Xəbər bülleteni №21


Regional təhsil idarələri sərəncamı niyə icra olunmadı?



Yüklə 0,58 Mb.
səhifə3/28
tarix14.02.2018
ölçüsü0,58 Mb.
#26991
1   2   3   4   5   6   7   8   9   ...   28

Regional təhsil idarələri sərəncamı niyə icra olunmadı?


21.01.2016

rovshan agayevİl yarım öncə – 2014-cü il iyulun 24-də prezident İlham Əliyev Təhsil Nazirliyinin strukturunun yenilənməsi haqqında sərəncam verib. Sərəncama əsasən, 2015-ci il yanvarın 1-dən rayon təhsil şöbələrinin bazasında Təhsil Nazirliyinin 15 regional qurumu – Sumqayıt, Xaçmaz, İsmayıllı, Oğuz, Balakən, Ağstafa, Şəmkir, Gəncə, Yevlax, Tərtər, Ucar, Sabirabad, Salyan, Masallı, Astara regional təhsil idarələri yaradılmalı idi.

Təhsil Nazirliyi 2016-cı ildən şəhər və rayonlar üzrə nəzərdə tutulmuş təhsil xərclərini yeni yaradılan ərazi maliyyə hesablaşma mərkəzləri vasitəsilə həyata keçirəcəyini bildirib. Bəs regional təhsil qurumları niyə yaradılmadı? Təhsil Nazirliyinin sözçüsü Cəsarət Valehov Transparency.az-ın bu sualına cavabında deyib ki, hələ ki, ərazi maliyyə mərkəzləri yaradılır: “Təhsil Nazirliyi indiki halda suala yalnız bu qədər cavab verə bilir. Yaradılan ərazi maliyyə mərkəzləri də 24 iyul 2014-cü il sərəncamının icrasından irəli gəlir”.

Transparency.az danışan iqtisadçı ekspert Rövşən Ağayev Təhsil Nazirliyinin strukturunun yenilənməsi haqqında sərəncamın icra olunmamasını islahatlara düzgün yanaşmamaqla bağlayıb. Ekspert deyib ki, regional təhsil idarələri yaratmaq üçün Təhsil Nazirliyi lap “aşağı”dan başlayaraq köklü dəyişikliklərə getməli idi: “Bizdə islahat aparmaq cəhdi ona görə nəticəsiz qalır ki, prosesə sistemli yanaşılmır. Regional qurumların yaradılması idarəetmədə çevikliyi, mobilliyi, büdcədən qənaətli istifadəni və digər məsələlərin həllini təmin edir. Bizdə məktəblər rayon təhsil şöbələrindən tam asılıdır, onların heç birinin müstəqil hesabı yoxdur, hər birinin mühasibatını mərkəzləşmiş qaydada təhsil şöbələri aparır. Belə vəziyyətdə regional təhsil idarələri yaradılsa, məktəb rəhbərliyi hər dəfə hansısa məsələ ilə bağlı yüz kilometr məsafə qət edib mərkəzə getməlidir.

Regional qurumlar o vaxt effekt verər ki, məktəblərə maliyyə sərbəstliyi və inzibati muxtariyyət verilsin. Belə halda məktəb müstəqil təşkilata çevrilir, onun təsərrüfat vahidi kimi özünün bank hesabı olur, nazirlikdən köçürülən vəsait birbaşa onun hesabına istiqamətlənir. Məktəblərin fəaliyyətinə, işinin keyfiyyətinə nəzarəti ilk növbədə məktəblərdə yaradılan qəyyumlar şurası – müəllimlər və valideynlərdən ibarət idarə heyəti həyata keçirir. Qəyyumlar şurası təhsilin keyfiyyəti, maliyyə məsələləri və digər məsələlərlə bağlı müntəzəm qiymətləndirmə aparır, rəhbərlik ildə bir neçə dəfə mərkəzə hesabat təqdim edir. Bütün bunlar olandan sonra regional təhsil idarələrinin təhsil prosesinə nəzarətinə də ehtiyac qalmır. Bu, dünyada qəbul olunmuş bir təcrübədir, sistemdir”.

Rövşən Ağayevin rəyinə görə, islahatlar sistemli, kompleks yanaşma fəlsəfəsi tələb edir: “Hədəflərə çatmaq üçün maneələr əvvəldən dəqiq hesablanmalıdır. Avropada hansısa islahata doğru addım atılırsa, mütləq bununla bağlı “policy paper”, yəni siyasət sənədi işlənir. Sənəddə mövcud durum təhlil edilir, istiqamətlər dəqiq müəyyənləşir, istiqamətlərə getmək yolunda maneələr qiymətləndirilir, maneələr nə dərəcədə ciddi xarakter daşıyır, onları aşmaq üçün hökumət hansı mexanizmləri tətbiq etməlidir, ona hansı maliyyə və kadr resursları gərəkdir kimi suallara konkret cavablar əksini tapır. Bizdə bu cür peşəkar yanaşma mexanizmi olmadığına görə il yarım əvvəl regional təhsil qurumlarının yaradılması haqqında qərar qəbul edilsə də, bu yöndə iş görülməyib”.

Hesablama Palatası 3 nəzarət tədbirinin nəticələri üzrə qərarlar qəbul edib


21.01.2016

hesablama_palatasi 1Hesablama Palatası Kollegiyasının iclası keçirilib. Yanvarın 21-də yayılan rəsmi məlumata görə, kollegiya iclasında 3 nəzarət tədbirinin nəticələri üzrə hesabatlar müzakirə edilib:

- “Azərpoçt” MMC-də dövlət büdcəsinin gəlirlərinin hesablanması və ödənilməsinin, dövlət büdcəsindən ayrılan vəsaitlərin və dövlət əmlakından istifadə olunmasının qanunvericiliyə uyğunluğuna dair;

- “Azərkosmos» ASC-də dövlət büdcəsindən ayrılan vəsaitlərin, cəlb edilən kreditlərin və büdcədənkənar vəsaitlərin istifadəsinin, kreditlərin qaytarılma vəziyyətinin, dövlət büdcəsinin gəlirlərinin və büdcədənkənar vəsaitlərin hesablanması və ödənilməsinin, dövlət əmlakından istifadə olunmasının qanunvericiliyə uyğunluğuna dair;

- dövlət büdcəsindən Sumqayıt Şəhər İcra Hakimiyyəti və tabeliyində olan idarə, müəssisə və təşkilatlara ayrılan vəsaitlərin istifadəsinə dair.

Hər bir nəzarət tədbiri üzrə qərar təsdiq olunub. Həmin qərarların icrasını təmin etmək məqsədilə aidiyyəti dövlət qurumlarına təqdimatların göndərilməsi və audit tədbirlərinin nəticələri barədə məlumatların Milli Məclisə təqdim olunması razılaşdırılıb.

Kollegiya Hesablama Palatasının 2016-cı il iş planında nəzərdə tutulmuş bir neçə nəzarət tədbiri ilə bağlı audit proqramlarını da təsdiqləyib.


Azərbaycanın Müdafiə Nazirliyi ermənilərin itkisini hesablayıb


21.01.2016

mn 1
Yanvarın 21-də Azərbaycanın Müdafiə Nazirliyi açıqlama yayıb. Açıqlamada deyilir: “Ermənistan Müdafiə Nazirliyi rəsmi nümayəndəsinin 2015-ci il ərzində silahlı qüvvələrinin ümumilikdə 57 nəfər itki verməsi ilə bağlı yaydığı xəbər qeyri-ciddi və saxtadır. Bu rəqəmlər erməni tərəfinin il ərzində verdiyi rəsmi xəbərlərlə üst-üstə düşmür. Yalnız erməni mətbuatından götürülən məlumatlara əsasən, düşmən 2015-ci ildə ölü olaraq 83 nəfər, yaralı olaraq isə 100 nəfərdən artıq itki verib (Siyahı).

Dağlıq Qarabağdan orduya çağırılanlar, məcburi surətdə silahlandırılıb səngərlərə yerləşdirilən mülki əhali və qaynar nöqtələrdən gətirilən muzdlular arasında itkilər də statistik məlumatlar hazırlanarkən nəzərə alınmalıdır. Erməni ictimaiyyətindən gizlədilən, müxtəlif mənbələrdən, o cümlədən elə düşmənin daxilindən əldə edilən məlumatlardakı rəqəmləri də hesablasaq, erməni xalqı üçün dəhşətli bir rəqəm alınır. Hətta təqribi hesablamalara əsasən, düşmənin 2015-ci ildə verdiyi itki 276 nəfərdən çoxdur.

2016-cı ilə də düşmən tərəfi itkilərlə başlayıb. Ermənilər döyüş itkilərinin gizlədilməsi, hadisə və cinayətlərin ört-basdır edilməsi barədə çox ciddi tapşırıqlar verib və bu istiqamətdə tədbirlər görməyə çalışırlar. Bu il yanvarın 19-da baş verən yalnız bir faktı təqdim edirik. Həmin gün saat 17:20-də Ermənistan silahlı qüvvələrinin əsgəri, 2014-cü ildə hərbi xidmətə çağırılmış, artilleriya divizionunun hərbi qulluqçusu Avetisyan Edqar Vartani silahla ehtiyatsız davranması nəticəsində sağ qolunun alt nahiyəsindən yaralanıb, onun hospitala yerləşdirilməsi və hadisənin ört-basdır edilməsi barədə komandirlərə qəti tapşırıq verilib”.


Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə