cü ilin 11 ayı ilə müqayisədə 7% azalıb. Amma bəzi məhsullar üzrə artım qeydə alınıb. Meyvə-tərəvəz idxalı 129,63%, buğda idxalı 4,10% çoxalıb.

Yanvar-noyabr aylarında tütün və tütün məmulatlarının idxalı ötən ilin müvafiq dövrünə nisbətdə 23,26% az olub.

Əczaçılıq məhsullarının idxalında 18,74% artım olduğu bildirilir. Nəqliyyat vasitələri və onların hissələrinin idxalı isə 49,74% çoxalıb.

Dünya liderlərinin reytinqi açıqlanıb


22.12.2015

liderler
“Gellap” mərkəzinin təşkil etdiyi beynəlxalq konsorsium (WIN/Gallup International) dünya liderlərinin reytinqini araşdırıb.

Novator.az xəbər verir ki, 65 ölkənin əhalisi arasında aparılan sorğunun nəticələrinə görə, reytinq cədvəlinə ABŞ prezidenti Barak Obama başçılıq edir. Respondentlərin 59%-i Obamanın fəaliyyətini müsbət, 29%-i mənfi qiymətləndirib.

İkinci yerdə Almaniya kansleri Angela Merkel (42% müsbət, 29% mənfi), üçüncü yerdə Böyük Britaniyanın baş naziri Devid Kemeron (37% müsbət, 28% mənfi) qərarlaşıb.

İlk onluqda sonrakı sıralama belədir: Fransa prezidenti Fransua Oland (35% müsbət, 29% mənfi), Rusiya prezidenti Vladimir Putin (33% müsbət, 43% mənfi), Çin lideri Si Cinpin (27% müsbət, 30% mənfi), Hindistanın baş naziri Narendra Modi (24% müsbət, 20% mənfi), Braziliya prezidenti Dilma Russef (24% müsbət, 23% mənfi), Səudiyyə Ərəbistanının kralı Abdulla bin Əbdüləziz (20% müsbət, 31% mənfi), İran prezidenti Həsən Ruhani (19% müsbət, 32% mənfi).


Azərbaycan-Əfqanıstan sənədləri imzalanıb


22.12.2015

gorush
Dekabrın 22-də Azərbaycana rəsmi səfərə gələn Əfqanıstan İslam Respublikasının prezidenti Məhəmməd Əşrəf Qəni dövlət başçısı İlham Əliyevin ilə təkbətək görüşüb. Görüşdə ikitərəfli münasibətlərin siyasi sahədə uğurla inkişaf etdiyi, iqtisadi əlaqələrin inkişafı üçün yaxşı potensialın olduğu vurğulanıb. Daha sonra İlham Əliyev və Məhəmməd Əşrəf Qəni geniş tərkibdə bir araya gəliblər.

AZƏRTAC xəbər verir ki, geniş tərkibdə görüş başa çatdıqdan sonra prezidentlərin iştirakı ilə Azərbaycan-Əfqanıstan sənədləri imzalanıb. İmzalanan sənədlər bunlardır:

- “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Əfqanıstan İslam Respublikasının Əmək, Sosial İşlər, Şəhid və Əlillər Nazirliyi arasında əmək, sosial müdafiə və məşğulluq sahəsində əməkdaşlıq haqqında” Anlaşma Memorandumu;

- “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti ilə Əfqanıstanın Milli Radio və Televiziyası arasında əməkdaşlığa dair Saziş”.


Manat ucuzlaşma lideridir


22.12.2015

samir aliyevBu il manat keçmiş SSRİ ölkələrinin valyutaları arasında ən çox ucuzlaşan valyuta olub. Transparency.az-ın məlumatına görə, iqtisadçı ekspert Samir Əliyev bəzi valyutaların 2015-ci ildə dəyişikliyə məruz qalması ilə bağlı şərhində belə yazır. Ekspert qeyd edir ki, dekabrın 21-də manat 47,6% ucuzlaşmaya məruz qalıb: “Birinci devalvasiya uzunmüddətli sabit məzənnədən sonra fevralın 21-də baş vermişdi və manat 34,6% ucuzlaşmışdı. Ümumilikdə 2015-ci ildə manat dollara münasibətdə 97,6% dəyərsizləşib. Bu göstərici ilə manat keçmiş SSRİ ölkələrinin valyutaları arasında liderdir.

Devalvasiya göstəricilərinə görə ikinci yeri Qazaxıstan (91,46%), üçüncü yeri Belarus (54.37%) tutur. Ukrayna qrivnası ucuzlaşma həddinə görə (49,15%) keçmiş SSRİ-də dördüncü olub. Tacikistanda milli valyuta 30,04%, Qırğızıstanda 28,82% ucuzlaşıb.

Gürcüstanda larinin ucuzlaşması 27,40% olub. Rusiya rublu 26,7%, Moldova leyi 25,44% dəyər itirib. Türkmənistan və Özbəkistanda milli valyutaların ucuzlaşması uyğun olaraq 22,81% və 14,68% təşkil edib. Ermənistan dramı isə 2015-ci ildə cəmi 0,95% ucuzlaşıb”.

Azərbaycanın əsas ticarət tərəfdaşları


22.12.2015

azerbaycan 1Azərbaycanın ticarət dövriyyəsində yer alan əsas ölkələrin siyahısı açıqlanıb. Transparency.az Dövlət Gömrük Komitəsinə istinadla bildirir ki, 2015-ci ilin yanvar-noyabr aylarında Azərbaycanın xarici ticarət dövriyyəsində əsas ölkə İtaliya olub. Bu ölkə ilə ticarət dövriyyəsinin həcmi ümumi dövriyyənin 13,98 faizinə bərabərdir.

İkinci yerdə 9,69 faizlə Almaniya gəlir. Rusiya 8,99 faizlə üçüncü, Türkiyə 6,97 faizlə dördüncü, ABŞ 5,89 faizlə beşincidir.

Fransa ilə ticarət ümumi dövriyyənin 5,08 faizinə, İsraillə 3,79 faizinə bərabərdir.

Qonşu Gürcüstanın Azərbaycanın ticarət dövriyyəsində payı 2,13 faizdir.

2015-ci ilin 11 ayında Azərbaycanın ixracında ən böyük pay İtaliyaya düşür. Bu ölkəyə ixrac ümumi ixracın 20,28 faizidir. Türkiyənin payı 2,65 faizdir və o, ixracda əsas ölkələr siyahısında 13-cü yerdə gəlir.

11 ayda ixracda MDB ölkələri üzrə 40,61%, Avropa İttifaqı ölkələri üzrə 42,71% azalma olub. Digər ölkələrə ixrac 56,97% aşağı düşüb.

İdxalda əsas ölkələrin sıralaması isə belədir:

Rusiya — 16,05%

Türkiyə — 12,58%

ABŞ — 9,45%

Almaniya — 7,74%

Yaponiya — 6,10%.

MDB ölkələrindən idxal 11 ayda ötən ilin eyni dövrü ilə müqayisədə 3,09% azalıb. Avropa İttifaqı ölkələri üzrə idxalda 6,75% azalma var. Digər ölkələrdən idxal isə 9,26% artıb. Məsələn, ABŞ-dan idxal 2014-cü ilin eyni dövrü ilə müqayisədə 52,82% çoxalıb.


Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə