Xəbər və fikir jurnalı №01 (41) 0. 01. 2011 səh səh səh



Yüklə 1,25 Mb.
Pdf görüntüsü
səhifə7/9
tarix11.07.2018
ölçüsü1,25 Mb.
#55398
1   2   3   4   5   6   7   8   9

№01 (41)      10.01.2011      Fərqli düşüncə

9

Politoloqların 2011-ci ildən gözləntiləri... 

«Panorama» verilişində politolo-

qlar Zərdüşt Əlizadə və Eldar Na-

mazov Azərbaycanda 2011-ci illə

bağlı gözləntilərini dilə gətirirlər.

Zərdüşt Əlizadə:



«İÇKİYƏ ALUDƏ OLAN İNSAN

ARAQDAN ƏL ÇƏKƏ BİLMƏDİYİ

KİMİ, HAKİMİYYƏT DƏ 

RÜŞVƏTDƏN ƏL ÇƏKƏSİ

DEYİL...» 

-  Mən  2011-ci  ildə  Azərbaycanda

əvvəlki  illərdən  fərqli  heç  nə  göz -

ləmirəm.  Düşünmürəm  ki,  Azərbay-

canın köklü problemləri bu il öz həllini

tapacaq. Bircə bundan əminəm ki, bu il

də neft daşınacaq, satılacaq və ölkəyə

böyük  pullar  gələcək.  Azərbaycanın

maliyyə imkanları artacaq. Ancaq, necə

deyərlər, içkiyə aludə olan insan araq-

dan əl çəkə bilmədiyi kimi, hakimiyyət

də rüşvətdən əl çəkəsi deyil. Bu il də

böyük infrastruktur layihələrində ölkəyə

gələn  böyük  neft  pulları  tarı-mar

ediləcək...

Eldar Namazov:



ŞAHIN İRANI...

-  Mən  təkrarçılığa  yol  vermək

istəmirəm.  Sadəcə,  «niyə  görə  hər  il

vəziyyət dəyişmir» sualına cavab ver-

məyə  çalışacam.  Bu  ona  görədir  ki,

ölkədə  bir  sistem  qurulub.  Bu  sistem

korrupsiyanın,  insan  hüquqlarının

pozulmasının üstündə bərqərar olunub.

Bu sistem ölkəni başqa cür idarə edə

bilməz. Nə qədər ki, ölkədə sistem dəy-

işməyib,  vəziyyət  də  dəyişməyəcək.

Azərbaycanda demokratiya bərqərar ol-

mayınca, biz yeniliklərin şahidi olmaya-

cağıq.  Əslində,  ölkədə  getdikcə

narazılıqlar artmaqdadır. Sadəcə, Azər-

baycanda  dünyəvi  müxalifət  məhv

edildiyindən meydan boş qalıb və səh-

nəni  başqa  qüvvələr  tutası  olacaq.

Rusiyada  da  belədir.  Orada  səhnəni

getdikcə  millətçi,  şovinist,  neofaşist

qüvvələr  tutmaqdadır.  Azərbaycanda

isə oxşar proseslərdə önə çıxan qüvvə

siyasi İslamdır . Ona görə biz 2011-ci

ilin sakit keçəcəyini düşünməməliyik. 

2011-ci  ilə  kifayət  qədər  gərgin  və

təhlükəli  siyasi  proseslərin  cərəyan

edəcəyi  bir  il  kimi  baxmalıyıq.  Bu

siyasət  davam  etsə,  Azərbaycanın

taleyini Şahın dövründəki İranın taleyi

gözləyə bilər... 

Zərdüşt Əlizadə:

«RUSİYANIN İSTƏYİ İLƏ

ÇİRKİN OYUN OYNAYIRLAR» 

- Mən Eldar bəylə razıyam. Ancaq bir

şey əlavə etmək istəyirəm. Mən şəxsən

ictimai  sahədə  heç  nə  gözləmirəm.

Nəsə baş versə, bu da xarici qüvvələrin

təhriki  ilə  Qarabağ  münaqişəsi

ətrafında  baş  verə  bilər.  Tərəfləri  ya

müharibəyə,  ya  da  sülhə  sürükləyə

bilərlər.  Yadınızda  saxlayın  ki,  zəif  və

uzaqgörən  olmayan  ölkələri  onların

iradəsindən kənar hansısa icbari sülh

variantlarına sürükləyə bilərlər. Bunun

üçün Deyton variantı var, Kosovo vari-

antı  var.  Bunu  Azərbaycan  və  Er-

mənistan rəhbərliyi dərk etmir və ona

görə  dirəniblər.  Rusiyanın  istəyi  ilə

çirkin oyun oynayırlar. 

Eldar Namazov:



«DANIŞIQLAR DALANA

DİRƏNİB...» 

-  Əslində  rəsmi  danışıqlar  dalana

dirənib.  Ona  görə  ki,  iki  əsas  prinsip

hələ də razılaşdırılmayıb. Bu, Azərbay-

canın  ərazi  bütövlüyü  və  öz  müqəd-

dəratını  təyin  etmədir.  Bu  prinsiplər

bir-birinə  tamamilə  zidd  prinsiplərdir.

Bunu da bir-biri ilə uzlaşdırmaq qeyri-

mümkündür...

Babək Bəkir

2 milyonluq Atatürk monumenti və

5 milyonluq Koroğlu heykəli

İzmirdə Atatürk monu-

mentinin bu fotosunu

AzadliqRadiosu.az saytinin

“Simsiz teleqraf”

bölümünə dinləyici mahir

məmmədli yükləyib. Onun

fotoya yazdığı şərhi də

eynilə təqdim edirik. 

2.1 milyon dollara başa gələn

bu heykəl 42 metr uzunluğun-

dadir.  İndi  deyin,  5  milyona

başa  gələcək  Koroğlu  heykəli

neçə metr olmalidir? Yükləyib:

Mahir Məmmədli.



№01 (41)      10.01.2011      Fərqli düşüncə

10

Hadı Rəcəbli: «İşsiz 500 manatlıq kostyum



geyir, mən 250 manatlıq» 

Sumqayıtda yataqxanada yaşayan

Elsevər Məmmədov altı ildir iş ax-

tarır. Sumqayıt şəhərindəki əmək

və məşğulluq idarəsində işsiz kimi

qeydiyyata düşsə də, iş tapa bilmir.

Bir dəfə öz peşəsinə uyğun elektrik

kimi işə götürülsə də, sonradan

maaşını ala bilməyib. Elsevər Məm-

mədovun sözlərinə görə, yaranmış

vəziyyətlə bağlı əmək və məşğul-

luq idarəsinə müraciəti də müsbət

bir nəticə verməyib: “İş tapmaq bir

yana, aztəminatlı ailə kimi mənə

2010-cu ilin sentyabrında təyin

edilən 120 manat ünvanlı sosial

yardımı da heç cür ala bilmirəm.

Deyirlər kart hələ dekabrın

axırında olacaq. Belə şey olarmı?!

Ay insanlar, axı mən yaşamaq

istəyirəm, axı mən insanam!”.

İŞSİZ 500 MANATLIQ KOSTYUM

GEYİR, MƏN 250 MANATLIQ

Milli Məclisin Sosial Siyasət Komitəsinin

sədri Hadı Rəcəbli isə deyir ki, Azərbay-

canda  indi  iş  tapmaqla  bağlı  problem

yoxdur. Sadəcə, insanlar hər işi bəyən-

mirlər:


“Adamdan  soruşarlar  ki,  niyə

işləmirsən? Məgər iş yoxdur? Əgər hər

işə  nazla  yanaşmasalar,  iş  həmişə  tap-

maq mümkündür. Diplomu var, hüququ

qurtarıb, gəlib bizə deyir ki, iş istəyirəm.

Soruşan lazımdır ki, indi testlə işə girmək

olur da, niyə getmirsən? Bu gün israfçılıq

baş  alıb  gedir,  insanlar  ayaqlarını

yorğanına görə uzatmırlar. Mən 250 man-

atlıq  kostyum  geyirəmsə,  işsiz  biri  500

manatlıq  kostyum  geyir.  Vaxtilə  ata-

analarımız 200 qram ətlə necə xörəklər

bişirərdilər? İndi çörək bir balaca boyat

olan kimi atırlar”. 



İSTƏYİRLƏR, NECƏ OLURSA-

OLSUN, DÖVLƏTDƏN YARDIM

ALSINLAR 

Hadı Rəcəblinin sözlərinə görə, Azər-

baycanda  10-11  faiz  arasında  kasıb

təbəqə var. Və onların sayının azaldılması

üçün dövlət tərəfindən hər bir iş görülür

- əlillərə verilən müavinətlərin həcmi artır,

Qarabağ əlillərinə prezident təqaüdü ver-

ilir,  şəhid  ailələri  120  dollar  civarında

müavinət alır:

“Amma mən istərdim ki,

ümumiyyətlə, ünvanlı yardım sisteminə

yenidən  baxılsın.  Bu  gün  adamlarda

aludəçilik olub ki, nə yolla olursa-olsun

dövlətdən vəsait alsınlar. Ünvanlı yardımı

o adam almalıdır ki, həqiqətən də tərpən-

məyə yeri yoxdur”. 

H.Rəcəbli deyir ki, əlillər üçün iş yer-

lərində  kvota  var.  Amma  bu  qanunun

işləməsi üçün gərək sahibkarlar human-

istlik edib onlara iş versinlər.



İlkin Məmmədov

Hadı Rəcəbli

İranla həmsərhəd olan Astara

keçid məntəqəsinin önündə on-

larla yük maşını növbəyə durub.

Sürücülər terminala girmək üçün

hər yük maşınına 8 manat

verirdilərsə, yeni ildən 30 manat

ödəməli olacaqlar. Buna etiraz

edən Azərbaycan sürücüləri termi-

nala girmək istəmirlər, ödəmə

haqqının əvvəlki kimi 8 manat ol-

masını tələb edirlər. 

Sürücü Süleyman Əliyev deyir ki, As-

tara 

terminalı 



ödəmə 

haqqını


qaldıranda, İran tərəfi də cavab tədbiri

görür:  «Azərbaycan  tərəfi  30  manata

qaldırıbsa, İranın Astara gömrükxanası

50 


manata 

qaldırıb. 

İran 

öz

sürücülərindən bu pulu almır. Nəticədə



biz həm burda, həm də İranda terminal

haqqını  ödəyirik.  Son  aylarda  isə

qazancımız xeyli azalıb. 5-6 manat pul

qazanırıq, onu da əlimizdən alırlar». 

Səxavət adlı sürücü isə Astara termi-

nalının  işindən  narazılıq  etdi:  «Bizi

məcbur edirlər ki, terminalın həyətindən

keçib İrana gedək. Maşınların terminala

girib-çıxması üçün pul alırlar. Halbuki As-

tara gömrükxanasına daxil olmaq üçün

ayrıca yol var. Bizi aldadıb pul alırlar».

TERMİNALIN XƏRCİ ARTIB.

BƏS NƏ EDƏK?

Astara terminalının direktor müavini

Rafael  Abdullayev  hər  şeyin  qanuni

olduğunu deyir: «Rəhbərlik belə məs-

ləhət görüb. Özbaşına deyilik. Hər maşın

30  manat  ödəyib  terminala  daxil  olur.

Terminalın həyətində nə qədər istəyirlər,

o qədər də qalırlar. İranda isə terminal

hər gün üçün 50 manat tələb edir. Ter-

minalın  xərci  artıb.  Bəs  nə  edək?

Sürücüləri terminala dəvət etmişik. Bu

gün 8 manat olacaq. Ancaq fevralın 1-

dən qiymət qalxacaq».

Sabiq gömrük xidməti kapitanı Elman

Hüseynov  isə  Astara  terminalının  bu

hərəkətini qanunsuz hesab edir: «Astara

terminalı 

səhmdar 


cəmiyyətidir.

Qəribədir  ki,  o,  gömrük  orqanının

funksiyalarını yerinə yetirir. Adamları in-

cidirlər,  təhqir  edirlər,  qiyməti  baha-

laşdırırlar.  Bu,  özbaşınalıqdır.  Əslində,

yük  maşınları  terminalın  həyətinə  gir-

məyə məcbur edilməməlidir. Kimsə yük

boşaldırsa, ola bilər o maşın terminala

daxil olsun. Bilmək olmur ki, Astara ter-

minalı hansı xidmətə görə sürücülərdən

bu  qədər  pul  alır.  Terminal  xüsusi

mülkiyyətdir. Gömrükxananın həyətində

olan tərəzi də xüsusi mülkiyyətdir. Lazım

olan  adamlar  üçün  çörək  yeri

yaradıblar». 

Müstəcəb Məmmədov

Astara sərhədində etiraz aksiyası 

Sürücülər yeni ildən 8 yox, 30 manat

ödəməli olacaqlar



Yüklə 1,25 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə