Xəbər bülleteni №7



Yüklə 0,52 Mb.
səhifə4/6
tarix17.10.2017
ölçüsü0,52 Mb.
#5170
1   2   3   4   5   6

        Samir Əliyev

2013-cü ildə yanacağın bahalaşmasından əlavə qazanc götürməyi planlaşdıran hökumət çox keçmədi öz faydasını Azərbaycan Dövlət Neft Şirkətinə (ARDNŞ) transfer etməli oldu. O vaxt 7 illik fasilədən sonra yanacağın bahalaşması aksiz vergisinin artırılmasından doğmuşdu və vergi gəliri dövlət büdcəsinə çatmalı idi.

Nazirlər Kabinetinin 2 dekabr 2013-cü il qərarı ilə Aİ-95 markalı benzinin aksiz dərəcəsi 101%-dən 159%-ə, Aİ-92 və Aİ-80 markalı benzinlərin aksiz dərəcəsi 92% və 93%-dən 134%-ə qaldırıldı. Dizeldə 24%-dən 57%-ə artım oldu.

Sonradan dövlət öz qazancından imtina etdi və xeyri ARDNŞ-yə bağışladı. Nazirlər Kabinetinin 6 fevral 2014-cü il qərarı ilə Aİ-92 markalı benzinə tətbiq edilən aksiz vergisi 65%-ə endirildi. Aİ-80-də aksiz vergisi 66%-ə, dizeldə isə 18%-ə düşdü. Amma bu azalmalardan sonra yanacağın topdansatış qiyməti aşağı salınmadı. Səbəb ARDNŞ-nin şirkətdaxili qiymətlərinin artırılması oldu. Nazirlər Kabinetinin 6 fevral 2014-cü il qərarından sonra Aİ-92 markalı benzin üçün şirkətdaxili qiymətlər tonu 290,44 manatdan 411,92 manata, Aİ-80 benzini üçün 290,44 manatdan 409,43 manata, dizel üçün 323,32 manatdan 430,19 manata qaldırılıb. ARDNŞ-nin benzindən qazancı 41%, dizel yanacağından isə 33% artıb.

Maliyyə Nazirliyinin 2014-cü il dövlət büdcəsinin icrasına dair hesabatında da bu qeyd edilir: “Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə aksiz üzrə 784,5 milyon manat proqnoza qarşı 740,3 milyon manat, yəni nəzərdə tutulduğundan 44,2 milyon manat az vəsait daxil olub. Aksiz vergisinin kəsirlə icra olunmasının əsas səbəbi daxili bazarda neft məhsullarının qiymətlərinin artması nəticəsində yaranan əlavə vəsaitin 2014-cü ilin yanvar ayından tam məbləğdə Dövlət Neft Şirkətinin şirkətdaxili qiymətlərinə aid edilməsi olub”.

2014-cü ildə ölkə üzrə 1,3 milyon ton benzin və bir o qədər də dizel istehlak olunub. Müxtəlif məlumatlara görə, Aİ-95 benzinin payı 10% civarındadır. Deməli, Nazirlər Kabinetinin 6 fevral 2014-cü il qərarının nəticəsi olaraq ARDNŞ-nin illik qazancı təxminən 280 milyon manat artıb. ARDNŞ bu vəsaiti itirməmək üçün hazırda benzinin ucuzlaşmasının əleyhinə çıxır, xarici bazarda itirdiyi gəlirləri də daxili bazar hesabına kompensasiya etmək istəyir.

Neftin ucuzlaşması fonunda büdcə gəlirlərinin azalmasının qarşısını almaq üçün aksiz vergilərinin yenidən artırılmayacağına təminat yoxdur. Hökumətdə büdcəni doldurmaq üçün vergi daxilolmalarının artırılması niyyəti açıq hiss olunur. Belə olacaqsa, yəni aksiz vergiləri artırılacaqsa, yanacağın yenidən bahalaşması gündəmə gələcək. Bu dəfə qazanc ARDNŞ-yə yox, dövlət büdcəsinə çatacaq. Bahalaşmanın zərərini isə əhali görəcək.

Prezident təmirdən çıxmış məktəbin vəziyyəti ilə tanış olub

07.09.2015

Sentyabrın 7-də prezident İlham Əliyev Bakının Binəqədi rayonundakı 283 nömrəli orta məktəbdə həyata keçirilən təmir və yenidənqurma işlərindən sonrakı vəziyyətlə tanış olub.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov dövlət başçısına məlumat verib ki, 283 nömrəli tam orta məktəbin binası 1988-ci ildə istifadəyə verilib. Ümumi ərazisi 24 min kvadratmetr olan məktəbin binası üçmərtəbəli 1 korpusdan, ikimərtəbəli 2 korpusdan və birmərtəbəli 3 keçiddən ibarətdir. Ümumilikdə əsaslı təmir edilən sahə 6,5 min kvadratmetrdir. Əsaslı təmir işlərinə 2015-ci il iyunun 1-dən başlanıb. Burada kommunikasiya, elektrik, su-kanalizasiya, istilik xətləri yenilənib. Binada 62 sinif otağı var.

Qeyd olunub ki, məktəbdə tədris birnövbəli rejimdə aparılır. Burada Azərbaycan və rus bölmələrində 1200 şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 160 müəllim məşğul olur. 2014-2015-ci tədris ilində məktəbi bitirən 64 məzundan 47-si ali məktəblərə qəbul olunub, onlardan da yeddisi 600-dən yuxarı bal toplayıb. Məktəbin idman zalı da müasir səviyyədədir. Burada, eyni zamanda, iki futbol və bir voleybol meydançası da şagirdlərin ixtiyarına veriləcək.

Bakıda gömrük sammiti

08.09.2015

Sentyabrın 8-i Bakıda Dünya Gömrük Təşkilatının 10-cu illik PICARD (“Gömrük sahəsində akademik araşdırmalar və inkişaf üzrə əməkdaşlıq proqramı”) konfransı başlayıb. AZƏRTAC xəbər verir ki, konfransa Azərbaycan da daxil olmaqla 53 ölkədən 241 nümayəndə, 21 beynəlxalq və regional təşkilat, o cümlədən 3 Nobel mükafatçısı qatılıb.

Konfransın ilk günü Nobel mükafatı laureatı, Harvard Universitetinin (ABŞ) professoru Erik Maskin “Niyə qlobal bazarlar inkişaf etməkdə olan ölkələrdə bərabərsizliyi azalda bilmədi?”, Beynəlxalq Vergi və Tərəqqi Mərkəzinin (Birləşmiş Krallıq) baş direktoru Mik Mur isə “Beynəlxalq əməkdaşlıq: ticarət və vergilərin müqayisəsi” adlı əsas məruzə ilə çıxış edəcəklər.

Sonra konfrans “Gömrük əməkdaşlarının təşviq edilməsi amilləri” və “Qlobal dəyər zəncirləri” adlı sessiyalarla işini davam etdirəcək, bu bölmələr üzrə məruzələr dinləniləcək.

Sentyabrın 9-da isə konfransın sessiyaları “Gömrük sahəsində yeniliklər”, “Qlobal dəyər zəncirləri”, “Gəlir və tarif məsələləri”, “Saxtakarlıq və faktlar” məsələlərinə həsr olunacaq. Həmin gün əsas məruzə ilə Nobel mükafatı laureatı, Arizona Dövlət Universitetinin (ABŞ) professoru Edvard K.Preskott çıxış edəcək.

Sentyabrın 10-da isə konfrans öz işini “Saxtakarlıq və faktlar”, “Mədəniyyət nümunələri üzərində mülkiyyət hüquqlarının qorunması”, “Gömrük risklərinin idarə edilməsi”, “Qeyri-formal ticarət” adlı sessiyalarla yekunlaşdıracaq. Həmin gün “Milli siyasi mühitin innovativ fəaliyyətə və kapitalın formalaşmasına təsiri” adlı əsas məruzə ilə Nobel mükafatı laureatı, Santa Barbarada (ABŞ) yerləşən Kaliforniya Universitetinin professoru Finn Kidland çıxış edəcək.

Hesab.az hesablama aparıb

08.09.2015

hesab.az
Hesab.az onlayn xidmət portalından istifadə edənlərin sayı bilinib. AZƏRTAC portala istinadla xəbər verir ki, qeydiyyatdan keçərək onlayn ödəniş imkanlarından faydalananların sayı 185 min 540 nəfərə çatıb.

“GoldenPay” ödəmə texnologiyaları əsasında çalışan portal vasitəsilə istifadəçilər kommunal ödənişləri, həmçinin internet provayderlərinin əksəriyyətinin, mobil operatorların, kabel televiziyalarının və bir sıra bank kreditlərinin ödənişlərini həyata keçirə bilir.

Hesab.az portalının “Şəxsi kabinet” bölməsində qeydiyyatdan keçmiş hər bir istifadəçinin öz ödəmələrinin tarixçəsini aparmaq imkanı var. İstifadəçilər topladıqları bonuslarla müxtəlif kampaniyalarda iştirak edərək qiymətli hədiyyələr qazana bilərlər.

AXCP qurultay təyin edib

08.09.2015

axcpAXCP Ali Məclisinin Rəyasət Heyəti sentyabrın 7-də partiyanın VI (IX) qurultayına hazırlıq məsələsini müzakirə edib. Qurultayın sentyabrın 27-də Bakının Əmircan qəsəbəsindəki Səttar Bəhlulzadə adına mədəniyyət sarayında keçirilməsinə qərar verilib. “Azadlıq” radiosunun məlumatına görə, bu məqsədlə Bakı Şəhər İcra Hakimiyyətinə müraciət olunacaq.

1989-cu ildə ictimai-siyasi hərəkat kimi yaradılan Azərbaycan Xalq Cəbhəsi 1995-ci ildə partiyaya çevrilib. AXCP-nin ilk sədri mərhum prezident Əbülfəz Elçibəy olub. 2000-ci ildən partiyaya Əli Kərimli sədrlik edir.

Partiyanın bundan qabaqkı qurultayı 2010-cu il sentyabrın 25-də keçirilib.

Vaxtı keçmiş kreditlər: ən pis vəziyyət dörd regionda qeydə alınıb

08.09.2015

Mərkəzi Bankın bu ilin avqustun 1-nə açıqladığı məlumatların təhlili göstərir ki, iqtisadi rayonlar arasında vaxtı keçmiş kreditlərin ən yüksək səviyyəsi Naxçıvan Muxtar Respublikasındadır. Transparency.az-a danışan iqtisadçı ekspert Qubad İbadoğlu deyir ki, həmin dövrə Azərbaycan üzrə vaxtı keçmiş kreditlərin cəmi kreditlərdə payı 6,4 faiz təşkil etdiyi halda Naxçıvan regionu üzrə bu göstərici 9,2 faiz olub: “Naxçıvan iqtisadi rayonundan sonrakı pis göstəricilər Şəki-Zaqatala (8,9 faiz), Lənkəran (8,6 faiz), Abşeron (7,8 faiz) iqtisadi rayonları üzrə qeydə alınıb.

Vaxtı keçmiş kreditlər üzrə yaranmış vəziyyət Naxçıvan, Şəki-Zaqatala, Lənkəran və Abşeronda sahibkarlıq mühitinin digər bölgələrdən əlverişsiz olduğunu göstərir. Həmin bölgələrdə bankların kredit portfelinin ölkə üzrə orta göstərici ilə müqayisədə daha da keyfiyyətsiz olmasının digər səbəbləri pis idarəçilik və sosial-iqtisadi sahədə geriləmələrdir”.

Rusiya hökuməti nazirlərə bahalı telefon, maşın və mebel qadağası qoydu

08.09.2015

rusiya hokumeti
Rusiya hökuməti büdcə hesabına alınan mal və xidmətlərin dəyərinə məhdudiyyəti nəzərdə tutan sənəd qəbul edib. Novator.az xəbər verir ki, sənədə əsasən, federal dövlət orqanın rəhbəri və ya rəhbər müavini dövlət vəsaiti hesabına qiyməti 15 min rubldan (230 manat) artıq olan telefon və ya 2,5 milyon rubldan (38 min manatdan bir qədər çox) artıq dəyəri olan şəxsi avtomobil ala bilməz.

Sənəddə məmurların hansı materialdan mebel ala biləcəyi də göstərilib. Məsələn, yüksək rütbəli dövlət qulluqçusu özünə dəri kreslo o halda ala bilər ki, ondan aşağı vəzifəni tutan həmkarının heç olmasa parça ilə örtülmüş stulu olsun.

Saleh Məmmədov: “İkinci devalvasiya üçün heç bir əsas yoxdur”

08.09.2015



saleh memmedov1992-1993-cü illərdə Azərbaycanın maliyyə naziri olmuş Saleh Məmmədov “Yeni Müsavat” qəzetinin suallarını cavablandırıb. O qeyd edib ki, Rusiya-Qərb savaşı neftin qiymətinin azalmasına səbəb olub, nəticədə Azərbaycanın da gəlirləri azalıb: “İndi biz böhrandan daha az itki ilə çıxmaq haqqında düşünməliyik. Aydındır ki, neft gəlirlərinin azalması ölkəyə pul axınını azaldır, iqtisadi çətinliklər yaradır. Ancaq bu bir tərəfdən də insanları gücləndirməlidir. İnsan cəmiyyətdən və təbiətdən nə qədər müqavimət görürsə, onun potensial gücü bir o qədər artır. Yaponiyanın təbii sərvəti yoxdur. Buna görə də insanlar yaşamaq uğrunda mətinləşdilər, görün nə qədər yeni texnologiya yaratdılar. Azərbaycanda isə təbii sərvət çoxdur. Nefti, qazı yerin təkindən çıxarıb yaşamaq mümkündür. Ancaq neft-qaz qiymətləri düşən kimi cəmiyyət çətin durumda qalır”.

Sabiq nazir əlavə edib ki, Azərbaycanın böhrandan zərərsiz çıxmaq imkanları var: “2008-ci ilin qlobal iqtisadi böhran zamanı Azərbaycan hökuməti çox ciddi və düzgün addımlar atdı və nəinki zərər görmədi, hətta böhrandan faydalandı. Rusiya, Ukrayna isə çox yanlış addımlar atdılar, mərkəzi banklar prosesin qarşısını pul dövriyyənin azalması ilə önləməyə çalışdılar. Milli bankların rezerv normalarını, uçot stavkalarını yüksəltdilər, emissiyanı sakitləşdirdilər. Bizdə isə hökumət böhran başlayan kimi dövriyyədəki pulun həcmini artırmağa başladı. Bununla da qısa zamanda böhranın qarşısı alındı”.

Hökumətin indiki davranışlarına toxunan Saleh Məmmədov deyib ki, bir çox istiqamətdə doğru addımlar atılıb, ancaq bəzi məsələlərdə fərqli siyasət yürütmək lazımdır: “Son bir ildə ölkədəki pul bazasının həcmi 45 faiz azalıb. Bu, çox böyük siqnaldır. Böhran qiymətlərin düşməsi deməkdir. Qiymətlərin düşməsi pul təklifinin düşməsi ilə bağlıdır. İnsanların əlindəki pulun həcmi azalır və qiymətlər düşməyə başlayır. Qiymətlər düşdüsə, məhsullar satılmayacaq. Məhsul satılmırsa və ya aşağı qiymətə satılırsa, istehsal dayanacaq. Ona görə də əsas məqsəd inflyasiyanın qarşısını almaq deyil, əksinə, qiymətlərin düşməsinin qarşısını almaq olmalıdır. Azərbaycanda əmlakın və digər əksər məhsulların qiyməti ciddi şəkildə düşüb…

Mən devalvasiyanı da düzgün istiqamət saymıram. Azərbaycan kimi idxalı ixracından qat-qat çox olan ölkələrdə pulun dəyərinin qorunması çətin deyil. 20 ildir Yaponiya yenin kursunu aşağı salmaq üçün mübarizə aparır. Belə olsa, ixracat artar. Yaponiya ixracatının hamısı hazır məhsullardır. Qiymətlər bircə faiz qalxan kimi Yaponiya məhsulları dünya bazarında rəqabətə girə bilmir. 20 ildir Yaponiya öz pul vahidini dolların kursundan aşağı salmaq istəyir. Azərbaycanda da eyni proses gedib. İqtisadi inkişaf zamanı manatın kursu dollara nisbətdə qalxmalı idi. Mən dəfələrlə demişdim, kurs dollarla bərabərləşdirilməli, ya da artırılmalı idi. 30-40 ildir Sinqapur valyutasının kursu dollara nisbətdə 1,5-2 arasında dəyişir. Ehtiyac olanda azca qaldırır, sonra yenidən endirirlər.

İnkişaf etmiş ölkələrdən heç birinin tarixində 30-35 faizlik devalvasiya olmayıb. Devalvasiya 1-2 faiz həcmini aşmır. Çin kimi nəhəng ölkə ixracatın azalmasının qarşısını almaq üçün 1,5-2 faizlik devalvasiya etdi. Belə kiçik devalvasiya həm Azərbaycanın imicini qoruya, həm də Azərbaycana axa biləcək investisiyaları stimullaşdıra bilərdi.

İkinci devalvasiyaya gedilməz, məncə. Bunun üçün heç bir əsas yoxdur. Dünya təcrübəsində elə bir fakt görməmişəm ki, idxalı ixracından 2 dəfə, valyuta rezervləri ehtiyac duyulduğundan 5-6 dəfə çox olan, stabil iqtisadi inkişafa və reytinqə malik ölkə devalvasiyaya getsin.  Azərbaycan devalvasiyaya getməyə bilərdi. Nəinki getməyə bilərdi, əlindəki rezervləri düzgün istifadə etməklə indi də gəlir əldə edə bilər.

Mərkəzi Bankın 7,3 milyard dollar rezervi var. Beynəlxalq Valyuta Fondunun ölkələr üçün müəyyən etdiyi normaya görə, ehtiyat 3 aylıq idxalı təmin edəcək səviyyədə olmalıdır. Azərbaycanın rüblük idxalı 2,5 milyard dollardır. Bizim ehtiyat 2,5 milyard dollar olmalıdır, ancaq 7,3 milyard dollardır. Yəni bizim 5 milyard dollar artıq vəsaitimiz var. Biz bu valyutanı niyə yığırıq – valyutanın kursu düşəndə onu tənzimləmək üçün. Üstəlik, Neft Fondu və digər fondlarda 40 milyard dollarlıq rezerv var. Eyni zamanda başqa ölkələrə yatırılan sərmayələr var. Xeyli qızıl ehtiyatı var. Bu qədər rezerv ola-ola niyə onlardan istifadə edilməməlidir? Bunlar elə qara gün üçün toplanan ehtiyatlardır.

Bu gün Azərbaycanla bağlı heç bir embarqo yoxdur. 7,3 milyard dollar vəsait Mərkəzi Bankın əlindədir, 1 saata o vəsaiti istədiyi yerə köçürə bilər. Rezervlərin idarə olunması böyük elmdir. Neft Fondu, digər ehtiyatları da istifadə edə bilərik”.

Sabiq nazir deyib ki, Azərbaycan Türkiyəyə təxminən 16 milyard dollarlıq investisiya yatırıb: “Bu rəqəm bir qədər də artırılacaq. Ukraynaya, Gürcüstana böyük yatırımlar olub. Həmin rezervlərin hamısını hərəkətə gətirməklə bir çox problemi çözmək mümkündür. Bu gün manat bazasını 45 faiz azaltmışıq, digər tərəfdən də ölkəyə valyuta eyni qaydada daxil olur. Qabaqkı illərdə 10-15 milyard artıq vəsait əldə edirdik və rezervlərin formalaşmasına yönəldirdik. İndi isə gələn vəsaiti rezervə göndərmədən istifadəyə yönəltmək olar”.

Sabiq nazir qeyd edib ki, Azərbaycanın böyük miqdarda borc almaq imkanları var. Azərbaycanın xarici borcu 4 milyard dollar civarındadır. İnkişaf etmiş bütün ölkələrdə xarici borclar ümumi daxili məhsuldan qat-qat çoxdur. - Dünya iqtisadiyyatının 70 faizi borclar üzərində qurulub. Bu gün 15 faizdən aşağı kredit verilmir. Qərb bazarlarında 20 trilyon istifadəsiz vəsait var. Onu 3-4 faizlə Azərbaycan gətirib ehtiyac olan sahələrə yatırtmaq olar. Bu pulları yerləşdirmək üçün heç Azərbaycan kimi stabil və risksiz ölkə tapa bilməyəcəklər”.

Dövlət Miqrasiya Xidməti avqustdakı pozuntuların statistikasını açıqlayıb

08.09.2015



dmxAvqustda Dövlət Miqrasiya Xidməti 2492 əcnəbinin Azərbaycan Respublikasında olma, habelə müvəqqəti və daimi yaşama qaydalarına əməl etmədən inzibati qanunvericiliyin tələblərini pozması hallarını müəyyən edib. Onlardan 21-nin Azərbaycan Respublikası ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün əsas verən sənədləri itirildiyindən yenisi ilə əvəz olunub, 149 nəfərinə cərimə tətbiq edilməklə ölkə ərazisində yaşamaları leqallaşdırılıb. 1844 əcnəbinin Azərbaycan Respublikası ərazisini 48 saat ərzində tərk etmələri, 478 əcnəbinin isə inzibati qaydada ölkə hüdudlarından kənara çıxarılmaları barədə qərarlar qəbul olunub.

Ay ərzində Azərbaycanın Dövlət Miqrasiya Xidmətinə əcnəbilər və vətəndaşlığı olmayan şəxslərdən ölkədə müvəqqəti olma müddətlərinin uzadılması, müvəqqəti və daimi yaşamaq üçün icazələrin verilməsi, vətəndaşlığa qəbul, xitam, bərpa, eləcə də vətəndaşlıq mənsubiyyətinin və qaçqın statusunun müəyyənləşdirilməsi, həmçinin əmək fəaliyyətinin həyata keçirilməsi üçün iş icazələrinin verilməsi və mövcud iş icazələrinin müddətlərinin uzadılması ilə bağlı 9017 müraciət daxil olub. Müraciətlərin hər biri ayrı-ayrılıqda Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə uyğun olaraq araşdırılıb və müvafiq qərarlar qəbul edilib.

Ötən ay olduğu yer üzrə qeydiyyatla bağlı 75 min 981 əcnəbinin müraciəti qeydə alınıb.

Xidmətin əməkdaşları ölkə ərazisində fəaliyyət göstərən 5 sahibkarlıq subyektində yoxlamalar aparıb. Həmin tədbirlər nəticəsində dörd sahibkarlıq subyektində əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikası ərazisində haqqı ödənilən əmək fəaliyyətini həyata keçirmələri üçün iş icazələrinin alınması qaydalarının pozulması halları aşkarlanıb.

Bakı Asiya Universiteti fəaliyyətini dayandırıb

08.09.2015

Bakı Asiya Universiteti fəaliyyətini dayandırıb. Transparency.az Təhsil Nazirliyinə istinadla xəbər verir ki, universitetin fəaliyyətinin müvəqqəti dayandırılması barədə qərar Elmi Şurada qəbul edilib.

Təhsil Nazirliyi 8 ixtisas üzrə təhsil alan 270 tələbənin digər universitetlərdə təhsillərinin davam etdirməsinə razılıq verib. Tələbələrin başqa ali təhsil müəssisələrinə yerləşdirilməsi sentyabrın 10-dək başa çatdırılacaq.

Ötən ay Təhsil Nazirliyinə nə qədər müraciət daxil olub?

08.09.2015



tn-binaTəhsil Nazirliyinin telefon məlumat mərkəzinə, kommutator xidmətinə daxil olan zənglərlə və vətəndaşların qəbulu mərkəzində 2015-ci ilin avqust ayında vətəndaşlara göstərilən xidmətlərlə bağlı statistika açıqlanıb.

Edu.gov.az-ın məlumatına görə, telefon məlumat mərkəzinə 9131 (2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 1,3 dəfə çox), kommutator xidmətinə 3000-ə yaxın zəng daxil olub. Vətəndaşların qəbulu mərkəzində isə 5619 vətəndaşa xidmət göstərilib.

Müraciətlərin əksəriyyəti dərhal cavablandırılıb və operativ həll olunub. 813 vətəndaş sorğularına uyğun olaraq elektron qaydada Təhsil Nazirliyinin müvafiq məsul şəxslərinin qəbuluna yazılıb. Vətəndaşların qəbulu mərkəzində 950 sənəd (578 ərizə, 362 məktub, 10 digər sənəd) qəbul olunub və qeydiyyata alınıb.

Daxil olan müraciətlərdə daha çox ali təhsil sənədlərinin (diplomların) tanınması (nostrifikasiya), ümumtəhsil məktəblərinin I siniflərinə qəbul, xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu, müəllimlərin işə qəbulu və yerdəyişməsi, yerli ali təhsil müəssisələrinə köçürülməsi və bərpası, xaricdə təhsil üzrə dövlət proqramı ilə bağlı məsələlər əksini tapıb.

Prezident İlham Əliyevin yanında 2016-cı ilin dövlət büdcəsinin hazırlığı işlərinə həsr edilmiş müşavirə keçirilib

08.09.2015



nk-iclas
AZƏRTAC xəbər verir ki, sentyabrın 8-də prezident İlham Əliyevin yanında iqtisadi məsələlərə və 2016-cı ilin dövlət büdcəsinin hazırlığı işlərinə həsr edilmiş müşavirə keçirilib. Dövlət başçısı müşavirədə çıxış edib.

Sentyabrın 1-də Nazirlər Kabinetinin iclasında 2016-cı il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri, sonrakı üç il üçün icmal büdcənin göstəriciləri, 2016-cı il və gələn üç il üzrə iqtisadi, sosial inkişaf konsepsiyası, proqnoz göstəriciləri müzakirə edilib.

Müzakirələrin yekununda Maliyyə Nazirliyinin əlaqədar nazirlik, komitə, idarə və təşkilatlarla birlikdə hazırladığı “Azərbaycan Respublikasının 2016-cı il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri” və Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinin təqdim etdiyi “Azərbaycan Respublikasının 2016-cı il və gələn üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri” bəyənilib. Həmin sənədlər və “Büdcə sistemi haqqında” qanununda nəzərdə tutulan müvafiq materiallar prezidentə təqdim olunub.

Nazirlik rəsmisi: “Dərman vasitələrinin 94 faizi üzrə qiymətlər aşağı salınıb”

08.09.2015

sehiyye nSəhiyyə Nazirliyinin mətbuat xidməti Analitik Ekspertiza Mərkəzinin direktoru Fərid Əliyevin müsahibəsini yayıb. Transparency.az-ın məlumatına görə, Fərid Əliyev deyib ki, ölkədə dövlət qeydiyyatına alınmış dərman vasitələrinin sayı dörd min beş yüzdən artıqdır: “Bu dərman vasitələrinin qiymətləri mərhələli şəkildə Tarif Şurasında təsdiqləndikcə eyni preparatlar bütün ölkə ərazisində təsdiqlənmiş vahid qiymətlə satılacaq. İlkin olaraq 256 adda dərman vasitəsinin qiymətləri təsdiqlənib və bu qərar sentyabrın 15-dən qüvvəyə minir. Tarif Şurasının avqustun 25-də keçirilən iclasında isə daha 801 dərman vasitəsinin qiyməti təsdiqlənib. Beləliklə, elan olunmuş 25 təsiredici maddə üzrə 1057 dərman vasitəsinin qiymətləri tənzimlənib. Bunun nəticəsində hazırda satışda olan dərman vasitələrinin qiymətləri ilə müqayisədə 46 faiz dərman vasitəsinin qiyməti 2 dəfədən çox, 24 faiz dərman vasitəsinin qiyməti 3 dəfədən çox endirilib. Bütövlükdə isə həmin tərkib üzrə satışda olan dərman vasitələrinin 94 faizi üzrə qiymətlər aşağı salınıb”.

Nazirlik rəsmisi qeyd edib ki, keçən ilin analoji dövrü ilə müqayisədə dərman vasitələrinin idxalının həcminin hətta artması müşahidə edilir, əczaçılıq bazarından real qiymətindən 300-500% baha satılan dərman vasitələrinin çıxması isə alqışlanan haldır: “Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin arasında eyni təsiredici maddəyə malik müxtəlif ticarət adları altında dərman vasitələri mövcuddur. Bunlar müxtəlif istehsalçılara aid olan eyni tərkibli, nisbətən baha və ucuz olan dərman vasitələridir. Bu da ölkə əhalisinin müxtəlif təbəqələrinin mənafeyinə xidmət edən haldır. Beləliklə, hər hansı bir dərman vasitəsinin dərman bazarından çıxması onun qıtlığına səbəb olmamalıdır, demək olar ki, hər bir dərman vasitəsinin eyni təsiredici maddəyə malik olan alternativi mövcuddur”.

Fərid Əliyev deyib ki, qiyməti təsdiqlənmiş bütün dərman vasitələri dövlət qeydiyyatına alınıb, onların keyfiyyət, effektivlik və təhlükəsizlik parametrlərinin tələblərə uyğunluğu təsdiqlənib: “Dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi sisteminin yaranması ehtiyacı ondan irəli gəlirdi ki, bu günə qədər istehsalçı müəssisələr Azərbaycan Respublikası bazarı üçün qiyməti özləri müəyyən edirdilər və çox vaxtı bu qiymət qiymətlərə dövlət nəzarəti sistemi olan dövlətlərdə olan qiymətlərdən yüksək idi. Qiymətlərin tənzimlənməsi sistemi tətbiq edildikdən sonra bu cür hallara son qoyulacaq və dərmanların qiymətləri istehlakçılar üçün münasib olacaq”.

Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisi vəzifədən çıxarılıb

08.09.2015

Kənd təsərrüfatı nazirinin əmri ilə Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisi Sialə Rüstəmova öz ərizəsinə əsasən vəzifəsindən azad edilərək Sumqayıt Şəhər Baytarlıq İdarəsinin rəisi vəzifəsinə təyinat alıb.

Agro.gov.az-ın məlumatına görə, Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisinin vəzifəsinin icrası müvəqqəti olaraq rəisin müavini Azər Süleymanova həvalə edilib.

Sumqayıt Şəhər Baytarlıq İdarəsinin rəisi Söhrab Əliyev isə tutduğu vəzifədən çıxarılıb.

Nazirlər Kabinetinin orta yaşı

08.09.2015

nk
Azərbaycanın Nazirlər Kabinetində yer alan 42 nəfərdən 6-sı 70-80 yaş, 13-ü 60-70 yaş, 18-i 50-60 yaş, 4-ü 40-50 yaş arasında olan şəxslərdir. 1 nəfərin isə yaşı 40-dan azdır.

Transparency.az qeyd edir ki, hökumət üzvlərinin orta yaşı 59-a yaxındır:

baş nazir Artur Rasizadə — 80 yaş

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Abbas Ələsgərov — 78

Milli Arxiv İdarəsinin rəisi Ataxan Paşayev — 77

baş nazirin müavini Abid Şərifov — 75

baş nazirin müavini Elçin Əfəndiyev — 72


Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə