Xəbər və fikir jurnalı №01 (41) 0. 01. 2011 səh səh səh


№01 (41)      10.01.2011      Fərqli düşüncə



Yüklə 1,25 Mb.
Pdf görüntüsü
səhifə4/9
tarix11.07.2018
ölçüsü1,25 Mb.
#55398
1   2   3   4   5   6   7   8   9

№01 (41)      10.01.2011      Fərqli düşüncə

6

2010-cu il jurnalistlər üçün 

necə keçdi? 

57 jurnalist öldürülüb. 51 jurnalist

oğurlanıb. 533 jurnalist həbs

edilib. 1374 jurnalistə hədə-qorxu

gəlinib və ya psixi təzyiqə məruz

qalıb. 504 media orqanı senzuraya

məruz qalıb. 127 jurnalist

ölkəsindən qaçıb. 

ƏN TƏHLÜKƏLİ QİTƏ ASİYADIR

«Sərhədsiz Reportyorlar» Təşkilatının

2010-cu il Mətbuat Azadlığı hesabatında

belə deyilir. Ancaq təsəvvür edin ki, ötən

illə müqayisədə bu, çox yaxşıdır. Məsələn,

öldürülən jurnalistlərin sayı 25 faiz azalıb.

Öncəki il 76 jurnalist öldürülmüşdü. Üstə-

lik, müharibə zonalarında öldürülən jur-

nalistlərin  də  sayı  azalıb.  Jurnalistlərin

həyatı  üçün  ən  təhlükəli  qitə  Asiyadır.

Ötən il burda 20, Amerikada 12, Afrikada

10 jurnalist öldürülüb. 

2010-cu  il  jurnalistlər  üçün  başqa

baxımdan  pis  tərəfdən  yadda  qalıb.

Oğurlanan jurnalistlərin sayı durmadan

artmaqda davam edib. Artıq jurnalistlərin

yazdıqlarına  görə  oğurlanması  halına

daha tez-tez baş vurulur, oğurlayanların

tutulması və cəzalandırılması faktları isə

azdır.  Qısası,  artıq  jurnalistlərin  xüsusi

neytrallıq, toxunulmazlıq statusuna hör-

mət edənlərin sayı azalıb. 



ELƏ BİR YER YOXDUR Kİ, ORDA

JURNALİSTİ OĞURLAMASINLAR

2010-cu  ildə  dünyanın  elə  qitəsi  ol-

mayıb ki, jurnalist oğurlamasınlar. Asiya

bu  baxımdan  da  öndə  gedir,  jurnalist

oğurluğu hallarının 22-si Asiyanın, 10-u

Amerikanın, 8-i Afrikanın payına düşür.

Amerika,  xüsusən  də  Meksika  və  Latın

Amerikası ölkələrinin hesabına, ötən il ju-

rnalistlərə  hücumların  sayına  görə

Afrikanı qabaqlayıb. «Sərhədsiz Reporty-

orlar»ın rəqəmlərinə əsasən, 2010-cu ildə

jurnalistləri  öldürmək,  həbs

etmək, fiziki təzyiqə məruz qoy-

maq  və  senzura  etməkdənsə,

oğurlamağa daha çox üstünlük

veriblər desək, yanılmarıq. 

2010-cu il həmçinin internet

yazarlar və bloggerlər üçün də

təhlükəli olub. Məsələn, ötən il

152 blogger və internet yazarı

həbs olunub, 52-si döyülüb. 62

ölkədə internetə senzura qoyu-

lub.

MİSİRLİ JURNALİSTİ

KİM ÖLDÜRDÜ?

«Sərhədsiz 

Reportyorlar»

Təşkilatı deyir ki, onlar hələ də misirli in-

ternet yazarı - Khaled Mohammed Saidin

ölümünü araşdırmağa davam edir. 2010-

cu ilin iyun ayında internet kafedən iki

polis zabitinin apardığı gəncin sonradan

küçədə  meyitini  tapmışdılar.  Misirdə

çoxları  inanır  ki,  onu  polisin  narkotik

alverinə qarışmasıyla bağlı videonu inter-

netə  yerləşdirməsinə  görə  öldürüblər.

Polis onun aşırı narkotik qəbul etdiyi üçün

zəhərlənib  öldüyünü  bildirsə  də,  inter-

netdə yayılan cəsədinin fotoları bu iddianı

şübhə altına alır. Ümumiyyətlə, 2010-cu

ildə bloggerlərin həbsi və internetə sen-

zura qoyan ölkələrin sayı da bir il əvvələ

görə artıb. 

ÇIXIŞ YOLU - ÖLKƏDƏN 

QAÇMAQ

Bəzi ölkələrdə təzyiqlər o qədər artıb

ki, jurnalistlər çıxış yolunu ölkədən qaç-

maqda görürlər. 2010-cu ildə 23 ölkədən

127 jurnalist xaricə üz tutub. Ən çox jur-

nalist qovan ölkələrin siyahısında İran lid-

erlik edir. Ötən il 30 jurnalist İrandan, 15

jurnalist Somali və Eritreya regionundan,

18 jurnalist də Kubadan qaçıb. 

İlkin Məmmədov

«Jurnalistlərin

dostu» mükafatı

təqdim edildi 

«Çalışacağam ki, Azərbaycanda

azad, müstəqil mətbuatın inkişafı

üçün fəaliyyətimi davam etdirəm

və demokratik islahatların aparıl-

masında hər zaman fəal olam».

Bunu prezident İlham Əliyev «Jur-

nalistlərin dostu» mükafatının

təqdim olunması mərasimində

deyib. Onun dediyinə görə, ölkədə

söz və mətbuat azadlığı təmin

olun muşdur. Dekabrın 29-da

«Gülüstan» sarayında prezident

İlham Əliyevə «Jurnalistlərin

dostu» mükafatının təqdim olun-

ması mərasimi keçirilib. 

İlham  Əliyev  tədbirdə  vurğulayıb  ki,

Azərbaycanda  müstəqil,  azad  mətbuat

müstəqilliyin ilk illərində yaransa da, onun

sistemli  inkişafı  Heydər  Əliyevin  ikinci

dəfə  hakimiyyətə  gəlməsindən  sonra

mümkün olub. 

81 FAİZ JURNALİST PREZİDENTİ

ÖZÜNƏ DOST SEÇİB

Mətbuat  Şurasının  sədri  Əflatun

Amaşov deyib ki, «RUH» Azərbaycan Ju-

rnalistləri Müdafiə Komitəsi 2010-cu ildə

«Jurnalistlərin dostu» mükafatının qalibini

müəyyənləşdirmək  üçün  sorğu  keçirib.

Sorğuda 30 gündəlik, 19 həftəlik qəzet, 2

jurnal, 11 informasiya agentliyi, 13 jurnal-

ist təşkilatı, 8 xəbər portalı, 7 televiziya

və 3 radio kanalı, ümumilikdə 93 KİV işti-

rak edib. İştirakçıların 81 faizi Azərbaycan

prezidenti  İlham  Əliyevi  «Jurnalistlərin

dostu»  mükafatına  ən  layiqli  namizəd

hesab edib.

Azərbaycan  ictimaiyyətində  prezident

İlham Əliyevin jurnalistlərin dostu elan ol-

unması birmənalı qarşılanmır. Prezident

bu  mükafata  layiq  görüləndən  sonra

Müsavat Partiyasının başqanı İsa Qəmbər

bir müddət əvvəl aldığı bu mükafatdan

imtina edib. 

Jurnalistlərin həyatı üçün ən təhlükəli qitə

Asiyadır

İraqda oğurlanıb öldürülən jurnalist

Sardasht Osmanın xatirəsi yad edilir 



Yüklə 1,25 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə