Xəbər bülleteni №29



Yüklə 0,51 Mb.
səhifə4/8
tarix23.01.2018
ölçüsü0,51 Mb.
#22349
1   2   3   4   5   6   7   8

transxezer - konsorsium
Bakıda Transxəzər Beynəlxalq Nəqliyyat Konsorsiumunun yaradılması haqqında müqavilə imzalanıb. “Azərbaycan Dəmir Yolları” QSC-dən AZƏRTAC-a bildirilib ki, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun operator şirkətlərinin yığıncağında Azərbaycandan “ADY Express” MMC və “ACSC Logistics” MMC, Qazaxıstandan “KTZ Express” AC, Gürcüstandan “Trans Qafqasus Terminals” MMC konsorsiuma üzv olub.

Yığıncaqda Transxəzər Beynəlxalq Nəqliyyat Konsorsiumunun idarəetmə strukturu, Müşahidə Şurasının yaradılması və şuraya sədr seçilməsi məsələləri də müzakirə edilib. Müşahidə Şurasına hər üzv şirkətdən bir nümayəndə daxil olub.

“Azərbaycan Dəmir Yolları” QSC-nin sədr müavini İqbal Hüseynov Müşahidə Şurası sədri vəzifəsinə seçilib.

Yığıncağın sonunda tərəflər arasında protokol imzalanıb. Marşrut üzrə yük qatarlarının hərəkət cədvəli may ayında müəyyən ediləcək.

Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə hərəkət edən “Nomad Ekspress” blok qatarı orta hesabla 10-12 günə Çindən Avropaya yükləri çatdırır. Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi yekunlaşdıqdan sonra Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun yükötürmə qabiliyyəti artacaq və çatdırılma vaxtı qısalacaq.

İstanbulda görüşlər

14.04.2016

İslam Əməkdaşlıq Təşkilatının sammitində iştirak etmək üçün Türkiyəyə səfər edən Azərbaycan prezidenti İlham Əliyev aprelin 13-ü İstanbulda Bosniya və Herseqovina Rəyasət Heyətinin sədri Bakir İzetbeqoviçlə görüşüb. Görüşdə iki ölkənin münasibətlərinin dinamik inkişafından məmnunluq ifadə edilib, qarşılıqlı əlaqələri genişləndirmək üçün yaxşı imkanların olduğu bildirilib.

Söhbət zamanı enerji sahəsində əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb, İlham Əliyev “Cənub Qaz Dəhlizi” layihəsi çərçivəsində görülən işlərlə bağlı məlumat verib.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə, xüsusilə son vaxtlar qoşunların təmas xəttində baş verən gərginliyə də toxunulub.

AZƏRTAC xəbər verir ki, həmin gün Türkiyə prezidenti Rəcəb Teyyub Ərdoğanın və xanımının adından İslam Əməkdaşlıq Təşkilatının sammitinə gələn dövlət və hökumət başçılarının şərəfinə nahar verilib. İlham Əliyev və xanımı Mehriban Əliyeva naharda iştirak ediblər.

Daha sonra İlham Əliyev Rəcəb Teyyub Ərdoğanla bir araya gəlib. Görüşdə Azərbaycanla Türkiyə arasında münasibətlərin bütün sahələrdə uğurla inkişafı məmnunluqla vurğulanıb, strateji əməkdaşlığın bundan sonra da bütün sahələrdə genişlənəcəyinə əminlik ifadə olunub.

Söhbət zamanı Dağlıq Qarabağ cəbhəsində baş verən son hadisələr və hazırkı vəziyyətə toxunulub, ikitərəfli və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

gorush 1

Əksər xarici valyutanın kursu düşüb

14.04.2016

sony dscMərkəzi Bank aprelin 14-də əksər xarici valyutanın, o sıradan dolların kursunu aşağı salıb. Ötən gün 1,5264 manata satılan 1 ABŞ dolları indi 1,5218 manata təklif olunur.

Transparency.az xəbər verir ki, avronun da rəsmi məzənnəsi düşüb. Aprelin 13-də 1 avro 1,7349 manat olub, bu gün isə kurs 1,7139 manatdır.

Rublun rəsmi kursu 0,023 manata enib. 1 Rusiya rubluna ötən gün 0,0233 manat qiymət qoyulmuşdu.

Aprelin 14-də yalnız bir neçə xarici valyuta, o cümlədən lari bahalaşıb. 1 gürcü larisini Mərkəzi Bank 0,6809 manata dəyişir.

ABŞ: “Azərbaycanda hökuməti dinc yolla dəyişməyin qarşısı alınır”

14.04.2016



departament 1
ABŞ Dövlət Departamenti 2015-ci il üçün insan haqları hesabatı yayıb. Azadliq.org-un məlumatına görə, hesabatda qeyd olunur ki, avtoritar rejimlərin vətəndaş cəmiyyətinə hücumları kəskinləşib, müstəqil səslərin susdurulması cəhdləri artıb. Hesabatda Şimali Koreya, Çin, Kuba, Sudan, İran, Rusiya, Ruanda, Konqo, Venesuela, Azərbaycan, Özbəkistan, Uqanda, Misir və Vyetnam xüsusilə kəskin tənqid olunub.

Dövlət Departamenti hesabatın Rusiyaya aid hissəsində bildirir ki, hökumət öz tənqidçilərini əzmək üçün qanunvericilikdən, ədliyyə və polis sistemindən istifadə edir. Rusiyanın Ukraynadan qopardığı Krım yarımadasında ukraynalılara və tatarlara qarşı sistematik qısnama və diskriminasiyanın tətbiq olunduğu göstərilir.

Hesabatın Azərbaycana aid bölümündə deyilir ki, hökumət ifadə, sərbəst toplaşmaq və təşkilatlanma azadlıqlarını məhdudlaşdırır: “Ölkədə insan haqları fəallarına, jurnalist və vətəndaş cəmiyyəti nümayəndələrinə, bəzi hallarda isə onların qohum və yaxınlarına qarşı sual doğuran ittiham və mühakimələrdən, qısnama və təqiblərdən istifadə olunur. Hökumət həmçinin QHT-lərin fəaliyyətini bloklamaq məqsədilə siyasi motivli həbslərdən, cinayət araşdırmalarından, dinc azad düşüncənin cəzalandırılması üçün ədliyyə sistemindən faydalanır”.

ABŞ Dövlət Departamenti qeyd edir ki, Azərbaycanda hökuməti dinc yolla dəyişməyin qarşısı alınır: “Hakimiyyət vətəndaşların hökuməti azad və ədalətli seçki yolu ilə dəyişməsi imkanlarını kəskin məhdudlaşdırır”.

Hesabatda bir sıra fəalların və jurnalistlərin hərəkət azadlığına məhdudiyyət qoyulması tənqid edilir.

Sənəddə bildirilir ki, aşağı səviyyədə rüşvətin azaldılması üçün bəzi tədbirlərin görülməsinə baxmayaraq korrupsiya hökumətin bütün səviyyələrində davam edir.

BMT-nin məlumatına istinadla qeyd olunur ki, Azərbaycanda 2014-cü ildə 622 min 892 nəfər daxili köçkün qeydiyyatda olub. Bu şəxslərin əhəmiyyətli hissəsinin erməni separatçıların Dağlıq Qarabağı və onun ətrafındakı 7 rayonu işğal etməsi ilə bağlı didərgin düşdüyü vurğulanır.

İlk rübün vergi cinayətləri

14.04.2016

vn 1Vergi hüquqpozmalarına qarşı 2016-cı ilin ilk rübündə görülmüş tədbirlər haqqında məlumat açıqlanıb. Transparency.az bildirir ki, rəsmi hesabata görə, Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentində vergi ödəməkdən yayınma və qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olma faktları üzrə 135 cinayət işi başlanıb: “Bu işlərə dair araşdırmalar zamanı 4 milyon 618 min manat vəsaitin dövlət büdcəsinə ödənilməsi təmin edilib. Departamentin istintaq idarəsində 226 cinayət işi üzrə ibtidai istintaq tamamlanıb, 4 nəfər təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

İstintaqı tamamlanmış cinayət işlərindən 35 iş üzrə 37 nəfər şəxs barəsində materiallar ittiham aktı ilə məhkəmələrə göndərilib. 103 cinayət işi üzrə büdcədən yayındırılmış vergilər ibtidai istintaq zamanı tamamilə ödənildiyinə görə onların icraatına xitam verilib.

Vergi cinayətləri törətdiklərinə görə barələrində axtarış elan olunmuş 11 şəxs tutularaq departamentin istintaq idarəsinə təhvil verilib, ibtidai istintaqdan yayınan 99 şəxsin məcburi qaydada gətirilməsi, 156 şəxsin tapılaraq istintaqa gəlmələri, 236 şəxsin yerinin müəyyən olunaraq istintaqa məlumat verilməsi təmin edilib.

Vergi yoxlamalarından, əmlakının siyahıya alınmasından yayınan və fəaliyyəti barədə bəyannamə təqdim etməyən 37 nəfər vergi ödəyicisinin müvafiq vergi orqanlarına gəlmələri təmin olunub”.

Hesabatı Vergilər Nazirliyinin analitik-informasiya şöbəsi yayıb.

Ermənistanın Müdafiə Nazirliyi son döyüşlərdəki itkilərini açıqlayıb

14.04.2016

doyush 1
Ermənistanın Müdafiə Nazirliyi Azərbaycan ordusu ilə son döyüşlərdə 92 nəfərin öldüyünü açıqlayıb. Transparency.az xəbər verir ki, Azərbaycanın Qarabağ bölgəsində aprelin 2-dən 5-dək 64 erməni hərbi qulluqçunun öldüyü bildirilir. Nazirliyin hesabatına görə, onların 15-i zabit, 15-i müqavilə əsasında xidmət keçənlər, 34-ü müddətli hərbi qulluqçu olub.

Döyüşlərdə 13 könüllünün öldüyü, kapitan rütbəli 1 zabitin isə itkin düşdüyü iddia olunur.

Hesabatda Ermənistan-Azərbaycan sərhədində aprelin 2-dən 13-dək 15 nəfərin (9 hərbi qulluqçu, 2 könüllü, 4 sakin) öldüyü qeyd edilir.

1988-ci ildə başlayan Qarabağ müharibəsində Ermənistan Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan, Cəbrayıl, Füzuli, Ağdam rayonlarını, eləcə də Qazax rayonunun 7, Naxçıvan Muxtar Respublikasının 1 kəndini işğal edib. 1994-cü ildə elan olunan atəşkəsdən bəri sülh danışıqları heç bir nəticə vermir.

Azərbaycanın Silahlı Qüvvələri aprelin 2-dən 5-dək Qarabağ cəbhəsinin bir neçə istiqamətində atəşkəsi pozan işğalçı erməni birləşmələrinə qarşı cavab tədbiri keçirib. Əks-həmlə zamanı erməni birləşmələrinin birinci müdafiə xətti cəbhənin bəzi istiqamətlərində yarılıb, keçmiş Ağdərə rayonu və Füzuli rayonu istiqamətində yerləşən bəzi yüksəkliklər azad edilib.

Üç ayda Ekologiya və Təbii Sərvətlər Nazirliyinə 876 şikayət daxil olub

14.04.2016

eko-1682016-cı ilin yanvar-mart ayları ərzində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 nömrəli “Qaynar xətt”inə ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın qorunması və ekoloji qanun pozuntuları ilə əlaqədar 876 şikayət daxil olub. Rəsmi hesabata görə, “Qaynar xətt”ə daxil olmuş 635 şikayəti nazirliyin əməkdaşları yerində araşdırıb, qanuna müvafiq tədbirlər görülüb, digər müraciətlərin araşdırılması isə hazırda davam etdirilir.

Şikayətlər əsasən məişət tullantılarının qalaqlanması, çirkab suların axıdılması, ağacların qanunsuz kəsilməsi, aşma təhlükəsinin olması, atmosfer havasının çirklənməsi, yerin təkindən istifadə, flora və faunanın mühafizəsi ilə əlaqədar olub.

2016-cı ilin birinci rübü ərzində Ətraf Mühitin Mühafizəsi Departamentinə göndərilmiş 413 şikayətdən 339-u, Dövlət Ekspertiza İdarəsinə göndərilmiş 287 şikayətdən 201-i, Meşələrin İnkişafı Departamentinə göndərilmiş 71 şikayətdən 47-si, Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinə göndərilmiş 14 şikayətdən 11-i, Milli Geoloji Kəşfiyyat Xidmətinə göndərilmiş 69 şikayətdən 31-i, «Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu» Açıq Səhmdar Cəmiyyətinə göndərilmiş 6 şikayətdən 1-i, Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamentinə göndərilmiş 5 şikayət üzrə araşdırma tamamlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətt” rabitə əlaqəsi 2002-ci ildən fəaliyyət göstərir.

Dövlət komissiyası itkin düşən kiçik gizirin taleyinə aydınlıq gətirilməsini istəyir

14.04.2016



esir ve itkin dushenler uzre komissiya 1Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla Əlaqədar Dövlət Komissiyası aprelin 14-də məlumat yayıb. Məlumatda deyilir: “Prezident İlham Əliyevin tapşırığına əsasən, vasitəçilərin təşəbbüsünə hörmətlə yanaşaraq və beynəlxalq humanitar hüququn normalarına riayət edərək döyüş əməliyyatlarının dayandırılması barədə razılıq əldə edildikdən dərhal sonra Azərbaycan tərəfi həlak olan və itkin düşən hərbi qulluqçuların taleyinə aydınlıq gətirilməsi ilə bağlı üzərinə düşən bütün məsələlərin icrasını həyata keçirib.

Bu günədək “hamının-hamıya” prinsipi əsas götürülərək beynəlxalq vasitəçilərin iştirakı ilə qarşı tərəfə 18 erməni hərbi qulluqçusunun meyiti təhvil verilib. Eyni zamanda daha bir erməni hərbi qulluqçusunun meyitinin tapılaraq Azərbaycan tərəfində olması barədə prosesin iştirakçıları məlumatlandırılıb və onun qaytarılmasına hazır olduğumuz bəyan edilib.

Lakin döyüş meydanında itkin düşənlərlə bağlı axtarışlar aparılan zaman hərbi qulluqçumuz kiçik gizir Baxışov Seymur Qulamhüseyn oğlunun taleyi barədə məlumat əldə etmək mümkün olmayıb. İtkin düşən hərbi qulluqçumuzun erməni tərəfinin əlində olduğu ehtimal edilir. Ancaq qarşı tərəf onun barəsində məlumat verməkdən imtina edir və qaytarılması istiqamətində müvafiq addımlar atmır.

Azərbaycan tərəfinin razılaşmanın tələblərinə hörmətlə yanaşdığını və şərtlərə tam əməl etdiyini nəzərə alaraq qarşı tərəfi də eyni addım atmağa dəvət edirik. Həmçinin aidiyyəti beynəlxalq qurumları kiçik gizir Seymur Baxışovun taleyinə aydınlıq gətirilməsi, onun axtarılaraq yerinin müəyyən olunması və tezliklə geri qaytarılmasına kömək göstərilməsi məsələsində prinsipiallıq nümayiş etdirməyə çağırırıq”.

Azərbaycanın Silahlı Qüvvələri aprelin 2-dən Qarabağ cəbhəsinin bir neçə istiqamətində atəşkəsi pozan işğalçı erməni birləşmələrinə qarşı cavab tədbiri keçirib. Əks-həmlə zamanı erməni birləşmələrinin birinci müdafiə xətti cəbhənin bəzi istiqamətlərində yarılıb, keçmiş Ağdərə rayonu və Füzuli rayonu istiqamətində yerləşən bəzi yüksəkliklər azad edilib.

Aprelin 5-də atəşkəs razılaşması əldə olunub.

Xalq Cəbhəsinin deputatı Ali Radanın sədri seçildi

14.04.2016



parubiy 1
Ukrayna parlamenti boşalmış sədr kürsüsünə Xalq Cəbhəsindən deputat Andrey Parubiyi seçib. O, 282 deputatın səsini alıb.

Transparency.az xəbər verir ki, aprelin 14-də Ali Rada həmçinin Nazirlər Kabinetinin yeni tərkibini təsdiqləyib. 239 deputatın dəstəklədiyi qərarla baş nazirin müavinləri və nazirlər təyin edilib. Yalnız səhiyyə naziri kürsüsü boş qalıb. Həmin posta namizədi məsləhətləşmələrdə razılaşdırmaq mümkün olmayıb.

Bu gün Ali Rada prezident Pyotr Poroşenkonun təqdimatına baxaraq Vladimir Qroysmanı baş nazir postuna təsdiqləyib. Vladimir Qroysman Ali Radanın sədri idi.

Ukraynanın əvvəlki baş naziri, Xalq Cəbhəsinin lideri Arseni Yatsenyuk aprelin 10-da istefa verib. Buna koalisiyanın dağılması səbəb olub.

Cəbhədə yeni gərginlik: kiçik çavuş şəhid oldu

14.04.2016



mn 1Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Qeyd olunur ki, cəbhə boyu döyüş əməliyyatlarının dayandırılmasına dair əldə olunan razılaşmaya baxmayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri yenidən vəziyyəti gərginləşdirir: “Qoşunların təmas xəttində aprelin 14-də düşmənin növbəti təxribatının qarşısını alarkən Silahlı Qüvvələrimizin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Əhmədov Rüstəm Oruc oğlu şəhid olub. Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin yaxınlarına, əzizlərinə dərin hüznlə başsağlığı verir və səbir diləyir!

Bildiririk ki, qoşunların təmas xəttində baş verən bu qanlı provokasiyaya görə məsuliyyət bütünlüklə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür və düşmənə veriləcək cavab sarsıdıcı olacaq”.

İlham Əliyev İƏT-in sammitində Asiya ölkələri adından danışıb

14.04.2016

AZƏRTAC xəbər verir ki, aprelin 14-ü İstanbulda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) XIII sammiti işə başlayıb. Prezident İlham Əliyev sammitdə iştirak edir.

Sammitin devizi “Ədalət və sülh üçün birlik və həmrəylik”dir. Sədrlik edən Misirin xarici işlər naziri Sameh Şukri çıxışında müsəlmanların və islam ölkələrinin maraqlarının qorunması baxımından İƏT-in fəaliyyətini yüksək qiymətləndirib. O, Misirin sədrliyi dövründə üzv ölkələrlə əməkdaşlıq şəraitində islam dünyasında mövcud problemlərin həlli istiqamətində fəal səy göstərdiyini vurğulayıb. Hazırda islam dünyasında, ərəb ölkələrində, ümumilikdə Yaxın Şərq regionunda ciddi böhranların yaşandığını vurğulayan sədr deyib ki, bu münaqişələrin, terrorun arxasında xarici qüvvələrlə yanaşı daxili narazılıqlar da var.

Sameh Şukri son aylarda bölgədə silahlı münaqişələrin, terror hadisələrinin daha da şiddətləndiyini vurğulayaq bunun ciddi bir təhdid olduğunu bildirib. O, islam dünyasında mövcud problemlərin, o cümlədən Fələstin məsələsinin, Suriya böhranının, həmçinin son illər artmaqda olan islamofobiyanın və digər problemlərin həlli üçün səylərin birləşdirilməsinin vacibliyini qeyd edib.

İƏT-ə sədrliyi qəbul edən Türkiyənin prezidenti Rəcəb Teyyub Ərdoğan sammitdə çıxış edərək toplantının əsas mövzusu olan prinsiplərin dünyada baş verən böhranların, xüsusən də islam aləmində yaşanan gərginliklərin həll edilməsi baxımından qısa zamanda bərqərar olunmasının əhəmiyyətini vurğulayıb. Rəcəb Teyyub Ərdoğan bu problemlərin əsas səbəbinin dünyada irqçilik, məzhəbçilik, etnik və dini ayrı-seçkiliyin olduğunu qeyd edərək həmin münaqişələr, böhranlar nəticəsində milyonlarla insanın əziyyət çəkdiyini deyib. “Dünyada yaşanan problemlərdən, münaqişələrdən, böhranlardan daha çox əziyyət çəkən sadəcə islam dünyası və müsəlman ölkələridir” deyən Ərdoğan sammitin müsəlmanların səylərini birləşdirməsi, əməkdaşlığı inkişaf etdirməsi yolunda dönüş nöqtəsi olacağına əminliyini bildirib.

İƏT-in baş katibi İyad Amin Madani Ermənistanın Azərbaycana qarşı davam etdirdiyi işğalçılıq siyasəti barədə məlumat verib. Müsəlman ölkələrindəki qarşıdurmaların tezliklə həll olunmasını müasir dünyanın qarşısında duran əsas vəzifə olduğunu deyən baş katib diqqətə çatdırıb ki, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələr əsasında həll olunmalıdır. O qeyd edib ki, İƏT problemin həllində Azərbaycana dəstəyini davam etdirəcək.

Sonra Asiya, ərəb və Afrika ölkələri qrupları adından çıxışlar dinlənilib. Bəhreyn, Bruney, Küveyt, Qətər, Səudiyyə Ərəbistanı, Türkiyə, İran, Qazaxıstan, Pakistan, Fələstin, Əfqanıstan, İndoneziya, Malayziya, Banqladeş, İordaniya, Livan, Oman, Özbəkistan, Tacikistan, Qırğızıstan, Maldiv adaları, Birləşmiş Ərəb Əmirlikləri, Yəmən, Türkmənistan, Suriya, İraqın daxil olduğu Asiya qrupu adından Azərbaycan prezidenti İlham Əliyev çıxış edib.



iet 1

32 sahibkar güzəştli kredit aldı

14.04.2016

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Qax rayonunda forum keçirib. Aprelin 14-də yayılan rəsmi məlumata görə, 70-ə yaxın sahibkarın iştirak etdiyi forumda iri fermer, bağçılıq, cins heyvandarlıq, tütünçülük və arıçılıq təsərrüfatlarının, çörək istehsalı və meyvə emalı müəssisələrinin təşkili və otelin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanıb.

Forumda Qax və ətraf rayonlardan olan 32 sahibkara 330 min manat güzəştli kredit verilib. Taxılçılıq, heyvandarlıq, arıçılıq, bağçılıq, mineral su, qapı-pəncərə istehsalı sahələrinin inkişafına yönəldiləcək kredit hesabına 50-yə yaxın yeni iş yerinin açılması gözlənir.

Qeyd olunub ki, bu ilin ötən dövrü ərzində 380-ə yaxın sahibkara 40,2 milyon manat güzəştli kredit verilib, bununla da 700-ə yaxın yeni iş yerinin açılmasına imkan yaradılıb.

Ümumilikdə indiyədək Şəki-Zaqatala iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 1900-dən çox investisiya layihəsinin maliyyələşdirilməsinə 96,6 milyon manat güzəştli kredit ayrılıb, taxıl anbarı, cins iri buynuzlu heyvandarlıq komplekslərinin, quşçuluq fabriklərinin, üzümçülük, bağçılıq təsərrüfatlarının, ət və süd emalı, tikinti materiallarının istehsalı müəssisələrinin yaradılması üzrə investisiya layihələri maliyyələşdirilib.

forum

forum 2

Vergi daxilolmaları haqqında rəsmi məlumat

14.04.2016

vergiVergi daxilolmaları haqqında rəsmi məlumat açıqlanıb. Hesabata görə, 2016-cı ilin yanvar-mart ayları ərzində Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 1 milyard 542 milyon 401,2 min manat vəsait daxil olub, proqnoz tapşırığına 101,4 faiz əməl edilib.

3 ayda 28 min 434 vergi ödəyicisi qeydiyyata alınıb.

Vergilər Nazirliyindən müraciət statistikası

14.04.2016



vnBu ilin birinci rübü ərzində vergi orqanlarına 24 min 668 müraciət daxil olub. Vergilər Nazirliyinin məlumatına görə, onların 97,2 faizi ərizə, 2,6 faizi şikayət, 0,2 faizi təklifdir.

Müraciətlərin 54,4%-i müxtəlif arayışların alınması, 15,2%-i kameral vergi yoxlamaları, 8,3%-i vergi borcları, 2,1%-i səyyar vergi yoxlamaları, 1,8%-i vergidən yayınma və dividentlərin verilməsi, 1,8%-i vergi qanunvericiliyi, 1%-i operativ vergi nəzarəti (o cümlədən, nağd hesablaşmaların aparılması qaydalarının pozulması), 0,5%-i vergi orqanlarının vəzifəli şəxslərinin hərəkəti (hərəkətsizliyi), 0,4%-i qanunsuz sahibkarlıq fəaliyyəti, 0,2%-i korrupsiya hüquqpozmaları, 14,3%-i digər məsələlərlə bağlıdır.

Müraciətlərə baxılıb, onların 78,9%-i müsbət həll olunub.

Məlumata görə, hesabat dövründə vergi orqanlarına daxil olan şikayətlərin sayı ötən ilin birinci rübü ilə müqayisədə 20,2%, ötən ilin dördüncü rübü ilə müqayisədə isə 41,4% azalıb.

Hesabat dövründə vergi orqanları ümumilikdə 848 vətəndaşı qəbul edib.

İlham Əliyev: “İslamı terrorla eyniləşdirmək qərəzli yanaşmadır”

14.04.2016

prezident - sammit 1
Aprelin 14-də İstanbulda İslam Əməkdaşlıq Təşkilatının XIII sammiti işini sessiyalarla davam etdirib. AZƏRTAC xəbər verir ki, Azərbaycan prezidenti İlham Əliyev birinci sessiyada çıxış edib.

Çıxışında dövlət başçısı Ermənistanın işğalçılıq siyasətindən söz açıb. İlham Əliyev deyib ki, Ermənistan 20 ildən artıqdır Azərbaycana qarşı işğalçılıq siyasəti aparır: “Bu siyasət nəticəsində Azərbaycan ərazisinin 20 faizi — Dağlıq Qarabağ və ətrafındakı yeddi rayon işğal edilib, həmin ərazilərdə etnik təmizləmə siyasəti aparılıb və bir milyondan artıq soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşüb.

Ermənistan Xocalı soyqırımını törədib. Beynəlxalq birlik və təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıyır və münaqişənin beynəlxalq hüquq normalarına uyğun, ədalətli həllinin tərəfdarıdır. Münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi var. Bu qətnamələrdə erməni silahı qüvvələrinin Azərbaycan torpaqlarından dərhal və qeyd-şərtsiz çıxarılması tələb edilir. Qoşulmama Hərəkatı, ATƏT, Avropa Şurası Parlament Assambleyası və digər təşkilatlar da oxşar qərar və qətnamələr qəbul ediblər. Mən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın suverenliyi və ərazi bütövlüyü çərçivəsində həlini dəstəkləyən ədalətli qətnamələrə görə İslam Əməkdaşlıq Təşkilatına səmimi minnətdarlığımı bir daha ifadə edirəm. Lakin işğalçı Ermənistan bu qərarlara məhəl qoymur və danışıqlar prosesini pozmaq üçün vaxtaşırı silahlı təxribatlara əl atır. Onlardan biri də aprelin əvvəllərində törədilib. Silahlı hücum nəticəsində Azərbaycan hərbçiləri və mülki şəxslər həlak olublar. Azərbaycan ordusu Ermənistanın təxribatının qarşısını aldı. Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə əlaqədar İslam Əməkdaşlıq Təşkilatı qərar qəbul edib ki, xarici işlər nazirləri səviyyəsində kontakt qrupu yaradılsın. Bu qərara görə təşəkkür edirəm”.

Prezident İlham Əliyev bildirib ki, Azərbaycan islam ölkələri ilə əməkdaşlığı prioritet hesab edir: “Son illər ərzində Bakıda İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin xarici işlər, mədəniyyət, turizm, təhsil, əmək və digər nazirlərinin 10-a yaxın görüşü olub. Mən İslam Əməkdaşlıq Təşkilatının qarşılıqlı dəstək və həmrəylik yolunda fəaliyyətini yüksək qiymətləndirirəm. Bu gün dünyada islamofobiya ciddi təhlükələrdən biridir. Biz bu tendensiyanı qətiyyətlə pisləyirik. Əslində islam sülh, mərhəmət, dözümlülük, ədalət dinidir. İslamı terrorla eyniləşdirmək isə səhv və qərəzli yanaşmadır. Terrordan ən çox əziyyət çəkən elə müsəlman ölkələridir”.


Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə