Xəbər bülleteni №3



Yüklə 0,51 Mb.
səhifə1/5
tarix05.10.2017
ölçüsü0,51 Mb.
  1   2   3   4   5

Xəbər bülleteni № 3

http://transparency.az/cnews/



Ünvan: AZ1001, Bakı, Cəfər Cabbarlı, 16, mən. 7
Tel: (+994 12) 497 81 70; 497 68 15; Fax: (+994 12) 596 20 38
E-mail: info©transparency.az

İyul 2015

  • Administrasiyada bilirlər ki, mən bəzi hallarda məlumatı onlardan tez əldə edirəm”

  • Media işçiləri üçün binanın tikintisinə 5 milyon manat əlavə vəsait ayrılıb

  • AZAL prezidenti eşidib ucuzlaşmaya getdi

  • Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi hesabat verdi

  • Dünya Bankı Qrupu Azərbaycan üzrə yeni çərçivəni təsdiqləyib

  • Əmək qanunvericiliyi: 6 ayda 8 mindən çox pozuntu qeydə alınıb

  • Bu il Çində korrupsiyaya görə 19 min məmur cəzalandırılıb

  • Azərbaycan Şengen zonasına dəvət olunur

  • Banklara sağ qalmaq üçün 8 ay möhlət verilib

  • Media sərəncamı büdcəyə ayda 5660 manata başa gələcək

  • Beynəlxalq Bank rəhbərlərini dəyişdi. Kurs da dəyişir

  • Ekologiya və Təbii Sərvətlər Nazirliyi “Qaynar xətt” hesabatı verdi

  • Hesablama Palatası 6 aya yekun vurdu, pozuntuları açıqladı

  • Dövlət Əmək Müfəttişliyi Xidməti 12 nəfəri işinə bərpa etdirib

  • Hüquqşünas avtomobillərin paytaxta girişinə məhdudiyyəti qanunsuz sayır

  • Sığorta növləri: artım nədədir, azalma nədə?

  • Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının qərarı dərc olundu

  • Avro zonası borc içində batır (Ən yeni statistika)

  • DSMF sədri: “Sosial sığorta gəlirləri 8 faiz artıb”

  • Avropa İttifaqı Donald Tuskun Şengen bəyanatına aydınlıq gətirdi

  • Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxil olan üç qurumun əsasnamələri təsdiq edilib

  • İqtisadiyyat və Sənaye Nazirliyində kollegiya iclası: yeni təkliflər hazırlanır

  • Dövlət Neft Fondu hesabat verdi. Aktivlərdə 3,56 faiz azalma var

  • Prezident Administrasiyasının sabiq rəhbəri rüşvət ittihamı ilə tutuldu

  • Xədicə İsmayılın cinayət işi üzrə hazırlıq iclası keçirilib

  • Silahlı Qüvvələrdə korrupsiya hallarına yol vermiş 43 şəxsin işi məhkəmələrə gedib

  • Maliyyə Nazirliyinin nəzarət tədbirlərinin nəticələri barədə məlumat

  • Hökumət 4 milyard manatı haradan tapacaq?

  • Qızılı nələr ucuzlaşdırır

  • Əmlak Məsələləri Dövlət Komitəsi elektron xidmət hesabatı açıqlayıb

  • İnformasiya əldə etməyi asanlaşdıran yeni sistem yaradılıb

  • Manatla əmanət qoyuluşu 62 faizdən 27 faizə enib

  • Dünyanın 500 ən böyük şirkətinin illik reytinqi

  • İlin birinci yarısında 13676 nəfər işlə təmin edilib

  • Elektron hökumət” elektron viza sistemi tətbiq edəcək

  • AZAL aviabiletlərin qiyməti ilə bağlı yeni açıqlama yaydı

  • Yunusların məhkəməsi: ittiham aktı elan olunub

  • Vergilər Nazirliyinin kollegiya iclası prezident İlham Əliyevin iradlarını müzakirə edib

  • İnsan alveri ilə mübarizə: Azərbaycan üç dəstənin ikincisində yer alır

  • Prezident sərəncamının icrası: nazir ilkin hesabat verdi

  • İstehlak bazarında monitorinqin nəticələri açıqlanıb

  • Naşir dövlət başçısından kömək istəyir

  • Malayziyada korrupsiya qalmaqalı istefalara gətirib

  • Prokuror olmaq istəyənlər yazılı imtahan verib

  • Məhbus hüquq müdafiəçisi vergi borcunu ödəyib

  • Elektron hökumət” portalına dair yeni statistika

  • İntiqam Əliyev cəza evinə köçürülüb

  • Dövlət Sosial Müdafiə Fondu ilin birinci yarısına yekun vurub

  • Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi özünü yandıran köçkünlə bağlı açıqlama yayıb

  • Sosial xidmətlə bağlı yeni layihə təqdim edilib

  • Hökumət qərarı: bəzi mallar gömrük rüsumundan azad olunub

  • Rusiyalılar sanksiyaların təsiri barədə nə düşünür?

  • Milli Arxiv İdarəsi 6 aylıq işi ilə bağlı hesabat verib

  • Bakıda internet xidmətləri: rəsmi qurum bu ilin göstəricilərini açıqlayıb

  • Facebook” kasıblayır?

  • Təhqiqatçı jurnalistə Con Aubuçon Mətbuat Azadlığı Mükafatı verilib

  • Təmiz hava” aylığında hansı tədbirlərin görüləcəyi bəyan edilib

  • Gömrük məmurlarının iş adamları ilə görüşü keçirilib

  • Şell”in mənfəəti 37% azalıb, 6500 iş yeri ixtisara düşür

  • Rusiyadan Azərbaycana və əks istiqamətdə nə qədər pul köçürüldüyü bəlli olub

  • Müdafiə Nazirliyinin üç baş zabiti rüşvət ittihamı ilə həbs olunub

  • Yarım ildə Vergi Apellyasiya Şurasında 11 müraciətə baxılıb

  • Ucuzlaşdırma qərarı: 250-dən çox dərman vasitəsinin qiyməti təsdiqlənib

  • Müdafiə Sənayesi Nazirliyi səyyar kollegiya iclası keçirib

  • Vergi borcunu ödəyən məhbusun cəzası 3 ay azaldıldı

  • Şəhriyar-99”da məhsul istehsalı yasaqlanıb. GMO sınaqları isə davam edir

  • Ermənistanda demoqrafik vəziyyətlə bağlı yeni statistika

  • Azərbaycanda keçirilən Dünya Kimya Olimpiadası ilə bağlı hesabat açıqlanıb

  • Bütün kateqoriyalı torpaqlar elektron uçota alınacaq

  • Korrupsiya cinayətləri üzrə 99 iş tamamlanıb

Təhlil

  • Şəffaflıq Azərbaycan”ın Əmlak Məsələləri Dövlət Komitəsinə tövsiyələri

  • Mübahisələr qanunu

  • Ekspert yeni özəlləşdirmə dalğası proqnozlaşdırır

  • Ekspertdən bank tövsiyələri

  • Sabiq baş nazir oliqarxlarsız hökumət təklif edir

  • Sabiq maliyyə naziri: “İnsanlarımızı rahatsız edə biləcək heç nə baş verməyib”

  • Ekspert: “Bu hələ son deyil”

  • Bağla bazar arasında

  • Qanun dövlət qulluqçusuna nələri yasaqlayır?

  • Nazir: “Hər bir vətəndaş biləcək ki, hansı dərmanı alır və hansı qiymətə alır”

  • Korrupsiya ilə mübarizə qanunundan çıxarışlar

“Administrasiyada bilirlər ki, mən bəzi hallarda məlumatı onlardan tez əldə edirəm”

22.07.2015



ilham eliyev 1

“Ölkədə sosial ədalətsizlik halları var. Məmur özbaşınalığı halları, digər xoşagəlməz hallar — korrupsiya, rüşvətxorluq, insanların hüquqlarının pozulması halları var”. Prezident İlham Əliyev iyulun 21-də Mətbuat Şurası İdarə Heyətinin üzvləri ilə görüşündə belə deyib.

Transparency.az-ın məlumatına görə, dövlət başçısı bir çox hallarda pozuntular, qüsurlar, xoşagəlməz vəziyyət barədə məlumatı o cümlədən mətbuatdan əldə etdiyini vurğulayıb: “Bu, mənim üçün də çox əhəmiyyətlidir. Çünki prezidentin hadisələrlə bağlı bilavasitə mətbuata çıxışı yoxdur, vasitəçilər, köməkçilər, administrasiya işçiləri, digər mənbələr var. Ona görə bəzi hallarda məlumat ya gecikir, ya gəlmir, ya da, o da sirr deyil ki, məlumatı gizlətmək istəyirlər. Azərbaycanda azad mətbuatın mövcudluğu mənim də işimi yüngülləşdirir. Administrasiyada, digər yerlərdə, digər strukturlarda işləyənlər bilirlər ki, mən bəzi hallarda məlumatı onlardan tez əldə edirəm və dərhal reaksiya verirəm. Ən azı bu, yoxlanılmalıdır, əgər həqiqətdirsə, ölçü götürülməlidir.

Ona görə sizin işiniz mənim üçün də çox dəyərlidir, əhəmiyyətlidir və mən bunu yüksək qiymətləndirirəm. Bu, belə də olmalıdır, çünki ölkədə həllini gözləyən problemlər hələ ki, çoxdur. Bir çox məsələlər öz həllini tapıb. Ancaq hələ ki, həm siyasi islahatlarla, iqtisadi inkişafla bağlı görüləsi işlər çoxdur. Hesab edirəm ki, xüsusilə idarəetmə sistemində islahatlar daha da dərinləşməlidir. Ölkədə sosial ədalətsizlik halları var. Məmur özbaşınalığı halları, digər xoşagəlməz hallar — korrupsiya, rüşvətxorluq, insanların hüquqlarının pozulması halları var. Əlbəttə, biz bütün bunları bilməliyik və reaksiya verilməlidir. Əgər reaksiya verilməyəcəksə, o pozuntuları törədənlər daha da böyük pozuntular törədəcək. Mətbuatın burada nadir rolu var. Mən bunu sizə çox səmimi şəkildə deyirəm və sizdən xahiş edirəm, bu sahədə öz fəaliyyətinizi gələcəkdə də davam etdirəsiniz ki, həm ictimaiyyət, həm o pozuntuları edən məmurlar bilsinlər ki, heç bir yanlış hərəkət reaksiyasız qalmayacaq.

Son vaxtlar Bakının hər hansı bir yerində əgər bir ağac kəsilirsə dərhal qəzetlərdə, internet saytlarında bu barədə məlumat gedir. Dərhal reaksiya verilir və ölçü götürülür. Digər sahələrdə də həmçinin. Mən dəfələrlə həm iş adamlarına, həm, ümumiyyətlə, vətəndaşlara müraciət etmişəm ki, əgər hər hansı bir ədalətsizlik, qanun pozuntusu, özbaşınalıq baş verirsə, dərhal reaksiya verin. İndi bu reaksiyanı vermək üçün kifayət qədər imkanlar var. Azərbaycanda internet şəbəkəsi geniş yayılıb. Əhalinin 75 faizi internet istifadəçisidir. Biz indi hər bir yaşayış məntəqəsinə genişzolaqlı internetin çəkilişini təmin etməyə çalışırıq.

Ona görə mən bir daha qeyd etmək istəyirəm ki, bu sahədə hələ görüləsi işlər çoxdur. Şəxsən mənim üçün mətbuat burada çox gözəl dəstəkçi rolunu oynayır. Əminəm ki, gələcəkdə biz bu əməkdaşlığı davam etdirəcəyik”.

Media işçiləri üçün binanın tikintisinə 5 milyon manat əlavə vəsait ayrılıb

22.07.2015

Prezident İlham Əliyev mətbuat işçiləri üçün yaşayış binasının tikintisi ilə bağlı əlavə tədbirlərə sərəncam verib. İyulun 21-də imzalanan sərəncam 2015-ci il dövlət büdcəsindən, prezidentin ehtiyat fondundan Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna 5 milyon manat ayrılmasını nəzərdə tutur.

Transparency.az xatırladır ki, jurnalistlər üçün yaşayış binası Bakının Bibiheybət qəsəbəsində tikilir. 17 mərtəbəli, 255 mənzilli binanı 2016-cı ildə təhvil vermək planlaşdırılır. Dünənədək binaya dövlət büdcəsindən 8 milyon manat ayrılmışdı.

Jurnalistlər üçün yaşayış binası dövlət vəsaiti hesabına tikilir və pulsuz paylanır.

Ərazidə jurnalistlər üçün tikilmiş 156 mənzilli ilk bina 2013-cü ildə istifadəyə verilib.

AZAL prezidenti eşidib ucuzlaşmaya getdi

22.07.2015



azal

“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti (AZAL) aşağı büdcəli sərnişindaşıma xəttinin (lou-kost istiqamətlər), həmçinin aviaşirkətin bütün mövcud reysləri üzrə təyyarələrdə aşağı tarifli yerlərin yeni blokunu tətbiq edib. Qurumun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bu tədbirlər prezident İlham Əliyevin iyulun 13-də Nazirlər Kabinetinin iclasında aviabiletlərin qiymətlərinin azaldılması ilə bağlı verdiyi tapşırıqlara uyğun olaraq görülüb.

İyulun 21-də AZAL-ın İdarə Heyətinin kollegiyasının qapalı iclasında çıxarılan qərara görə, bu istiqamətlər üzrə aşağı büdcəli sərnişindaşıma xətti (lou-kost istiqamətlər) yaradılır:

- Bakı-Antalya-Bakı – bu ilin avqustundan başlayaraq həftədə 3 dəfə;

- Bakı-İstanbul-Bakı – bu ilin sentyabrından başlayaraq hər gün 1 uçuş;

- Bakı-Moskva-Bakı – bu ilin oktyabrından başlayaraq hər gün 2 uçuş;

- Bakı-Dubay-Bakı – bu ilin oktyabrdan başlayaraq hər gün bir uçuş.

Bu sadalanan istiqamətlərdə lou-kosterlər üçün səciyyəvi sayılan hava daşımalarının biznes-modeli tətbiq olunacaq.

Uçuşlar “Embraer” təyyarələri ilə həyata keçiriləcək. Bu istiqamətlər üzrə aşağı büdcəli sərnişindaşıma xətlərinin yekun satış qiyməti bir tərəfə 99 avrodan çox olmayacaq.

“Azərbaycan Hava Yolları”nın bütün mövcud reyslərində cari qiymətlərin azaldılmasına yönəlmiş yeni tarif siyasətinin tətbiq olunmasına dair qərar da qəbul edilib. Bu tarif siyasəti yeni lou-kost istiqamətlərə şamil olunmayacaq.

Avqustun 1-dən etibarən “Azərbaycan Hava Yolları”nın bütün istiqamətləri üzrə minimal cari ekonom-klass tariflərinə 20 faiz endirim tətbiq olunacaq. Bu tarif üzrə satılan biletlərin sayı təyyarədə yerlərin 30 faizini təşkil edəcək. Bu zaman sərnişinlər üçün bütün növ ekonom-klass xidmətləri saxlanacaq.

Transparency.az xatırladır ki, iyulun 13-də Nazirlər Kabinetinin iclasında turizm sahəsində vəziyyətdən danışan prezident İlham Əliyev təyyarə biletlərinin bahalığından gileylənib: “Aviabiletlərin qiyməti bəzi hallarda süni şəkildə qaldırılır. Sual olunur: nəyə görə? Nə üçün? Yüksək xidmət göstərilir. Mən bunu alqışlayıram. Doğrudan da bizim AZAL şirkətimiz yüksək xidmət göstərir. Bunu mənə AZAL-ın təyyarələri ilə gələnlər deyirlər. Mən bunu alqışlayıram. Ancaq Azərbaycan yanacağı xaricdən almır, özü istehsal edir. Başqa ölkələrə nisbətən ağ neft ucuz qiymətə verilir axı! Nə üçün qiymətlər bahadır? AZAL dövlət tərəfindən böyük subsidiyalar alır. Bütün təyyarələr dövlət büdcəsinin vəsaiti hesabına alınır, bütün aeroportlar dövlət hesabına tikilir, bütün şərait dövlət hesabına yaradılır. Nəyə görə biletlərin qiyməti başqa ölkələrə, şəhərlərə nisbətən baha olmalıdır? Nə üçün? Mən tapşırıram hökumət, Maliyyə Nazirliyi, İqtisadiyyat və Sənaye Nazirliyi bu məsələ ilə məşğul olsunlar. Həm müqayisə aparın, həm də burada tənzimləmə mexanizmi, hər şey şəffaf olmalıdır və qiymətlər süni şəkildə qaldırılmamalıdır”.

П

Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi hesabat verdi



22.07.2015

kamran eliyev

Baş prokurorun müavini, Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev 2015-ci ilin birinci yarım ilinin göstəricilərini açıqlayıb. APA-nın məlumatına görə, iyulun 21-də mətbuat konfransı keçirən Kamran Əliyev deyib ki, Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi bu ilin birinci yarısında vətəndaşların 5150 müraciətinə baxıb, həmçinin 95 cinayət xarakterli material araşdırıb.

Hesabata əsasən, cinayət xarakterli materialların 65-i (68%) üzrə cinayət işi başlanıb, 30 (32%) material üzrə zəruri qabaqlayıcı tədbirlərin görülməsi təmin edilib. 6 ayda Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin 161 saylı “Qaynar xətt” əlaqə mərkəzinə 3414 müraciət daxil olub, həmin müraciətlərin 12-si üzrə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işləri açılıb.

Cinayət başında yaxalanmış şəxslər barəsində 10, habelə korrupsiya hüquqpozmaları ilə əlaqədar toplanmış materiallar üzrə 5 cinayət işi başlanıb, 158 şəxs barəsində 99 cinayət işinin istintaqı tamamlanaraq məhkəmələrə göndərilib. Həmin cinayət işlərindən 50 şəxs barəsində 33 iş mənimsəmə və israf etmə, 41 şəxs barəsində 30 iş dələduzluq, 26 şəxs barəsində 13 iş vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, 8 şəxs barəsində 8 iş saxta sənədlərdən istifadə etmə, 6 şəxs barəsində 3 iş vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə, 20 şəxs barəsində 8 iş rüşvət alma, 6 şəxs barəsində 3 iş vəzifə saxtakarlığı, 1 şəxs barəsində 1 iş isə digər faktlarla əlaqədar olub.

Məhkəmələrə göndərilmiş cinayət işləri üzrə vurulmuş 94 milyon 895 min manat ziyandan istintaq müddətində 30 milyon 226 min manat və ya 31,8 %-i ödənilib, qalan ziyanın təqsirləndirilən şəxslərin əmlakları üzərinə həbs qoyulmaqla ödənilməsi üçün qanunla nəzərdə tutulmuş tədbirlər görülüb.

Dünya Bankı Qrupu Azərbaycan üzrə yeni çərçivəni təsdiqləyib

22.07.2015

worldbank

Dünya Bankı Qrupunun İcraçı Direktorlar Şurası Azərbaycan üçün 2015-2020-ci illər üzrə Ölkə Tərəfdaşlıq Çərçivəsini (ÖTÇ) təsdiqləyib. ÖTÇ Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı (BYİB), Beynəlxalq Maliyyə Korporasiyası (İFC) və İnvestisiya Zəmanətləri üzrə Çoxtərəfli Agentliyin (MİGA) daxil olduğu Dünya Bankı Qrupunun 5 illik birgə strategiyasını əks etdirir.

Dünya Bankının Azərbaycan nümayəndəliyinin iyulun 22-də yaydığı məlumatda deyilir ki, ÖTÇ ölkənin qısa və uzun müddətli perspektivdə qarşılaşdığı iqtisadi şəraitin, sınaq və məhdudiyyətlərin əhatəli təhlilini ehtiva edən Azərbaycan üzrə Sistemli Ölkə Diaqnostikasına əsaslanır. ÖTÇ iki sahəyə diqqət ayırır: dövlət sektorunun idarə edilməsi və dövlət xidmətlərinin göstərilməsi, iqtisadi rəqabət qabiliyyəti.

Məlumata görə, İFC-nin əsas diqqəti ÖTÇ-nin iqtisadi rəqabət qabiliyyəti gündəliyinin dəstəklənməsi, maliyyə inkluzivliyinin gücləndirilməsi, biznes mühitinin təkmilləşdirilməsi üçün təşəbbüslərin davam etdirilməsi və gücləndirilməsinə yönələcək. İFC həmçinin əhəmiyyətli infrastruktur layihələri, kənd təsərrüfatı və digər ixrac yönümlü sahələr də daxil olmaqla real sektoru dəstəkləmək məqsədilə sərmayə və məsləhət imkanlarını araşdıracaq.

Azərbaycan 1992-ci ildə Dünya Bankına, 1995-ci ildə isə İFC-yə üzv olub. Bu müddət ərzində Dünya Bankı ölkədə 55 layihə üçün 3 milyard dollardan çox vəsait ayırıb. Dünya Bankının Azərbaycanda cari sərmayə portfeli 2 milyard dollar həcmində olan 16 layihəni əhatə edir.

1995-ci ildən bəri İFC ölkədə 54 uzunmüddətli maliyyə layihələri üzrə 365 milyon dollardan çox sərmayə yatırıb və digər borc mənbələrindən əlavə 74 milyon dollar cəlb edib. İFC həmçinin ticarətin maliyyələşdirilməsi proqramı vasitəsilə ticarətə təqribən 77 milyon dollar dəstək verib.

Əmək qanunvericiliyi: 6 ayda 8 mindən çox pozuntu qeydə alınıb

22.07.2015

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) bu ilin birinci yarısında 8076 halda əmək qanunvericiliyinin pozulması faktı aşkar edib. Nazirliyin ictimaiyyətlə əlaqələr sektorundan Transparency.az-a verilən məlumata görə, hüquq pozuntularının daha çox ticarət və ictimai iaşə, topdansatış, tikinti sahələrində əsasən özəl sektora aid müəssisələrdə baş verdiyi müəyyən edilib.

Hüquq pozuntularının aradan qaldırılması üçün qanunvericiliyə uyğun formada zəruri tədbirlər görülüb. Əmək qanunvericiliyinin pozulması hallarına görə aidiyyəti işəgötürənlərə qarşı cərimələr tətbiq olunub. Həmin cərimələrin 53,8 faizinin (1047777 manat) dövlət büdcəsinə ödənilməsi təmin edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 119421 manat və ya 12,8 faiz çoxdur.

Hesabat dövründə əmək qanunvericiliyinin pozulması faktlarının sayı 2014-cü ilin yanvar-iyun ayları ilə müqayisədə 12,8 faiz azalıb.

Bu il Çində korrupsiyaya görə 19 min məmur cəzalandırılıb

22.07.2015

Transparency.az xəbər verir ki, iyulun 22-də Çin Kommunist Partiyasının Nizam-İntizam üzrə Mərkəzi Komissiyası 2015-ci ilin ilk yarısında korrupsiyaya görə 19 min məmurun cəzalandırıldığı haqda məlumat yayıb. Bu rəqəm ötən illə müqayisədə korrupsiya hallarının azaldığını göstərir. 2014-cü ildə ölkədə korrupsiya ilə bağlı cəzalandırılan vəzifəli şəxslərin sayı 70 min nəfər olub.

Rəsmi açıqlamaya görə, korrupsiya hallarının azalması 2012-ci ilin sonunda qəbul olunmuş səkkiz davranış qaydasının işə düşdüyünü göstərir. Həmin davranış qaydalarına xidməti fəaliyyətdə bürokratiyanın, israfçılığın, xoşagəlməz davranışın kökünün kəsilməsi daxildir.

Qurum 2012-ci ildən bəri məsuliyyətə cəlb olunmuş korrupsiyalaşmış məmurların ümumi sayının 120 minə çatdığını bildirib.

Azərbaycan Şengen zonasına dəvət olunur

22.07.2015



donald - eliyev
İyulun 22-də prezident İlham Əliyev Bakıda Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskla əvvəl nümayəndə heyətlərinin iştirakı ilə, sonra təkbətək görüşüb. Görüşlərin ardınca İlham Əliyevin və Donald Tuskun birgə mətbuat konfransı olub.

APA-nın məlumatına görə, İlham Əliyev mətbuat konfransında deyib ki, Azərbaycanın xarici ticarətinin demək olar yarısı Avropa İttifaqı ölkələri ilə aparılır: “Avropa İttifaqı ölkələri həmçinin bizim əsas investorlarımızdır. Ölkəmizə sərmayələrin 50 faizindən çoxu məhz Avropa İttifaqından gəlir. Bu iqtisadi əməkdaşlığı digər sahələrə də aid etmək lazımdır. Potensial əməkdaşlıq sahələrindən biri də daşımalar sahəsidir. Artıq dəmir yolu xətti layihəsi bitmək üzrədir. Beləliklə, Azərbaycan, Türkiyə və Gürcüstan birləşəcək, qədim İpək Yolu bərpa olunacaq, iki qitə arasında ticarət dövriyyəsi artacaq. Azərbaycan tranzit ölkəsi kimi bunda öz mühüm rolunu oynayacaq”.

Prezident görüşdə enerji təhlükəsizliyi məsələlərinin də müzakirə olunduğunu söyləyib: “Avropa ilə yaxşı tərəfdaşıq. Cənub Qaz Dəhlizi layihəsi ötən il təqdim edildi. Azərbaycan öz təşəbbüsü ilə bu layihəni irəli sürüb. Hazırda tərəfdaşlar, qonşu ölkələr və sərmayədarlarla birlikdə işləyirik ki, bu layihəni vaxtında icra edək. Bizim təsdiqlənmiş qaz ehtiyatlarımız 2,6 trilyon kubmetrdir. “Şahdəniz” qaz yatağının ehtiyatı 1 trilyondan artıqdır. Bu da gələn on illər ərzində bizi qazla təmin edəcək. Cənubi Qaz Dəhlizi layihəsi ölkələri birləşdirən, istehsalçı, istehlakçı və tranzit ölkələrə xidmət edən bir layihədir.

Bu ilin mart ayında TANAP layihəsinin tikintisi başlayıb. Biz işləri vaxtında aparırıq. Bu layihə həm də enerji diversifikasiyası layihəsidir və nəinki marşrutların, həmçinin mənbələrin də şaxələndirilməsi deməkdir”.

Donald Tusk Azərbaycan prezidenti ilə viza rejiminin sadələşdirilməsi məsələsini müzakirə etdiyini və bu ilin sonunadək danışıqların yekunlaşacağını bildirib: “Azərbaycanın Şengen zonasına daxil olmasını istəyirik. Xalqlar bu və ya digər ölkələrdən sərbəst səfərlər etsinlər. Biz belə bir razılığa gəldik ki, viza rejimi sadələşdirilsə, sürəkli giriş-çıxış üçün Şengen vizalarının verilməsi asanlaşacaq”.

Banklara sağ qalmaq üçün 8 ay möhlət verilib

22.07.2015

merkezi bank

Mərkəzi Bank bank kapitalının və onun adekvatlığının hesablanması qaydalarına edilmiş dəyişikliyin icrasını təxirə salıb. Ötən ilin dekabrında edilmiş dəyişikliyə görə, banklarda məcmu kapitalın adekvatlıq əmsalı hesablananda aidiyyəti şəxslərə verilmiş kreditlərin məcmu kapitaldan çıxılması tələb olunur. Bu qayda 2015-ci il iyunun 1-dən qüvvəyə minməli idi. Yəni banklar hər il aidiyyəti şəxslərə verilmiş kreditlərin məcmu kapitaldan çıxılmalı olan payını 20 faiz artırılmalı idi. Ancaq Mərkəzi Bank güzəştə gedərək banklara əlavə 8 ay vaxt verdi və müddəti 1 fevral 2016-cı ilədək uzatdı.

Son dəyişiklik nəticəsində məcmu kapitalın və I dərəcəli kapitalın adekvatlıq əmsallarının hesablanması zamanı çıxılmalı olan aidiyyəti şəxslərə verilmiş kreditlərin payı 1 fevral 2017-ci ilədək 20 faizə, 1 iyun 2018-ci ilədək 40 faizə, 1 iyun 2019-cu ilədək 60 faizə, 1 iyun 2020-ci ilədək 80 faizə, bundan sonra isə 100 faizə çatdırılacaq. Bu qayda ancaq 1 iyun 2015-ci ilədək verilmiş kreditlərə şamil ediləcək. Həmin müddətdən sonra aidiyyəti şəxslərə yeni verilmiş və ya restrukturizasiya olunmuş kreditlərin 100 faizi adekvatlığın hesablanmasında nəzərə alınacaq.




Dostları ilə paylaş:
  1   2   3   4   5


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə