Xəbər bülleteni №24



Yüklə 331,4 Kb.
səhifə1/5
tarix14.12.2017
ölçüsü331,4 Kb.
  1   2   3   4   5

Xəbər bülleteni № 24

http://transparency.az/cnews/



Ünvan: AZ1001, Bakı, Cəfər Cabbarlı, 16, mən. 7
Tel: (+994 12) 497 81 70; 497 68 15; Fax: (+994 12) 596 20 38
E-mail: info©transparency.az

Fevral 2016
Əfv Məsələləri Komissiyasının yeni tərkibi

22.02.2016



prezident-ferman
Prezident İlham Əliyev Əfv Məsələləri Komissiyasının yeni tərkibini təsdiq edib. Sərəncama əsasən, komissiyanın katibi postu yenidən Prezident Administrasiyasının hüquq mühafizə orqanları ilə iş şöbəsinin əfv məsələləri sektorunun müdiri Kəmalə İsmayılovaya tapşırılıb. Ali Məhkəmənin sədrinə və baş prokurora komissiyanın iclaslarında iştirak tövsiyə olunub.

Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin sədrlik etdiyi komissiyanın üzvləri bunlardır:

Ramil Usubov — daxili işlər naziri

Fikrət Məmmədov — ədliyyə naziri

Əbülfəs Qarayev — mədəniyyət və turizm naziri

Mədət Quliyev — Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi

Fuad Ələsgərov — Prezident Administrasiyasının hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri

Allahşükür Paşazadə — Qafqaz Müsəlmanları İdarəsinin sədri

Əhliman Əmiraslanov — Milli Məclisin səhiyyə komitəsinin sədri

Bəxtiyar Əliyev — Milli Məclisin deputatı

Azay Quliyev — Milli Məclisin deputatı, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri

Səttar Möhbalıyev — Milli Məclisin deputatı, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri

Elmira Axundova — Milli Məclisin deputatı

Məlahət İbrahimqızı — Milli Məclisin deputatı

Aynur Sofiyeva — Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini

Rəşad Məcid — Yazıçılar Birliyinin katibi, Mətbuat Şurası İdarə Heyətinin üzvü

Əliməmməd Nuriyev — “Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri

Mehdi Mehdiyev — Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədri

Cəmilə Ramazanova — Azərbaycan Respublikasının əməkdar müəllimi.

Dollar və avro dəyər itirib

22.02.2016

dollar-euro 1Manat fevralın 22-də dollar və avro qarşısında möhkəmlənib. Rəsmi məzənnə ilə 100 dollar 156 manat 4 qəpiyə satılır. Ötən həftənin son iş günündə Mərkəzi Bank 100 dolları 156 manat 35 qəpiyə təklif etmişdi.

Transparency.az xəbər verir ki, bu gün 100 avroya 173 manat 36 qəpik qiymət qoyulub. Fevralın 19-da rəsmi kurs 173 manat 95 qəpik idi.

Dövlət Qulluğu Məsələləri üzrə Komissiya qanun pozuntuları aşkarlayıb

22.02.2016



dovlet qulluguDövlət Qulluğu Məsələləri üzrə Komissiya illik hesabat yayıb. Hesabatda bildirilir ki, bəzi mərkəzi icra hakimiyyəti orqanlarının aparatlarında və yerli bölmələrində, yerli icra hakimiyyəti orqanlarında və məhkəmələrdə inzibati vəzifələrin beşinci-yeddinci təsnifatlarına uyğun vakant vəzifələr olduğu halda müvafiq vəzifələrin tutulması ilə bağlı müsabiqənin və ümumi müsahibənin keçirilməsi barədə qərar qəbul edilmədiyi üzə çıxıb: “26 sentyabr, 17 oktyabr, 4 və 14 noyabr 2014-cü ildə elan edilmiş və 2015-ci ildə yekunlaşmış müsabiqələrdən müvəffəqiyyətlə keçmiş namizədlərlə bağlı qərarın qəbul edilməsi bir sıra mərkəzi icra hakimiyyəti orqanları, mərkəzi icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentlik və dövlət xidmətləri, məhkəmələrdə gecikdirilib. Bununla da “Dövlət qulluğu haqqında” qanunun 28.6-cı maddəsinin birinci hissəsinin tələbləri pozulub.

Dövlət qulluğuna dair qanunvericiliyin tələblərinin pozulması hallarının aradan qaldırılması ilə bağlı müvafiq tədbirlər görülüb, mərkəzi icra hakimiyyəti, apellyasiya və birinci instansiya məhkəmə orqanlarına məktub göndərilərək dövlət qulluğuna dair qanunvericiliyin düzgün tətbiqinin təmin edilməsi, bu sahədə yol verilən pozuntu və nöqsanların aradan qaldırılması xahiş edilib”.

APA-nın məlumatına görə, hesabatda qeyd olunur ki, qanunvericiliyin tətbiqi vəziyyəti öyrənilərkən bir yerli icra hakimiyyəti orqanının “Dövlət qulluğu haqqında” qanunun 28.2-ci maddəsinin və 29.2-ci maddəsinin dördüncü hissəsinin tələblərini pozması faktı müəyyən edilib və pozuntunun aradan qaldırılması məqsədilə məktub göndərilib.

Ünvanlı sosial yardım üzrə yeni sistem təqdim olunub

22.02.2016

teqdimat 1
Fevralın 22-si Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində ünvanlı dövlət sosial yardımı üzrə Vahid Elektron Müraciət və Təyinat Alt Sisteminin (VEMTAS) təqdimatı olub. Rəsmi məlumata əsasən, nazir Səlim Müslümov mərasimdəki çıxışında “Elektron hökumət” portalında qurulan VEMTAS-ın ünvanlı dövlət sosial yardımının alınması üçün müraciətin edilməsinə, müraciətlərə baxılmasına, yardım təyin olunub-olunmaması barədə qərarın qəbuluna, bununla bağlı müraciət edən şəxsə məlumatın verilməsi prosesinin tam avtomatlaşdırılmış şəraitdə həyata keçirilməsinə imkan verdiyini vurğulayıb. Onun sözlərinə görə, müraciət edən ailələrə aid müvafiq məlumatların elektron qaydada əldə olunması məqsədilə nazirliyin “Elektron hökumət” portalı üzərindən ümumilikdə 20-dən artıq quruma aid informasiya resurslarına çıxış imkanlarının təmin olunacağı nəzərdə tutulur.

Nazir bildirib ki, ailələri təmsil edən vətəndaşlar ünvanlı dövlət sosial yardımının alınması üçün kompüterlər, mobil telefonlar, habelə bu məqsədlər üçün xüsusi olaraq poçt şöbələrində quraşdırılmış infoköşklər vasitəsilə “Elektron hökumət” və ya nazirliyin “Elektron xidmətlər” portallarındakı e-xidmət vasitəsilə müraciət edə bilərlər: “Bu e-müraciətlər VEMTAS vasitəsilə qəbul ediləcək və 15 iş günü müddətində araşdırılaraq elektron qaydada cavablandırılacaq. Həmin ailələrin ünvanlı dövlət sosial yardımı almaq hüquqlarına baxılması üçün lazım olan arayış və məlumatlar aidiyyəti qurumların informasiya ehtiyatlarından əldə olunacaq. Yəni bu amil sosial yardım təyinatı sahəsində kağız daşıyıcılardan istifadənin tam məhdudlaşdırılmasına səbəb olacaq. Vətəndaşların müraciət zamanı elektron qaydada “Ərizə-bəyannamə”də qeyd etdikləri məlumatlar sistemdə avtomatlaşdırılmış şəkildə yoxlanacaq. Uyğunsuzluq aşkar edilməsə, ailəyə sosial yardımın təyin olunması barədə qərar çıxarılacaq, əks halda sosial yardımın təyin olunmasından imtina ediləcək”.

Səlim Müslümov deyib ki, sosial yardımın təyin olunması barədə qərar çıxarıldığı hallarda yardımın məbləği və təyin edilmə müddəti, onun əldə edilməsi üçün plastik kartın hansı bankdan alınacağı barədə, yardım təyin olunmasından imtina olunması barədə qərar çıxarıldığı hallarda isə imtinanın səbəbləri göstərilməklə qərarın çıxarıldığı gün təmsilçinin “Ərizə-bəyannamə”də qeyd etdiyi əks əlaqə vasitələrinin birinə məlumat göndəriləcək.

Vəkil Yalçın İmanovla bağlı bəyanat yayılıb

22.02.2016

yalcin imanovFevralın 22-də Sivil Toplum Platforması vəkil Yalçın İmanovla bağlı bəyanat qəbul edib. Novator.az-ın məlumatına görə, bəyanatda qeyd olunur ki, Nərimanov Rayon Məhkəməsinin hakimi Turqay Hüseynov Yalçın İmanovun peşə fəaliyyəti ilə bağlı intizam məsuliyyətinə cəlb olunması üçün Vəkillər Kollegiyasına müraciət barədə qərar qəbul edib: “Yalçın İmanovun intizam məsuliyyətinə cəlb olunması tələbi onun hakimlərin və dövlət ittihamçısının verilən vəsatətlərə formal yanaşmasını söyləməsi ilə bağlıdır. Bundan əvvəl başqa vəkillərə də qarşı oxşar hallar olub. Vəkilliyə qəbul edilməyən və ya vəkillikdən uzaqlaşdırılan İntiqam Əliyev, Qurban Məmmədov, Aslan İsmayılov, Namizəd Səfərov, Lətifə Əliyeva, Elçin Namazov, Xalid Bağırov, Əlayif Həsənov, Hidayət Süleymanov və başqa 10-dan çox vəkilin adını çəkə bilərik. İnsan haqlarını qoruyan və peşə fəaliyyətini ləyaqətlə yerinə yetirməyə çalışan vəkillərə təzyiqlər davam edir və artıq sistemli şəkil alıb”.

Bəyanatda bildirilir ki, Azərbaycanda müstəqil vəkil birlikləri yoxdur, vəkillik bütünlüklə Vəkillər Kollegiyasının inhisarındadır: “Vəkillərə basqıların, habelə vəkillik qurumunun vəkilliyə qəbulla bağlı tətbiq etdiyi sərt qaydaların nəticəsidir ki, Azərbaycan adambaşına düşən vəkil sayına görə inkişaf etmiş Avropa ölkələrindən, hətta Cənubi Qafqaz dövlətlərindən geri qalır. Azərbaycanda hər 10 min vətəndaşa heç 1 vəkil də düşmür. Qonşu Gürcüstanda hər 10 min nəfərə 8, Ermənistandasa 4 vəkil xidmət göstərir. İnkişaf etmiş ölkələrdə — İsraildə 10 min nəfərə 50, Türkiyədə 11, ABŞ-da isə 300 amerikalıya 1 vəkil düşür.

Bu gün Azərbaycan ölkəyə xarici investisiya cəlb etmək istəyir, ancaq bunun zəmanətlərindən biri müstəqil məhkəmə sistemidir. Peşəkar və müstəqil vəkil kontingenti olmadan heç bir xarici investor bizim məhkəmə sisteminə etibar edib ölkəyə vəsait yatırmaz.

Bu kriteriyaları əsas götürərək biz — Sivil Toplum Platformasının üzvləri vətəndaşlarımıza müraciət edir, onları güclü vətəndaş olmaq naminə vəkillərimizi dəstəkləməyə çağırırıq. Səlahiyyətli dövlət rəsmilərinə də üzərlərində ölkə konstitusiyasının və götürülmüş beynəlxalq öhdəliklərin tələblərini icra etmək məsuliyyətinin olduğunu xatırladırıq”.

Sivil Toplum Platformasını fevralın 10-da bir qrup vətəndaş cəmiyyəti nümayəndəsi, vəkil və jurnalistlər yaradıb. Platforma problemləri diskussiya masasına çıxarmaq, ətraflı müzakirələr keçirmək və konkret nəticələr əldə etmək məqsədilə təsis olunub.

Nazirlik vəzifəli şəxsə 6 min manat cərimə kəsib

22.02.2016

ekologiya nazirliyi 1
Fevralın 20-də Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Bakının Mir Cəlal küçəsindəki 41 saylı binanın yaxınlığında ağacların kəsilməsi ilə bağlı şikayət daxil olub. Nazirliyin mətbuat xidmətinin məlumatına görə, şikayət yerində araşdırılıb. Araşdırma zamanı 3 ədəd şam ağacının Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfat Birliyinin Binəqədi sahəsi rəisinin göstərişi əsasında qanunsuz kəsildiyi bilinib. Binəqədi rayon yaşıllaşdırma sahəsinin rəisi Maşallah Məmmədov vəzifəli  şəxs qismində 6 min manat məbləğində cərimə edilib.

İlham Əliyev İranın Radio-Televiziya Şirkətinə müsahibə verib

22.02.2016

ilham_aliyev 1Prezident İlham Əliyev İran İslam Respublikasının Radio-Televiziya Şirkətinə müsahibə verib. O, İrana gözlənən səfərinə toxunaraq deyib: “Mənim İrana rəsmi səfərim İran İslam Respublikasının prezidenti Həsən Ruhaninin dəvəti əsasında baş tutacaq. Biz İran prezidenti ilə bundan əvvəl dörd dəfə görüşmüşük. Həm mənim 2014-cü ilin aprelində İran İslam Respublikasına, həm də cənab Həsən Ruhaninin həmin ilin noyabrında Azərbaycan Respublikasına rəsmi səfərləri zamanı ölkələrimiz arasında ikitərəfli münasibətlərin bütün aspektləri üzrə səmimi müzakirələr aparılıb, siyasi, iqtisadi, humanitar və digər sahələrdə əlaqələrin inkişafına xidmət edən bir çox sənədlər imzalanıb.

İndiki səfər çərçivəsində də regionda və dünyada baş verən hadisələr, cərəyan edən proseslər, ikitərəfli siyasi, iqtisadi, sosial, mədəni əlaqələrin geniş spektri üzrə müzakirələr aparılacaq və bir sıra sənədlər imzalanacaq. Əminəm ki, bu səfər dost və qonşu İran dövləti ilə Azərbaycan arasındakı mövcud əlaqələrin inkişafı və yeni keyfiyyət pilləsinə yüksəlməsi üçün etibarlı zəmin yaradacaq”.

İki ölkə arasında ticarət dövriyyəsinin vəziyyəti ilə bağlı sualı cavablandıran prezident deyib: “Hazırkı ticarət dövriyyəsi bizim mövcud potensialımızdan qat-qat aşağı səviyyədədir. Əlbəttə, ticarət əlaqələrindəki bu vəziyyəti aradan qaldırmaq, ikitərəfli əməkdaşlığı daha da inkişaf etdirmək istiqamətində tədbirlər görüləcək.

Qlobal iqtisadiyyatda müşahidə olunan mənfi meyllərin təsirini azaltmaq və dinamik inkişaf meylini qoruyub saxlamaq üçün Azərbaycanda geniş iqtisadi islahatlar daha sürətlə davam etdirilir. Hazırda geniş investisiya və özəlləşdirmə proqramları üzərində iş aparılır, həm yerli, həm də xarici iş adamları üçün biznes mühiti daha da yaxşılaşdırılır. Hesab edirik ki, bu, iranlı iş adamlarının Azərbaycanda fəaliyyəti üçün də yeni imkanlar yaradacaq. Eyni zamanda Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə müştərək dövlət komissiyası fəal işləyir və onlar bir sıra yeni təkliflərlə çıxış edib. Hazırda həmin təkliflər nəzərdən keçirilir.

Son illər Azərbaycan və İran Şimal-Cənub nəqliyyat dəhlizinin çox önəmli tərəfdaşına çevriliblər. Biz ölkənin tranzit imkanlarının genişləndirilməsi üçün zəruri tədbirlər həyata keçirərək nəqliyyat infrastrukturumuzu ən müasir standartlara uyğun yenidən qurmuşuq. Əminik ki, İran və Azərbaycan Astarası arasında dəmir yolunun istifadəyə verilməsi Şimal-Cənub nəqliyyat dəhlizini önəmli dərəcədə canlandıracaq. Ümumiyyətlə, nəqliyyat-kommunikasiya dəhlizləri bütün iştirakçı ölkələr, o cümlədən bizim üçün böyük iqtisadi və geosiyasi əhəmiyyət kəsb edir. Həmin dəhlizlər bir tərəfdən beynəlxalq yük daşımalarında dövlətlərimizin çəkisini böyük dərəcədə artıracaq, digər tərəfdən isə iqtisadi sahədə ikitərəfli əməkdaşlıq əlaqələrimizi gücləndirəcək”.

Xəbəri “Trend” yayıb.

Yanvar ayı üzrə makroiqtisadi göstəricilər

22.02.2016



dsk 1
Dövlət Statistika Komitəsi 2016-cı ilin yanvar ayı üzrə makroiqtisadi göstəriciləri açıqlayıb. Transparency.az-ın məlumatına görə, açıqlamada bildirilir ki, 2016-cı ilin yanvar ayında ölkədə fəaliyyət göstərən müəssisə, təşkilat və fiziki şəxslər 4 milyard 11,2 milyon manatlıq və ya əvvəlki ilin yanvar ayına nisbətən 3,3 faiz az ümumi daxili məhsul istehsal edib: “Bunun əsas səbəbi neft-qaz sənayesində, tikintidə, nəqliyyat sektorunda məhsul və xidmətlər istehsalının azalması olub. Ümumi daxili məhsulun əhalinin hər nəfərinə düşən həcmi 418,3 manata bərabərdir”.

Açıqlamaya əsasən, sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 0,3 faiz artıb, neft sektorunda isə 3,5 faiz azalıb: “Kənd təsərrüfatının ümumi məhsulu 1,8 faiz, o cümlədən bitkiçilik məhsulları istehsalı 4,7 faiz, heyvandarlıq məhsulları istehsalı 1,7 faiz artıb. 2016-cı ilin yanvar ayında əsas kapitala 880,7 milyon manat məbləğində vəsait yönəldilib. İstifadə olunmuş vəsaitin 772 milyon manatı və ya 87,6 faizi məhsul istehsalı obyektlərinin, 65,7 milyon manatı (7,5 faizi) xidmət sahələri üzrə obyektlərin, 43 milyon manatı (4,9 faizi) isə ümumi sahəsi 133,7 min kvadratmetr olan yaşayış evlərinin tikintisinə sərf olunub. Əsas kapitala yönəldilmiş vəsaitlərin 251,3 milyon manatını və ya 28,5 faizini daxili sərmayələr təşkil edib.

Maliyyə Nazirliyinin operativ məlumatlarına əsasən, 2015-ci ildə dövlət büdcəsinə 17 milyard 153,2 milyon manat vəsait daxil olub, büdcədən 17 milyard 786,8 milyon manat vəsait xərclənib. Büdcənin icrasında yaranmış 633,6 milyon manatlıq kəsir ümumi daxili məhsulun 1,2 faizi səviyyəsindədir.

Mərkəzi Bankın məlumatlarına görə, kreditlərin həcmi 2015-ci il yanvar ayının 1-i ilə müqayisədə 17,1 faiz artıb. Ödəmə vaxtı keçmiş kreditlərin məbləği ümumi kredit portfelinin 6,9 faizini təşkil edib. Əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği 2016-cı il yanvar ayının 1-nə 9 milyard 473,9 milyon manat olub” (Ətraflı).

Qazaxıstanda iki jurnalist korrupsiya ittihamı ilə tutulub

22.02.2016



qazaxistan 1Qazaxıstan Jurnalistlər İttifaqı İdarə Heyətinin sədri, Milli Mətbuat Klubunun prezidenti Seytkazı Matayev fevralın 22-də korrupsiya cinayətində şübhəli bilinərək tutulub. Novator.az xəbər verir ki, Korrupsiyaya Qarşı Milli Büronun Almatı Departamenti Seytkazı Matayevi büdcə vəsaitini mənimsəməkdə və vergidən yayınmaqda şübhəli bilir. İttihama görə, o, 2011-2015-ci illərdə dövlət siyasətinə informasiya dəstəyi və mətbu orqanlarda materialların yerləşdirilməsinə ayrılmış 300 milyon təngəni (844 min dollardan çox) mənimsəyib.

Eyni iş üzrə KazTAQ informasiya agentliyinin baş direktoru Aset Matayev də tutulub.

Nazir: “İmtahanın forması və məzmunu dəyişməlidir”

22.02.2016



mikayil cabbarov 1Təhsil naziri Mikayıl Cabbarov ANS-in “Hesabat” verilişinə müsahibə verib. Edu.gov.az-ın məlumatına görə, nazir deyib ki, Azərbaycanda insan kapitalının formalaşdırılması üçün aparılan siyasət təhsil sahəsini də əhatə edir: “İlk növbədə xaricdə təhsil üzrə dövlət proqramını qeyd etmək istəyirəm. 2007-ci ildə qəbul edilən proqram artıq o dövrdə bilik iqtisadiyyatını, dünyada dəyişən iqtisadi modeli nəzərə alaraq Azərbaycanın gələcəyinin ilk növbədə keyfiyyətli kadrların hazırlığından ibarət olduğunu ortaya qoymuşdu. Bu günə qədər xaricdə təhsil proqramı üzrə 3500-dən çox şəxsə təqaüd verilib. Min nəfərdən çox şəxs məzun olub. Onların 60 faizi özəl sektorda, 40 faizi dövlət qulluğunda çalışır. Bunun üçün onlara xüsusi imtiyazlar yaradılıb. Həmin məzunlar imtahan vermədən dövlət qulluğuna qəbul olunurlar.

Təbii ki, bu, yeganə istiqamət deyil. Əgər ölkə təhsilinə nəzər salsaq, biz iki il bundan öncə savadlı, bacarıqlı, hazırlıqlı tələbələrdən ibarət SABAH proqramına start vermişik. Burada da eyni məqsədləri düşünmüşük. Yeni insan necə olmalıdır və yeni iqtisadiyyatda hansı keyfiyyətləri axtarırıq? Bilikli, biliklərini gündəlik həyatında və peşəkar fəaliyyətində tətbiq edə bilən və kreativ, qeyri-standart düşüncəyə malik olan insanlar. Bu, bugünkü postmodern adlanan dövrün və iqtisadiyyatın tələbidir. Çalışırıq ki, SABAH qruplarında belə tələbələrin seçilməsinə, yetişməsinə nail olaq.

Peşə təhsili səviyyəsində də analoji proseslər gedir. Müasir Azərbaycan Peşəkarları brendi adı altında keçirdiyimiz layihələr buna misal ola bilər. Artıq bir neçə ilk peşə-ixtisas təhsili müəssisəsində gerçəkləşən bu layihənin əsas fərqli cəhəti odur ki, biz bunu həm özəl sektor, həm də dövlətə məxsus olan şirkətlərlə birlikdə həyata keçiririk.

Nəhayət, ümumi təhsil sahəsindən danışsaq, deyə bilərik ki, artıq Azərbaycanda yeni məzmunlu tədris həyata keçirilir. Başqa sözlə, tənqidi təfəkkürü, kreativ düşüncəni inkişaf etdirən, qeyri-standart düşüncə və komandada çalışmaq imkanları, vərdişləri aşılayan bir təhsil sisteminə qədəm qoymuşuq”.

Ali məktəblərə qəbul imtahanları ilə bağlı sualı cavablandıran nazir deyib ki, test imtahanı sisteminin əsas üstünlükləri insan faktorundan asılılığının minimal olması, qiymətləndirmə prosesində nəticələrin müəyyən mənada insan faktorundan asılı olmayaraq həyata keçirilməsidir: “Bu, Azərbaycan kontekstində böyük üstünlükdür. Bununla da obyektivlik təmin edilir. Digər tərəfdən imtahanın yığcam olması bir gün ərzində təhsil proqramının məzmununun qiymətləndirilməsidir. Yeni şəraitdən, şərtlərdən, tələblərdən danışırıqsa, gələcəkdə evolyusiya olmalıdır. Biz istərdik ki, zəruri kompetensiyalar qiymətləndirmədə əks olunsun. Bu gün test imtahanının forması əmək bazarında tələb olunan müasir, uğurlu məzun üçün tələb olunan bir sıra bilik və komptenesiyaları ölçmək qabiliyyətinə malik deyil. Nədir bu? Nitq, ritorika, yazı vərdişləri, qeyri-standart, hər hansı seçim variantları ilə məhdudlaşmayan tənqidi düşüncə tərzini özündə əks etdirən sualların olması.

Bir tərəfdən qeyd etdik ki, imtahanın qısa olması üstünlükdür. Amma digər tərəfdən təbii olaraq bunun bir çatışmazlığı da var. Faktiki olaraq məzunun gələcəyi, taleyi 3 saatlıq bir imtahanda həll olunur. O imtahan ildə bir dəfə keçirilir. Dünyada başqa qiymətləndirmə sistemləri də mövcuddur. Onlardan ən məşhurları GMAT, SAT, əgər dil biliyinin qiymətləndirilməsindən danışırıqsa, TOEFL, İELTS kimi imtahanları misal göstərə bilərik. Onların hansısa bir hissəsi test imtahanı şəkilində keçirilə bilər, amma bütün imtahan test deyil, burada oxu, yazı vərdişləri, fikri ifadə etmək də yer alır. Bu istiqamətdə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə ilə faydalı müzakirələrimiz gedir. Növbəti iki-üç ildə düşünmürəm ki, imtahanın forma və mahiyyətində hər hansı dəyişiklik gözləməliyik. Amma ondan sonrakı dövrdə mənə belə gəlir ki, imtahanın forması və məzmunu dəyişməlidir.

Bunun başqa zəruri səbəbi də oradan qaynaqlanır ki, yeni tədris məzmunu ilə oxuyan məzunlarımız 3 ildən sonra məktəbi bitirirlər, əgər belə demək olarsa, onların tədrisi, bilikləri testlə ölçülə bilməz. Onlara məktəbdə aşıladığımız biliklərin qiymətləndirilməsi fərqli alətlər tələb edir. Biz hazırda qiymətləndirmə standartları adlanan bir fəaliyyəti həyata keçiririk. Həmin o yeni qiymətləndirmə standartları hazırlanmalıdır. Burada qorxulu bir şey yoxdur. Əgər biz yaxın ölkələri götürsək, məsələn, Rusiyada bu sistemi vahid dövlət imtahanı adlandırırlar. Həmin imtahanlar da bütün tələbələr üçün eyni vaxtda keçirilir. Obyektivliyi və bizim üçün zəruri olan digər amilləri önə çəkmək şərti ilə deyək ki, həmin imtahanların test hissəsi yoxdur. Ənənəvi yoxlama işi formatında keçirilir. Mən yenə deyirəm, belə bir qərar bir gün, bir il ərzində qəbul oluna bilməz, olunmamalıdır. Çünki bəzi faktorlara, ilk növbədə insan faktorunun qiymətləndirmə prosesinə təsirinin istisna olunmasına və tam minimuma endirilməsinə xüsusi diqqət yetirməliyik”.

Külli miqdarda vergidən yayınma işləri barədə məlumat yayılıb

22.02.2016

vergiler nazirliyi 2
Vergilər Nazirliyi iki müəssisədə külli miqdarda vergidən yayınma barədə açıqlama yayıb. Transparency.az-a verilən məlumata görə, istintaq zamanı “Bakı Elektriktökmə” Açıq Səhmdar Cəmiyyətində 370 min manat vergini dövlət büdcəsinə ödəməkdən yayınma faktı aşkar edilib: “ASC-də 29 dekabr 2005-ci ildən 17 sentyabr 2012-ci ilə qədər sədr vəzifəsində işləyən Şamil Məmmədov Vergi Məcəlləsinin tələblərini pozaraq vergi orqanına təqdim etdiyi bəyannamələrə bilərəkdən təhrif olunan məlumatlar daxil edib, bəyannamə təqdim etməməklə ümumilikdə 308,3 min manat məbləğində vergini dövlət büdcəsinə ödəməkdən yayındırıb.

Şamil Məmmədovun külli miqdarda vergidən yayınma maddəsi ilə təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilməsi haqqında qərar qəbul edilib. Lakin o, istintaqdan gizləndiyinə görə ittiham elan etmək mümkün olmayıb, barəsində axtarış elan edilib. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 2016-cı il fevralın 11-də Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin əməkdaşları Şamil Məmmədovu tutaraq istintaqa cəlb edib, həmin gün ona külli miqdarda vergidən yayınma maddəsi ilə təqsirləndirilən şəxs qismində ittiham elan olunub.

Şamil Məmmədovun az ağır cinayət əməli törətdiyi, azadlıqda qalarsa istintaq və məhkəmə orqanlarından qaçıb gizlənməyəcəyi, eyni zamanda dövlət büdcəsinə ödəməkdən yayındırdığı vergilərdən 50 min manat məbləğində olan hissəni könüllü olaraq dövlət büdcəsinə ödədiyi nəzərə alınıb, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib”.

Digər cinayət işi “ES Qrup Konstrakşn” MMC-də baş verən vergidən yayınma halları üzrə başlanıb. Nazirliyin məlumatına görə, 70,6 min manat məbləğində vergini dövlət büdcəsinə ödəməkdən yayındırma faktı üzrə istintaq aparılıb: “İstintaq zamanı müəyyən edilib ki, müəssisənin direktoru Elçin Səfərov cəmiyyətin qeydiyyatda olduğu vergi orqanına təqdim etdiyi bəyannamələrə gəlirlər və xərclər barədə qəsdən təhrif olunan məlumatları daxil etməklə cinayət əməli törədib.

Departament 2015-ci il dekabrın 7-də Elçin Səfərovun təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilməsi barədə qərar qəbul edib, lakin olduğu yer müəyyən edilmədiyi və istintaqa cəlb olunmadığı üçün ona ittiham elan etmək mümkün olmayıb, barəsində axtarış elan edilib. Elçin Səfərov bu il fevralın 11-də tutularaq müvəqqəti saxlanılması üçün Yasamal Rayon Polis İdarəsinə təhvil verilib. Cinayət işi üzrə dayandırılan icraat təzələnib və şəxsə Cinayət Məcəlləsinin külli miqdarda vergidən yayınma maddəsi ilə ittiham elan olunub”.

Neft Fondu bir gündə 177 milyon 450 min dollar satdı

22.02.2016

ardnf 1Fevralın 22-də Mərkəzi Bankın növbəti hərracı təşkil edilib. Transparency.az rəsmi məlumata əsasən bildirir ki, Dövlət Neft Fondu 200 milyon ABŞ dollarını hərraca çıxarıb, 13 banka 177 milyon 450 min ABŞ dolları satılıb.

Bu il Dövlət Neft Fondu bazara daha bir neçə dəfə valyuta təklif edib. Yanvarın 13-də fond 200 milyon, 15-də 300 milyon, 18-də 193 milyon 896 min dollar həcmində vəsait satıb. Bu, 693 milyon 896 min ABŞ dolları edir.

Mərkəzi Bank dolların satış kursunu qaldırıb

23.02.2016



dollar 01Fevralın 23-də Mərkəzi Bank dolların satış kursunu qaldırıb. Rəsmi məzənnə ilə 100 dollar 156 manat 12 qəpiyə təklif olunur. Ötən gün kurs 156 manat 4 qəpik idi.

Avronun satış kursu isə bu gün aşağı salınıb. Transparency.az xəbər verir ki, 100 avro 173 manat 36 qəpikdən 172 manat 40 qəpiyə enib.

100 Rusiya rublu fevralın 23-də 2 manat 8 qəpiyə satılır.

Nazirliyin nişanı dəyişdi, devizi yox

23.02.2016

iqtisadiyyat nazirliyi 1İqtisadiyyat Nazirliyinin yeni loqotipi (nişanı), devizi və tanınma rəngi təsdiq edilib. Rəsmi məlumata görə, dairəvi formadakı loqotipdə Azərbaycanın dövlət bayrağının rəngləri əks olunub. Dairənin içində iqtisadiyyata dair 3 hissədən ibarət dişli çarxın təsviri və qızılı rəngli qrafik elementlər (bina, qurğu və tikililər) əksini tapıb.

Nazirliyin devizi — mərhum prezident Heydər Əliyevin “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir!” ifadəsi isə dəyişməyib.

Azərbaycan prezidentinin 15 yanvar 2016-cı il sərəncamı ilə İqtisadiyyat və Sənaye Nazirliyi İqtisadiyyat Nazirliyi adlandırılıb. Digər sərəncamla Şahin Abdulla oğlu Mustafayev iqtisadiyyat naziri təyin olunub.

Şahin Mustafayev adı son üç ildə ikinci dəfə dəyişdirilən (2013-cü ilədək İqtisadi İnkişaf Nazirliyi idi) quruma 2008-ci ildən rəhbərlik edir.

“Brendi”və “Tünd alkoqollu içkilər” standartları təsdiqlənib

23.02.2016

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi AZS 851-2016 “Brendi”və AZS 852-2016 “Tünd alkoqollu içkilər” dövlət standartlarını təsdiqləyib. Komitənin məlumatında bildirilir ki, “Brendi” standartına görə, brendi şərabçılıq məhsulu şəffaf, çöküntüsüz, kənar hissəciklərsiz, kənar dadsız və iysiz olmalıdır. Brendidə etil spirtinin həcm payı yol verilən kənara çıxmalar nəzərə alınmaqla 40%-dən az olmamalı, invert şəkər hesabı ilə şəkərlərin kütlə qatılığı yol verilən kənara çıxmalar nəzərə alınmaqla ən çoxu 20 q/dm3 olmalıdır.

Brendi doldurulmuş butulkaların ağzı məhsulun keyfiyyətini, təhlükəsizliyini, eləcə də bağlanmanın hermetikliyini təmin edən qapaqlarla bağlanmalıdır. Markalanma zamanı brendinin yaşının “ulduzlar”la göstərilməsinə icazə verilir. Brendi 5 dərəcədən yuxarı temperaturda və havanın nisbi nəmliyi 85%-dən yuxarı olmayan şəraitdə, birbaşa günəş şüaları düşməyən yerdə saxlanmalıdır.

“Tünd alkoqollu içkilər” standartı rektifikasiya olunmuş etil spirti və su qarışığına xüsusi dad və ətir verilməsi üçün nəzərdə tutulmuş ərzaq təyinatlı xammalların və məhsulların, habelə inqrediyentlərin əlavə olunması yolu ilə alınmış tünd alkoqollu içkilərə şamil edilir. Standarta əsasən, tünd alkoqollu içkilər şəffaf (reseptura ilə nəzərdə tutulmuş qeyri-şəffaf içkilər istisna olmaqla) və çöküntüsüz olmalıdır.

Butulkalara və digər istehlak qablarına doldurulmuş tünd alkoqollu içkilərdə istifadəsi reseptura ilə nəzərdə tutulmuş bitki, meyvə, giləmeyvə hissəcikləri və digər əlavələr ola bilər. Tünd alkoqollu içkilərdə istifadə olunan xammalların və əlavələrin səciyyəvi xüsusiyyətləri (rəngi, dadı və ətri) aydın hiss olunmalıdır. Həmçinin tərkibində dubil və rəngləyici maddələri olan inqrediyentlərsiz tünd alkoqollu içkilərin zəmanətli saxlanma müddəti 12 aydır. Tərkibində brendi, protein, ətirlənmiş gavalı şirəsi, suxari, qara istiot, qırmızı istiot, dubil və rəngləyici maddələrin miqdarı çox olan inqrediyentli tünd alkoqollu içkilərin zəmanətli saxlanma müddəti isə 4 aydır.

Azərbaycan nefti 35 dollardan yuxarı qalxıb

23.02.2016



neft 1
Dünya birjalarında neftin qiyməti artır. Fevralın 23-də “Layt” markalı neftin bir barreli 1,24 dollar bahalaşaraq 31,33 dollar, “Brent” markalı neftin bir barrelinin qiyməti 0,73 dollar artaraq 34,13 dollar olub.

AZƏRTAC xəbər verir ki, “AzəriLayt” markalı neftin bir barreli 2,16 dollar bahalaşıb və 35,42 dollara satılır.

Əhalinin gəlirləri 12,1 faiz artıb

23.02.2016



azerbaycan 01Dövlət Statistika Komitəsi əhalinin gəlirləri ilə bağlı hesabat yayıb. Transparency.az-ın məlumatına görə, hesabatda bildirilir ki, 2016-cı ilin yanvar ayında Azərbaycan əhalisinin gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə nominal ifadədə 12,1 faiz artaraq 3 milyard 80,6 milyon manata çatıb. Gəlirlərin əhalinin hər nəfərinə düşən həcmi isə 321,2 manat olub.

Bütün icbari və könüllü haqlar ödənildikdən sonra əhalinin sərəncamında 2 milyard 780,6 milyon manat və ya əhalinin hər nəfərinə orta hesabla 290 manat vəsait qalıb.

Başqa bir statistikaya görə, ilin ilk ayında ölkədə 4 milyard 11,2 milyon manatlıq ümumi daxili məhsul istehsal edilib, onun əhalinin hər nəfərinə düşən həcmi 418,3 manat və ya 264,5 ABŞ dolları olub.

2015-ci ildə baş vermiş yol-nəqliyyat hadisələrinin statistikası

23.02.2016

avtomobil 1Dövlət Statistika Komitəsi bildirir ki, 2015-ci ildə ölkənin avtomobil yollarında 2220 yol-nəqliyyat hadisəsi baş verib və bu hadisələr nəticəsində 3159 nəfər zərər çəkib. 2014-cü ilə nisbətən hadisələrin sayı 15,7 faiz, zərərçəkənlərin sayı isə 16,9 faiz azalıb. Zərərçəkənlərin 2265 nəfəri müxtəlif dərəcəli bədən xəsarəti alıb, 894 nəfəri isə həlak olub.

Qəzaların əsas hissəsi (1934-ü) yaşayış məntəqələrinin payına düşüb. Bütün yol-nəqliyyat hadisələrinin 41,6 faizi nəqliyyat vasitələrinin və piyadaların iştirakı ilə, 22,5 faizi bir nəqliyyat vasitəsinin iştirakı ilə, 35,9 faizi bir neçə nəqliyyat vasitəsinin iştirakı ilə baş verib və 2014-cü ilə nisbətən hadisələrin sayı müvafiq olaraq, 6,6 faiz, 23,6 faiz və 19,7 faiz azalıb.

İl ərzində sərxoş sürücülərin nəqliyyat vasitələrini idarə etməsi zamanı ölümlə və ya bədən xəsarətinin alınması ilə nəticələnən 55 hadisə baş verib, nəticədə 97 nəfər zərər çəkib.

Dövr ərzində yol-hərəkəti qaydaları əleyhinə 2,5 milyon və ya 2014-cü illə müqayisədə 7,5 faiz çox inzibati xəta aşkarlanıb. Qaydaların pozulmasına görə 88,5 milyon manat məbləğində cərimələr ödənilib.

Daşınmaz əmlakın qiymətləndirilməsi xidməti ilə bağlı rəsmi açıqlama yayılıb

23.02.2016



komiteFevralın 23-də Əmlak Məsələləri Dövlət Komitəsi açıqlama yayıb. Açıqlamada qeyd olunur ki, komitə vətəndaşlara, fiziki və hüquqi şəxslərə ölkə ərazisində mülkiyyət növündən asılı olmayaraq daşınmaz əmlakın qiymətləndirilməsi xidməti göstərir: “Bu xidmətdən istifadə etmək üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin müvafiq ərazi idarələrinə müraciət etmək kifayətdir. Müxtəlif müraciətlər əsasında bütün növ daşınmaz əmlakların bazar qiymətlərinin müəyyənləşdirilməsi həyata keçirilir.

Dövlət başçısının 4 may 2015-ci il fərmanı ilə bütün ölkə ərazisində mülkiyyət növündən asılı olmayaraq daşınmaz əmlakın qiymətləndirilməsini aparmaq və bu sahədə nəzarəti həyata keçirmək Əmlak Məsələləri Dövlət Komitəsinə həvalə edilib. Qiymətləndirmə işlərini Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin peşəkar qiymətləndiriciləri həyata keçirir. Proses milli və beynəlxalq qiymətləndirmə standartlarının tələblərinə uyğun şəkildə aparılır. Reyestr Xidmətində bütün növ daşınmaz əmlaklar barədə atributiv bazar məlumatlarını özündə ehtiva edən Bazar Məlumatları Bankı yaradılıb. Bu baza son 10 il ərzində bütün ölkə ərazisində rəsmi dövriyyədən keçmiş (notarial qaydada təsdiq edilən alğı-satqı müqaviləsi əsasında dövlət reyestrində rəsmi qeydiyyatdan keçmiş) daşınmaz əmlakları ehtiva edir. Bu bankda 400 mindən artıq daşınmaz əmlak barədə məlumatlar toplanıb. Özəl qiymətləndiricilər həyata keçirilən qiymətləndirmə işlərinin ekspertizasını da aparır.

Xidmətdə daşınmaz əmlakın qiymətləndirilməsi ilə bağlı həyata keçirilən bütün əməliyyatlar üçün ödənişlər Tarif (qiymət) Şurasının 31 iyul 2009-cu il qərarı ilə təsdiq edilmiş tariflərə uyğun olaraq tənzimlənir. Bu əməliyyatlara qiymətləndirmənin aparılması, məlumat bankından məlumatların verilməsi, ekspertizanın aparılması aiddir. İstənilən hüquqi və fiziki şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin müvafiq ərazi idarələrinə müraciət edərək yeni yaradılmış bu xidmətdən yararlana bilər”.

Prokuror jurnalisti döyənlərə cəza istədi

23.02.2016

rasim eliyevFevralın 23-də Bakı Ağır Cinayətlər Məhkəməsi jurnalist Rasim Əliyevin ölümündə təqsirləndirilən şəxslərin işi üzrə prosesi davam etdirib. APA-nın məlumatına görə, hakim Eldar İsmayılovun sədrlik etdiyi prosesdə dövlət ittihamçısı çıxış edib. O, Elşən İsmayılov və Arif Əliyevə 14 il, Camal Məmmədova 12 il, Samir Məmmədov və Kənan Mədətova 11 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası istəyib.

ANN.TV-nin reportyoru olmuş Rasim Əliyevi ötən il avqustun 8-də bir qrup şəxs döyüb. Jurnalist bir gün sonra xəstəxanada keçinib. Hadisə ilə bağlı “Qəbələ” klubunun futbolçusu Cavid Hüseynov, onun bibisi oğlu və daha 4 nəfər həbs olunub.

Bakı Şəhər Prokurorluğunda aparılan istintaq müəyyən edib ki, Cavid Hüseynov avqustun 6-da “Facebook” səhifəsində onu tənqid edən Rasim Əliyevə zəng vuraraq təkzib vermək tələbi qoyub. Bundan sonra Cavid Hüseynovun bibisi oğlu Elşən İsmayılov da Rasim Əliyevə zəng vuraraq təkzib verməsini tələb edib və bu zəmində aralarında mübahisə yaranıb. Elşən İsmayılov Rasim Əliyevdən qisas almaq məqsədilə özünə yaxın olan Camal Məmmədov, Arif Əliyev, Kənan Mədətov və Samir Mustafayevdən ibarət qrup yaradaraq avqustun 8-i Bayıl qəsəbəsində onunla görüşüb. Onlar Rasim Əliyevə çoxsaylı ağır dərəcəli bədən xəsarətləri yetirib hadisə yerindən qaçıblar. Bakı Kliniki Tibbi Mərkəzə çatdırılmasına və üzərində müalicə və əməliyyat aparılmasına baxmayaraq Rasim Əliyevin həyatını xilas etmək mümkün olmayıb və o, avqustun 9-u orada vəfat edib.

Kənan Mədətov, Camal Məmmədov, Samir Mustafayev, Elşən İsmayılov, Arif Əliyev zərərçəkmiş şəxsin ölümünə səbəb olan qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilirlər. Rasim Əliyevə məxsus mobil telefonun oğurlanaraq sındırılması epizoduna görə Arif Əliyevə və Elşən İsmayılova oğurluq ittihamı da irəli sürülüb.

Cavid Hüseynov Cinayət Məcəlləsinin 307.1 (ağır cinayətin törədilməsi və hazırlanmasını bilərək həmin cinayət barəsində xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilir. Onun işi ayrıca icraata ayrılıb.




Dostları ilə paylaş:
  1   2   3   4   5


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə