Xəbər və fikir jurnalı №01 (41) 0. 01. 2011 səh səh səh


№01 (41)      10.01.2011      Fərqli düşüncə



Yüklə 1,25 Mb.
Pdf görüntüsü
səhifə6/9
tarix11.07.2018
ölçüsü1,25 Mb.
#55398
1   2   3   4   5   6   7   8   9

№01 (41)      10.01.2011      Fərqli düşüncə

8

Rəsmi mətbuatın ABŞ-ı hədəfə

almasının səbəbi nədir? 

ABŞ-a CAVAB

«Prezident  İlham  Əliyevin  «Jurnal-

istlərin  dostu»  mükafatına  layiq

görülməsi Azərbaycanın söz və mətbuat

azadlığı sahəsində vəziyyətin ABŞ Dövlət

Departamenti və bəzi beynəlxalq təşkilat-

lar tərəfindən əsassız, ikili standartlara

söykənən tənqidinə ən tutarlı cavabdır».

«Azərbaycan prezidenti jurnalistlərin dos-

tudur və ya «müstəqil» beynəlxalq QHT-

lərin «obyektivliyi» barədə bir neçə söz»

başlıqlı məqaləsində AzərTAc-ın baş di-

rektoru Aslan Aslanov belə yazır.  

A.Aslanov məqalədə Amerika Birləşmiş

Ştatları  və  beynəlxalq  hüquq  müdafiə

təşkilatlarını  qərəzdə  və  sifarişlə

işləməkdə ittiham edir. ABŞ-ın Azərbay-

candakı səfirliyinin əməkdaşı Keath Bean

məqalədəki  fikirləri  şərh  etməyib.  O,

AzadlıqRadiosuna deyib: «Bu, müəllifin

şəxsi fikridir. Ona şərh vermirik».

Bir həftə qabaqsa rəsmi «Azərbaycan»

qəzetində  «ABŞ:  «azadlığı»  yoldan

çıxaranlar» adlı məqalə dərc olunmuşdu.

Müəllif iddia edirdi ki, ABŞ başqa ölkələrə

münasibətdə  «riyakar  və  əxlaqa  zidd»

davranır.  Üstəlik,  «Amnesty  İnterna-

tional»,  «Freedom  House»,  «Human

Rights Watch» və «Transparency İnter-

national» 

təşkilatları 

«demokratik

dəyənək»,  xeyriyyəçi  Corc  Soros  isə

«narıncı inqilablar həvəskarı», «kuklaoy-

nadan»dır. 

Məqalədən  bir  sitat: «Özü  qüsurlar

içində boğulan ABŞ-ın başqalarına «necə

yaşamağı və demokratik cəmiyyəti necə

qurmaq  lazım  olduğunu»  öyrətməyə

mənəvi haqqı varmı?».

BƏXTİYAR SADIQOV

«AZƏRBAYCANIN FOR-POST 

OLMASINI İSTƏMİRƏM»

Diqqət çəkən odur ki, qısa zamanda –

bir həftə içində, özü də rəsmi kütləvi in-

formasiya  vasitələrində  anti-Amerika

ovqatlı iki sərt məqalə dərc olunub. Bir-

ləşmiş Ştatların və beynəlxalq qurumların

hədəfə alınmasında məqsəd nədir? 

«Azərbaycan» qəzetindəki məqalənin

müəllifi olduğunu deyən Bəxtiyar Sadıqov

deyir ki, bu məqalənin arxasında başqa

niyyət axtarmaq lazım deyil:

«Bunun arx-

asında vətənpərvərlik durur. Mən vətən-

imi  sevirəm.  Müstəqilliyimi  sevirəm.

Azərbaycana  kəm  baxanları,  ikili  stan-

dartlarla yanaşanları qəbul edə bilmirəm.

Azərbaycanın 

for-post 

olmasını

istəmirəm.  Mən  istəyirəm  Azərbaycan

bax belə müstəqil siyasət yürütsün. Azər-

baycan  inkişaf  etsin.  Yaxşı  işinə  yaxşı

deyilsin.  Şüurlu  şəkildə  problemə

çevrilmiş işinə dünya obyektiv yanaşsın,

ədalətlə yanaşsın. Buna görə yazmışam

da. Aslan müləlim niyə yazıb, o sualı ona

verin».

«NƏHAYƏT Kİ, NƏ

DÜŞÜNDÜYÜMÜ YAZDIM, ÇOX

ŞADAM»

Bəxtiyar Sadıqov məqalənin sərt tonda

yazılması haqda deyilənləri qəbul etmir:

«Məqalədəki  faktlar  kəskindir.  Günah

güzgüdə yox, ləkədədir. Bir də nəzərə alın

ki, mən qaçqın rayonunun, beşdə dördü

işğal altda olan rayonun millət vəkiliyəm.

Mən,  nəhayət  ki,  ürəyimdə  olanı,  nə

düşündüyümü, ədalətsiz saydığımı dilimə

gətirib yazdım. Çox şadam».

Bununla belə, Bəxtiyar Sadıqov ABŞ-

Azərbaycan əməkdaşlığının əleyhinə ol-

madğını  da  deyir.  Son  iki  məqalə

«Fasebook» sosial şəbəkəsində də müza-

kirə  edilir. 

Bloqçu  Araz  Önər  yazır:

«Amerikanı  terrorçuluqda  və  insan

ölümündə  günahlandıran  Azərbaycan

İraqda  ABŞ-ın  müttəfiqi  olub,  Əfqanıs-

tanda isə hələ də müttəfiqidir».

HİKMƏT HACIZADƏ: «SİZ ELƏ

YAZIRSIZ, BİZ DƏ BELƏ»

Politoloq Hikmət Hacızadəyə görə, son

iki  məqalə  Azərbaycana  yönəlmiş  tən-

qidlərə cavabdır: 

«Biz axı görürük Qərb

mətbuatında 

Azərbaycana 

qarşı


məqalələr çıxır, sonra «WikiLeaks»la bağlı

böyük skandal və sairə. Bütün bunlara

qarşı bu da onların cavabıdır. Yəni siz elə

yazırsız, biz də belə. Bax belə».

Bu  günlərdə  dövlət  başçısı  İlham

Əliyev «Jurnalistlərin dostu» mükafatını

alanda  demişdi  ki,  bu  il  Azərbaycana

daha çox təzyiq gözlənir, ancaq təzyiq nə

qədər  çox  olsa  da,  onlar  daha  inadkar

olacaqlar. Hikmət Hacızadə deyir ki, təzy-

iqlərin miqyasından xəbəri yoxdur. Amma

Qərb  mətbuatında  tənqidi  məqalələr

yazılacaq:

«Təzyiq  nə  ola  bilər?  Belə  tənqidi

məqalələr olacaq. Amma ondan artıq nə

ola  bilər  axı?  Hələ  ki,  sanksiya  görün-

mür».

«EMOSSİONAL VƏ GÜLMƏLİ 

CAVABDIR»

«Turan»  İnformasiya  Agentliyinin

eksperti Zəfər Quliyev isə deyir ki, Azər-

baycanın  rəsmi  mətbuatında  anti-

Amerika  ovqatının  güclənmə  səbəbini

demək çətindir. Ən azından ona görə ki,

son aylarda iki ölkə arasında münasibət

yaxşılaşmışdı: 

«Bu  cür  məqalələrin  ortaya  çıxması

narahatlıq göstəricisi ola bilər. Son vaxtlar

Azərbaycan hakimiyyəti narahatdır. «Wik-

iLeaks»ın açıqlamaları, beynəlxalq təşki-

latların  hesabatlarında  tənqidi  fikirlərin

güclənməsi hakimiyyəti narahat edir».

Zəfər Quliyevə görə, hakimiyyətin cav-

abı  emossional  və  gülməlidir.  Ekspert

deyir ki, bu cür kəskin münasibət Azər-

baycanın  maraqlarına  uyğun  deyil.

Nəzərə  alsaq  ki,  Azərbaycanın  bir  çox

problemləri, ilk növbədə Dağlıq Qarabağ

probleminin həlli həm də Birləşmiş Ştat-

larla  münasibətlərin  yaxşı  olmasından

asılıdır. 

Şahnaz Bəylərqızı

Bəxtiyar Sadıqov

Hikmət Hacızadə

Zəfər Quliyev



Yüklə 1,25 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə