Xəbər bülleteni №7



Yüklə 0,52 Mb.
səhifə6/6
tarix17.10.2017
ölçüsü0,52 Mb.
#5170
1   2   3   4   5   6

3 saylı Babək-Kəngərli-Naxçıvan — 41353

4 saylı Naxçıvan şəhər — 43820

5 saylı Şahbuz-Babək — 26980

6 saylı Culfa-Babək — 33449

7 saylı Ordubad-Culfa — 33467

8 saylı Binəqədi — 46835

9 saylı Binəqədi — 48053

10 saylı Binəqədi — 47766

11 saylı Qaradağ — 43752

12 saylı Qaradağ-Binəqədi-Yasamal — 41936

13 saylı Xəzər-Pirallahı — 43817

14 saylı Xəzər — 44134

15 saylı Yasamal — 43403

16 saylı Yasamal — 39346

17 saylı Yasamal — 39577

18 saylı Nərimanov-Nizami — 42884

19 saylı Nərimanov — 45633

20 saylı Nərimanov — 44273

21 saylı Nəsimi — 33704

22 saylı Nəsimi — 38160

23 saylı Nəsimi-Səbail — 35678

24 saylı Nizami — 39800

25 saylı Nizami — 44535

26 saylı Sabunçu — 49042

27 saylı Sabunçu — 47974

28 saylı Sabunçu — 47603

29 saylı Səbail — 38393

30 saylı Suraxanı — 37111

31 saylı Suraxanı — 38957

32 saylı Suraxanı — 39006

33 saylı Xətai — 44431

34 saylı Xətai — 42983

35 saylı Xətai — 38189

36 saylı Xətai — 43225

37 saylı Nizami (Gəncə) — 31943

38 saylı Nizami (Gəncə) — 33487

39 saylı Kəpəz (Gəncə) — 38059

40 saylı Kəpəz (Gəncə) — 41904

41 saylı Sumqayıt — 43081

42 saylı Sumqayıt — 41950

43 saylı Sumqayıt — 42915

44 saylı Sumqayıt-Xızı — 41750

45 saylı Abşeron — 46555

46 saylı Şirvan — 40569

47 saylı Mingəçevir — 37207

48 saylı Yevlax — 33747

49 saylı Yevlax-Mingəçevir — 36465

50 saylı Abşeron-Qobustan — 45129

51 saylı Qusar — 45869

52 saylı Quba — 45165

53 saylı Quba-Qusar — 46940

54 saylı Şabran-Siyəzən — 49599

55 saylı Xaçmaz şəhər — 43714

56 saylı Xaçmaz kənd — 45907

57 saylı Kürdəmir — 42042

58 saylı Hacıqabul-Kürdəmir — 43736

59 saylı Salyan — 38196

60 saylı Salyan-Neftçala — 37568

61 saylı Neftçala — 40848

62 saylı Saatlı — 40722

63 saylı Sabirabad — 40616

64 saylı Sabirabad — 40034

65 saylı Saatlı-Sabirabad-Kürdəmir — 41984

66 saylı Biləsuvar — 47323

67 saylı Cəlilabad şəhər — 39157

68 saylı Cəlilabad kənd — 39558

69 saylı Cəlilabad-Masallı-Biləsuvar — 38525

70 saylı Masallı şəhər — 38894

71 saylı Masallı kənd — 33695

72 saylı Yardımlı-Masallı — 38952

73 saylı Lənkəran şəhər — 35306

74 saylı Lənkəran kənd — 34492

75 saylı Lənkəran-Masallı — 38348

76 saylı Lənkəran-Astara — 37777

77 saylı Astara — 37824

78 saylı Lerik — 30093

79 saylı İmişli — 39524

80 saylı İmişli-Beyləqan — 41688

81 saylı Beyləqan — 35406

82 saylı Ağcabədi — 44762

83 saylı Ağcabədi-Füzuli — 38448

84 saylı Füzuli — 44624

85 saylı Şamaxı — 41117

86 saylı İsmayıllı — 40806

87 saylı Ağsu-İsmayıllı — 39014

88 saylı Göyçay — 40701

89 saylı Göyçay-Ağdaş — 38365

90 saylı Ağdaş — 39990

91 saylı Ucar — 41592

92 saylı Zərdab-Ucar — 40381

93 saylı Bərdə şəhər — 42861

94 saylı Bərdə — 44730

95 saylı Tərtər — 37505

96 saylı Goranboy-Naftalan — 37852

97 saylı Goranboy-Ağdam-Tərtər — 34720

98 saylı Şəmkir şəhər — 33846

99 saylı Şəmkir kənd — 40588

100 saylı Şəmkir-Daşkəsən — 37005

101 saylı Göygöl-Daşkəsən — 41064

102 saylı Samux-Şəmkir — 44713

103 saylı Gədəbəy — 41501

104 saylı Gədəbəy-Tovuz — 44254

105 saylı Tovuz — 44682

106 saylı Tovuz-Qazax-Ağstafa — 46282

107 saylı Qazax — 43363

108 saylı Ağstafa — 42268

109 saylı Balakən — 43112

110 saylı Zaqatala — 46223

111 saylı Zaqatala-Balakən — 45785

112 saylı Qax — 41542

113 saylı Şəki şəhər — 36905

114 saylı Şəki kənd birinci — 38036

115 saylı Şəki kənd ikinci — 36408

116 saylı Qəbələ — 42574

117 saylı Oğuz-Qəbələ — 45859

118 saylı Ağdam şəhər — 39422

119 saylı Ağdam kənd — 41236

120 saylı Cəbrayıl-Qubadlı — 45460

121 saylı Laçın — 44955

122 saylı Xankəndi — 4913

123 saylı Kəlbəcər — 48365

124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd — 42859

125 saylı Zəngilan-Qubadlı — 50579.

Dövlət başçısı xidməti və mülki silahın ölkəyə gətirilməsi qaydasını dəyişdi

10.09.2015

prezident-ferman

Prezident İlham Əliyev sentyabrın 9-da fərman imzalayaraq “Xidməti və mülki silahın Azərbaycan Respublikasına gətirilməsi və Azərbaycan Respublikasından aparılması qaydaları”nda dəyişikliklər edib. Transparency.az bildirir ki, qaydalardakı yeniliyə əsasən, xidməti silah və onun döyüş sursatını Azərbaycan Respublikasına səfərləri zamanı xarici dövlət və hökumət başçılarını, onların ailə üzvlərini, beynəlxalq təşkilatların rəhbərlərini, habelə xarici dövlətlərin və beynəlxalq təşkilatların vəzifəli şəxslərini müşayiət edən həmin dövlətlərin və təşkilatların mühafizə xidmətlərinin əməkdaşları öz xidməti vəzifələrini icra etmək məqsədi ilə Azərbaycan Respublikasına gətirə bilər.

Xidməti silahın və onun döyüş sursatının Azərbaycan Respublikasına gətirilməsi və Azərbaycan Respublikasından aparılması Xarici İşlər Nazirliyinin rəsmi müraciətinə əsasən Xüsusi Dövlət Mühafizə Xidmətinin verdiyi xüsusi icazə ilə həyata keçirilir. Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti həmin xüsusi icazələr barədə Daxili İşlər Nazirliyinə məlumat verir.

Azərbaycanda qaçqın statusu almaq prosesi yeniləndi

10.09.2015

“Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması qaydası”nda yenilik var. Transparency.az xəbər verir ki, prezident İlham Əliyevin sentyabrın 9-da imzaladığı fərmanla qaydaya dəyişikliklər edilib.

Yeniliyə əsasən, şəxsiyyətini təsdiq edən müvafiq sənədləri və ya Azərbaycan Respublikasının ərazisinə qanuni girişə əsası olmayan qaçqın statusu almaq niyyətində olan şəxs beynəlxalq hüquq normalarına uyğun olaraq eyniləşdirmə və daktiloskopiya prosedurlarını keçir.

Şəxs (onunla birlikdə gələn ailə üzvləri) qaçqın statusu verilməsi barədə vəsatətlə müraciət etdikdə o, qaçqın statusu verilməsi məsələsi həll edilənə qədər Miqrasiya Məcəlləsi ilə müəyyən edilmiş qaydada Dövlət Miqrasiya Xidmətinin qanunsuz miqrantların saxlanılması mərkəzlərində könüllü yerləşdirilir və saxlanılır.

Qaydada yenilik onu “Miqrasiya Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 16 dekabr 2014-cü il qanununa uyğunlaşdırmaq məqsədi ilə edilib.

Azərbaycan nefti 50 dollardan aşağı düşüb

10.09.2015

neft 1AZƏRTAC neftin qiyməti ilə bağlı yeni məlumat yayıb. Qeyd olunur ki, Nyu-York birjasında “Layt” markalı neftin bir barreli 2,16 dollar ucuzlaşaraq 43,96 dollar, London birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 2,64 dollar azalaraq 47,18 dollar olub.

London birjasında “AzəriLayt” markalı neftin bir barrelinin qiyməti isə 96 sent ucuzlaşaraq 49,85 dollar təşkil edib.

Dövlət Əmək Müfəttişliyi ötən ay 1687 hüquq pozuntusu aşkar edib

10.09.2015



nazirlikDövlət Əmək Müfəttişliyi Xidməti bu ilin avqust ayında əmək qanunvericiliyinin 1687 pozuntusunu aşkar edib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Transparency.az-a verilən məlumata görə, əmək qanunvericiliyinin tələblərini pozan işəgötürənlərə inzibati cərimələr tətbiq olunub. Həmin cərimələrin 30,4 faizi, yəni 178 838 manatı artıq dövlət büdcəsinə ödənilib.

Rəsmi hesabata əsasən, əmək qanunvericiliyinin pozulması halları ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,7 faiz, o cümlədən avqust ayında 13,8 faiz azalıb.

Avropa Parlamentində Azərbaycanla bağlı yeni layihə

10.09.2015



avropa parlamenti
Avropa Parlamentində Azərbaycanla bağlı qətnamə layihəsi hazırlanıb. Liberal demokratlar fraksiyasının (ALDE) təqdim etdiyi layihə “Azadlıq” qəzetinin 10 sentyabr sayında dərc olunub. Qətnamə layihəsində Azərbaycan hökumətinə siyasi məhbusları, o cümlədən Xədicə İsmayıl, Leyla Yunus, Arif Yunus, Anar Məmmədli, Rəsul Cəfərov, İntiqam Əliyev, Rauf Mirqədirov, Ömər Məmmədov, Tofiq Yaqublu, İlqar Məmmədovu azad etmək çağırışı yer alır.

Avropa Parlamenti Azərbaycanda vətəndaş cəmiyyətinə qarşı repressiyaları pisləyir, hakimiyyəti QHT qanunvericiliyinə yenidən baxmağa, Venesiya Komissiyasının bu barədə tövsiyələrini nəzərə almağa səsləyir.

Layihədə qeyd olunur ki, Azərbaycanla əməkdaşlıq paktının təsdiqlənməsi siyasi məhbusların azad edilməsi, QHT qanunvericiliyinə mürtəce dəyişikliklərin ləğvi, müstəqil mediaya, müxalifət qüvvələrinə, hüquq müdafiəçilərinə, gənclərə, sosial şəbəkə fəallarına təzyiqlərə son qoyulmasından sonra mümkündür.

Avropa Parlamenti Avropa Komissiyasını Azərbaycanda bilavasitə insan haqlarının müdafiəsi, vətəndaş cəmiyyəti ilə bağlı olmayan proqramların maliyyələşdirilməsi məsələsinə yenidən baxmağa və zərurət yaranarsa, maliyyələşməni dayandırmağa çağırır.

Qətnamə layihəsində Avropa İttifaqı Şurasına Azərbaycanda insan haqlarının pozulmasına görə məsuliyyət daşıyan şəxslərə ünvanlı sanksiyaların mümkünlüyü məsələsinə baxmaq çağırışı da yer alır.

Avropa Parlamenti Avropa İttifaqına üzv dövlətləri, həmçinin Avropa Xarici Siyasət İdarəsini Azərbaycandakı parlament seçkisini müşahidə etməkdən çəkinməyə çağırır. Layihə müəlliflərinin fikrincə, hazırkı şərtlər altında istənilən müşahidə missiyası mənasızdır.

Pensiyaçılar üçün ən yaxşı və pis ölkələrin siyahısı

10.09.2015



pensiyachi reytinqiPensiyaçılar üçün ən yaxşı və pis ölkələrin adları açıqlanıb. Transparency.az xəbər Age İnternational təşkilatının hazırladığı reytinqin (Global AgeWatch) ilk 10 pilləsində bu ölkələr yer alır: İsveçrə, Norveç, İsveç, Almaniya, Kanada, Niderland, İslandiya, Yaponiya, ABŞ, Böyük Britaniya.

Azərbaycan reytinqə salınmayıb.

Qonşu Gürcüstan 96 ölkə arasında 29-cu, Ermənistan 43-cü, Rusiya 65-ci, Türkiyə 75-ci yerdə dayanır.

Keçmiş SSRİ məkanından Estoniya 23-cü, Latviya 35-ci, Litva 63-cü, Belarus 64-cü, Ukrayna 73-cü, Moldova 77-cidir.

Dünyanın 7 ən güclü dövləti (G7) siyahısında olan Fransa pensiyaçı reytinqində 16-cı, İtaliya 37-ci yerdə qərarlaşıb.

Reytinqin son pilləsini Əfqanıstan tutur.

Age İnternational illik reytinqi pensiyaçıların səhhəti və həyat keyfiyyəti meyarlarına əsasən hazırlayır.

Meriya AXCP-yə qurultay üçün yer ayırdı

10.09.2015

meriya1Bakı Şəhər İcra Hakimiyyəti Azərbaycan Xalq Cəbhəsi Partiyasının sentyabrın 27-nə təyin etdiyi VI (IX) qurultaya yer ayrılması üçün etdiyi müraciətə cavab verib. AXCP sədrinin müavini Fuad Qəhrəmanlı APA-ya bildirib ki, meriya qurultay üçün Bakının Əmircan qəsəbəsindəki Səttar Bəhlulzadə adına mədəniyyət sarayını ayırıb. Onun sözlərinə görə, qurultayda 800-ə yaxın qurultay nümayəndəsi iştirak edəcək.

1989-cu ildə ictimai-siyasi hərəkat kimi yaradılan Azərbaycan Xalq Cəbhəsi 1995-ci ildə partiyaya çevrilib. AXCP-nin ilk sədri mərhum prezident Əbülfəz Elçibəy olub. 2000-ci ildən partiyaya Əli Kərimli sədrlik edir.

Prezident İlham Əliyev Nəsimi rayonundakı Texniki-Humanitar Liseyə baş çəkib

10.09.2015



lisey
Sentyabrın 10-da prezident İlham Əliyev Bakının Nəsimi rayonundakı Texniki-Humanitar Liseydə təmirdən sonrakı vəziyyətlə tanış olub. AZƏRTAC bildirir ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov dövlət başçısına görülən işlərlə bağlı məlumat verib.

Təhsil ocağının binası 1963-cü ildən istifadədir. Əvvəllər axşam məktəbi kimi fəaliyyət göstərən binada 2000-ci ilə qədər Dağıstan Universitetinin filialı yerləşib. Həmin il Texniki-Humanitar Lisey təsis olunub və bu binada fəaliyyətə başlayıb.

Liseydə 43 otaq var. Onlardan 24-ü sinif otağı, digərləri isə fənn kabinetləri və laboratoriyalardır. İdman zalı da müasir səviyyədə qurulub, təhsil ocağının həyətində geniş abadlıq və quruculuq işləri görülüb.

Qeyd olunub ki, liseydə tədris ikinövbəlidir. Təhsil ocağına qəbul beşinci sinifdən aparılır. Burada Azərbaycan və rus bölmələrində 1077 şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 91 müəllim məşğul olur.

Texniki-Humanitar Lisey 2008-ci və 2014-cü illərdə ilin ən yaxşı məktəbi seçilib. 2014-2015-ci tədris ilində liseyi bitirən 112 məzunun hamısı ali məktəblərə qəbul olunub. Onlardan 17-si 600-dən yuxarı bal toplayıb.

Dairə, deputat, tarix

10.09.2015

mm
Milli Məclisin deputatları seçildikləri dairəni nə vaxtdan təmsil edir? Transparency.az siyahını təqdim edir:

1 saylı Şərur-Sədərək: Vasif Talıbov (1995-ci ildən)

2 saylı Şərur: İsa Həbibbəyli (2005)

3 saylı Babək-Kəngərli-Naxçıvan: Səttar Möhbalıyev (2005)

4 saylı Naxçıvan şəhər: Eldar İbrahimov (2005)

5 saylı Şahbuz-Babək: Siyavuş Novruzov (2005)

6 saylı Culfa-Babək: İsmayıl Hacıyev (2010)

7 saylı Ordubad-Culfa: Qüdrət Həsənquluyev (2010)

8 saylı Binəqədi: Oqtay Əsədov (2010)

9 saylı Binəqədi: Rafael Cəbrayılov (2005)

10 saylı Binəqədi: Madər Musayev (2005)

11 saylı Qaradağ: Ağalar Vəliyev (2010)

12 saylı Qaradağ-Binəqədi-Yasamal: Mixail Zabelin (2005)

13 saylı Xəzər-Pirallahı: Rauf Əliyev (2005)

14 saylı Xəzər: Mehriban Əliyeva (2005)

15 saylı Yasamal: Etibar Hüseynov (2010)

16 saylı Yasamal: Abel Məhərrəmov (2005)

17 saylı Yasamal: Ülvi Quliyev (2010)

18 saylı Nərimanov-Nizami: Rasim Musabəyov (2010)

20 saylı Nərimanov: Adil Əliyev (2005)

21 saylı Nəsimi: Aytən Mustafayeva (2010)

22 saylı Nəsimi: Asim Mollazadə (2005)

23 saylı Nəsimi-Səbail: Ziyad Səmədzadə (2005)

24 saylı Nizami: Rövnəq Abdullayev (2005)

25 saylı Nizami: Sədaqət Vəliyeva (2010)

26 saylı Sabunçu: Fazil Mustafa (2005)

27 saylı Sabunçu: Qalib Salahzadə (2010)

28 saylı Sabunçu: Eldar Quliyev (2005)

29 saylı Səbail: Fuad Muradov (2005)

30 saylı Suraxanı: Sevinc Fətəliyeva (2010)

31 saylı Suraxanı: Fərəc Quliyev (2010)

32 saylı Suraxanı: Ağacan Abıyev (2005)

33 saylı Xətai: Hüseynbala Mirələmov (2005)

35 saylı Xətai: İqbal Ağazadə (2005)

36 saylı Xətai: Səməd Seyidov (2005)

37 saylı Nizami (Gəncə): Aydın Abbasov (2005)

39 saylı Kəpəz (Gəncə): Xanlar Fətiyev (2010)

40 saylı Kəpəz (Gəncə): Musa Quliyev (2005)

41 saylı Sumqayıt: Leyla Abdullayeva (2010)

42 saylı Sumqayıt: Musa Qasımlı (2010)

43 saylı Sumqayıt: Muxtar Babayev (2010)

44 saylı Sumqayıt-Xızı: Hacı Salayev (2010)

45 saylı Abşeron: Arif Alışanov (2010)

46 saylı Şirvan: Azay Quliyev (2005)

47 saylı Mingəçevir: Aydın Mirzəzadə (2005)

48 saylı Yevlax: İlham Məmmədov (2005)

49 saylı Yevlax-Mingəçevir: Əli Hüseynli (2005)

50 saylı Abşeron-Qobustan: Zeynəb Xanlarova (2000)

51 saylı Qusar: Azər Badamov (2010)

52 saylı Quba: Vahid Əhmədov (2005)

53 saylı Quba-Qusar: Yevda Abramov (2005)

54 saylı Şabran-Siyəzən: Tahir Süleymanov (2010)

55 saylı Xaçmaz şəhər: Arif Əşrəfov (2010)

56 saylı Xaçmaz kənd: İlham Əliyev (2010)

57 saylı Kürdəmir: Fərhad Qəribov (2005)

58 saylı Hacıqabul-Kürdəmir: Rafael Hüseynov (2005)

59 saylı Salyan: Əliağa Hüseynov (2010-cu il)

60 saylı Salyan-Neftçala: Fəzail Ağamalı (2005)

61 saylı Neftçala: Arif Rəhimzadə (1995)

62 saylı Saatlı: Cəlal Əliyev (1995)

63 saylı Sabirabad: Ceyhun Osmanlı (2010)

64 saylı Sabirabad: Rüstəm Xəlilov (2005)

65 saylı Saatlı-Sabirabad-Kürdəmir: Əhliman Əmiraslanov (2010)

66 saylı Biləsuvar: Xanhüseyn Kazımlı (2000)

67 saylı Cəlilabad şəhər: Malik Həsənov (2010)

68 saylı Cəlilabad kənd: Mirkazım Kazımov (2000)

69 saylı Cəlilabad-Masallı-Biləsuvar: Fəzail İbrahimli (2005)

70 saylı Masallı şəhər: Nəriman Əliyev (2010)

71 saylı Masallı kənd: Elmira Axundova (2005)

72 saylı Yardımlı-Masallı: Sabir Rüstəmxanlı (2000-2005-ci illəri çıxmaqla 1995)

73 saylı Lənkəran şəhər: Rüfət Quliyev (2005)

74 saylı Lənkəran kənd: Hadı Rəcəbli (2000)

75 saylı Lənkəran-Masallı: Cavanşir Paşazadə (2005)

76 saylı Lənkəran-Astara: Ziyafət Əsgərov (2005)

77 saylı Astara — Aslan Cəfərov (2010-cu ildən)

78 saylı Lerik: İqbal Məmmədov (2010)

79 saylı İmişli: Əsabil Qasımov (2010)

80 saylı İmişli-Beyləqan: Çingiz Qənizadə (2010)

81 saylı Beyləqan: Ayaz Orucov (2010)

82 saylı Ağcabədi: Tahir Rzayev (2001)

83 saylı Ağcabədi-Füzuli: Aqil Abbas (2005)

84 saylı Füzuli: Bahar Muradova (2000)

85 saylı Şamaxı: Elxan Süleymanov (2010)

86 saylı İsmayıllı: Novruzəli Aslanov (2005)

87 saylı Ağsu-İsmayıllı: Ərəstun Cavadov (2005)

88 saylı Göyçay: Sabir Hacıyev (2005)

89 saylı Göyçay-Ağdaş: Şəmsəddin Hacıyev (2005)

90 saylı Ağdaş: Çingiz Əsədullayev (2005)

91 saylı Ucar: Elton Məmmədov (2000)

92 saylı Zərdab-Ucar: Jalə Əliyeva (2005)

93 saylı Bərdə şəhər: Zahid Oruc (2000)

94 saylı Bərdə kənd: Gövhər Baxşəliyeva (2000)

95 saylı Tərtər: Sahib Alıyev (2010)

96 saylı Goranboy-Naftalan: Mahir Aslanov (2010)

97 saylı Goranboy-Ağdam-Tərtər: Gülçöhrə Məmmədova (2010)

98 saylı Şəmkir şəhər: Sahibə Qafarova (2010)

99 saylı Şəmkir kənd: Məlahət İbrahimqızı (2005)

101 saylı Göygöl-Daşkəsən: Rövşən Rzayev (2004)

102 saylı Samux-Şəmkir: Valeh Ələsgərov (2005)

103 saylı Gədəbəy: Sevinc Hüseynova (2010)

104 saylı Gədəbəy-Tovuz: Rafiq Məmmədhəsənov (2010)

105 saylı Tovuz: Qənirə Paşayeva (2005)

106 saylı Tovuz-Qazax-Ağstafa: İlyas İsmayılov (2005)

107 saylı Qazax: Əhməd Vəliyev (2010)

108 saylı Ağstafa: Nizami Cəfərov (2005)

109 saylı Balakən: Rəbiyyət Aslanova (2000)

111 saylı Zaqatala-Balakən: Kamilə Əliyeva (2010)

112 saylı Qax: Azər Kərimli (2000)

113 saylı Şəki şəhər: Yaqub Mahmudov (2005)

114 saylı Şəki kənd birinci: Əli Məsimli (2005)

115 saylı Şəki kənd ikinci: Cavanşir Feyziyev (2010)

116 saylı Qəbələ: Fəttah Heydərov (1995)

117 saylı Oğuz-Qəbələ: Aqiyə Naxçıvanlı (2010)

118 saylı Ağdam şəhər: Bəxtiyar Əliyev (2000)

119 saylı Ağdam kənd: Bəxtiyar Sadıqov (2000)

120 saylı Cəbrayıl-Qubadlı: Astan Şahverdiyev (2005)

121 saylı Laçın: Nazim Fərəcov (2010)

122 saylı Xankəndi: Flora Qasımova (2010)

123 saylı Kəlbəcər: Cavid Qurbanov (2005)

124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd: Elman Məmmədov (2000)

125 saylı Zəngilan-Qubadlı: İmamverdi İsmayılov (1995).

Vergi daxilolmaları azalıb

10.09.2015

vergiler-nazirliyi 01Bu ilin yanvar-avqust ayları ərzində Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 4 milyard 565 milyon 375,8 min manat vəsait daxil olub, proqnoz tapşırığına 101,4 faiz əməl edilir.

Nazirlikdən Transparency.az-a daxil olan məlumata görə, hesabat dövründə vergi orqanlarında 52 897 vergi ödəyicisi qeydiyyata alınıb.

Transparency.az bildirir ki, 2014-cü ilin yanvar-avqust ayları ilə müqayisədə Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə vergi daxilolmalarının həcmi 279 milyon 525 min manat azalıb. Keçən ilin müvafiq dövründə büdcəyə 4 milyard 844 milyon 901,0 min manat daxil olmuşdu.

Müxalifətin bir hissəsi seçkidə iştirakdan imtina etdi

10.09.2015

Müxalifətin bir hissəni birləşdirən Milli Şura 1 noyabr parlament seçkisində iştirakdan imtina edib. Azadliq.info-nun məlumatına görə, sentyabrın 10-da qəbul olunan qərarda bildirilir ki, Demokratik Qüvvələrin Milli Şurası avqustun 18-də hesabat yayaraq ölkədə seçkiqabağı mühitin olmadığını, mövcud siyasi şərait və seçki prosesini tənzimləyən hüquq normalarının rəqabət şəraitində, azad və ədalətli seçki keçirilməsinə imkan vermədiyini vurğulamış və vəziyyəti dəyişmək üçün tələblər irəli sürmüşdü: “Hökumət seçki kampaniyasına start verib. Lakin Milli Şuranın irəli sürdüyü konstruktiv və zəruri tələblərin heç biri nəzərə alınmayıb, ölkədə azad və ədalətli seçki mühitinin yaradılması üçün hər hansı addım atılmayıb. Siyasi mühit və seçki ilə bağlı hüquqi normalar xalqın iradəsini qismən də olsa ifadə edəcək seçkinin keçirilməsini mümkünsüz edir. Milli Şura bəyan edir ki, sadalanan problemlər olduğu kimi qaldığından bu seçkinin nəticələrinin Prezident Administrasiyasında müəyyən ediləcəyinə heç bir şübhə ola bilməz”.

Milli Şura 2013-cü ilin yayında yaradılıb. Qurumun sədri tarixçi professor Cəmil Həsənli, öncül şəxsləri AXCP lideri Əli Kərimli, sabiq deputatlar Gültəkin Hacıbəyli, İbrahim İbrahimli, hüquq müdafiəçisi Leyla Yunus, jurnalist Mehman Əliyev və başqalarıdır.

Avqustun 18-də Milli Şura bu tələbləri irəli sürmüşdü: seçkiqabağı mühitin demokratikləşməsi, seçki prosesinə cəmiyyətin və siyasi qüvvələrin inamının yaradılması, xalqın iradəsinin seçki nəticələrində ifadə olunması üçün repressiyalar dayandırılsın, siyasi məhbuslar dərhal azad edilsin, siyasi rəqiblərə və fikir müxtəlifliyinə qarşı təqiblərə son qoyulsun; real müxalifət qüvvələrinin fəaliyyətinə yaradılan qanunsuz maneələr ardan qaldırılsın, siyasi hüquqların məhdudlaşdırılmasına son qoyulsun, sərbəst toplaşmaq azadlığı ölkənin bütün ərazisində təmin edilsin; müstəqil mətbuata qarşı təzyiqlər dayandırılsın, jurnalistlərin peşə fəaliyyətinə görə üzləşdikləri qanunsuzluqlara son qoyulsun, TV-lərdə azad debatlar üçün şərait yaradılsın, müxalif namizədlər üçün ayrılmış pulsuz efir vaxtı artırılsın, namizədlər Azərbaycan reallığına uyğun pullu efir vaxtı ilə təmin edilsin; seçki komissiyalarının tərkibi real müxalifətin iştirakı ilə yenidən formalaşdırılsın, namizədlərin qeydiyyatı proseduru sadələşdirilsin və bununla bağlı yaradılan süni əngəllər aradan qaldırılsın, depozitlə namizədliyin qeydə alınması təmin edilsin, müşahidəçilərin səslərin sayılması prosesində iştirakı və protokolların əsli ilə təmin edilməsi həll olunsun.

Bölgələrdə əmək yarmarkası

10.09.2015



yarmarka
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti sentyabrın 10-u Zaqatala şəhərində əmək yarmarkası təşkil edib. AZƏRTAC-ın məlumatına görə, yarmarkaya rayonda fəaliyyət göstərən 23 idarə, müəssisə, təşkilat və fiziki şəxslər 346 boş (vakant) iş yeri çıxarıb. Təklif olunan əməkhaqqı 115-274 manat təşkil edib.

Üç yüzdən artıq vətəndaşın iştirak etdiyi yarmarkada 107 nəfərə işə düzəlmək üçün göndəriş verilib. 10 nəfər isə haqqı ödənilən ictimai işlərə cəlb olunmaq üçün qeydiyyata götürülüb.

Ağdam rayonunda da əmək yarmarkası keçirilib. Quzanlı Olimpiya İdman Kompleksində keçirilən yarmarkada 22 idarə, müəssisə və təşkilat 215 vakant iş yeri təqdim edib. İş yerləri üzrə 109-370 manat məbləğində əməkhaqqı təklif olunub. Yarmarkada iştirak edən 300-dək vətəndaşdan 78-i istəyinə və ixtisasına uyğun işə göndəriş alıb.

Azərbaycan Açıq Büdcə İndeksində mövqeyini yüksəldib

10.09.2015

Dünyada dövlət büdcələrinin şəffaflığını qiymətləndirən Açıq Büdcə İndeksinin 2015-ci il raundunun nəticələri açıqlanıb. Azərbaycan 100 mümkün baldan 51 bal toplayaraq indeksin 2012-ci il raundunun nəticəsi (100 mümkün baldan 42 bal) ilə müqayisədə mövqeyini yaxşılaşdırıb. 2012-dəki qiymətləndirmədə iştirak edən 100 ölkə arasında Azərbaycan 58-ci yerdə qərarlaşmışdı, Açıq Büdcə İndeksi-2015-də 102 ölkə arasında 42-ci yerdə mövqe tutub. Ölkənin topladığı bal (51) qlobal ortalamadan (45) bir qədər yüksəkdir.



Açıq Büdcə İndeksi 140 sualdan ibarət olan Açıq Büdcə Sorğusunun 109 sualı əsasında tərtib edilir. İndeks 8 əsas büdcə sənədinin (büdcə öncəsi bəyanat, hökumətin büdcə layihəsi, təsdiqlənmiş büdcə, vətəndaş büdcəsi, aylıq və ya rüblük hesabatlar, yarım illik büdcə icmalı, illik yekun hesabat, audit hesabatı) hökumət və ali audit qurumu tərəfindən vaxtında və əhatəli şəkildə ictimaiyyətə açıqlanması səviyyəsini ölçür.

2014-cü ilin martından 2015-ci ilin sentyabrına qədər 18 ayda aparılan tədqiqat layihəsinin Azərbaycan üzrə tədqiqatçısı Kənan Aslanlı Transparency.az-a bildirib ki, Azərbaycanın mövqeyinin yaxşılaşmasının əsas səbəbi Maliyyə Nazirliyinin vətəndaş büdcəsini hazırlayıb ictimaiyyətə təqdim etməsi olub: “Bununla belə büdcə öncəsi bəyanat və yarım illik büdcə icmalı sənədlərinin beynəlxalq standartlara uyğun vaxtında hazırlanıb açıqlanmasına ehtiyac var. O da birmənalıdır ki, yalnız şəffaflıq dövlət maliyyəsinin səmərəli idarəetməsi üçün kifayət deyil və büdcə prosesində ictimai iştirakçılıq imkanlarının genişləndirilməsi də zəruridir. Azərbaycan büdcə prosesində ictimai iştirakçılıqla bağlı qiymətləndirmədə 100 mümkün baldan 19 bal toplayıb (qlobal ortalama 25). Bu sahədə vəziyyəti yaxşılaşdırmaq üçün Maliyyə Nazirliyi və Milli Məclisin iqtisadi siyasət komitəsi dövlət büdcəsi layihəsinin müzakirəsinə həsr edilmiş açıq ictimai dinləmələr keçirə bilər. Parlamentin və ali audit qurumu olan Hesablama Palatasının büdcənin formalaşması və büdcəyə nəzarət mərhələsində effektiv təsir imkanları gücləndirilməlidir. Milli Məclisin nəzdində ixtisaslaşmış büdcə tədqiqatları ofisi formalaşdırılmalıdır”.
Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə