Xəbər bülleteni №23



Yüklə 464,64 Kb.
səhifə1/23
tarix19.11.2017
ölçüsü464,64 Kb.
  1   2   3   4   5   6   7   8   9   ...   23

Xəbər bülleteni № 23

http://transparency.az/cnews/



Ünvan: AZ1001, Bakı, Cəfər Cabbarlı, 16, mən. 7
Tel: (+994 12) 497 81 70; 497 68 15; Fax: (+994 12) 596 20 38
E-mail: info©transparency.az

Fevral 2016

Manat dollar və avroya nisbətdə möhkəmlənib


11.02.2016

valyuta-01Mərkəzi Bank fevralın 11-də manatı möhkəmləndirib. 100 dollar 43 qəpik ucuzlaşaraq 157 manat 2 qəpikdən 156 manat 59 qəpiyə enib.

Transparency.az-ın məlumatına görə, avronun da məzənnəsi fevralın 10-u ilə müqayisədə enib. 100 avro 176 manat 84 qəpiyə təklif olunur. Dünənki rəsmi kurs 177 manat 34 qəpik idi.

Fevralın 10-da Mərkəzi Bank 200 milyon ABŞ dolları məbləğində vəsaiti satışa çıxarıb. Hərraca yalnız 1 bank qatılaraq 10 milyon ABŞ dolları alıb.

Günəşli” söndü


11.02.2016

guneshli 1Xəzərdəki “Günəşli” yatağının 10 saylı dərin dəniz özülündə yanğın dünən söndürülüb. Məlumatı SOCAR-ın mətbuat xidməti yayıb.

Yanğın ötən il dekabrın 4-də çox güclü qasırğa zamanı baş vermiş qəzadan bəri davam edirdi. Həmin gün özüldə sualtı qaz xəttinin dayaq borusu qırılıb, boru kəməri zədələnib və şiddətli yanğın olub. Özüldəki 63 işçidən 30-u itkin düşüb, indiyədək 12 nəfərin meyiti tapılıb.

SOCAR-ın mətbuat xidmətinin məlumatına görə, yanğın zamanı quyuağzı avadanlıqların sıradan çıxması nəticəsində hermetiklik pozulub, bu da quyuların boğulmasını çətinləşdirib: “Mövcud texnika və avadanlıqlardan maksimum səmərəli istifadə edilərək, əlavə problem yaratmadan yanan quyularda növbə ilə quyuağzı avadanlıqlar dəyişdirilib, quyular məhlulla boğulub. Görülmüş tədbirlər nəticəsində fevralın 10-da yanğın tam söndürülüb”.

2015-ci il dekabrın 4-də “Neft daşları”ndakı 501 nömrəli özüldə də faciə baş verib. Güclü tufan nəticəsində dalğalar estakada döşəməsini üstündəki yaşayış köşkü ilə birlikdə dənizə atıb. Köşkdəki 3 nəfər itkin düşüb.


Dövlət Neft Fondu Londondakı əmlakından nə qədər gəlir götürdüyünü açıqlayıb


11.02.2016

ardnf 1
Dövlət Neft Fondu Londondakı daşınmaz əmlakından nə qədər gəlir götürdüyünü açıqlayıb. Söhbət 2012-ci ilin dekabrında Britaniya paytaxtının “West End” səmtində, Seynt Ceyms, 78-də 177 milyon 350 min funt sterlinqə alınmış ofis kompleksindən gedir.

Rəsmi açıqlamaya görə, daşınmaz əmlak aktivinin icarəyə verilməsindən 2015-ci ilin sonuna qədər ümumilikdə təqribən 27 milyon funt sterlinq məbləğində gəlir əldə edilib.

ARDNF bildirir ki, hazırda Londondakı əmlakın dəyəri bazarda 213 milyon funt sterlinq məbləğində qiymətləndirilir: “Ümumilikdə isə 2015-ci ilin sonuna qədər bu aktivdən əldə edilən gəlirlilik (icarə haqqı və qiymət dəyişməsindən əldə edilən gəlir daxil olmaqla) 30 faizdən yüksəkdir. Orta illik gəlirlilik təqribən 10 faiz təşkil edib”.

Londondakı ofis kompleksi ARDNF-nin daşınmaz əmlaka ilk investisiyası olub.


Neft düşə-düşə gedir


11.02.2016

neft 1Dünya birjalarında neftin 11 fevral qiymətləri bəlli olub. Nyu-York birjasında “Layt” markalı neftin bir barreli 1,55 dollar ucuzlaşaraq 26,98 dollara, Londonun İCE birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,33 dollar azalaraq 30,64 dollara enib.

“AzəriLayt” markalı neftin bir barreli isə 1,16 dollar dəyər itirib, 31,45 dollara təklif edilir.

Xəbəri AZƏRTAC yayıb.

Dövlət Qulluğu Məsələləri üzrə Komissiya informasiya vermək qaydasını sərtləşdirdi


11.02.2016

komissiyaDövlət Qulluğu Məsələləri üzrə Komissiya “İnformasiya azadlığı ilə bağlı daxili icraat qaydaları”nda dəyişiklik edib. İndiyə qədər informasiyanın əldə edilməsinə o şərtlə icazə verilib ki, bu, Azərbaycan Respublikasının siyasi, iqtisadi, hərbi, maliyyə-kredit və valyuta siyasəti sahələrində maraqlarının qorunması, ictimai qaydanın, sağlamlığın və mənəviyyatın mühafizəsi, digər şəxslərin hüquq və azadlıqlarının, kommersiya və digər iqtisadi maraqlarının qorunması, məhkəmənin nüfuzunun və qərəzsizliyinin təmin edilməsi məqsədlərinə zidd olmasın. APA-nın məlumatına görə, fevralın 11-dən qüvvəyə minən dəyişikliyə əsasən, bu sahədə şərtlərin sayı artırılıb. İnformasiyanın əldə edilməsinə həm də o şərtlə icazə veriləcək ki, cinayət işləri üzrə ibtidai araşdırmanın normal gedişinin təmin edilməsi məqsədlərinə zidd olmasın.

“İnformasiya azadlığı ilə bağlı daxili icraat qaydaları”na əsasən, informasiya sorğusu ən qısa müddətdə, lakin 7 iş günündən gec olmayaraq icra edilir. Bu müddətdə həmin informasiya öz operativliyini itirərsə, sorğuya dərhal, bu mümkün olmadıqda isə 24 saatdan gec olmayaraq cavab verilməlidir.

İnsan həyatı, sağlamlığı, yaxud şəxsin azadlığı üçün real təhlükə yarandığı hallarda axtarılması və hazırlanması müəyyən vaxt tələb edən informasiya 48 saat ərzində (istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və Ümumxalq Hüzn Günü istisna olmaqla) təqdim edilir.

263 qanun, 285 fərman, 693 sərəncam…


11.02.2016

suleyman-ismayilovDövlət başçısı İlham Əliyev 2015-ci ildə 263 qanun, 285 fərman, 693 sərəncam imzalayıb. Prezident Administrasiyasının sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov AZƏRTAC-da dərc olunan məqaləsində belə yazıb.

Transparency.az-ın məlumatına görə, şöbə müdiri qeyd edir ki, 2015-ci ildə verilmiş sərəncamlardan 43-ü dövlət büdcəsindən, 19-u isə prezidentin ehtiyat fondundan müxtəlif tarix və mədəniyyət abidələrinin təmiri və bərpası, yolların tikintisi, kənd və qəsəbələrdə infrastruktur layihələrinin həyata keçirilməsi ilə bağlı olub, bu məqsədlər üçün üst-üstə 228 milyon manat vəsait ayrılıb. Sərəncamların 19-u bilavasitə avtomobil yollarının çəkilişi, təmiri və yenidən qurulması barədədir.

Süleyman İsmayılov yazır ki, ötən il prezident İlham Əliyev 20 xarici səfər həyata keçirib, ölkəyə səfər edən 15 dövlət və hökumət başçısı ilə görüşüb.




Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   23


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə