Xəbər bülleteni №26



Yüklə 439,57 Kb.
səhifə2/4
tarix04.02.2018
ölçüsü439,57 Kb.
#23720
1   2   3   4

İsmayıl Vəliyev

Novruz əfvi: siyahılar var

10.03.2016

Martın 20-dən 28-dək Azərbaycanda Novruz bayramı qeyd olunacaq. Bayram ərəfəsində siyasi məhbus kimi tanınan şəxslərin əfv sərəncamı ilə azadlığa buraxılmasının mümkünlüyü haqda çox danışılır.

Əfv Məsələləri Komissiyası iclaslarını başa vuraraq dövlət başçısı İlham Əliyevə tövsiyə xarakterli siyahı göndərib. Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin sədrlik etdiyi Əfv Məsələləri Komissiyasının üzvləri Ramil Usubov (daxili işlər naziri), Fikrət Məmmədov (ədliyyə naziri), Əbülfəs Qarayev (mədəniyyət və turizm naziri), Mədət Quliyev (Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi), Fuad Ələsgərov (Prezident Administrasiyasının şöbə müdiri), Allahşükür Paşazadə (Qafqaz Müsəlmanları İdarəsinin sədri), Əhliman Əmiraslanov, Bəxtiyar Əliyev, Azay Quliyev, Səttar Möhbalıyev, Elmira Axundova, Məlahət İbrahimqızı (Milli Məclisin deputatları), Aynur Sofiyeva (Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini), Rəşad Məcid (Yazıçılar Birliyinin katibi), Əliməmməd Nuriyev (“Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri), Mehdi Mehdiyev (Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədri), Cəmilə Ramazanovadır (Azərbaycan Respublikasının əməkdar müəllimi).

Əfv Komissiyası bəzi yerli və beynəlxalq hüquq müdafiə qurumlarının siyasi məhbus kimi tanıdığı şəxslərin işinə baxıbmı? Transparency.az-ın sualını cavablandıran komissiya üzvü Əliməmməd Nuriyev deyib ki, 4 iclasda əfv üçün prezidentə müraciət edən 400-dən çox şəxsin işi müzakirə olunub: “Hər bir şəxsin məsələsinə ayrıca, fərdi şəkildə baxılıb. Amma bu müzakirələr məxfidir, kimin işinin necə müzakirə edildiyini açıqlamaq doğru deyil. Çünki məsələ bizim iclaslarla bitmir. Komissiyada sadəcə müraciətlər əsasında tövsiyə xarakterli qərar qəbul edilib prezidentə təqdim olunur. Əfv etmək isə dövlət başçısının müstəsna səlahiyyətidir”.

Problemli məhbusların işi üzrə işçi qrupa gəlincə, dövlət nümayəndələri və hüquq müdafiəçilərinin daxil olduğu qurum müzakirələr apararaq Əfv Məsələləri Komissiyasına 22 nəfərlik siyahı təqdim edib. Söhbət kimlərdən gedir? Qrupun üzvü, hüquq müdafiəçisi Səidə Qocamanlı Transparency.az-ın bu sualını cavabsız qoyub.

Azərbaycanın bəzi hüquq müdafiəçilərinin hazırladığı siyasi məhbus siyahısında 93 nəfərin adı var. Siyahıda məhbuslar 7 bölümdə qruplaşdırılıb: jurnalistlər və bloqçular, hüquq müdafiəçiləri, gənc fəallar, müxalif siyasətçilər, inanclı fəallar, ömürlüklər, digər işlər.

Siyahının jurnalistlər və bloqçular bölümündə 13 nəfərin adı yer alır: Əbdül Əbilov, Nicat Əliyev, Pərviz Həşimli, Xədicə İsmayıl, Seymur Həzi, Araz Quliyev, Tofiq Həsənov, Fərəc Kərimov, Hilal Məmmədov, Ömər Məmmədov, Rauf Mirqədirov, Rəşad Ramazanov, Tofiq Yaqublu.

Hüquq müdafiəçilərindən 5 nəfər həbsdədir: Anar Məmmədli, Əliabbas Rüstəmov, Rəsul Cəfərov, İntiqam Əliyev, Taleh Xasməmmədov.

Siyahıya görə, 4 gənc fəal siyasi məhbus sayılır: Rəşadət Axundov, Məmməd Əzizov, Rəşad Həsənov, İlkin Rüstəmzadə.

Müxalif siyasətçilərdən 9 nəfərin adı siyasi məhbus siyahısına salınıb: İlqar Məmmədov, Yadigar Sadıqov, Fuad Qəhrəmanlı, Məmməd İbrahim, Asif Yusifov, Qadir Xudabaxşıyev, Elvin Abdullayev, Zeynalabdin Bağırzadə, Nazim Mahmudov.

İnanclı fəallar bölümündə 43 məhbusun adı yer alır. Onların arasında İslam Partiyasının lideri Mövsüm Səmədov, ilahiyyatçı Abgül Süleymanov da var.

Ömürlüklər bölümündə keçmiş Xüsusi Təyinatlı Polis Dəstəsinə görə məhkum olunmuş 3 nəfərin adı yer alır: Elçin Əmiraslanov, Arif Kazımov, Səfa Poladov.

Digər işlər bölümünə gəlincə, siyahıda 2013-cü ilin yanvarında İsmayıllıda baş vermiş hadisələrə görə tutulmuş Vasif İbrahimovun, keçmiş dövlət məmurları Əli İnsanovun, Nicat Quliyevin, Akif Muradverdiyevin, Asif Lətifovun, Nemət Pənahlının adları var. Bu bölümə siyasi girovlar başlığı altında Sirac Kərimlinin, Elnur Seyidovun, Murad Adilovun, Rüfət və Rövşən Zahidovların adları da salınıb.

Maliyyə Bazarlarına Nəzarət Palatasının nizamnaməsi təsdiqlənib

11.03.2016

prezident - ferman
Prezident İlham Əliyev martın 10-da Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının nizamnaməsini təsdiq edib. Transparency.az bildirir ki, nizamnaməyə görə, Maliyyə Bazarlarına Nəzarət Palatası qiymətli kağızlar bazarı, investisiya fondları, sığorta, kredit təşkilatları (bank, bank olmayan kredit təşkilatları və poçt rabitəsinin operatoru) və ödəniş sistemləri sahəsində fəaliyyətin lisenziyalaşdırılması, tənzimlənməsi və ona nəzarət orqanıdır. Palatanın fəaliyyət istiqamətləri belə sıralanır:

- maliyyə bazarlarında vahid siyasətin formalaşdırılmasında iştirak və bu siyasətin həyata keçirilməsinin təmin edilməsi;

- makroprudensial nəzarətin həyata keçirilməsi;

- maliyyə bazarlarının tənzimlənməsi ilə bağlı normativ xarakterli aktların qəbul edilməsi və müvafiq hüquqi aktların layihələrinin hazırlanmasında iştirak;

- maliyyə bazarlarında fəaliyyətlərin lisenziyalaşdırılması, icazələrin verilməsi və ləğv edilməsi;

- maliyyə bazarlarında davamlı və hərtərəfli nəzarətin həyata keçirilməsi, yoxlamalar aparılması və ya bu yoxlamaların keçirilməsinin üçüncü şəxslərə həvalə edilməsi, hesabatların alınması;

- cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması sahəsində nəzarətin təmin edilməsi, bu sahədə monitorinq iştirakçılarının, monitorinqdə iştirak edən digər şəxslərin, nəzarət və digər dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsi, onlardan daxil olan məlumatların toplanması və təhlili;

- əmanətlərin sığortalanması sahəsində nəzarət sisteminin fəaliyyətinin təmin edilməsi;

- maliyyə bazarlarında vahid informasiya sisteminin tətbiqinin təmin edilməsi.

Qurumun idarəetmə orqanları Direktorlar Şurası və İdarə Heyətidir. İqtisadiyyat və ya hüquq sahəsində ali təhsili, iqtisadiyyat, hüquq, maliyyə və ya bank sahəsi üzrə peşəkar təcrübəsi olan, mülkiyyət əleyhinə, iqtisadi fəaliyyət sahəsində, qulluq mənafeyi əleyhinə, habelə ağır və xüsusilə ağır cinayətlərə görə məhkum edilməmiş, xarici dövlətlərin qarşısında heç bir öhdəliyi olmayan Azərbaycan Respublikası vətəndaşları Direktorlar Şurasının və İdarə Heyətinin üzvü ola bilərlər.

Direktorlar Şurasının və İdarə Heyətinin üzvləri, habelə palatanın bütün digər vəzifəli şəxsləri pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla digər ödənişli fəaliyyətlə, habelə sahibkarlıq fəaliyyəti ilə məşğul ola, hüquqi şəxslərin idarəetmə orqanlarında vəzifə tuta bilməzlər. Siyasi partiyalara və ictimai birliklərə üzvlük də qadağandır.

Direktorlar Şurası sədr və sədrin müavini daxil olmaqla 5 nəfər üzvdən ibarətdir. Sədri, onun müavinini və digər üzvləri Azərbaycan prezidenti vəzifəyə təyin və vəzifədən azad edir. Direktorlar Şurasının üzvlərinin səlahiyyət müddəti 5 ildir.

İdarə Heyəti baş icraçı direktor, onun iki müavini və digər altı nəfər üzvdən ibarətdir. Baş icraçı direktoru 5 il müddətinə Azərbaycan prezidenti vəzifəyə təyin və vəzifədən azad edir.

Yeni palatanın Direktorlar Şurasının sədri

11.03.2016

rufet aslanli 1
Martın 10-da dövlət başçısı İlham Əliyev Rüfət Aslanlının Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasına sədri təyin edib.

Dövlət başçısının 3 fevral fərmanı ilə yaradılmış Maliyyə Bazarlarına Nəzarət Palatası Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin bazasında qurulur, ona Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti və Mərkəzi Bank yanında Maliyyə Monitorinqi Xidməti də qoşulur.

Prezident İlham Əliyev martın 10-da Maliyyə Bazarlarına Nəzarət Palatasının nizamnaməsini təsdiq edib. Nizamnaməyə görə, palata qiymətli kağızlar bazarı, investisiya fondları, sığorta, kredit təşkilatları (bank, bank olmayan kredit təşkilatları və poçt rabitəsinin operatoru) və ödəniş sistemləri sahəsində fəaliyyətin lisenziyalaşdırılması, tənzimlənməsi və ona nəzarət orqanıdır.

Transparency.az bildirir ki, Rüfət Cəbrayıl oğlu Aslanlı 1970-ci ildə Bakıda anadan olub. 1993-cü ildə Azərbaycan Dövlət İqtisad İnstitutunu bitirib. Aqrar Sənaye Bankında iqtisadçı, aparıcı iqtisadçı, Milli Bankın Baş Pul-Kredit Siyasəti və Valyutanın Tənzimi İdarəsində aparıcı iqtisadçı, baş iqtisadçı, həmin idarənin valyuta nəzarəti şöbəsinin rəisi vəzifələrində çalışıb.

2000-ci ilin iyul ayından Milli Bankın Kredit Təşkilatlarının Fəaliyyətinə Nəzarət Departamentinin direktoru olub, 2001-ci ildə İdarə Heyətinin üzvü seçilib. 2006-cı ildə Milli Bankın baş direktoru vəzifəsinə təyin edilib. 2007-ci ildən İdarə Heyəti sədrinin müavini olub.

Rüfət Aslanlı 2008-ci ilin noyabr ayından Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinə sədrlik edib.

“Bu vəziyyət bizi islahatlarla bağlı səmərəli işləməyə məcbur edir”

11.03.2016



prezident 1“Hazırda bizim maliyyə vəziyyətimiz yenidən sabitdir”. AZƏRTAC-ın məlumatına görə, martın 10-da “Çoxqütblü dünyaya doğru” mövzulu IV Qlobal Bakı Forumunda çıxış edən prezident İlham Əliyev belə deyib. Dövlət başçısı qeyd edib ki, 2004-2014-cü illərdə Azərbaycan iqtisadiyyatı dünyanın ən sürətlə inkişaf edən iqtisadiyyatı olub: “Biz işsizlik və yoxsulluğu kəskin şəkildə azaldaraq 40 faizdən 5 faizə endirməyə müvəffəq olmuşuq. İqtisadiyyatımız daha da rəqabət qabiliyyətli olub və Davos İqtisadi Forumunun hesablamalarına əsasən, dünyada 40-cı yerdədir. Əsas infrastruktur layihələrini, o cümlədən insanlarımızın yaşayış standartlarını yaxşılaşdırmaq üçün sosial infrastruktur layihələrini icra etmişik və bununla həm də sərmayələr üçün daha münbit şərait yarada bilmişik.

Adambaşına düşən birbaşa xarici sərmayəyə görə biz ən qabaqcıl mövqelərdəyik. Bu, ilk növbədə neft-qaz sahəsinə yatırılmış sərmayələr idi. Hazırda isə biz qeyri-neft sektoruna sərmayəçilər cəlb etməyə çalışırıq. Neft və qazdan asılılığımızın azaldılması islahatlarımızın tərkib hissəsi olub və bunun nəticəsində bu gün neft-qaz sahəsi bizim ümumi daxili məhsulun təqribən 30 faizini, büdcə gəlirlərimizin isə 50 faizini təşkil edir. Məqsədimiz neft və qazdan asılılığımızı tamamilə aradan qaldırmaqdır.

Azərbaycan üçün postneft dövrü artıq başlayıb. Ona görə yox ki, biz hasilatı azaltmışıq. Neftin qiyməti kəskin şəkildə – dörd dəfə aşağı düşüb. Bu səbəbdən tamamilə yeni bir vəziyyət yaranır və dünyanın heç bir ölkəsi buna hazır deyildi. Heç kəs təsəvvür edə bilməzdi ki, bir ilin içində qiymət bu dərəcədə kəskin şəkildə aşağı düşsün. Bu səbəbdən biz bu vəziyyətin mənfi nəticələrinin aradan qaldırılması üçün fəal və səmərəli işləməli olduq. Hazırda bizim maliyyə vəziyyətimiz yenidən sabitdir, proqnozlaşdırıla biləndir. Büdcəmizdə neftin barrelinin qiyməti 25 dollar səviyyəsində nəzərdə tutulub. Bu isə hər hansı bir iqtisadi çətinliyə qarşı bir növ zəmanət deməkdir. Bizim Neft Fondunda böyük vəsaitlərimiz var, yaranmış vəziyyətdən minimum risklə çıxmağımıza imkan verir.

Eyni zamanda bu vəziyyət bizi islahatlarla bağlı daha da səmərəli işləməyə məcbur edir və artıq islahatların böyük hissəsi tətbiq edilməkdədir. Bu islahatları Beynəlxalq Valyuta Fondu da dəstəkləyir – yəni biz düzgün yoldayıq. Hazırda biz iqtisadiyyatımızın şaxələndirilməsi məsələsi ilə məşğul oluruq və iqtisadi inkişafın yeni sahələrini müəyyən edirik. Onlardan biri bizim illərdir ki, çalışdığımız, lakin beynəlxalq birlik üçün tamamilə yeni sahə olan nəqliyyat infrastrukturunun yaradılmasıdır. Biz Azərbaycana gələcəkdə bu regionda güclü mövqeyə malik olmağa imkan verəcək nəqliyyat infrastrukturu şəbəkəsi yaradırıq.

Bizim coğrafi mövqeyimiz çox əlverişlidir. Bu səbəbdən nəqliyyat infrastrukturuna, o cümlədən dəmir yollarının, hava və dəniz limanlarının inşasına yatırılan sərmayələr sayəsində nəqliyyat infrastrukturlarının kəsişmə nöqtəsinə çevrilirik. Artıq Şərq-Qərb nəqliyyat dəhlizi fəaliyyətə başlayıb və ümid edirəm ki, bu il biz Azərbaycan, Gürcüstan və Türkiyə dəmir yollarının birləşdirilməsini başa çatdıracağıq. Beləliklə, Avropa və Asiya yeni, ən qısa nəqliyyat marşrutu əldə edəcək. Çindən Avropaya gedən ilk konteyner qatarı artıq Azərbaycan ərazisindən keçib. Bu, müasir infrastruktura malik olan yeni İpək Yoludur və biz bu marşrutu daha da cəlbedici etmək üçün tərəfdaşlarımıza vahid tariflərin tətbiqini təklif etmişik.

Qonşularımız və tərəfdaşlarımızla birgə çalışdığımız daha bir layihə Şimal-Cənub nəqliyyat dəhlizidir, onun sayəsində yüklər Pakistandan Hindistana, daha sonra İrana, oradan Azərbaycan ərazisindən Rusiyaya və Şimali Avropaya nəql ediləcək. Azərbaycan müasir infrastruktura sərmayə qoyur və ümid edirəm ki, tezliklə bu marşrutdan istifadə olunmağa başlanacaq. Yəni bütün bu marşrutlar bizim ərazidən keçir. Təbii ki, bu, Azərbaycanın geosiyasi əhəmiyyətini artırır və gələcəkdə bizə ölkəmizin inkişafına sərf ediləcək əlavə gəlirlər gətirəcək.

Əlbəttə, iqtisadiyyatımız üçün enerji sektoru öz önəmini saxlayır və bu gün enerji təhlükəsizliyi baxımından onun əhəmiyyəti artmaqdadır. Fevralın 29-da biz Bakıda “Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının ikinci iclasını keçirmişik. Biz bu layihəni XXI əsrin layihəsi adlandırırıq. Bu, bir meqalayihədir və bu gün Avropada həyata keçirilən ən iri infrastruktur və enerji layihələrindən biridir. Onun təşəbbüskarı Azərbaycandır və Azərbaycan burada həm də təşkilatçı və sərmayəçi qismində aparıcı rol oynayır. Layihənin dəyəri 45 milyard dollara bərabərdir və bu işdə biz müxtəlif dövlət və şirkətlərdən ibarət güclü komanda yaratmışıq.

Həmin Məşvərət Şurasının yaradılmasında əsas məqsəd səylərimizin əlaqələndirilməsi və layihənin cədvəl üzrə icrasını təmin etməkdən ibarətdir. Bu layihə bir neçə mərhələdən ibarətdir. “Cənub” qaz dəhlizinin dörd elementi var. Azərbaycanın nəhəng qaz yatağından hasil olunan qaz öz aralarında birləşmiş 3500 kilometr uzunluğunda üç qaz boru kəməri vasitəsilə Bakını İtaliyanın limanları ilə birləşdirəcək.

Əlbəttə, bu, nəhəng sərmayədir və bu layihənin əlaqaləndirməyə ehtiyacı var. Fevralın 29-da 11 dövlətin və Avropa Komissiyasının iştirakı ilə bəyannamə imzalanıb, Azərbaycanın “Cənub Qaz Dəhlizi” layihəsinin həyata keçirilməsində mühüm və strateji rolu vurğulanıb. Biz həqiqətən də müxtəlif ölkələrdən ibarət komanda yaratmışıq. Azərbaycan, Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, Albaniya, İtaliya “Cənub Qaz Dəhlizi” layihəsinin üzvləridir. Daha iki dövlət – Xorvatiya və Monteneqro da bəyannaməni imzalayıblar və əminəm ki, qarşıdan gələn illərdə onlar da heyətimizə qoşulacaqlar. Bəyannaməni imzalayanlar sırasında ABŞ və Böyük Britaniya hökumətlərinin yüksək səviyyəli nümayəndələri və Avropa Komissiyasının vitse-prezidenti də olub. Yəni bu 12 imza onu nümayiş etdirir ki, “Cənub” qaz dəhlizi artıq reallıqdır.

Bu, enerji təhlükəsizliyi, enerji şaxələndirilməsi və azad rəqabət layihəsidir. Zənnimcə, bütün enerji layihələri məhz bu şəkildə icra edilməlidir. Bizim əsas məqsədimiz bu layihəni başa çatdırmaqdır və onu kommersiya layihəsi kimi həyata keçirməkdir. Bəzən enerji təhlükəsizliyinə aid olan məsələlər həddindən artıq siyasiləşdirilir. Biz bunun əleyhinəyik. Siyasət və enerji bir-birindən ayrı olmalı, enerji siyasi alət kimi istifadə edilməməlidir. Həmçinin onun bu şəkildə istifadə edilməsi, biznes fəaliyyətinə müdaxiləsi də çətinliklər yaradır.

Bu layihə sayəsində Azərbaycan bundan sonra onilliklər ərzində öz təbii sərvətlərini ixrac edəcək və bazarları şaxələndirəcək. Avropa üçün isə bu, ehtiyac duyacağı qazın yeni mənbəyi deməkdir və bununla avropalı istehlakçıların tələbatı təmin ediləcək. Baxmayaraq ki, dünyada iqtisadi çətinliklərin şahidi oluruq, ancaq bu, müvəqqətidir və neftin qiyməti uzun müddət belə aşağı səviyyədə qalmayacaq. İqtisadi artım fəallığı yüksəldəcək və Avropanın təbii qaza olan tələbatı yalnız artacaq. Burada hər kəs üçün yer olacaq. Düşünürəm ki, lüzumsuz rəqabətin olmaması üçün istehsalçılar da səylərini əlaqələndirməlidir. Həm istehsalçıların, həm də istehlakçıların öz məqsədləri var.

“Cənub Qaz Dəhlizi” layihəsində biz istehsalçı, istehlakçı və tranzit dövlətlər arasında balans yaratmağa nail olmuşuq. Yəni burada uduzan tərəf yoxdur və bu səbəbdən o, olduqca uğurla inkişaf edir. Bu qədər iştirakçıların olduğu, qısa bir zamanda və neftin qiymətinin aşağı olduğu bir vaxtda milyardlar tələb edən belə bir nəhəng layihənin həyata keçirilməsi böyük çağırışdır. Enerji təhlükəsizliyi, şübhəsiz ki, siyasi gündəlikdə əsas yer tutacaq. “Cənub” qaz dəhlizi vasitəsilə göstərdiyimiz nümunə nümayiş etdirir ki, enerji ilə siyasəti ayıranda uğur əldə oluna bilər”.

İlham Əliyevin “Euronews” telekanalına müsahibəsi

11.03.2016



prezident yeni 1
Prezident İlham Əliyev martın 10-da IV Qlobal Bakı Forumunun rəsmi açılışından sonra “Euronews” telekanalına müsahibə verib.

- Cənab prezident, Azərbaycan kimi neft-qaz istehsal edən ölkə üçün iqtisadiyyatı şaxələndirmək, neftin qiyməti ilə bağlı hazırkı dövrdə biznes modelini dəyişmək nə dərəcədə əhəmiyyətlidir?

- Əslində biz iqtisadiyyatın şaxələndirilməsi üzərində uzun illərdir ki, işləyirik. Lakin neftin qiymətinin çox aşağı olduğu bir dövrdə bu bizim üçün əsas prioritetə çevrilib. Biz neft və qazdan asılılığı azaltmağa nail olmuşuq. Hazırda neft və qaz bizim ümumi daxili məhsulun cəmi 30 faizini təşkil edir. Lakin bizim hədəfimiz neftin qiymətindən asılı olmayacaq inkişaf modeli yaratmaqdır və bu proses davam edir. Hazırda biz Beynəlxalq Valyuta Fondunda dəstəklənən, əsasən qeyri-neft sektorunun sahələrini – kənd təsərrüfatının, informasiya texnologiyalarının, turizmin inkişafını və digər sahələri əhatə edən geniş islahatlar paketi təqdim edirik. Bu səbəbdən də əminəm ki, qarşıdakı illərdə Azərbaycanın neftdən asılılığı daha da azalacaq.

- Neftin və neftin qiymətinin qlobal təhlükəsizliyə, xüsusilə Yaxın Şərqdə təhlükəsizliyə təsiri Sizi nə dərəcədə narahat edir?

- Biz neftin qiymətinin azalması ilə qlobal təhlükəsizlik arasında birbaşa əlaqə görmürük. Lakin sözsüz ki, uzunmüddətli perspektivdə neftin qiyməti aşağı olaraq qalsa, bu, bəzi problemlərə, iqtisadi və sosial problemlərə yol aça bilər. Çünki bəzi ölkələr neftdən gəlir götürməyə adət edib. Həmin səbəbdən də neft gəlirləri azalsa, bu, büdcə ixtisarları ilə nəticələnə bilər. Düşünürəm ki, neft hasil edən hər bir ölkənin əsas hədəfi neftdən asılılığı azaltmaq, innovasiyalara, təhsilə və müasir texnologiyalara investisiya yatırmaq, neft və qaz layihələrindənsə müxtəlif başqa layihələri ixrac etməkdir. Bunlar baş tutsa, düşünürəm ki, regionda təhlükəsizlik yüksək səviyyədə təmin olunacaq.

Müsahibənin mətnini AZƏRTAC yayıb.

Müdafiə naziri səngərlərə baş çəkib

11.03.2016

Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin rəhbər heyəti cəbhə zonasında yerləşən birlik, birləşmə və hərbi hissələrə baş çəkib. Mod.gov.az-ın məlumatına görə, səngərlərdə döyüş növbəsi çəkən şəxsi heyətlə görüşən nazir, onların döyüş hazırlığı və sosial-məişət şəraiti ilə tanış olub.

Düşmənlə təmas xəttində yerləşən bölmələrdən birində komanda müşahidə məntəqəsinə gedən müdafiə nazirinə ərazidəki əməliyyat şəraiti, müdafiə zolağında həyata keçirilən tədbirlər barədə məruzə edilib.

cebhe1

cebhe2

Dövlət Sosial Müdafiə Fondu 118 ölkənin vətəndaşlarını qeydiyyata alıb

11.03.2016

dsmf binaMartın 1-nə olan hesabata əsasən, ilin əvvəli ilə müqayisədə Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı 3,71 faiz artıb. Qurumun ictimaiyyətlə əlaqələr sektorunun məlumatına görə, fevral ayı ərzində 688 nəfər əcnəbi vətəndaş qeydiyyata alınıb və nəticədə fərdi uçot sistemindəki əcnəbilərin sayı 28 903 nəfərə yüksəlib.

118 ölkənin vətəndaşlarını əhatə edən əcnəbilər arasında ən yüksək say göstəricisi Türkiyə Respublikası vətəndaşları (14 053 nəfər) üzrə müşahidə olunur. Fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayına görə ikinci yerdə gələn Gürcüstan Respublikası vətəndaşlarının sayı 3 068 nəfərə, üçüncü yerdə gələn Rusiya Federasiyasının vətəndaşlarının sayı isə 1 749 nəfərə çatıb.

Sonrakı yerlərdə Hindistan (1252), İran İslam Respublikası (992), Çin Xalq Respublikası (870), Banqladeş Xalq Respublikası (661), Birləşmiş Böyük Britaniya və Şimali İrlandiya Krallığı (601), Pakistan İslam Respublikası (555), Ukrayna (483), Özbəkistan (290), Filippin Respublikası (267), Almaniya Federativ Respublikası (259), ABŞ (257), Qazaxıstan Respublikası (226), Türkmənistan Respublikası (219), İtaliya (206) və s. ölkələr qərarlaşıb.

Zakir Həsənov: “Düşməni darmadağın edəcəyik”

11.03.2016

zakir hesenov 1
Martın 11-də Müdafiə Nazirliyi rəsmi məlumat yayaraq bəyan edib ki, cəbhənin Ağdam rayonu istiqamətindəki qoşunların təmas xəttində Ermənistan silahlı qüvvələrinin təxribatının qarşısı alınıb: “Düşmənin hərəkətlərinə cavab olaraq və gələcəkdə belə təxribatların qarşısını almaq məqsədilə Silahlı Qüvvələrimizin gördüyü qabaqlayıcı tədbirlər nəticəsində təmas xəttinin dərinliyindəki erməni mövqeləri darmadağın edilib. Nəticədə düşmənin təxminən 10-15 canlı qüvvəsi və hərbi texnikası məhv edilib. Müdafiə Nazirliyi xəbərdar edir ki, düşmənin istənilən təxribat cəhdinin qarşısı dərhal və qətiyyətlə alınacaq”.

Başqa bir məlumata əsasən, martın 10-da yeni tikilən hərbi hissə açılıb. Müdafiə Nazirliyinin rəhbərliyi cəbhə bölgəsində yeni inşa edilən hərbi şəhərciyin ərazisindəki qərargah, zabit, gizir və əsgər yataqxanaları, xidməti, tədris və istirahət otaqları, döyüş texnikası üçün saxlanclar, sıra meydanı, yeməkxana, tibb məntəqəsi, hamam-camaşırxana, qazanxana kompleksi və digər obyektlərlə tanış olub.

Şəxsi heyət qarşısında çıxış edən müdafiə naziri general-polkovnik Zakir Həsənov deyib ki, dövlət Silahlı Qüvvələrin bütün istiqamətlər üzrə inkişafını ciddi nəzarətdə saxlayır: “Ordunun döyüş hazırlığı yüksəlir, hərbi hissələr yeni silah-sursatla, ən müasir döyüş texnikası ilə təmin olunur, şəxsi heyətin sosial-məişət şəraiti yaxşılaşır, daimi və xidməti mənzillər istifadəyə verilir. Ordunun yüksək dağıdıcı gücə malik silahlarla təmin olunması işini biz bu il də davam etdirəcəyik. Şəxsi heyət dövlətin, xalqın etimadını doğrultmaq üçün gecə-gündüz durmadan çalışmalı və xidməti döyüş hazırlığını yüksəltməlidir.

Qarşımızda torpaqlarımızı işğaldan azad etmək kimi müqəddəs vəzifə dayanır. Cəbhədə, ön xətdə, səngərlərdə xidmət edən əsgər və zabitlərimiz yüksək qəhrəmanlıq, peşəkarlıq göstərirlər. Düşmənə başını qaldırmağa belə imkan vermirlər. Qarşı tərəf böyük itkilər verir. Bu haqq işimizi davam etdirəcək və düşməni darmadağın edəcəyik. Xocalı soyqırımını həyata keçirən, günahsız insanları qətlə yetirən mənfur düşmənlərimizi məhv edərək bütün şəhidlərin qisasını alacağıq və torpaqlarımızı işğaldan azad edəcəyik”.

Vergi Apellyasiya Şurası Bakı Vergilər Departamentinin iki qərarını ləğv edib

11.03.2016



olympus digital camera
Vergi Apellyasiya Şurası Bakı Vergilər Departamentində qeydiyyatda olan “Z-engineering” MMC-nin “Səyyar vergi yoxlaması” aktının, “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” və “İnzibati şikayətin təmin edilməməsi haqqında” qərarların ləğv edilməsi barədə təkrar şikayətinə baxıb.

Taxes.gov.az-ın məlumatına görə, araşdırma zamanı müəyyən edilib ki, MMC-də 2012-ci ilin iyun ayından 2014-cü ilin dekabrı üzrə olan dövrü əhatə edən növbədənkənar səyyar vergi yoxlaması keçirilib və ona ödəmə mənbəyində tutulan vergi üzrə əlavə vergi hesablanaraq maliyyə sanksiyası tətbiq edilib: “Səyyar vergi yoxlaması zamanı əməkhaqqı məbləğinin və işçilərin sayının faktiki yerinə yetirilən işlərin həcminə uyğunluğunu araşdırmaq məqsədilə yoxlamaya Sənaye və Ticarət Palatasının “Azərekspertiza” Birliyinin mütəxəssisi cəlb edilib. Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq 2012-ci və 2014-cü illər üzrə 1 nəfər işçi üçün illik iş vaxtı norması və təmir işləri sahəsində bir muzdlu işçiyə düşən orta aylıq əməkhaqqı məbləğinə əsasən əməkhaqqı hesablanıb və Vergi Məcəlləsinin 67-ci, 45-ci, 83.2-ci, 101-ci və 150.1.7-ci maddələri əsasında əlavə olaraq ödəmə mənbəyində tutulan vergi hesablanıb.


Yüklə 439,57 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə