Xəbər və fikir jurnalı №01 (41) 0. 01. 2011 səh səh səh


№01 (41)      10.01.2011      Fərqli düşüncə



Yüklə 1,25 Mb.
Pdf görüntüsü
səhifə2/9
tarix11.07.2018
ölçüsü1,25 Mb.
#55398
1   2   3   4   5   6   7   8   9

№01 (41)      10.01.2011      Fərqli düşüncə

3

Amerikalı jurnalist, “Neft və

təmtəraq” kitabının müəllifi Stiv

Levinin Azadlıq Radiosuna

müsahibəsi.

- Kitabınızda Heydər Əliyev haqqında

da danışılır. Onun haqqında xeyli xoş sö-

zlər işlətməyinizin səbəbi və kitabınızı ox-

umayanlara  onun  həmin  proseslərdə

rolunu  necə  qiymətləndirdiyiniz  haqda

məlumat verməyinizi istərdik...

Heydər 



Əliyev 

siyasət 


demokratiyaya  münasibətinə  görə  çox

tənqid edilir. O, hakimiyyətdə olmaq və

ölkənin yeganə lideri olmağa çalışıb. Mən

ona  konkret  nədə  yüksək  qiymət  ver-

mişəm? O zaman o, böyük riskə getdi.

Halbuki  həmin  dövrdə  nə  Qazaxıstan

prezidenti  Nazarbayev,  nə  də  Türk-

mənistan prezidenti Niyazov belə bir riskə

getməyə  hazır  deyildilər.  O  zaman  sui-

qəsd  təhlükələri  mövcud  idi.  Xatır-

layırsınızsa, 

həmin 

dövrdə


Şe var dnadzeyə  iki  sui-qəsd  cəhdi  ol-

muşdu. Bu həmin vaxtlar idi ki, Azərbay-

can  öz  ərazisinin  20  faizini  yenicə

itirmişdi.  Ölkənin  özü  üçün  də  təhlükə

vardı. Amma Heydər Əliyev qərar verdi

ki, riskə getsin və xarici neft şirkətləri ilə

saziş  bağlasın.  Və  Rusiyanın  Azərbay-

canın  neft  ixracı  üzərindəki  nəzarətinə

son  qoysun.  Bu  mənada  o,  Xəzərdəki

neft industriyasının atasıdır. Buna görə o,

xoş sözlərə layiqdir və həmin xoş sözlər

mənim kitabımda yer alıb. 

- Heydər Əliyevin oğlu İlham Əliyevin

də  xarici  neft  şirkətləri  ilə  danışıqlarda

rolunu qeyd etmisiniz. Necə düşünürsüz,

o, hakimiyyətin işlətdiyi ifadə ilə desək,

“atasının uzaqgörən neft siyasətinin lay-

iqli davamçısı” sayıla bilərmi?

- O zaman İlham Əliyev danışıqlarda

atasının  “gözü  və  qulaqları”  idi.  O,

danışıqlarda Azərbaycanın strategiyası və

taktikasını müəyyən edən adam deyildi.

“Əsrin  müqaviləsi”  və  “Bakı-Tbilisi-

Ceyhan”la bağlı danışıqların uğurla başa

çatması onun atasının uğuru idi. Amma

əgər atasının vəfatından sonrakı dövrdən

danışsaq, İlham Əliyevin hansı işi qeyd

edilməyə layiqdir? O, atasının vaxtında

bağlanan  sazişlərin  pozulmasına  səbəb

ola biləcək bir addım atmadı. Həmin saz-

işlər gəlir gətirdi. İlham Əliyev bir az da

qabağa  getdi  və  qaz  sazişləri  bağladı.

Amma  iki  Əliyevi  müqayisə  edəndə

görürük ki, İlham Əliyev atası kimi geniş

düşünən insan deyil və onun özünə inamı

atasında  olan  qədər  deyil.  Buna  görə

İlham  səhv  etməyə  və  ifrata  varmağa

meyillidir. Onun axır 2-3 ildə etdiyi bir çox

şeyləri atası heç zaman etməzdi. Bəlkə

də bu onunla bağlıdır ki, Heydər Əliyev

çox ağır və mürəkkəb dövrdən keçməli

olmuşdu. İlham Əliyev isə hər şeyi sanki

bir hədiyyə olaraq əldə etmişdi. 

-  Dediniz  ki,  Heydər  Əliyev  İlham

Əliyevin  etdiyi  bir  çox  şeyləri  etməzdi.

Konkret olaraq nəyi nəzərdə tutursuz?

- Məsələn, əgər siyasətdən danışsaq,

düşünürəm ki, Heydər Əliyev heç zaman

bloqçuları həbs etməzdi. İlhamın tənqidə

dözümü  atasından  daha  azdır.  Məncə,

İlham  Əliyev  həmin  sahələrdə  səhvlər

buraxıb.  Eyni  zamanda  düşünürəm  ki,

Azərbaycanın gələcəyi ilə bağlı məsələdə

Heydər Əliyev oğlundan daha uzaqgörən

idi. Məsələn, bu onilliyin sonunda Azər-

baycanda neft hasilatının pik dövrü başa

çatacaq və neft gəlirləri kəskin azalacaq.

Ona görə də indidən qeyri-neft sektoru

inkişaf etdirilməli, orta təbəqə formalaş-

malıdır ki, neft qurtaranda onlar yeni is-

tehsal sahələri yaratsınlar. Amma İlham

Əliyev  indiyəcən  bunu  etməyib.  Hesab

edirəm ki, bu onun atası kimi uzaqgörən

ola bilməməsinin nəticəsidir. 



Müsahibənin tam mətnini

AzadlıqRadiosu.az 

saytından oxuyun.

Kənan Kazımoğlu

Steve Levine: «Heydər Əliyev bu



səhvləri etməzdi»

AzadliqRadiosu.az

saytında həmçinin 

oxuyun

Nazarbayev səlahiyyətlərinin

uzadılması təklifini qəbul etmədi 

Bakılı «Qavroş»lar... 

«WikiLeaks» «Qazprom» 

məktublarını yaydı 

Özbəkistanda sürücülük 

məktəbləri bağlanır 

Qorxmaz Əsgərov: Evdə pələng,



çöldə... 


№01 (41)      10.01.2011      Fərqli düşüncə

4

Yeni il bahalaşma ilə gəldi

Azərbaycanda yeni ilin gəlişi ilə

qiymətlərin artması az qala

ənənəyə çevrilib. Yanacağın, tik-

inti materiallarının, ərzağın baha-

laşmasının ardınca bu dəfə ilk

sürprizlə üzləşənlər siqaret

aludəçiləri olub. Tütün məh-

sullarının qiyməti yanvarın 1-dən

bahalanıb. 

QİYMƏT ARTIMINA

SEVİNƏNLƏR DƏ VAR 

Tütün məhsullarında qiymət artımını

nəinki  alıcılar,  satıcılar  da  təsdiqləyir.

Satıcı Nazim deyir ki, siqaretin qiyməti il

girəndən 10 qəpik, bəziləri isə 20 qəpik

bahalanıb: 

-  «West»,  «Davidoff»,  «Kent  8»,

«Kent 4». Sadə «West»in qiyməti əvvəl

70 qəpik olub, indi 80 qəpikdir. «Kent

8»i  əvvəl  1  manat  20  qəpiyə,  indi  1

manat 30 qəpiyə satırıq. 

Cəfər  Cabbarlı  küçəsində  yerləşən

dükanlardan birində satıcı işləyən Vüsal

deyir 


ki, 

siqaretin 

bahalanması

müştərilərin  sayına  da  təsir  göstərib.

Ancaq o, bundan «məmnundur»: 

- Bu gün şahidi oldum - iki nəfər al-

madı.  Dedilər  ki,  belə  getsə  siqareti

tərgidəcəyik. 



ƏRZAĞIN DA QİYMƏTİ QALXIR

Bayramqabağı  ərzaq  məhsullarının

qiymətinin artması bayramdan sonra da

müşahidə 

olunmaqdadır. 

İqtisadi


Tədqiqatlar  Mərkəzinin  rəhbəri  Qubad

İbadoğlunun  fikrincə,  bahalanmada

bazar  amili,  iqtisadi  faktor  axtarmağa

dəyməz: 


- Bu, Azərbaycanda monopol şirkətin

istehsal etdiyi məhsuldur, özlərinin yeni

qiymət siyasətinin nəticəsidir.

QİYMƏT ARTIMI 2011-Cİ İLDƏ

DƏ DAVAM EDƏCƏK 

Milli  Məclisin  İqtisadi  Siyasət

Komitəsinin  üzvü  Vahid  Əhmədov

bazarlarda qiymət artımına inhisarçılığın

təsirini istisna etmir: 

-  Qiymət  artımı  yalnız  ilin  axırı,

əvvəlində  deyil,  ilboyu  davam  edib.

2010-cu  ildə  rəsmi  inflyasiya  6  faizə

yaxıb olub, qeyri-rəsmi inflyasiya isə 10

faizdən  çox  olub.  Qiymət  artımı  da

bununla  əlaqədar  baş  verib.  Qiymət

artımının bir neçə səbəbi var - həm dax-

ili, həm xarici. İndi bir neçə gündür yeni

il başlayıb, mən deyərdim bu, spekulya-

tiv  addımlardır,  insanlar  istifadə  edir.

Amma ümumi götürəndə Azərbaycanın

özündə  də  çoxlu  problemlər  yaşanıb,

təbii fəlakət, meyvə ilə bağlı, dərmanla,

gübrəylə bağlı çox ciddi problemlər olub.

Hesab edirəm ki, qiymət artımı 2011-ci

ildə də müəyyən proseslərin nəticəsində

baş verəcək. Bunun qarşısını almaq çox

çətindir. 

«Turan»  İnformasiya  Agentliyinin

apardığı monitorinqə görə, son bir ayda

ərzaq məhsullarının qiymətində dəyişik-

lik olmasa da, dekabrın son günlərində

qiymətlər 30-40 faiz, bəzi məhsullar isə

50 faiz bahalanıb. Yeni ilin ilk günlərində

qiymətlər  sabitləşsə  də,  meyvə-

tərəvəzin  qiymətindəki  15-20  faizlik

artım qalmaqdadır. 



Sevinc Hüseynzadə

Benzinin qiyməti artacaqmı? 

«Panorama» verilişində bu məsələ

ətrafında İqtisadi İnkişaf Nazirliyi

mətbuat xidmətinin rəhbəri Abbas

Əliyev və «Turan» İnformasiya

Agentliyinin direktoru Mehman

Əliyevin fikirləri ilə tanış ola

bilərsiniz. Bu müsahibələr ayrı-

ayrılıqda götürülüb və onların qısa

məzmununu sizə çatdırırıq.

«TARİF ŞURASI BENZİNİN

QİYMƏTİNİ QALDIRMAĞI 

MÜZAKİRƏ ETMİR...»

Abbas Əliyev:

- Tarif Şurasında, ümumiyyətlə, ben-

zinin  qiymətini  qaldırmaq  müzakirə

edilmir. Yanvarın 7-də paytaxtın bəzi ben-

zindoldurma  məntəqələrində  yaranan

ajiotajın  söykəndiyi  şayiələrin  heç  bir

əsası yoxdur.

-  Abbas  müəllim,  Azərbaycan  Dövlət

Neft Şirkətindən Tarif Şurasına benzinin

qiymətini qaldırmaqla bağlı hər hansı tək-

lif gəlibmi?

- Xeyr. Tarif Şurasına benzinin qiymə-

tini  qaldırmaqla  bağlı  hər  hansı  təklif

gəlməyib...

- Abbas müəllim, ola bilərmi ki, bu il

ərzində Tarif Şurası bu məsələyə baxsın?

-  Bir  daha  deyə  bilərəm  ki,  Tarif

Şurasının gündəliyində benzinin qiymətini

qaldırmaq məsələsi yoxdur. Yayılan şay-

iələrin də heç bir əsası yoxdur...

«GÖRÜNÜR, BU DƏFƏ BUNA

EHTİYAC GÖRMƏDİLƏR...»

Mehman Əliyev:

- Mən bu şayiələrə təbii yanaşıram. Bu

şayiələr  Tarif  Şurasının,  bütünlükdə

hökumətin apardığı siyasətdən gəlir. Mən

2007-ci ilə qayıtmaq istəyirəm. Onda da

yanvarın 7-də Tarif Şurası əhalini xəbər-

dar etmədən yanacağın qiymətini qaldır-

mışdı.  Hətta  onda  prezident  İsveçrədə

idi.  Şayiə  yayıldı  ki,  orada  prezident

müsahibə  verib  ki,  mən  qayıdandan

sonra  benzinin  qiymətini  yenidən

endirəcəm.  Ancaq  bu  olmadı.  Əslində,

hökumətin  siyasəti  aydındır.  Onlar

əhalinin hesabına büdcəni doldurmaq və

sonra da həmin vəsaitləri mənimsəmək

istəyirlər. Görünür, bu dəfə buna ehtiyac

görmədilər...



Babək Bəkir

Tütün məhsullarının qiyməti yanvarın

1-dən bahalanıb

Qubad İbadoğlu

Mehman Əliyev



Yüklə 1,25 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə