Xəbər bülleteni №7



Yüklə 0,52 Mb.
səhifə5/6
tarix17.10.2017
ölçüsü0,52 Mb.
#5170
1   2   3   4   5   6

baş nazirin birinci müavini Yaqub Eyyubov — 70

energetika naziri Natiq Əliyev — 68

baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov — 67

daxili işlər naziri Ramil Usubov — 67

müdafiə sənayesi naziri Yavər Camalov — 66

səhiyyə naziri Oqtay Şirəliyev — 65

nəqliyyat naziri Ziya Məmmədov — 63

baş nazirin müavini Əli Əhmədov — 62

rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov — 62

baş nazirin müavini İsmət Abasov — 61

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı — 61

ədliyyə naziri Fikrət Məmmədov — 60 yaş

ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov — 60

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova — 60

milli təhlükəsizlik naziri Eldar Mahmudov — 59

mədəniyyət və turizm naziri Əbülfəz Qarayev — 59

Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev — 58

müdafiə naziri Zakir Həsənov — 56

kənd təsərrüfatı naziri Heydər Əsədov — 56

Dövlət Dəniz Administrasiyasının rəisi Qüdrət Qurbanov — 56

xarici işlər naziri Elmar Məmmədyarov — 55

Dövlət Miqrasiya Xidmətinin rəisi Firudin Nəbiyev — 55

maliyyə naziri Samir Şərifov — 54

əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov — 54

fövqəladə hallar naziri Kəmaləddin Heydərov — 54

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov — 54

Diaspor ilə İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov — 52

vergilər naziri Fazil Məmmədov — 51

gənclər və idman naziri Azad Rəhimov — 51

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Arzu Rəhimov — 51

iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev — 50

Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov — 50

Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev — 48

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov — 46

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri Rüfət Aslanlı — 45

Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev — 44

təhsil naziri Mikayıl Cabbarov — 39.

“Gələn ilin büdcəsi lazımsız xərclərə yol verməyən bir büdcə olmalıdır”

09.09.2015



ilham aliyev“Neftin qiyməti iki dəfədən çox düşüb. Ancaq biz yenə də inkişaf edirik”. Sentyabrın 8-də iqtisadi məsələlərə və 2016-cı ilin dövlət büdcəsinin hazırlığı işlərinə həsr edilmiş müşavirədə çıxış edən  prezident İlham Əliyev belə deyib. Transparency.az-ın məlumatına görə, dünyada dərin iqtisadi və maliyyə böhranının davam etdiyini vurğulayan prezident deyib ki, ölkəni, ölkə iqtisadiyyatını dünyada gedən mənfi proseslərdən maksimum dərəcədə qorumaq gərəkdir: “Biz bunu bacarırıq və uğurla bacarırıq, ölkəmizi qoruyuruq. Ölkəmizin təhlükəsizliyini, sabitliyini, iqtisadi inkişafını təmin edirik”.

Dövlət başçısı Azərbaycan iqtisadiyyatının inkişaf etdiyini, ölkədə sabitliyin möhkəmləndiyini deyib: “Bu müddət ərzində neftin qiyməti kəskin şəkildə aşağı düşüb. Şaxələndirmə, qeyri-neft sektorunun inkişafı ilə bağlı bu günə qədər atılan addımlar bizə kömək etdi ki, bu vəziyyətdən minimum itkilərlə çıxaq. Təbii ki, bizim gəlirlərimiz böyük dərəcədə azalıb. Keçən il neftin qiyməti 100 dollardan yuxarı idisə, bu gün 50 dollardan aşağıdır, iki dəfədən çox düşüb. Ancaq biz çalışırıq və çalışacağıq ki, Azərbaycan xalqı bundan əziyyət çəkməsin. Bütün sosial proqramlar, sosial infrastruktur layihələri icra edilir və insanların təhlükəsizliyi, sosial müdafiəsi təmin olunur. Bax biz bu xoşagəlməz mənzərə ilə üzləşmişik və çalışmalıyıq ki, 2016-cı ildə iqtisadi inkişafı təmin edək.

Bu il Azərbaycanda iqtisadi inkişaf çox sürətlidir. Gələn ay biz ənənəvi olaraq hökumətin geniş iclasında 9 ayın yekunlarını və bu inkişafı müzakirə edəcəyik. Ancaq 6 ayın yekunları deməyə əsas verir ki, biz bu ili çox yüksək nəticələrlə başa vuracağıq. Ümumi daxili məhsul təxminən 6 faiz, qeyri-neft iqtisadiyyatı 9 faizdən çox artıb. İnflyasiya çox aşağı səviyyədədir. Kənd təsərrüfatı 7,3 faiz, qeyri-neft sənayesi 14 faiz artıb. Yəni bu, böhranlı ildə əldə edilən nailiyyətlərdir və dünya miqyasında buna bənzər yüksək nəticələr görmək çox çətindir.

Nəyə görə? İlk növbədə bizim güclü siyasi iradəmiz var və biz öz siyasətimizi ancaq Azərbaycan xalqının maraqları üzərində qurmuşuq. İkincisi, biz uzun illər düşünülmüş iqtisadi siyasət əsasında islahatlar aparmışıq. Bu islahatları bu gün beynəlxalq maliyyə qurumları da yüksək qiymətləndirir. Bu il “Fiç” reytinq agentliyi Azərbaycanın sabit reytinqini bir daha təsdiqləyib. Bizim “BBB” səviyyəsində reytinqimiz var. Bu da çox böyük nailiyyətdir. Bunu geniş ictimaiyyət bəlkə də bilmir və mətbuatda da çox qısa bir xəbər kimi təqdim edilib. Halbuki bu, çox böyük hadisədir. İndi başqa ölkələrin kredit reytinqlərinə baxsınlar, hamısı aşağı düşür. Azərbaycanda bu reytinq sabitdir. Nəyə görə? Əvvəllər bizim uğurlarımızı bədxahlar, paxıllar neftlə bağlayırdılar. Deyirdilər ki, Azərbaycanda neft hasil olunur. Ona görə Azərbaycan inkişaf edir. Yaxşı, Azərbaycanda neft hasilatı artmır, düşür. Neftin qiyməti iki dəfədən çox düşüb. Ancaq biz yenə də inkişaf edirik. Qəbul etmək istəmirlər ki, bizim inkişafımızın təməlində düşünülmüş siyasət dayanır”.

Büdcə məsələsinə toxunan prezident bunları qeyd edib: “Gələn ilin büdcəsi real vəziyyəti nəzərə almalıdır. Gələn ilin büdcəsi daha çox sosial yönümlü büdcə olmalıdır. Əlbəttə ki, ən böyük prioritet təşkil edən investisiya layihələri də icra edilməlidir. Ancaq prioritet olmayan, o qədər də vacib xarakter daşımayan layihələri biz büdcə proqramına, investisiya proqramına salmamalıyıq. İsrafçılığa yol verilməməlidir. Maliyyə nizam-intizamı daha da gücləndirilməlidir və çalışmalıyıq ki, vəsaitə qənaət edək. Bütün ölkələr indi bu siyasəti aparır və biz də bu siyasəti daha da ciddi şəkildə aparmalıyıq.

Əvvəlki illərdə biz daha çox çalışırdıq ki, ölkə qarşısında duran bütün sosial-iqtisadi məsələləri tezliklə həll edək. Məhz ona görə biz bəzi hallarda o qədər də böyük prioritet təşkil etməyən layihələrə də vəsait ayırırdıq ki, inkişaf daha da sürətlə getsin. Çünki görüləsi işlər kifayət qədər çox idi. Ancaq bu gün biz əsas infrastruktur layihələrini icra etmişik, bəziləri davam edir. Burada köklü şəkildə çox ciddi dönüş yaranıbdır. Sosial infrastruktur layihələrinin bir çoxunu icra etmişik. Ölkədə sahibkarlığın, biznesin inkişafı üçün möhkəm zəmin yaradılıb — infrastruktur layihələri, kreditləşmə və əlbəttə ki, dövlət siyasəti. Ona görə biz gələn ilin büdcəsinə çox diqqətlə baxmalıyıq. Yenə də demək istəyirəm ki, orada ən əsas məsələlər öz həllini tapacaq.

İlk növbədə qeyd etməliyəm ki, bütün sosial proqramlar ixtisarsız icra ediləcək. Azərbaycan vətəndaşları əmin ola bilərlər ki, burada heç bir ixtisar ola bilməz. Mən onu da qeyd etməliyəm ki, sosial infrastruktur layihələri icra olunacaq. Məktəb tikintisi, uşaq bağçalarının, xəstəxanaların tikintisi davam edəcək. Eyni zamanda sosial siyasətlə bağlı institusional islahatlar davam etdiriləcək.

İdarəetmə sahəsində islahatlar dərinləşməlidir. Korrupsiyaya, rüşvətxorluğa qarşı daha da ciddi mübarizə aparılmalıdır. Bu yaxınlarda imzaladığım fərman əsasında “ASAN xidmət”ə yeni funksiyalar verilibdir. Mənzil-kommunal təsərrüfatının vəziyyətini hər bir Azərbaycan vətəndaşı bilir: nə qədər qanunsuz tələblər irəli sürülür, insanları nə qədər incidirlər. İndi “ASAN xidmət”də hər şey asan olacaq.

Nəqliyyat sektorunda da ciddi pozuntular var. İnsanları incidirlər, onların qarşısına əsassız tələblər qoyulur. Biz artıq bu sahənin bir hissəsini “ASAN xidmət”ə vermişik. Gələcəkdə də hər sahədə “ASAN xidmət”in standartları olmalıdır. Ona görə də gələn il hökuməti əlbəttə ki, böyük işlər gözləyir. Hökumət yeni situasiyada işləyəcək. Neft gəlirləri azalır, ona görə daha çox innovasiyalara üstünlük verilməlidir.

Sahibkarlığın inkişafı üçün əlbəttə ki, addımlar atılacaq və maliyyə sabitliyi təmin ediləcək. Mənim buna heç bir sübhəm yoxdur. Bizim maliyyə vəziyyətimiz sabitdir. Kifayət qədər valyuta ehtiyatlarımız var. Biz yenə də düşünülmüş siyasət apararaq valyuta ehtiyatlarımızı ildən-ilə artırırdıq. Bu il də biz Dövlət Neft Fondunun vəsaitini qoruyuruq. Düzdür, indi vaxtilə alınmış bəzi əmlakların qiymətlərinin düşməsi, xüsusilə avro, dollar məzənnələri arasında olan bəzi dəyişmələr elə fikir yarada bilər ki, bizim Dövlət Neft Fondunun ehtiyatları azalıb. Ancaq reallığa baxanda görürük ki, azalmayıb. Çünki qiymətləndirmə ilə bağlı və dünya valyuta kurslarının səviyyəsi ilə əlaqədar bəzi dəyişikliklər edilib. Ancaq biz gələn il də valyuta ehtiyatlarımızı, xüsusilə Dövlət Neft Fondunun ehtiyatlarını qorumalıyıq və qoruyacağıq.

Azərbaycanın uğurlu inkişafı ilə bağlı heç bir problem görmürəm. Biz 2016-cı ildə də uğurla inkişaf edəcəyik, ölkə qarşısında duran bütün vəzifələri icra edəcəyik. Sadəcə olaraq hökumət ilin sonuna qədər, xüsusilə gələn ilin xərcləri, investisiya proqramı, maliyyə vəziyyətimiz ilə bağlı daha da ciddi işləməlidir, yeni təkliflər verilməlidir. Bir daha demək istəyirəm, ən əsas məsələ ondan ibarətdir ki, gələn ilin büdcəsi balanslaşdırılmış, reallığı əks etdirən və lazımsız xərclərə yol verməyən bir büdcə olmalıdır”.

Saleh Məmmədovun təklifləri

09.09.2015

saleh-memmedov 2AXC hökumətində (1992-1993) maliyyə naziri postunu tutmuş Saleh Məmmədov “Yeni Müsavat” qəzetinə müsahibəsində Azərbaycanın iqtisadi durumunu təhlil edərək deyib ki, indi əsas vəzifə pul bazasının daraldılmamasıdır: “2006-2007-ci illərdə imkanlar genişlənəndə bütün dünya dövlətləri rezerv normalarını qaldırdı, pul bazasını daraltdı. 2008-ci ildə böhran başlayan kimi bir çox ölkələr, o cümlədən Azərbaycan pul bazasını genişləndirdi. Bu yolla da ölkəmiz böhrandan qurtuldu. İndi də ən vacib məsələ pul bazasının genişləndirilməsidir. Genişləndirici maliyyə siyasətinə keçmək üçün Mərkəzi Bank uçot dərəcəsini aşağı salmalıdır. Proses başlanıb və bunu davam etdirmək gərəkdir.

İkincisi, Mərkəzi Bank rezerv normalarını aşağı salmalıdır. Üçüncüsü, emissiyanı gücləndirməlidir. Bu gün qiymətlərin qalxması problem deyil. Əksinə, bu, vəzifə olaraq qarşıda durmalı, inflyasiya nisbətən genişləndirilməli, pul bazası çoxaldılmalıdır.

Dördüncüsü, büdcənin kəsirini xeyli artırmaq olar. Norma ümumi daxili məhsulun (ÜDM) 3 faizi qədərdir. Əgər ÜDM 60 milyard dollardırsa, deməli, büdcə kəsirini 1,8 milyarda qədər artırmaq olar.

Genişləndirmə siyasətini həyata keçirmək üçün pul lazım olacaq. Emissiya artanda manatın kursu ciddi surətdə düşə bilər. Ona görə də dollar təklifini maksimum artırmaq lazımdır. Bunun üçün ixracatdan maksimum istifadə oluna, eyni zamanda ekstra valyuta rezervlərindəki vəsaitin bir hissəsi cəlb edilə bilər.

Bütün bunlarla yanaşı ölkəyə xarici borc gətirilə bilər. Bu il 10-15 milyard xarici borc gətirmək mümkündür. 10-15 milyard kredit gətirib onu investisiya layihələrinə yönəldə bilsək, iqtisadi artım 10-12 faizə yüksələcək. Xarici kreditlər dövlətin nəzarəti altında iri layihələrə ayrılmalıdır. Azərbaycanda dəyəri 1 milyarddan yuxarı olan neçə layihə var ki, dayandırılıb. Onları həyata keçirmək gərəkdir. Təkcə infrastruktur layihələri deyil. Məsələn, neftin qiyməti düşür, bundan sonra da öncəki səviyyəyə yüksəlməsi çətin məsələdir. Xam neftdən və təbii qazdan minlərlə adda məhsul istehsal olunur. Bakı neftindən alına bilən məhsulları heç bir digər neftdən almaq olmur. Məsələn, ətir üçün istifadə edirlər, kompozit materiallar, armatur, müxtəlif digər tikinti materialları və sair istehsal edirlər. Həmçinin kiçik və orta biznesin inkişafı üçün kiçik layihələrin maliyyələşdirilməsi kimi layihələr var.

Bu il Azərbaycanda kənd təsərrüfatı ili elan olunub. Hökumət bu il nə iş görməsi ilə bağlı hesabat verməli, yeni strategiya müəyyən olunmalıdır. İsrail modelinin seçilməsi, məncə, Azərbaycan üçün çox uğurlu olar. Bu gün İsrail elmi yanaşma sayəsində kənd təsərrüfatında məhsuldarlığı ən yüksək həddə çatdırıb. İnsanlarımıza faizsiz kreditlər verilməli, ixracat artırılmalı, ixracata yol xərclərinin bir hissəsini hökumət üzərinə götürməli, minimum dövlət alış qiymətləri müəyyənləşdirilməlidir”.

Hansı bölgədən banklara nə qədər əmanət qoyulduğu açıqlanıb

09.09.2015



merkezi-bank 01Regionlar üzrə cəlb olunan əmanətlərdə ən az pay Naxçıvan iqtisadi rayonuna (4%) düşür. Mərkəzi Bank belə məlumat yayıb.

Əmanətlərdə digər iqtisadi rayonların payı belədir: Quba-Xaçmaz iqtisadi rayonu 6,6%, Şəki-Zaqatala iqtisadi rayonu 7,7%, Lənkəran iqtisadi rayonu 6,7%, Gəncə-Qazax iqtisadi rayonu 23%, Abşeron iqtisadi rayonu 30,4%, Aran iqtisadi rayonu 15,9%, digər iqtisadi rayonlar 5,6 %.

Bu göstəricilər Bakı istisna olmaqla hesablanıb.

Ehtiyatda olan hərbi vəzifəlilərlə bağlı rəsmi məlumat

09.09.2015

ehtiyat3
Sentyabrın 9-da Müdafiə Nazirliyi rəsmi məlumat yayıb. Qeyd olunur ki, Silahlı Qüvvələrin ali baş komandanının təsdiq etdiyi plana əsasən keçirilən Komanda Qərargah Hərbi Oyunlarına ehtiyatdan çağırılan hərbi vəzifəlilər də qatılıb: “Sentyabrın 6-dan başlayan hərbi oyunlar çərçivəsində birləşmə və hissələrin səfərbərlik tapşırıqlarının yerinə yetirilməsi səviyyəsini yoxlamaq məqsədilə ehtiyatdan çağırılmış 6000 nəfərdən artıq hərbi vəzifəli toplanışa cəlb olunub. Döyüş hazırlığı çərçivəsində bu kateqoriyadan olan şəxsi heyətlə müxtəlif poliqonlarda real müharibəyə yaxın şəraitdə silah və hərbi texnikadan istifadə qaydalarına dair praktiki məşqlər, döyüş atışları, mənəvi-psixoloji hazırlıq və digər ixtisaslar üzrə hazırlıq təlimləri keçirilir”.

Sentyabrın 13-dək davam edəcək Komanda Qərargah Hərbi Oyunlarına 65000 nəfərədək şəxsi heyət, 700-dək zirehli texnika, 500-dən çox raket və artilleriya qoşunlarının qurğusu, Hərbi Hava Qüvvələrinin 40-dək təyyarəsi və 50-dək helikopteri, Hərbi Dəniz Qüvvələrinin 20-dək gəmi və kateri, eləcə də Xüsusi Təyinatlı Qüvvələrin və qruplaşmaların havadan mühafizəsi məqsədilə qoşunların hava hücumundan müdafiə bölmələri və müasir hava hücumundan müdafiə kompleksləri ilə silahlanmış zenit-raket birləşmələri cəlb edilib. Təlimlərdə hava kəşfiyyatının aparılması məqsədilə pilotsuz uçan aparatlardan istifadə olunur.

Səlim Müslümov gənclər arasında işsizliklə bağlı rəqəmlər səsləndirib

09.09.2015



tedbir
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Beynəlxalq Əmək Təşkilatı Bakıda “Gənclərin məşğulluğu üzrə siyasətlərin, proqramların və institutların qiymətləndirilməsi” mövzusunda beynəlxalq seminar keçirir. Nazirlikdən Transparency.az-a verilən məlumata görə, seminarda çıxış edən əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib ki, son 5 il ərzində ölkədə 15-29 yaşda gənclər arasında işsizlik səviyyəsi 11,8%-dən 9,7%-dək, 15-24 yaşda isə 14,9%-dən 13,5%-dək azalıb: “Bu uğurlara görə Beynəlxalq Əmək Təşkilatı Azərbaycan Respublikasını gənclərin məşğulluq problemlərinin həllində dünyada 10 lider ölkə sırasına daxil edib”.

Nazir əlavə edib ki, dünyada 15-24 yaşda işsiz gənclərin sayı 75 milyon nəfərdir: “Onların arasında işsizlik səviyyəsi dünya üzrə orta işsizlik səviyyəsini 2 dəfədən artıq üstələyərək 13,1% təşkil edir və bu rəqəmlər ildən-ilə artır: “Ötən həftə Ankara şəhərində G20 qrupuna üzv və dəvət edilən ölkələrin əmək və məşğulluq nazirlərinin toplantısında da gənclərin məşğulluq imkanlarının genişləndirilməsi məsələsi müzakirə olundu. Ankara bəyanatında G20 ölkələrində gənclərin işsizlik səviyyəsinin 2025-ci ilə qədər 15%-dək azaldılması hədəfi öz əksini tapıb. Yeri gəlmişkən qeyd edim ki, G20 ölkələrində 15-24 yaşda gənclərin işsizlik səviyyəsinin orta göstəricisi 20% (o cümlədən, İspaniyada 53%, Cənubi Afrikada 52%, İtaliyada 43%, Səudiyyə Ərəbistanında 31%) olduğu halda Azərbaycanda bu göstərici 13,5% təşkil edir”.

Nazir qeyd edib ki, Azərbaycan Respublikası Avropa və MDB ölkələri sırasında demoqrafik baxımdan cavan yaş strukturuna malik az sayda olan ölkələrdən biridir: “Azərbaycan əhalisinin 28,5%-i gənclərdir və 2014-cü ilin sonuna demoqrafik yük əmsalı 1990-cı ilə nisbətən 1,7 dəfə azalaraq 40 nəfər təşkil edib. Mövcud demoqrafik vəziyyət və bu sahədə perspektiv qiymətləndirmələr ölkədə iqtisadi inkişaf, demoqrafiya, təhsil və məşğulluq siyasətlərinin qarşılıqlı əlaqələndirilməsinin gücləndirilməsini zəruri edir. Bu gün gənclərin məşğulluğunun təmin olunması məsələsinin həlli təkcə gənclərin və onların valideynlərinin deyil, eyni zamanda dövlət orqanlarının və qeyri-dövlət təşkilatlarının üzərinə də düşür. Bütövlükdə gənclərin əmək bazarında üzləşdiyi çətinliklər bir tərəfdən işəgötürənlərdə gənc mütəxəssis haqqında, onun ixtisas səviyyəsinin, bilik, bacarıq və səriştəsinin işəgötürənlərin tələblərinə cavab verməməsi ilə bağlı stereotiplərin mövcud olması, digər tərəfdən isə gənclərdə əmək bazarına adaptasiya yolları haqqında düzgün təsəvvürün olmaması, həmçinin istehsalla bağlı deyil, daha çox humanitar peşə və ixtisaslara üstünlük verməsi ilə bağlıdır. Bu da gənclərin peşə yönümü, xüsusilə də məlumatlandırma sisteminin təkmilləşdirilməsi zərurətini ortaya qoyur.

Gənclərin məşğulluğunun artırılması, onların əmək bazarına adaptasiyasının asanlaşdırılması, iqtisadiyyatın tələblərinə cavab verən təlim proqramları əsasında müasir təhsil texnologiyalarının və üsullarının tətbiqi yolu ilə bilik və bacarıqlarının artırılması, zəruri səriştələrin aşılanması, peşə yönümü sisteminin təkmilləşdirilməsi, bu məsələlərə işəgötürənlərin maraqlarının artırılması və daha aktiv cəlb olunması istiqamətində tədbirlər həyata keçirilir. Bu gün qeyd olunan məqsədlərə nail olmaq üçün beynəlxalq və milli əmək bazarının tələblərinə cavab verən kompetensiyalar əsasında peşə və kvalifikasiya standartlarının tətbiqi üzrə işlər aparılır”.

Natiq Cəfərli Saleh Məmmədovun tezislərinə qarşı çıxdı

09.09.2015



natiq ceferli 1İqtisadçı ekspert Natiq Cəfərli sabiq maliyyə naziri professor Saleh Məmmədovun mediada gedən fikirlərinə münasibət bildirib. Transparency.az saytı həmin münasibəti təqdim edir: “Saleh Məmmədov deyir ki, Azərbaycanın 50 milyard dollar ehtiyatı var, halbuki son rəqəmlərə görə, ehtiyat 40 milyard dollardan bir qədər çoxdur. Qeyd edir ki, ölkənin cəmi 6 milyard dollar borcu var, amma konsalidə edilmiş borc, yəni dövlət şirkətlərinin dövlət zəmanəti ilə aldığı borcla dövlətin özünün aldığı borclar 15 milyard dollardan çoxdur. Tək ARDNŞ-nin 7 milyard dollar civarında borcu var.

Sabiq nazir təklif edir ki, ölkə ciddi borclansın. Hətta 100 milyard dollara yaxın borc götürmək üçün imkanımızın olduğunu deyir: “Bu il 10-15 milyard kredit gətirib onu investisiya layihələrinə yönəldə bilsək, iqtisadi artım 10-12 faizə yüksələcək”.

Ölkəmizə son 10 ildə 110 milyard dollar investisiya qoyulub, pis idarəetmə, korrupsiya, nəzarətin zəifliyi nəticəsində bu vəsait ölkənin heç bir fundamental problemini həll etməyib. Bəli, 2700 məktəb tikilib, təmir edilib – paralel olaraq təhsilin keyfiyyəti düşüb, ali məktəblərə keçid balı minimuma enib. 500-dən çox xəstəxana tikilib, təmir edilib – səhiyyənin vəziyyəti lap pisləşib, insanlar müalicə üçün İrana-Turana getməkdə davam edirlər. 2000 kilometrdən çox yol çəkilib – amma iqtisadiyyatda mal və xidmət dövriyyəsi sürətlənməyib. Bir sözlə, 110 milyard dollar investisiya ölkənin heç bir fundamental problemini həll etməyib, çünki sistemdə olan problemlər öz həllini tapmayıb.

Hörmətli Saleh Məmmədov idarəetmə sistemində olan problemləri görmədən, bunları dəyişməyi təklif etmədən ölkəni yeni borc bataqlığına sürükləməyi təklif edir. Bir anlıq düşünün ki, yaxşı təhsili olmayan, səhhəti pis olan, gəlir-xərcini düzgün idarə edə bilməyən bədxərc bir insan təsadüfən əlinə düşmüş böyük məbləğdə vəsaiti xərcləyib bitirir, sonra da ciddi şəkildə borca girir. Əgər həmin insan həyat tərzini dəyişməsə, təhsilini, sağlamlığını düzəltməsə, bədxərcliyini azaltmasa, aldığı borcu da yandıracaq, puç edəcək. Nəticədə həmin insanın övladları uzun illər boyu işləyib borcları qaytarmalı olacaq. Saleh müəllimin təklifi çox təhlükəlidir, idarəetmə sistemi dəyişməsə, ölkənin borclanması gələcəyin də oğurlanması deməkdir.

Sabiq nazir təklif edir ki, alınan borclar dövlətin nəzarəti altında iri layihələrə ayrılmalıdır. Dövlət iqtisadiyyatda ən pis menecerdir, bunu dünyanın inkişaf tarixi dəfələrlə sübut edib. O, ədalətli və rəqabətli sistem qurmalı, hakim rolunu, təşəbbüsçü rolunu oynamalı, vergi və gömrük alətləri ilə iqtisadiyyatı stimullaşdırmalı, biznesin işinə müdaxilələrə son verməlidir. Dövlət iri layihələrin sponsoru, maliyyə qaynağı ola bilər, amma ixracata yönəlik layihələrdə və biznesin qurulması mərhələsində. Vəssalam. İdarəetməyə, biznesdə subyekt olmağa çalışmamalıdır.

Hörmətli Saleh müəllimin tezisləri və yanaşması ölkəmizin gələcəyi üçün ciddi təhdid yaradır, çünki indiki hökumət böyük məbləğlərdə borclanmaya getmək, bununla cari problemləri həll etmək istəyir. Bu yol Yunanıstan yoludur, bu borcları sonra millət qaytarmalı olacaq”.

1992-1993-cü illərdə maliyyə naziri olmuş Saleh Məmmədov avqustun 31-də “Yeni Müsavat” qəzetində məqalə ilə çıxış edib, bu həftə isə həmin nəşrə müsahibə verib. Saleh Məmmədovun həmin yazı və müsahibədəki tezislərinə Transparency.az da yer ayırıb:

Keçmiş maliyyə naziri hökumətə təkliflər verdi

Saleh Məmmədov: “İkinci devalvasiya üçün heç bir əsas yoxdur”

Saleh Məmmədovun təklifləri

П

İndoneziya OPEK-ə qayıdır



09.09.2015

opec2Neft ixrac edən ölkələri birləşdirən OPEK-in sıraları genişlənə bilər. Qurumun internet saytında yer alan məlumata əsasən, İndoneziya təşkilata yenidən üzv olmaq üçün rəsmi müraciət edib.

AZƏRTAC xəbər verir ki, İndoneziyanın müraciətinə OPEK ölkələrinin dekabrda Vyanada keçiriləcək illik toplantısında baxılacaq. 1962-ci ildə OPEK-ə üzv olan İndoneziya ölkədə neft hasilatının kəskin azalması və xərclərin yüksək olması səbəbi ilə 2009-cu ildə bu qurumda fəaliyyətini dayandırıb.

Transparency.az bildirir ki, OPEK 1960-ci ildə yaradılıb. Hazırda qurumun 12 üzvü var: Səudiyyə Ərəbistanı, Venesuela, İran, İraq, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri, Liviya, Nigeriya, Qətər, Əlcəzair, Anqola, Ekvador.

Hansı dairədə nə qədər seçici var?

09.09.2015

1 noyabr parlament seçkisi üçün 125 seçki dairəsinin 5386 məntəqəsində 5 milyon 93 min 289 seçici qeydə alınıb. Bəs ən çox və ən az seçici olan dairələr hansılardır? Transparency.az buna aydınlıq gətirib.

Seçki Məcəlləsinə görə, seçki dairələri seçicilərin orta təmsilçilik norması əsasında qurulur. Orta təmsilçilik norması qeydə alınmış seçicilərin ümumi sayının 125-ə bölünməsi yolu ilə müəyyənləşdirilir. İndiki orta təmsilçilik norması 40746 nəfərdir.

Qanunla seçicilərin sayı seçki dairələrində təqribən bərabər olmalıdır (orta təmsilçilik normasından 5 faizdən, yolu çətin və ucqar yerlərdə isə 10 faizdən çox (az) olmamaq şərti ilə).

40746 seçicilik orta təmsilçilik normasına ən uyğun dairələr bunlardır: 46 saylı Şirvan seçki dairəsi — 40569, 61 saylı Neftçala — 40848, 62 saylı Saatlı — 40722, 63 saylı Sabirabad — 40616 , 88 saylı Göyçay — 40701, 99 saylı Şəmkir kənd — 40588.

Bəzi dairələr isə orta təmsilçilik normasını xeyli geridə qoyur: 9 saylı Binəqədi — 48053, 26 saylı Sabunçu — 49042, 123 saylı Kəlbəcər — 48365, 125 saylı Zəngilan-Qubadlı – 50579.

Ən az seçicisi olan dairələr isə 5 saylı Şahbuz-Babək (26980) və ərazisi işğal olunmuş 122 saylı Xankəndi (4913) dairəsidir.

Transparency.az seçki dairələri üzrə seçici sayını təqdim edir:

1 saylı Şərur-Sədərək — 37342

2 saylı Şərur — 41148


Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə