Xəbər bülleteni №21


Davos İqtisadi Forumu İlham Əliyevin məqaləsini dərc edib



Yüklə 0,58 Mb.
səhifə2/28
tarix14.02.2018
ölçüsü0,58 Mb.
#26991
1   2   3   4   5   6   7   8   9   ...   28

Davos İqtisadi Forumu İlham Əliyevin məqaləsini dərc edib


21.01.2016

meqale 2Davos İqtisadi Forumunun rəsmi saytında prezident İlham Əliyevin “Azərbaycan iqtisadiyyatının gələcəyi” mövzusunda məqaləsi yerləşdirilib. AZƏRTAC-ın məlumatına görə, məqalədə qeyd olunur ki, dünyada gedən dərin iqtisadi və maliyyə böhranına baxmayaraq Azərbaycan öz iqtisadiyyatını bu böhranın yaratdığı mənfi meyllərdən maksimum dərəcədə qorumağa çalışır: “Azərbaycan bütün istiqamətlərdə, o cümlədən iqtisadi sahədə dinamik inkişafını müvəffəqiyyətlə davam etdirən tolerant bir ölkədir. Son vaxtlar neftin qiymətinin kəskin şəkildə aşağı düşməsinə baxmayaraq ölkə iqtisadiyyatı özünün inkişaf templərini davam etdirməkdədir. Azərbaycan iqtisadiyyatı son 10 ildə 300 faiz artıb. Yoxsulluq və işsizlik kəskin şəkildə aşağı düşüb. Hazırda hər iki göstərici 5 faiz səviyyəsindədir. 2015-ci ildə qeyri-neft sənayesi 8,4 faiz artıb.

Dünyadakı siyasi, hərbi və maliyyə böhranının dərinləşməsi şəraitində iqtisadi inkişafı saxlamaq, əlbəttə ki, böyük nailiyyətdir. Neftin qiyməti 2015-ci il ərzində üç dəfə aşağı düşüb. Ona görə də bizim gəlirlərimiz də kəskin şəkildə azalıb, təbii ki, büdcə gəlirləri və eləcə də büdcə xərcləri. Biz 2015-ci ildə büdcə xərclərinə böyük qənaət edə bilmişik. Əfsuslar olsun ki, dünyada gedən proseslər 2016-cı il üçün də nikbin əsaslar vermir.

İndiki vəziyyətdə hökumət qarşısında duran əsas vəzifə makroiqtisadi sabitliyi təmin etmək, inflyasiyanı normal səviyyədə saxlamaqdır. 2015-ci ilin yekunlarına görə inflyasiya 4 faizdən az olub. Biz 2016-cı il ərzində də bu rəqəmi ən aşağı səviyyədə saxlamağa çalışmalıyıq.

Son illərdə Azərbaycanda yerli istehsala böyük əhəmiyyət verilir, həm dövlət, həm də özəl sektora vəsait qoyulur. Ölkədə biznes mühitinin daha da yaxşılaşdırılması, lazımsız yoxlamaların aradan qaldırılması və lisenziyalarla bağlı vəziyyətin yaxşılaşdırılması üçün iqtisadi islahatlar məsələsinə mühüm əhəmiyyət verilir. Azərbaycanda iqtisadi və maliyyə sektorunun şəffaflaşması prosesini davam etdiririk. Bu baxımdan Davos Dünya İqtisadi Forumu Azərbaycanı ölkələrin iqtisadiyyatlarının rəqabətlilik qabiliyyətinə görə 40-cı yerə, MDB məkanında isə yenidən birinci yerə layiq görüb.

Qeyri-neft sektoru, əlbəttə ki, iqtisadi inkişafımızın əsas hərəkətverici sahəsidir. Azərbaycan iqtisadiyyatı artıq çoxşaxəli iqtisadiyyatdır. Qeyri-neft sektoru ümumi daxili məhsulun təxminən 70 faizini təşkil edir. Məqsədimiz qarşıdakı illərdə qeyri-neft sektorunun sürətli inkişafına nail olmaqdır”.

Dövlət başçısı Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində çox önəmli və etibarlı tərəfdaşa çevrildiyini vurğulayıb, qeyd edib ki, nəqliyyat infrastrukturunun inkişafı da ölkədə prioritet istiqamətlərdəndir: “Bu gün biz müasir texnologiyaların tətbiqi və qonşu dövlətlərin iştirakı ilə tarixi İpək Yolunu bərpa edirik. Hazırda Azərbaycan və Gürcüstandan keçməklə Türkiyəyə qədər uzanacaq Bakı-Tbilisi-Qars dəmir yolu da tikilir ki, bu, ilk dəfə olaraq Azərbaycanı dəmir yolu vasitəsilə Avropa ilə birləşdirəcək. Bunun tarixi əhəmiyyəti var.

Müasir texnologiyaların müxtəlif sahələrdə tətbiqinə də xüsusi önəm verilir. Azərbaycan “Azerspace-1” və “Azersky” peyklərini orbitə çıxararaq dünya kosmik ailəsinə qoşulub. Ölkəmizdə müasir idarəetmənin təmin olunması və şəffaflığın artırılması üçün “elektron hökumət” quruculuğu istiqamətində işlər aparılır.

Dövlət orqanları “ASAN xidmət” mərkəzləri vasitəsilə əhaliyə elektron xidmətlərin göstərilməsini təmin edir. Hazırda ölkə üzrə 9 “ASAN xidmət” mərkəzi fəaliyyət göstərir. Bu mərkəzlərdə dövlət orqanları 30 sahə üzrə 112, yardımçı funksional sahələr üzrə isə 140 xidmət göstərir. İki yeni mərkəz isə tikilməkdədir. 10 səyyar avtobus ölkənin müxtəlif bölgələrində əhaliyə xidmət göstərir. “ASAN xidmət”in fəaliyyətə başlamasından iki il vaxt keçir. Bu müddət ərzində 7 milyon insan xidmətdən istifadə edib və əhalinin bu xidmətdən razılıq əmsalı 100 faizə yaxındır. Bəzi ölkələr bizim bu sahədə təcrübəmizdən istifadə etməyə başlayıblar”.


Vergi Apellyasiya Şurasının baxdığı işlərin statistikası açıqlanıb


21.01.2016

vergiler nazirliyi 1
Ötən il Vergilər Nazirliyinin Vergi Apellyasiya Şurasının icraatında 54 müraciət olub. Transparency.az nazirliyin yaydığı məlumata istinadla bildirir ki, həmin müraciətlərin 1-i 2014-cü ildən qalıq qalıb, 53 müraciət isə 2015-ci il ərzində qəbul edilib. Şuranın icraatında olan müraciətlərdən 22-si kameral vergi yoxlaması, 15-i səyyar vergi yoxlaması, 15-i operativ vergi nəzarətinin nəticələri və 2-si isə digər məsələlərlə bağlı olub.

Şuranın icraatında olmuş 54 müraciətdən 49-na baxılaraq müvafiq qərarlar qəbul edilib, 5 müraciət isə 2016-cı ilə keçirilib.

Şurada baxılaraq müvafiq qərarlar qəbul edilən 49 müraciətin 27-si tam və ya qismən təmin edilib, 14-ü təmin edilməyib, 4-nün icraatına xitam verilib, 3-ü baxılmadan saxlanıb, 1-nin isə müddəti uzadılıb. 49 müraciətdən 46-sı vergi ödəyicisinin təkrar şikayəti üzrə, 3-ü isə vergi orqanının müraciəti üzrə olub.

DSMF-nin elektron xidmətlərindən istifadə 2 dəfə artıb


21.01.2016

dsmf 01Dövlət Sosial Müdafiə Fondunun məlumatına görə, Azərbaycanın sığorta-pensiya sistemi ölkə əhalisinin 45 faizdən çox hissəsinin əhatə edir, qurumun məlumat bazasında 1 milyon 295 mindən çox pensiyaçı, 3 milyon 180 mindən çox sığortaolunan barədə müvafiq məlumatlar toplanıb.

İctimaiyyətlə əlaqələr sektorundan AZƏRTAC-a bildiriblər ki, 2015-ci il ərzində fondun təqdim etdiyi elektron xidmətlərin keyfiyyətinin artırılması və əhatə dairəsinin genişləndirilməsi sahəsində ardıcıl tədbirlər davam etdirilib, sığortaedən və sığortaolunanların uçotu sahəsində xidmətlərin tam elektronlaşması təmin olunub. 2015-ci ildə fondun öz saytı, “Elektron hökumət portalı” və “Elektron ödəniş portal” vasitəsilə əhaliyə təqdim etdiyi elektron xidmətlərdən ümumilikdə 2,7 milyondan çox istifadə sayı qeydə alınıb, bu da 2014-cü illə müqayisədə 2 dəfə çoxdur.



Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə