Xəbər bülleteni №8



Yüklə 0,57 Mb.
səhifə5/7
tarix13.11.2017
ölçüsü0,57 Mb.
#10064
1   2   3   4   5   6   7

Azərbaycan parlamentinin qərarı tam əsaslıdır. Bildiyiniz kimi, Avronest Avropa Parlamenti ilə Şərq tərəfdaşlığı ölkələri arasında parlament assambleyası qurumu kimi nəzərdə tutulmuşdu. Əgər hansısa bir ölkə ilə bağlı suallar olarsa, bu suallara Avronest çərçivəsində baxıla bilərdi. Amma Avronest faktiki olaraq amorf bir qüvvəyə çevrilib və heç bir fəaliyyət göstərmir. Belə olan halda, təbii ki, Azərbaycan parlamenti Avronestdəki fəaliyyətini dayandırır. Bu, Azərbaycan parlamentinin suveren hüququdur və eyni zamanda siz yəqin onu da bilirsiniz ki, Avropa Parlamenti ilə Azərbaycan parlamenti arasındakı əməkdaşlıq fəaliyyəti də artıq dayandırılıb. Bax, budur bizə qarşı aparılan çirkin kampaniyanın nəticələri. Azərbaycan bizə qarşı atılan hər bir addıma adekvat cavab verib və bundan sonra da verəcək”.

Avropa Parlamentində Azərbaycanla bağlı yeni layihə

Avropa Parlamentindən Azərbaycan qətnaməsi. Bakıdan ilk reaksiya

“Avropa Parlamenti hüququn aliliyinə hörmətsizlik nümayiş etdirir”

Deputatlar növbədənkənar sessiyaya toplaşır

Rəsmi Bakı Avropa İttifaqına etiraz etdi

Azərbaycan hökuməti Avropa Komissiyası nümayəndə heyətinin səfərini təxirə saldı

Parlament sədri anons verdi: Azərbaycan Avronestdən çıxa bilər

Səməd Seyidov: “Avropa Parlamenti öz nüfuzuna böyük zərbə vurub”



Azərbaycan nümayəndə heyətinin Avronest Parlament Assambleyasında fəaliyyəti dayandırıldı

Parlamentin qərarı

Hakim partiyanın namizəd vermədiyi dairələrdən kimlər deputatdır?

16.09.2015



loqo yapHakim Yeni Azərbaycan Partiyası noyabrın 1-də keçiriləcək parlament seçkisinə 117 namizədlə qatılır. Hazırda 125 yerlik parlamentdə 66 mandatla təmsil olunan partiya onların 53-nü yenidən namizəd göstərib. 13 deputat YAP-ın siyahısından kənar qalıb.

YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov APA-ya açıqlamasında hakim partiyanın 8 seçki dairəsindən Milli Məclisə namizəd irəli sürməməsinə belə aydınlıq gətirib: “Həmin dairələrdən birində — Xankəndidə YAP-ın təşkilatı yoxdur. Digər 7 dairədə isə oradan namizədliklərini irəli sürmüş tanınmış şəxslərə, ziyalılara hörmət əlaməti olaraq  alternativ namizəd vermək istəmədik”.

Hazırda 122 saylı Xankəndi seçki dairəsindən deputat Flora Qasımovadır. O bitərəfdir, 2005-ci ildən Milli Məclisin üzvüdür.

Transparency.az YAP-ın namizəd vermədiyi digər dairələrdən hazırda deputat olan şəxslərin siyahısını təqdim edir:

3 saylı Babək-Kəngərli seçki dairəsi — Səttar Möhbalıyev, Həmkarlar İttifaqları Konfederasiyasının sədri, bitərəf, 2000-ci ildən Milli Məclisin üzvü

7 saylı Ordubad-Culfa seçki dairəsi — Qüdrət Həsənquliyev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, 2003-cü ildən Milli Məclisin üzvü

50 saylı Abşeron-Qobustan seçki dairəsi — Zeynəb Xanlarova, müğənni, bitərəf, 1995-ci ildən Milli Məclisin üzvü

60 saylı Salyan-Neftçala seçki dairəsi — Fəzail Ağamalı, Ana Vətən Partiyasının sədri, 1996-cı ildən Milli Məclisin üzvü

66 saylı Biləsuvar seçki dairəsi: Xanhüseyn Kazımlı, Sosial Rifah Partiyasının sədri, 1999-cu ildən Milli Məclisin üzvü

93 saylı Bərdə şəhər seçki dairəsi: Zahid Oruc, bitərəf, 2000-ci ildən Milli Məclisin üzvü

116 saylı Qəbələ seçki dairəsi: Fəttah Heydərov, Azərbaycan Ağsaqqallar Şurasının sədri, bitərəf, 1995-ci ildən Milli Məclisin üzvü.

Ekspertdən inflyasiya anonsu

16.09.2015

samir-aliyev2İqtisadçı ekspert Samir Əliyev ölkədə pul kütləsinin artmasının inflyasiya təhlükəsi yaradacağını düşünür. Transparency.az-a danışan Samir Əliyev deyib ki, Dövlət Neft Şirkəti Mərkəzi Bankdan 1,8 milyard manat məbləğində kredit alacaq. Beynəlxalq Bankın zərərli aktivlərini sağlamlaşdıran “Aqrarkredit” QSC isə ilin sonuna kimi bazara 3 milyard manatlıq istiqraz yerləşdirmək niyyətindədir. Hər iki proses Mərkəzi Bankın vəsaitləri hesabına reallaşacaq. Bu halda ilin sonuna kimi pul bazasının 4,8 milyard manat artımı gözlənir. Qısa müddətdə pul bazasının 76% artması ölkədə inflyasiya təzyiqini artıracaq.

Mərkəzi Bank devalvasiyanın təsirlərini azalmaq üçün uzun müddətdir pul bazasını sıxır. Bunun nəticəsidir ki, 2015-ci ilin 8 ayında pul bazası 5,2 milyard manat azalıb. Ölkə iqtisadiyyatı manat qıtlığı çəkir, banklar kredit verməyə manat tapmır. İqtisadiyyatın kiçilməsi təkcə neftin ucuzlaşmasının yox, həm də kreditləşmənin zəifləməsinin nəticəsidir. Qeyri-neft sektorunun inkişafı məqsədilə kiçik və orta sahibkarlıq subyektlərini ucuz resursla təmin etmək və bununla həm də bank sektorunu dirçəltmək əvəzinə pul bazasını iki qurum hesabına əhəmiyyətli artırmaq bahalaşma yaradacaq və manata təzyiqi gücləndirəcək. Nəzərə almaq lazımdır ki, 4,8 milyard manatın bir hissəsi dollar şəklində xaricə çıxarılacaq, deməli, bazarda dollara əlavə tələbat yaranacaq”.

Azərbaycan-Çexiya biznes forumu keçirilib

16.09.2015



forum
Sentyabrın 16-sı Bakıda Azərbaycan-Çexiya biznes forumu keçirilib. Azərbaycan prezidenti İlham Əliyev və Çex Respublikasının prezidenti Miloş Zeman forumda iştirak ediblər.

AZƏRTAC-ın məlumatına görə, forumda çıxış edən prezident İlham Əliyev iki ölkənin əməkdaşlıq baxımından nəqliyyat sektorunun verdiyi imkanlardan danışıb, bu baxımdan Bakı-Tbilisi-Qars dəmiryolu layihəsinin və Bakı Beynəlxalq Dəniz Ticarət Limanının əhəmiyyətini vurğulayıb.

Azərbaycanın neftin Çex Respublikasına etibarlı ixracatçısı olduğunu deyən İlham Əliyev Avropanın qaz bazarında ciddi iştirakçıya çevrilən ölkənin “Cənub qaz dəhliz”i layihəsinin reallaşmasındakı rolundan danışıb. Dövlət başçısı bu layihənin təchizat marşrutlarının şaxələndirilməsinə imkan yaradacağını deyib.

Ölkədəki sərmayə mühitindən danışarkən prezident bildirib ki, ötən il Azərbaycana 27 milyard dollar sərmayə yatırılıb və bu sırada xarici investisiyalar xüsusi çəkiyə malikdir: “Bu da onu göstərir ki, dünyada iqtisadi böhranın davam etməsinə baxmayaraq Azərbaycanda müsbət sərmayə mühiti hökm sürür. Bunu təsdiqləyən əsas amillərdən biri də cari ilin 8 ayında Azərbaycan iqtisadiyyatının 4 faizdən çox artması, qeyri-neft sektorunun inkişaf etməsi, xarici borcun ümumi daxili məhsulun 10 faizindən aşağı olmasıdır”.

Azərbaycan iqtisadiyyatının dünyada 40 ən qabaqcıl iqtisadiyyatlardan biri olduğunu deyən dövlət başçısı kənd təsərrüfatı sahəsində də əməkdaşlıq üçün geniş şəraitin olduğunu vurğulayıb və birgə müəssisələrin yaradılması imkanlarının nəzərdən keçirilməsinin mümkünlüyündən danışıb.

Neft Fondu qazancından nə qədər çox xərcləyəcək?

16.09.2015

azer mehtiyev 1“Gələn il Dövlət Neft Fondunun xərci gəlirindən 22,2 faiz çox olacaq”. Bunu Transparency.az-a iqtisadçı ekspert Azər Mehtiyev deyib.

Maliyyə Nazirliyinin açıqladığı məlumata əsaslanan ekspert qeyd edib ki, 2016-cı ildə Neft Fondunun gəlirləri 6 milyard 711,6 milyon manat, xərcləri isə 8 milyard 200 milyon manat proqnozlaşdırılır: “Yəni il ərzində fondun xərci onun illik gəlirindən 1 milyard 488,4 milyon manat, 22,2 faiz çox olacaq”.

Azər Mehtiyev əlavə edib ki, gələn il Neft Fondundan dövlət büdcəsinə 6 milyard manat transfert ediləcək, bu da qurumun illik xərclərinin 73,2 faizi qədərdir: “Fonddan transfertin dövlət büdcəsinin gəlirlərində payı 41,2 faiz olacaq”.

ADP seçkidən çəkildi

16.09.2015

adpSentyabrın 16-da Azərbaycan Demokrat Partiyası 1 noyabr parlament seçkisində iştirakdan imtina etdiyini açıqlayıb. Partiyadan APA-ya verilən məlumata görə, imtina qərarı son vaxtlar Azərbaycanla Qərb institutları arasında münasibətlərin gərginləşməsi, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun parlament seçkisinə müşahidə missiyası göndərmək istəməməsi ilə əsaslandırılıb.

Qərara əsasən, partiya sədri Sərdar Cəlaloğlu, onun iki müavini, Ali Məclisin sədri və başqa ADP-çilər seçki fəaliyyətlərini bu gündən dayandırıblar.

İstehsalatla əlaqəli bədbəxt hadisələrin sayı 33,3 faiz azalıb

16.09.2015

Avqustda istehsalatla əlaqəli 14 bədbəxt hadisə qeydə alınıb. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,5 faiz azdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Transparency.az-a verilən məlumata görə, hadisələr nəticəsində xəsarət alanların sayı 7,1 faiz düşüb.

Ümumilikdə bu ilin 8 ayında istehsalatla əlaqəli bədbəxt hadisələrin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 33,3 faiz azalaraq 141-dən 94-ə, o cümlədən qrup halında baş verən belə hadisələrin sayı 90,4 faiz azalaraq 21-dən 2-yə enib. Bu ilin yanvar-avqust aylarında istehsalatla əlaqəli bədbəxt hadisələr nəticəsində xəsarət alanların sayında isə 38,3 faiz azalma  qeydə alınıb.

Dövlət Əmək Müfəttişliyi Xidməti sentyabr ayını ölkədə “Təhlükəsiz iş aylığı” elan edib. Rəsmi açıqlamaya görə, aylıq çərçivəsində görülən tədbirlər iş yerlərində sağlam və təhlükəsiz əmək şəraitinin yaradılmasına, istehsalatda baş verə biləcək bədbəxt hadisələrin qarşısının alınması üçün önləyici tədbirlərin görülməsinə, bu sahədə mövcud nöqsanların aradan qaldırılmasına, işəgötürənlərin və işçilərin bu məsələlərə diqqətinin artırılmasına yönəlib.

Müxalifətçilərə hansı YAP-çılar rəqibdir? (Siyahı)

16.09.2015

deputat
Transparency.az 1 noyabr parlament seçkisində namizəd göstərilən tanınmış müxalifətçilərə hakim Yeni Azərbaycan Partiyasından kimlərin rəqib olduğuna nəzər salıb:

8 saylı Binəqədi dairəsi: Müsavatdan Arzu Səmədbəyli – Aysel Əlizadə

10 saylı Binəqədi dairəsi: Müsavatdan Gülağa Aslanlı – Kəmaləddin Qafarov

12 saylı Qaradağ-Binəqədi-Yasamal dairəsi: REAL-dan Natiq Cəfərli – Mixail Zabelin

15 saylı Yasamal dairəsi: Müsavatdan İsa Qəmbər – Bayram Aslanov

16 saylı Yasamal dairəsi: REAL-dan Erkin Qədirli – Xıdır İbrahimov

18 saylı Nərimanov-Nizami dairəsi: Azadlıq Partiyasından Əhməd Oruc – İsmayıl İsmayılov

23 saylı Nəsimi-Səbail dairəsi: REAL-dan Azər Qasımlı – Elşad Novruzov

24 saylı Nizami dairəsi: REAL-dan Xalid Bağırov – Rövnəq Abdullayev

29 saylı Səbail dairəsi: Müsavatdan Nüşabə Sadıxlı – Şəmsəddin Hacıyev

33 saylı Xətai dairəsi: Müsavatdan Arif Hacılı – Hüseynbala Mirələmov

38 saylı Nizami ikinci (Gəncə) dairəsi: AMİP-dən Yusif Bağırzadə  – Naqif Həmzəyev

43 saylı Sumqayıt dairəsi: KXCP-dən Mirmahmud Mirəlioğlu – Muxtar Babayev

46 saylı Şirvan dairəsi: Müsavatdan Elman Fəttah – Paşa Nəbiyev

63 saylı Sabirabad dairəsi: AXP-dən Pənah Hüseyn – Elçin Quliyev

79 saylı İmişli dairəsi: Müsavatdan İltizam Əkbər – Əsabil Qasımov

84 saylı Füzuli dairəsi: Müsavatdan Osman Kazım – Bahar Muradova

115 saylı Şəki kənd dairəsi: Müsavatdan İkram İsrafil – Orxan Əhmədli

123 saylı Kəlbəcər dairəsi: Müsavatdan dəstəklənən İsgəndər Həmidov – Cavid Qurbanov.

İstehsal: sənayedə ucuzlaşma, kənd təsərrüfatında bahalaşma olub

16.09.2015

Dövlət Statistika Komitəsi sənaye və kənd təsərrüfatı məhsullarının ötən ay üzrə istehsalçı qiymətlərini açıqlayıb. Transparency.az  xəbər verir ki, mədən sənayesində istehsalçı qiymətləri 18,4 faiz, emal sənayesində 2,5 faiz düşüb. Ümumilikdə sənaye məhsullarının istehsalı əvvəlki ayla müqayisədə 15,8 faiz ucuzlaşıb.

Ay ərzində kompüter və digər elektron avadanlıqların istehsalı üzrə 1,2 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı üzrə 1,1 faiz, kağız və kartonun istehsalı üzrə 0,3 faiz bahalaşma olub.

Avqustda heyvandarlıq məhsullarının istehsalçı qiymətləri 1,5 faiz artıb, bitkiçilik məhsullarının istehsalçı qiymətləri isə 0,9 faiz düşüb. Ümumilikdə kənd təsərrüfatı məhsullarının istehsalı əvvəlki ayla müqayisədə 0,3 faiz bahalaşıb.

Nəqliyyat sektorunda yükdaşıma qiymətləri düşüb

16.09.2015

Bu ilin avqust ayında nəqliyyat sektorunda yükdaşıma əvvəlki ayla müqayisədə 0,2 faiz ucuzlaşıb. Transparency.az Dövlət Statistika Komitəsinə istinadla xəbər verir ki, ay ərzində boru kəməri vasitəsilə neftin nəql qiyməti 0,4 faiz, qazın nəql olunması və dəniz nəqliyyatında beynəlxalq yükdaşıma qiymətləri isə 0,1 faiz düşüb.

Hava, dəmir yolu və avtomobil nəqliyyatında isə yükdaşıma qiymətlərində dəyişiklik müşahidə olunmayıb.

Bakı rus turistləri cəlb edən dördüncü şəhərdir

16.09.2015



baku 1Rusiyanın Travel.ru saytı bu ölkədən yaxın xaricə (MDB məkanına) gedən turistlərlə bağlı statistika açıqlayıb. Statistikaya əsasən, Bakı 2015-ci ildə rusların ən çox səfər etdiyi dördüncü şəhərdir.

MDB şəhərləri arasında birinci yeri Minsk, ikinci yeri Kiyev, üçüncü yeri Almatı tutur. Yerevan beşincidir.

Ən populyar ölkə isə Belarusdur. Bu il yaxın xaricə üz tutan rus turistlərin 37%-i Belarusu seçib. Ukrayna ikinci (22%), Qazaxıstan üçüncü (16%), Azərbaycan dördüncü (9%), Ermənistan beşinci (7%) pillədə dayanır.

Transparency.az xəbər verir ki, statistikaya görə, rus turistlər Bakıda otelin sutkasına orta hesabla 78 dollar xərcləyib. Yerevanda bu, 63 dollar başa gəlib.

Astanada mehmanxananın 1 sutkasına ruslar orta hesabla 115 dollar ödəyib. Bişkek isə bu baxımından MDB-də ən ucuz paytaxt şəhəridir (30 dollar).

Rus turistlərin bu il ən çox səfər etdiyi kurort zonaları arasında Azərbaycanın Nabran qəsəbəsi dördüncü yeri tutur.

Bakı rus turistləri cəlb edən dördüncü şəhərdir

16.09.2015



baku 1Rusiyanın Travel.ru saytı bu ölkədən yaxın xaricə (MDB məkanına) gedən turistlərlə bağlı statistika açıqlayıb. Statistikaya əsasən, Bakı 2015-ci ildə rusların ən çox səfər etdiyi dördüncü şəhərdir.

MDB şəhərləri arasında birinci yeri Minsk, ikinci yeri Kiyev, üçüncü yeri Almatı tutur. Yerevan beşincidir.

Ən populyar ölkə isə Belarusdur. Bu il yaxın xaricə üz tutan rus turistlərin 37%-i Belarusu seçib. Ukrayna ikinci (22%), Qazaxıstan üçüncü (16%), Azərbaycan dördüncü (9%), Ermənistan beşinci (7%) pillədə dayanır.

Transparency.az xəbər verir ki, statistikaya görə, rus turistlər Bakıda otelin sutkasına orta hesabla 78 dollar xərcləyib. Yerevanda bu, 63 dollar başa gəlib.

Astanada mehmanxananın 1 sutkasına ruslar orta hesabla 115 dollar ödəyib. Bişkek isə bu baxımından MDB-də ən ucuz paytaxt şəhəridir (30 dollar).

Rus turistlərin bu il ən çox səfər etdiyi kurort zonaları arasında Azərbaycanın Nabran qəsəbəsi dördüncü yeri tutur.

Deputatlığa 665 iddiaçı var

16.09.2015



mskSentyabrın 16-dək deputatlığa 665 nəfərin namizədliyi irəli sürülüb. APA-nın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının iclasında sədr Məzahir Pənahov deyib.

Məzahir Pənahov qeyd edib ki, 338 nəfərin namizədliyi partiyalardan, 25 nəfərin namizədliyi “Azadlıq-2015” siyasi partiyalar blokundan, 2 nəfərin namizədliyi təşəbbüs qruplarından verilib. 300 nəfərin namizədliyi fərdi qaydada irəli sürülüb.

Deputatlığa iddiaçılardan 508 nəfərin namizədliyi təsdiqlənib və onlara imza vərəqi verilib.

Transparency.az bildirir ki, noyabrın 1-nə təyin edilmiş parlament seçkisinin təqvim planına əsasən, namizədin qeydə alınması üçün zəruri olan seçki sənədləri sentyabrın 12-dən oktyabrın 2-dək təqdim edilir. Oktyabrın 12-dək MSK qeydə alınmış namizədlərin seçki dairələri üzrə siyahısını açıqlamalıdır. Seçki təşviqatı oktyabrın 9-dan 31-dək aparılacaq.

Mehmanxanalara hüquq mühafizə orqanları işçilərinin daxil olması məhdudlaşdırılır

17.09.2015



prezident-ferman
Sentyabrın 16-da prezident İlham Əliyev Mədəniyyət və Turizm Nazirliyinin fəaliyyəti ilə bağlı fərmanlar imzalayıb. Transparency.az-ın məlumatına görə, dövlət başçısı Nazirlər Kabinetinə bu tapşırıqları verib:

- mehmanxana və mehmanxana tipli obyektlərdə standartlaşma sahəsində normativ hüquqi aktların tələblərinə riayət olunmasının yoxlanılması qaydalarını 3 ay müddətində prezidentlə razılaşdırıb təsdiq etmək;

- xarici və yerli turistlərin qaldıqları mehmanxanalara, istirahət evlərinə, pansionatlara və digər bu kimi müvəqqəti qalma yerlərinə hüquq mühafizə orqanları işçilərinin məhkəmə qərarı olmadan, orada yaşayanların iradəsi ziddinə daxil olması hallarının məhdudlaşdırılmasına dair təkliflərini iki ay müddətində hazırlayıb prezidentə təqdim etmək.

Mehmanxana və mehmanxana tipli obyektlərin göstərdiyi xidmətlərin bir çox hallarda onlara verilmiş ulduz kateqoriyalarına uyğun olmadığını nəzərə alan prezident Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə Avropa İttifaqı ölkələrinin təcrübəsindən istifadə etməklə mehmanxana və mehmanxana tipli obyektlərin təsnifatı, ulduz kateqoriyalarının müəyyənləşdirilməsi və qiymətləndirmə meyarlarını yenidən baxılmaqla 3 ay müddətinə təsdiq etməyi tapşırıb.

Azərbaycan prezidenti Mədəniyyət və Turizm Nazirliyinin əsasnaməsinə dəyişikliklər də edib, onun vəzifələrini artırıb. Nazirliyə mədəniyyət sahəsində dövlət reyestrini aparmaq; aidiyyəti icra hakimiyyəti orqanları ilə birlikdə, “İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqlarının əraziləri istisna olmaqla, mədəniyyət sənayesinin inkişafına yönəlmiş investisiya layihələri həyata keçirmək və ya investisiya mühitinin yaxşılaşdırılması məqsədi ilə həmin investisiyaların qoyuluşuna əlverişli mühit yaratmaq; Nazirlər Kabinetinin müəyyən etdiyi qaydada mədəni sərvətlərin (daşınmaz mədəni sərvətlər istisna olmaqla) Azərbaycan Respublikasının milli mədəniyyət əmlakının Dövlət Siyahısına və mədəni sərvətlərin mühafizə siyahısına daxil edilməsini həyata keçirmək; xüsusi əhəmiyyətli mədəniyyət obyektlərinin (daşınmaz mədəni sərvətlər istisna olmaqla) milli mədəni irs obyektlərinə aid edilməsini həyata keçirmək və sair vəzifələr həvalə olunub.

Dövlət başçısı Mədəniyyət və Turizm Nazirliyinin strukturunu belə müəyyənləşdirib:

- Mədəniyyət və Turizm Nazirliyinin aparatı (şöbələr və sektorlar)

- Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti.

- Bakı, Gəncə, Sumqayıt şəhər mədəniyyət və turizm idarələri.

- Rayon (şəhər) mədəniyyət və turizm şöbələri.

Milli Televiziya və Radio Şurasının teleradioları qapatmaq səlahiyyəti rəsmiləşdi

17.09.2015



mtrsh“Televiziya və radio yayımı haqqında” qanunda dəyişiklikləri nəzərdə tutan 24 fevral 2015-ci il qanununun tətbiqinə fərman verilib. Transparency.az bildirir ki, prezident İlham Əliyevin 16 sentyabr fərmanı ilə Milli Televiziya və Radio Şurasının əsasnaməsi yenilənib.

Yeniliyə əsasən, Milli Televiziya və Radio Şurası “Televiziya və radio yayımı haqqında” qanunla müəyyən edilmiş hallarda xüsusi razılığın (lisenziyanın) qüvvəsinə xitam verilməsi üçün məhkəmə qarşısında iddia qaldırmaq, teleradio yayımçıları xüsusi razılığın (lisenziyanın) qayda və şərtlərini və ya “Televiziya və radio yayımı haqqında” qanunun tələblərini pozduqda xüsusi razılığın (lisenziyanın) qüvvəsini və ya hər hansı proqramın yayımını bir ayadək müddətə müvəqqəti dayandırmaq, həmin qanunla müəyyən edilmiş hallarda isə xüsusi razılığın (lisenziyanın) qüvvəsinə xitam vermək səlahiyyəti alıb.

Nazir: “Neft kəskin ucuzlaşıb və biz bu reallığı qəbul etməliyik”

17.09.2015



samir sharifov 1“İqtisadi məntiqə zidd siyasi oyunların aparılması neftin qiymətlərinin kəskin aşağı düşməsinə səbəb olub”. APA-Economics xəbər verir ki, bunu AzTV-yə müsahibəsində maliyyə naziri Samir Şərifov deyib. O qeyd edib ki, 2014-cü illə müqayisədə neftin qiyməti 2 dəfədən çox azalıb: “Söhbət təxminən 60 faizlik ucuzlaşmadan gedir. Bu, yalnız nefti hasil edən ölkələrin iqtisadiyyatına deyil, neft idxal edən ölkələrin iqtisadiyyatına da mənfi təsir edir.

Neftin ucuzlaşması hasilatın kəskin artımı ilə əlaqələndirilir. Söhbət ABŞ-da neft hasilatının artımından gedir. Son dövrlər ABŞ-da neft hasilatı gündəlik 2 milyon barreldən 3 milyon barrelə qaldırılıb. Bu ilin sonuna hasilatın 13 milyon barrel səviyyəsinə qaldırılması gözlənir.

OPEK-ə daxil olan ölkələr isə hasilatı azalmayıb. Əksinə, burada da artım müşahidə olunur. Onların strategiyası budur ki, ənənəvi hasilatla məşğul olan ölkə və ya şirkətlər öz bazar payını qorumalıdır. Bunun nəticəsində bazarda təklif tələbi üstələyir. Bu isə neftin kəskin ucuzlaşmasına səbəb olub.

Eyni zamanda burada heç bir iqtisadi məntiqə zidd olan siyasi oyunların olmasını da istisna etmirik. Lakin reallıq budur ki, neft kəskin ucuzlaşıb və biz bu reallığı qəbul etməliyik, öz iqtisadi modelimizi bu reallığa uyğun qurmalıyıq. Çox güman ki, neftin hazırkı qiyməti bir neçə il bu səviyyədə qalacaq”.

Neft ixrac edən ölkələri birləşdirən OPEK-in hazırda 12 üzvü var: Səudiyyə Ərəbistanı, Venesuela, İran, İraq, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri, Liviya, Nigeriya, Qətər, Əlcəzair, Anqola, Ekvador.

Transparency.az xəbər verir ki, sentyabrın 17-də London birjasında “Brent” markalı neft 49 dollar 85 sentə satılır.

Dövlət Məşğulluq Xidməti 8 aylıq göstəriciləri açıqlayıb

17.09.2015



dmxBu ilin yanvar-avqust aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti (DMX) 18 min 678 nəfər vətəndaşı işlərlə təmin edib. Nazirlikdən Transparency.az-a daxil olan məlumatda deyilir ki, məşğulluq orqanlarında qeydiyyata alınmış və xüsusi peşə hazırlığı olmayan işsiz vətəndaşlardan 885 nəfəri idarə, müəssisə və təşkilatlarla bağlanmış müqavilələr əsasında haqqı ödənilən ictimai işlərə cəlb edilib.

8 ayda DMX 2157 nəfəri kompüter istifadəçisi, bərbər, qaynaqçı, dərzi, tikişçi, dülgər, qənnadıçı, mebel quraşdırıcısı və s. peşələr üzrə peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edib.

Yanvar-avqust aylarında Bakı, Sumqayıt, Gəncə, Mingəçevir şəhərlərində fəaliyyət göstərən əmək birjaları 2671 nəfəri müvəqqəti xarakterli işlərə göndərib.

Dövlət Sosial Müdafiə Fondu 3 yeni elektron xidmət istifadəyə verib

17.09.2015

fond
Sentyabrın 16-da Dövlət Sosial Müdafiə Fondu “Sığortaedənin (hüquqi şəxs) onlayn uçota alınması”, “Sığortaedənin (fiziki şəxs) onlayn uçota alınması” və “Dövlət sosial sığorta şəhadətnaməsinin dəyişdirilməsi və ya dublikatının verilməsi üçün müraciətin qəbulu” elektron xidmətləri ilə bağlı təqdimat mərasimi keçirib.

Fond sədri Elman Mehdiyev yeni xidmətlər barədə məlumat verərək vurğulayıb ki, bu elektron xidmətlər vasitəsi ilə hüquqi şəxslərin (kommersiya hüquqi şəxsləri, xarici kommersiya hüquqi şəxsin nümayəndəlik və filialları istisna olmaqla), fiziki şəxslərin (fərdi sahibkarlar istisna olmaqla) uçotunu, eləcə də sosial sığorta şəhadətnaməsinin dublikatının verilməsini elektron qaydada həyata keçirmək mümkündür: “Xidmətlərin tam elektronlaşdırılması həm kağız daşıyıcılarından istifadənin və itkisinin aradan qaldırılmasına, həm də şəffaflığın təmin olunmasına gətirib çıxaracaq”.

Xidmətlər interaktiv və ödənişsizdir.

Elman Mehdiyev vurğulayıb ki, “Elektron hökumət” portalının statistikasına əsasən, Dövlət Sosial Müdafiə Fondunun göstərdiyi elektron xidmətlər ən çox istifadə olunan xidmətlər sırasındadır: “2015-ci ilin 8 ayı ərzində fondun öz saytı, “Elektron hökumət” portalı və “Hökumət ödəniş portalı” vasitəsilə əhaliyə təqdim etdiyi elektron xidmətlərdən ümumilikdə 1 milyon 800 mindən çox istifadə sayı qeydə alınıb ki, bu da 2014-cü ilin müvafiq dövrü il müqayisədə 2 dəfə artıqdır. Ən çox müraciət olunan elektron xidmətlər sırasında məcburi dövlət sosial sığorta haqlarının onlayn ödənilməsi, məcburi dövlət sosial sığortası üzrə hesabatların təqdim edilməsi, sığortaolunanın onlayn uçota alınması, sığortaolunanlara məlumatların verilməsi, sığortaedənin uçot nömrəsinin öyrənilməsi və sosial sığorta müavinətlərinin ödənişi sahəsindəki elektron xidmətlər yer alıb”.


Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə