Xəbər bülleteni №21



Yüklə 0,58 Mb.
səhifə1/28
tarix14.02.2018
ölçüsü0,58 Mb.
#26991
  1   2   3   4   5   6   7   8   9   ...   28

Xəbər bülleteni № 21

http://transparency.az/cnews/



Ünvan: AZ1001, Bakı, Cəfər Cabbarlı, 16, mən. 7
Tel: (+994 12) 497 81 70; 497 68 15; Fax: (+994 12) 596 20 38
E-mail: info©transparency.az

Yanvar 2016

İlham Əliyevin İsveçrə görüşləri


21.01.2016

davos
Prezident İlham Əliyev Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün yanvarın 20-də xanımı Mehriban Əliyeva ilə birlikdə İsveçrəyə işgüzar səfərə gedib. Həmin gün İlham Əliyev Türkiyənin baş naziri Əhməd Davudoğlu ilə görüşüb. Görüşdə iki ölkə arasında münasibətlərin bütün sahələrdə yüksək səviyyədə inkişafından məmnunluq ifadə olunub, mütəmadi görüşlərin əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyəti qeyd edilib, beynəlxalq səviyyəli tədbirlərdə Azərbaycanın və Türkiyənin birgə iştirakının önəmi vurğulanıb.

Söhbət zamanı Dağlıq Qarabağ münaqişəsi, iqtisadi əməkdaşlığın daha da genişləndirilməsi, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

AZƏRTAC xəbər verir ki, İlham Əliyev İran Prezidenti Administrasiyasının rəhbəri Məhəmməd Nəhavəndianla da bir araya gəlib. Dövlət başçısı İrana tətbiq edilən sanksiyaların götürülməsi münasibətilə təbriklərini çatdırıb, bildirib ki, bu, iki ölkə arasında əməkdaşlığın bütün sahələrdə daha sürətli inkişafına töhfə verəcək.

Söhbət zamanı birgə layihələrin həyata keçirilməsi ilə bağlı geniş fikir mübadiləsi aparılıb, bank, nəqliyyat sahələri və digər istiqamətlərdə iqtisadi əməkdaşlığı inkişaf etdirmək üçün geniş imkanların olduğu vurğulanıb.

Sanksiyaların götürülməsindən sonra İranın imkanlarının genişləndiyini vurğulayan Məhəmməd Nəhavəndian bildirib ki, Azərbaycanla İran bundan istifadə edərək digər ölkələrin də iştirakı ilə yeni layihələr reallaşdıra, əməkdaşlığı daha da dərinləşdirə bilər.

Görüşdə Azərbaycanla İran arasında nəqliyyat sahəsində əməkdaşlığın inkişaf etdirilməsinin region üçün böyük əhəmiyyət daşıdığı bildirilib, sənaye, elektrik stansiyalarının tikintisi, sərmayə qoyuluşu və digər sahələrdə yeni layihələrin həyata keçirilməsi imkanları müzakirə edilib.

İlham Əliyev yanvarın 20-də “Lazard Avropa” şirkətinin vitse-prezidenti Metyu Piqas, Rusiyanın “Lukoil” şirkətinin prezidenti Vahid Ələkbərov, Böyük Britaniyanın BP şirkətinin baş icraçı direktoru Robert Dadli ilə də görüşlər keçirib.

Avro bahalaşdı, dollar yerində qaldı


21.01.2016

avro 01Yanvarın 21-də Mərkəzi Bank manatın dollara məzənnəsini əvvəlki iş günündə olduğu kimi saxlayıb. Transparency.az bildirir ki, rəsmi kursla 1 dollar yenə 1,6028 manatdır. 1 avronun rəsmi qiyməti isə 1,7451 manatdan 1,7458 manata qalxıb (Tam siyahı).

Bir ay öncə Mərkəzi Bankın qərarı ilə manat üzən məzənnə rejiminə keçirilib və dollar qarşısında rəsmi kurs 1 manat 5 qəpikdən 1 manat 55 qəpiyə qalxıb.


Avropa Şurasının insan haqları komissarı Azərbaycanın məsələsini qaldırıb


21.01.2016

nils muiznieksAvropa Şurasının insan haqları komissarı Nils Muiznieks jurnalist Xədicə İsmayılın işinə görə Avropa İnsan Hüquqları Məhkəməsinə xüsusi müdaxilə vəsatəti ilə müraciət edib. “Azadlıq” radiosunun məlumatına görə, vəsatət jurnalistin Azərbaycan Respublikasına qarşı iddiası əsasında nəzərdən keçiriləcək.

Xədicə İsmayıl 2014-cü il dekabrın 5-dən həbsdədir. Bakı Ağır Cinayətlər Məhkəməsi ötən il sentyabrın 1-də Xədicə İsmayıla 7 il 6 ay azadlıqdan məhrumetmə cəzası kəsib. İttihama görə, Xədicə İsmayıl “Azadlıq” radiosunun Bakı bürosunun rəhbəri kimi qulluq səlahiyyətlərindən sui-istifadə edib, vergi ödəməkdən yayınıb, xidməti müqavilələr bağlatmaqla digərlərinin də az vergi ödəməsinə səbəb olub. Həmin il noyabrın 25-də Bakı Apellyasiya Məhkəməsi əvvəlki instansiyanın hökmünü qüvvədə saxlayıb.

1976-cı ildə Bakıda anadan olan Xədicə İsmayıl 1997-ci ildə Bakı Dövlət Universitetini bitirib. Jurnalist fəaliyyətinə “Günaydın” qəzetində başlayıb, “Zerkalo”, “Exo” qəzetlərində, “Amerikanın səsi” radiosunda çalışıb. 2008-ci ildən “Azadlıq” radiosunda işləyib. 2008-2010-ci illərdə radionun Bakı bürosuna rəhbərlik edib.

Avropa Şurasının insan haqları komissarı Nils Muiznieksin Avropa İnsan Hüquqları Məhkəməsinə vəsatətində Azərbaycanda insan haqları müdafiəçilərinə, müstəqil jurnalistlərə və vətəndaş cəmiyyəti üzvlərinə qarşı hücumlar ayrı-ayrı epizodlar üzrə geniş təsvir olunur. Nils Muiznieks yazır ki, bu vəziyyətə görə Azərbaycan hakimiyyətinə onun özünün və Avropa strukturlarının dəfələrlə etdiyi çağırışlar qulaqardına vurulur. Komissar Azərbaycanın insan haqlarına dair öhdəliklərinə əməl etmədiyini vurğulayır.

Nils Muiznieksin fikrincə, Azərbaycan hakimiyyəti korrupsiyanı və insan haqları pozuntularını ifşa etdiyinə görə jurnalist Xədicə İsmayıldan qisas alır. Komissar hesab edir ki, Xədicə İsmayıla qarşı irəli sürülmüş ittihamlar ədalətsizdir və onu susdurmaq məqsədi güdür.

Komissar bildirir ki, Azərbaycanda insan haqları müdafiəçilərinin təqibinə son qoyulmalı və bu sahədə fəaliyyətlərinə görə həbs edilənlərin hamısı azadlığa buraxılamlıdır.


Sosial müavinətlərin və prezident təqaüdlərinin artımı nə qədər adamı əhatə edəcək?


21.01.2016

emek nazirliyi
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi dövlət başçısı İlham Əliyevin sosial müavinətlərin və müharibə əlillərinə prezident təqaüdlərinin artırılmasını nəzərdə tutan 19 yanvar fərmanları ilə bağlı arayış yayıb. Müharibə əlillərinə prezident təqaüdünün aylıq məbləği 2016-cı il fevralın 1-dən 10 faiz artırılır, I qrup əlillər üçün 165 manat, II qrup əlillər üçün 143 manat, III qrup əlillər üçün 110 manat müəyyən edilib. Transparency.az xəbər verir ki, rəsmi açıqlamaya görə, fərman müharibə əlilləri və onlara bərabər tutulan şəxslərdən ibarət ümumilikdə 19 000 nəfərdən çox vətəndaşa şamil olunacaq. Onlardan 12 616 nəfəri Qarabağ müharibəsi əlilləridir. Bu artımın təmin edilməsi üçün ilin sonunadək dövlət büdcəsindən 2,7 milyon manat vəsait xərclənəcək.

Dövlət başçısının digər fərmanı sosial müavinətlərin məbləğinin 2016-cı il fevralın 1-dən orta hesabla 10 faiz artırılmasını nəzərdə tutur. Sənədin ümumilikdə 453 000 min nəfərədək şəxsi əhatə edəcəyi nəzərdə tutulur. Həmin insanlardan 49 430 nəfəri Qarabağ müharibəsi veteranları, 138 864 nəfəri əlilliyə görə, 13 852 nəfəri yaşa görə, 41 007 nəfəri ailə başçısını itirməyə görə sosial müavinət alanlar, qalanları isə qanunvericilikdə nəzərdə tutulan digər müvafiq təbəqələrdən olanlardır. Bu artımla əlaqədar dövlət büdcəsindən ilin sonunadək 25 milyon manat vəsaitin ayrılması təmin olunacaq.



Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə