XəBƏr buraxilişI



Yüklə 24,88 Kb.
tarix22.11.2017
ölçüsü24,88 Kb.
#11482








XƏBƏR BURAXILIŞI



2007/04/AZ saylı Xəbər Buraxılışı



Əlaqə üçün çəxslər
Vaşinqtonda: Miriam Van Dyck (202) 458 2931
mvandyck@worldbank.org;

Bakıda: Səidə Bağırlı (994 12) 4921941
sbagirli@worldbank.org


İdarəetməyə dair açıqlanmış son Göstəricilər

11 iyul 2007 – İdarəetmə Vacibdir, 2007: 1996-2006-cı illər üzrə Ümümdünya İdarəetmə Göstəriciləri adlı hesabat Dunya Bankı İnstitutu və Dünya Bankı İnkişaf İqtisadiyyatı Vitse-Prezidentliyi tərəfindən dünən açıqlanmışdır. Hesabatda göstərilir ki, bir sıra ölkələr idarəetmənin təkmilləşdirilməsində və korrupsiya ilə mübarizədə tərəqqiyə nail olmaqdadırlar. Nəzərə alsaq ki, yaxşı idarəetmə və korrupsiyaya nəzarət uzun müddətli inkişaf və yoxusulluğun azadılması üçün çox vacibdir o zaman bu çox həvəsləndirici bir xəbərdir.
Dünya Bankı İnstitutunun Qlobal Proqramlarının Direktoru və hesabatın müəlliflərindən biri olan Deniyel Kofman (Daniel Kaufmann) deyir “Ümidverici xəbər ondan ibarətdir ki, bir çox ölkələrdə, Afrika ölkələri də daxil olmaqla, praktika göstərir ki, nisbətən qısa müddət ərzində idarəetmədə əhəmiyyətli tərəqqiyə nail olmaq mümkündür. İdarəetmədə belə təkmilləşmələr yardımın effektivliyinə və davamlı uzun müddətli inkişaf üçün çox vacibdir.”  “Dünya üzrə rüşvət 1 trilyon ABŞ dolları məbləğində qiymətləndirilir, və korrupsiyanın yükü qeyri-mütənasib həcmdə ən kəskin kasıbçılıq içində yaşayan milliardlarla əhalinin üzərinə düşür,”
Dünya Bankı tərəfindən Deniyel Kofman, Aart Krey (Aart Kraay) və Massimo Mastruzzinin (Massimo Mastruzzi) müəllifliyi ilə tərtib olunmuş hesabat idarəetmənin vacibliyi və onun keçən on illik dövr ərzində inkişafa təsirinin tədqiqinə həsr olunub.  Yaxşı idarəetmə eyni zamanda digər insan inkişafı məsələləri üçün də vacibdir, məsələn, körpə uşaq ölümü, savadsızlıq, və habelə qeyri-bərabərlik. Eyni zamanda müəyyən edilmişdir ki, yaxşı idarəetmə ümumiyyətlə inkişafa yardımın effektivliyini əhəmiyyətli dərəcədə genişləndirir, xüsusi ilə də Dünya Bankı tərəfindən maliyyələşdirilən layihələrin. 
Ölkələrin idarəetmə sahəsində fəaliyyətini və onların vaxt keçdikcə təkmilləşməsini qiymətləndirilməsi idarəetmə gündəliyində ən əsas bənddir.  Lakin, eyni zamanda bu çətin məsələdir, belə ki, idarəetmənin çox aspektləri var və onların hər birinin özünə məxsus qiymətləndirmə çətinlikləri vardır.Ümumdünya İdarəetmə Göstəriciləri (WGI) layihəsi bu çətinliyin necə həll edildiyini əks etdirir.
Bu ilin hesabatı hal-hazırda ictimaiyyət üçün açıq olan və ölkələr üzrə ən ətraflı idarəetmə göstəricilərinin paketini tərtib etmək və yeni məlumatlarla zənginləşdirmək üzrə on il ərzində tədqiqatçılar tərəfindən aparılmış işi əks etdirir. Ümumi göstəricilər, habelə əlaqədar mənbələrdən məlumat bu yaxınlarda yenidən tərtib edilmiş www.govindicators.org ünvanlı veb saytdan əldə edilə bilər.  Göstəricilər 212 ölkəni və əraziləri əhatə edir, və burada 33 müxtəlif məlumat mənbələrindən istifadə olunumuşdur ki, bu da sorğuda iştirak etmiş on minlərlə respondentin, habelə QHT-lərdə, özəl və dövlət sektorunda çalışan şəxslərin fikrini öyrənmək imkanını verir.
Azərbaycan üzrə məlumat göstərir ki, son dövr ərzində, yəni 2004-2006-ci illər üçün Azərbaycana verilən qiymətdə (balda) böyük və ya statistik baxımdan əhəmiyyətli dəyişiklik olmamışdır. Bütün göstəricilər üzrə ümumi təkmilləşmə mövcuddur – və xususi ilə də bu Hökümətin Effektivliyinə aiddir harada ki, dəyişikliklər statistik baxımdan daha əhəmiyyətlidir nəinki digər sahələr üzrə. Qeyd etmək lazımdır ki, ölkənin Səs və Hesabatlılıq göstəricisi üzrə giymətinın azaldığı görünür, lakin digər tərəfdən Siyasi Sabitlik kimi digər göstəricilər üzrə artım müşaidə olunur. Digər təkmilləşdirilmiş göstərici Tənzimləmə Keyfiyyətinə aiddir, harada ki, son altı il ərzində müəyyən tendensiya müşaidə olunur.
Hesabat eyni zamanda açıqlayır ki:


  • Bəzi yeni yaranmış dövlətlərdə idarəetmənin əsas aspektləri üzrə vəziyyət zəngin ölkələrdəki vəziyyətə yaxınlaşır. 




  • İdarəetmənin təkmilləşməsi yoxsulluqla mübarizəyə yardım edir və həyat standarlarını təkmilləşdirir.




  • İslalaht aparmağa öhdəlik olan yerlərdə idarəetmədə təkmilləşmələr tez baş verir.




  • Fərdi olaraq bəzi ölkələrdəki təkmilləşməyə baxmayaraq, orta hesabla dünya üzrə idarəetmənin keyfiyyəti son on il ərzində əhəmiyyətli dərəcədə təkmilləşməyib



Tarixi məlumat

 

Bu, son on il ərzində inkişafa əsaslanan tədbirləri işləyib hazırlamaq üçün aparılmış işi əks etdirən, Ümümdünya İdarəetmə Göstəricilərinin altıncı buraxılışıdır, və bu təsisatların inkişafını izləyən mütəxəssislər üçün təsisatların keyfiyyətini izləməyə, potensial quruculuğuna dəstək verməyə, idarəetmənin təkmilləşdirilməsinə, korrupsiyaya diqqətin yönəldilməsinə imkan verir.



WGI aşağıda qeyd edilən yaxşı idarəetmənin altı komponentini ölçür:

 

1.       Səs və Hesabatlılıq – bu göstərici ilə ölkə vətəndaşlarının öz hökümətlərinin seçkisində iştirakının dərəcəsini, habelə söz azadlığını, yığıncaq azadlığını, və mətbuat azadlığını ölçür.



2.       Siyasi Stabillik və Zorakılığın olmaması– bu göstərici sakinlərin hökmətin qeyri-sabitliyə məruz qalması və qeyri-konstitusion, və ya terrorizmdə daxil olmaqla, digər zorakı vasitələrlə devrilə bilməsinə münasibətini ölçür.

3.       Hökümətin Effetkivliyi  – dövlət xidmətlərinin, dövlət qulluğunun keyfiyyətini və onun siyasi təyziqlərdən azadlığını ölçür, siyasətin formalaşdırılmasının və onun keyfiyyətini, və belə siyasətlərin icrasına hökümətin öhdəliyinin dürüstlüyünü ölçür.

4.       Tənzimləmə Keyfiyyəti – Özəl sektorun təşviqini və inkişafını mümkün edən hökümətin ciddi siyasət və tənzimləsinin işlənib hazırlama və icra etmə bacarığın ölçür.

5.       Qanun Aliliyi – agentlərin (qurumların) cəmiyyətin qaydalarına inamı və ona əməl olunmasının dərəcəsini ölçür, xüsusi ilə müqavilələrin icrasının təmin ediıməsi, polis və məhkəmələr, cinayətkarlıq və zorakılığın keyfiyyətini ölçür

6.      Korrupsiyaya Nəzarət – korrupsiyanın iri və kiçik həcmli formaları, habelə, dövlətin eliatlar və şəxsi maraqlar tərəfindən "zəbt olunması" da daxil olmaqla dövləti səlayihətlərin şəxsi maraqlar üçün istifadə olunmasının dərəcəsini ölçür.

Dünya Bankının aparıcı iqtisadçısı və Dünya Bankının İnkişafın Tədqiqi Qrupunun üzvü, hesabatın həm-müəllifi Aart Kray (Aart Kraay) deyir - "İdarəetmənin ölçülməsi böyük çətinlikə müşaiyət olunur. İdarəetmə çətindir və onun bir çox müxtəlif aspektləri var və ona görə də heç bir yeganə göstərici ilə bütün ölkənin idarəetmə sahəsindəki fəaliyyətini tam olaraq əhatə etmək mümkün deyil". "Ona görə də hal-hazırda idarəetməyə dair mövcud olan müxtrəlif məlumat mənbələrinə müarciət etmək lazımdır. Ümümdünya İdarəetmə Göstəriciləri dünya üzrə mütəxəssislərin təcrübəsi və baxışlarına əsaslanan bu məlumat sərvətinin yığılması və ümümiləşdirilməsinin vasitəsidir.

###

Hesabatın tam mətni, əsas nəticələrin xülasələri, və yeni göstəricilərə dair məlumat paketi aşağıda qeyd edilən internet ünvandan əldə oluna bilər: http://www.govindicators.org


və ya həmin məlumata korrupsiya və idarəetməyə dair aşağıda qeyd edilən ümumi sayt vasitəsi ilə çıxıs əldə oluna bilər: http://www.worldbank.org/wbi/governance
Dünya Bankının Azərbaycanda fəaliyyətinə dair əlavə məlumat üçün aşağıda qeyd edilən sayta müraciət edin:

www.worldbank.org.az
Yüklə 24,88 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə