Xəbər və fikir jurnalı №01 (41) 0. 01. 2011 səh səh səh


№01 (41)      10.01.2011      Fərqli düşüncə



Yüklə 1,25 Mb.
Pdf görüntüsü
səhifə3/9
tarix11.07.2018
ölçüsü1,25 Mb.
#55398
1   2   3   4   5   6   7   8   9

№01 (41)      10.01.2011      Fərqli düşüncə

5

“Əli və Nino”ya mane olan

vergi müfəttişi işdən qovuldu 

“Bizə vergi müfəttişi gəlib dedi ki,

sizin dükanı 1 həftəlik bağlaya-

cağıq. Yəni bizdən rüşvət istədilər.

Mən dedim ki, bu, qanunsuz

hərəkətdir və dükan yalnız

məhkəmə qərarı ilə bağlana bilər.

Ancaq müfəttiş 2 gün qapıda

dayanıb müştəriləri içəri bu-

raxmırdı ki, bura bağlıdır”.

Bunu  danışan  “Əli  və  Nino”  kitab

mağazalarının  sahibi  Nigar  Köçərli

Vergilər Nazirliyi yanında Vergi Auditi De-

partamentinin əməkdaşı Ramil Nəsirlinin

qanunsuz həkərlərilə üzləşdiyini və bun-

dan  nazirliyə  və  prezident.az  saytına

şikayət ünvanladıqlarını deyir:

“Akt yazdıq, akta həm işçilərimiz, həm

də  müştərilərimiz  imza  atdı.  Biz

videoçəkiliş apardıq həmin hərəkətlə və

onu da əlavə edib nazirliyə göndərdik”.

Hadisə dekabrın 24-25-i baş verib və bu

hadisədən 2 həftə sonra nazirliyin yan-

varın 6-da yaydığı məlumatda bildirib ki,

“Əli və Nino”da qanunsuz hərəkətlərə yol

verən müfəttiş işdən azad edilib. 

Vergilər  Nazirliyinin  rəsmi  internet

səhifəsində yerləşdirilən məlumata görə,

“Vergilər  Nazirliyi  yanında  Vergi  Auditi

Departamentinin əməkdaşı Ramil Nəsir-

linin "Əli və Nino" kitab mağazalarında

yoxlama  apararkən  pərakəndə  ticarət

obyektinin qanuni fəaliyyətinə müdaxilə

etdiyi,  obyektin  normal  sahibkarlıq

fəaliyyətini 

pozmaqla 

vəzifə


səlahiyyətlərini aşdığı, bununla da vergi

orqanının  adına  və  nüfuzuna  xələl

gətirən hərəkətlərə yol verdiyi təsdiqini

tapıb... Bu hərəkətlərin "Vergi işçisinin

etik davranış kodeksi" ilə bir araya sığ-

madığı  nəzərə  alınaraq,  vergilər  naziri

Fazil Məmmədovun əmri ilə R.Nəsirlinin

vergi orqanlarında xidmətinə xitam ver-

ilmişdir" - deyə məlumatda qeyd olunur.

N.  Köçərli  Vergilər  Nazirliyinin  bu

qərarını alqışla qarşılayıb: “Çox sahibkar-

lar inanmır ki, bu cür qanunsuz hərəkətin

qarşısını  almaq  olar.  Məncə,  çox  xoşa

gələn  hadisədir  ki,  günahkar  adamlar

cəzalandırıldı. Təşəkkür edirəm Vergilər

Nazirliyinə və görünür ki, həqiqətən yaxşı

dəyişikliklər baş verir. Bir sahibkar kimi

sevinirəm ki, belə bir cavab gəldi”. 



Sevinc Hüseynzadə

Ötən il Bakıda 200 min avroluq 20 avtomobil satılıb

Onlar ötən il cəmi 20 maşın sat-

salar da, nəticədən xeyli razıdır-

lar. Çünki fərdi qaydada, yəni

müştərinin sifarişindən sonra

hazırlanan bu avtomobillərə pulu

çatan adamları barmaqla saymaq

olar. «Bentley Baku» mərkəzinin

satış meneceri Həmid Hacıyev

deyir ki, bir il əvvəl salonu

açanda il ərzində ancaq 17 maşın

satmağa ümid edirdilər. 

Bu salonda satılan ən ucuz avtomo-

bilin qiyməti 200 min avrodur. Ən ba-

halısının qiymətini soruşmağın mənası

yox  idi.  Müştəri  salona  gəlib  maşını

necə görmək istədiyini izah edir, bun-

dan sonra da İngiltərədəki zavodda qol-

larını  çırmayıb  başlayırlar  həmin

avtomobili  hazırlamağa.  Bir  qayda

olaraq  buna  4-6  ay  vaxt  sərf  edirlər.

Amma  Həmid  Hacıyev  deyir  ki,  bəzi

qeyri-adi  sifarişlərə  bundan  da  artıq

vaxt sərf edilir.

Bizim  belə  qeyri-adi  sifarişlər

haqqında  əlavə  məlumat  almaq

cəhdlərimiz  nəticəsiz  qaldı.  Varlı

müştərilərin  şıltaqlığını  ancaq  təxmin

etmək  olar.  Ostap  Benderin  məşhur

«Avtomobil  dəbdəbə  deyil,  nəqliyyat

vasitəsidir»  kəlamı  yadımıza  düşdü.

Yaxşı, bəs infrastruktur? Fərz edək ki,

«Bentley» sahibinin ürəyinə düşdü ki,

Bakıdan  vurub,  Horadizdən  çıxsın.

Yaxud da, bir ilxı at gücünə malik olan

bu  maşınlar  Azərbaycan  benzinindən

dadanda «iştahaları» qaçmır ki… 

Həmid Hacıyev şübhələrimizi dağıt-

mağa çalışır: «Mərkəzdə satdığımız av-

tomobillər həm Azərbaycan yollarına,

həm  də  yanacağına  tam  uyğundur.

«Bentley Baku» avtomobillərə texniki

xidmət də göstərilir» - deyir. Və əlavə

edir  ki,  indiyə  qədər  müştərilərindən

heç bir ciddi şikayət eşitməyiblər.

Xatırladaq  ki,  keçən  il  «Bentley

Baku»  Şərqi  Avropanın  aparıcı  diller-

lərindən birinə çevrilib. Başqa sözlə, bu

maşına  pulu  çatan  adamların  sayına

görə Bakı Şərqi Avropada birinci yerdə

durur. «Bentley» şirkəti İngiltərədə 18

yanvar 1919-cu ildə Uolter Ouen Bentli

(Walter Owen Bentley) tərəfindən qu-

rulub. 

Cavanşir Ağamalıyev, 

Turxan Kərimov

Nigar Köçərli



Qış imtahanları üçün «Qaynar xətt» 

Təhsil Nazirliyi bu günlər başlayan

qış imtahan sessiyası zamanı

yarana biləcək şikayətlər üçün

“Qaynar xətt” açıb. Təhsil Nazir-

liyinin yaratdığı “Qaynar xətt” tele-

fonu belədir: (012) 496 38 50 və

496 34 82. Bundan əlavə, imta-

handa baş verən qanunsuzluqlarla

bağlı qaynar-xett@edu.gov.az

elektron ünvanına da məlumat ver-

mək mümkündür.

Təhsil Nazirliyi son bir neçə ildə imtahan-

larda belə “Qaynar xətt”lər yaratsa da,

mütəxəssislər bunun prosesə ciddi təsiri

olmadığını deyirlər. Çünki Nazirlik anonim

şikayətləri araşdırmır. Azərbaycanda isə

qanunsuzluqdan şikayəti çox nadir hal-

larda kimsə öz adı ilə verir. 




Yüklə 1,25 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə