Xəbər bülleteni №21



Yüklə 0,58 Mb.
səhifə6/28
tarix14.02.2018
ölçüsü0,58 Mb.
#26991
1   2   3   4   5   6   7   8   9   ...   28

Avroda xırda ucuzlaşma


22.01.2016

avro 01Yanvarın 22-də Mərkəzi Bank manatın dollara məzənnəsini dəyişməz saxlayıb. Transparency.az bildirir ki, rəsmi kursla 1 dollar yenə 1,6028 manatdır. Bu qiymət yanvarın 19-da müəyyən edilib.

1 avronun rəsmi qiyməti isə yanvarın 21-i ilə müqayisədə 1,7458 manatdan 1,7365 manata enib (Tam siyahı).


Şəkinin qorunmasına sərəncam verilib


22.01.2016

sheki 1
Şəki şəhərinin tarixi hissəsinin qorunması haqqında prezident sərəncamı imzalanıb. Dövlət başçısı Mədəniyyət və Turizm Nazirliyinə Şəki Şəhər İcra Hakimiyyəti ilə birlikdə “Yuxarı Baş” dövlət tarix-memarlıq qoruğunun küçə şəbəkələrini və plan konfiqurasiyasını pozan, memarlıq dəyərinə və üslubuna xələl gətirən tikililərin uyğunlaşdırılması, mühəndis kommunikasiya xətlərinin təmiri və ya yenidən qurulması, tarix və mədəniyyət abidələrinin bərpası və ya konservasiyası, yolların təmiri ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb Nazirlər Kabinetinə təqdim etməyi tapşırıb. “Yuxarı Baş” dövlət tarix-memarlıq qoruğu üçün inzibati binanın ayrılmasına və ya həmin binanın tikintisi üçün tələb olunan maliyyə vəsaitinə dair təkliflər isə hökumətə bir ay müddətində təqdim olunmalıdır.

Mədəniyyət və Turizm Nazirliyinə Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası və Şəki Şəhər İcra Hakimiyyəti ilə birlikdə Şəki şəhərinin təbii landşaftının qorunması və yaşıllaşdırılmasına dair təkliflərini iki ay müddətində hazırlamaq da həvalə olunub.

Nazirlər Kabineti Şəki şəhərinin tarixi hissəsinin inkişafı və qorunub saxlanılması ilə bağlı tədbirlər planını üç ay müddətində, “Yuxarı Baş” dövlət tarix-memarlıq qoruğunun xəritəsini bir ay müddətində təsdiqləməli, qoruğa milli qoruq statusunun verilməsini təmin etməlidir.

Neft bahalaşıb


22.01.2016

neft yeni 1Dünya birjalarında neftin qiyməti qalxıb. Nyu-Yorkun NYMEX birjasında “Layt” markalı neftin bir barreli 2,50 dollar bahalaşaraq 30,72 dollar, Londonun İCE birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 2,89 dollar artaraq 30,67 dollar olub.

AZƏRTAC-ın 22 yanvar məlumatına görə, “AzəriLayt” markalı neftin bir barreli 1,65 dollar bahalaşaraq 30,47 dollara satılır.


Bir ildə xarici ticarət əməliyyatları 33,44% azalıb


22.01.2016

dgk-yeniDövlət Gömrük Komitəsi xarici ticarət əməliyyatlarının 2015-ci il hesabatını açıqlayıb. Transparency.az bildirir ki, hesabata görə, xarici ticarət əməliyyatları 2014-cü ilə nisbətən 33,44% azalıb. Bir ildə idxal əməliyyatlarında 0,36% artım, ixrac əməliyyatlarında 47,66% azalma qeydə alınıb.

Ötən il Dövlət Gömrük Komitəsinin xətti ilə büdcəyə 1 milyard 591 milyon 907,43 min manat daxil olub.

Xarici iqtisadi fəaliyyət iştirakçıları haqqında məlumata əsasən, 165 ölkə ilə ticarət əməliyyatları aparılıb. Xarici iqtisadi fəaliyyət iştirakçılarının ümumi sayı 7159-dur. Bunun 3566-sı fiziki şəxslər, 3593-ü hüquqi şəxslər olub.

244 xarici iqtisadi fəaliyyət iştirakçısı dövlət sektorunu, 3349-u özəl sektoru təmsil edib.


Gömrük hüquqpozmalarının 2015-ci il statistikası


22.01.2016

gomruk 2Gömrük hüquqpozmalarının 2015-ci il statistikası açıqlanıb. Transparency.az xəbər verir ki, Dövlət Gömrük Komitəsinin rəsmi hesabatına görə, ötən il gömrük orqanları cinayət xarakterli 579 fakt aşkarlayıb. Bunun 310-u qaçaqmalçılıq faktı, 210-u narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar faktlar, 6-sı gömrük ödənişlərindən yayınma, 28-i aksiz markası ilə markalanmalı olan malları belə marka olmadan idxal etmə, 243-ü digər cinayət xarakterli faktlar olub.

İl ərzində gömrük hüquqpozmalarında 638 şəxs təqsirləndirilib.

Hesabat dövrü ərzində Dövlət Gömrük Komitəsi 8627 inzibati xəta faktı ortaya çıxarıb.

Əsas mallar üzrə idxal-ixrac göstəriciləri


22.01.2016

idxal-ixrac
2015-ci ildə Azərbaycandan ixrac olunan əsas mallar üzrə göstəricilər bəlli olub. Transparency.az xəbər verir ki, Dövlət Gömrük Komitəsinin hesabatına görə, xam neft ixracı 2014-cü illə müqayisədə 51,83% azalıb. Neft məhsulları üzrə azalma 44,91% olub. Təbii qaz ixracı 34,12% azalıb.

Meyvə-tərəvəz üzrə ixracda isə 7,16% artım qeydə alınıb. Kimya sənayesi məhsullarının ixracında da artım var: 5,08%.

İdxalda əsas mallar üzrə göstəricilərə gəlincə, yeyinti məhsullarının idxalı 2014-cü illə müqayisədə 7,82% azalıb. Amma bəzi məhsullar üzrə artım qeydə alınıb. Meyvə-tərəvəz idxalı 130,52%, buğda idxalı 0,98% çoxalıb. Ət idxalı ötən il 2,04% çoxalıb.

Tütün və tütün məmulatlarının idxalı ötən ilə nisbətdə 25,49% az olub.

Əczaçılıq məhsullarının idxalında 19,80% artım olduğu bildirilir.

Xarici ticarətin vəziyyəti

Ən çox ixrac olunan mallar

Ən çox idxal olunan mallar


İmaməli Rəhmanın ömürlük prezidentliyə yolu açılır


22.01.2016

imamali rahmanYanvarın 22-də Tacikistan parlamentinin aşağı palatası dövlət başçısı İmaməli Rəhmanın qeyri-məhdud sayda prezident seçilməsinə imkan verən qanun layihəsini təsdiq edib.

Novator.az xəbər verir ki, aşağı palatanın deputatları yeni qanun layihəsinin mətnini ekspertiza üçün Konstitusiya Məhkəməsinə göndəriblər. Ekspertizadan sonra ölkə konstitusiyasına düzəliş referendumunun vaxtı təyin olunacaq.

Konstitusiyaya əlavə təsdiqlənərsə, İmaməli Rəhman 2020-ci ildə keçiriləcək prezident seçkisində öz namizədliyini irəli sürə biləcək.

63 yaşlı İmaməli Rəhman 1992-ci ildən Tacikistana rəhbərlik edir, əvvəl parlamentin sədri olub, 1994-cü ildən prezident postunu tutur.



Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə