Xəbər və fikir jurnalı №01 (41) 0. 01. 2011 səh səh səh


№01 (41)      10.01.2011      Fərqli düşüncə



Yüklə 1,25 Mb.
Pdf görüntüsü
səhifə9/9
tarix11.07.2018
ölçüsü1,25 Mb.
#55398
1   2   3   4   5   6   7   8   9

№01 (41)      10.01.2011      Fərqli düşüncə

12

Əli Kərimli: «Təkcə müxalifət



yox, məmurlar da narazıdır» 

Azərbaycan Xalq Cəbhəsi Par-

tiyasının sədri Əli Kərimli

AzadlıqRadiosunun «İşdən sonra»

proqramında müxalifətin 2011-ci il

üçün strategiyasını açıqlayıb. Əli

Kərimli deyib ki, əsas məqsəd icti-

mai-siyasi fəaliyyət meydanının

genişləndirilməsidir.

MÜBARİZƏNİN YENİ

MƏRHƏLƏSİ NƏDİR?

AXCP  sədri  deyib  ki,  hazırda

mübarizənin  yeni  mərhələsinin  başlan-

ması üçün zəmin var:

«Bizim təhlillərim-

izə  görə,  indi  zəmin  var  ki,  azadlıq

uğrunda  mübarizənin  yeni  mərhələsi

başlansın.  Çünki  əvvəlki  illərdən  fərqli

olaraq məhz 2011-ci ildə bizim daha ciddi

təşkilatlana  bilməyimiz  üçün  müəyyən

obyektiv zəmin var. Birincisi, bunu açıq

demək 


lazımdır 

ki, 


Azərbaycan

cəmiyyətində 

həmişə 

avtoritar



hakimiyyətdən narazılar çox olub. Amma

indi bu narazılıq öz pik həddinə çatıb. İndi

artıq  demək  olar  ki,  cəmiyyətdə  razı

adamları tapmaq çətin olub. Demək olar

ki, təkcə hökumətin siyasətindən narazı

olub  özünü  müxalifətdə  sayan  insanlar

yox, əslində hətta dövlət məmurlarının da

böyük bir qismi, dövlət vəzifələrində təm-

sil olunub, çoxlu pul sahibi olan insanlar

da böyük narazılıq ifadə edirlər. Narazılıq

artıb».

NƏTİCƏ VERƏNƏ QƏDƏR...

«Biz  neynəsək  də,  yenə  kütləvi  ak-

siyalar, oturaq mitinqlər, nümayişlər, mit-

inqlər,  seçkilərə  hazırlıqlar  -  bu  kimi

kütləvi  aksiyalardan  kənara  çıxa

bilməyəcəyik. Amma onlar hər gün nəticə

vermirlər, bir gün nəticə verirlər. Hər gün

nəticə vermirsə bu tədbirlər, bu o demək

deyil ki, artıq onlar effektsizdir. Nəsə yeni

bir  şey  icad  etməliyik.  Nəticə  verənə

qədər həmin o dinc vasitələrdən istifadə

etmək lazımdır».

AXCP sədri son zamanlar məktəblərdə

hicabla  bağlı  yaradılmış  qalmaqala  da

münasibətini bildirib.

HİCAB, YOXSA MƏKTƏB?

«Mən  hesab  etmirəm  ki,  məktəbli

uşaqların hicab taxıb məktəbə getməsi

vacibdir.  Əgər  söhbət  məktəblidən

gedirsə.  Amma  bunu  izah  etmək

doğrudur, nəinki həmin məktəblini təh-

sildən məhrum etmək. Hesab edirəm ki,

əgər belə bir dilemma qarşısında qalsaq

ki, ya bu məktəbli hicab geyinməlidir, ya

da məktəbdən xaric olunmalıdır, məktəbə

buraxılmamalıdır, mən hesab edirəm ki,

məktəbə  buraxılmamaq  daha  səhv

hərəkətdir.  Ona  görə  də  qadağaların

üzərində aparılan mübarizə səhvdir».



HAKİMİYYƏT ÖZÜ BUNU

ŞİŞİRDİR

Əli Kərimlinin fikrincə, hökumət özü bu

məsələnin şişməsində maraqlıdır. Müxalif

partiyanın  sədri  deyir  ki,  hakimiyyət

bununla  özünə  alternativ  qüvvə  yarat-

maq fikrindədir:

«Məndə olan məlumata görə, Azərbay-

can hökumətinin bəzi ideoloqları, konkret

Prezident Administrasiyasında olan bəzi

şəxslər Misir modelini Azərbaycan üçün

nümunəvi sayırlar. Hesab edirlər ki, bun-

ların strategiyası belə olmalıdır ki, daimi

və  məqsədyönlü  təzyiqlərlə  liberal-

demokratik  qüvvələr  zəiflədilməlidir.

Onlar  meydanı  tərk  etməlidir.  İndiki

hökumətin demokratik alternativi olma-

malıdır.  Əsas  alternativ  olmalıdır  məhz

siyasi-islam. Həmin o siyasi-islamı güclü

göstərməklə Qərb dünyası Azərbaycanda

aparılan  avtoritar  diktatura  rejimi  ilə

barışmağa məcbur edilməlidir. Ya biz, ya

da  qarşımızda  olacaq  qüvvə  həmin  o

siyasiləşdirilmiş islam».

Kamran Mahmudov, 

Babək Bəkir

Əli Kərimli 

«Mən öz Bakımı daxildən iki

hissəyə bölürəm. 90-cı ilin 20 Yan-

varına kimi olan Bakı və 20 Yan-

vardan sonrakı Bakı».

Bu sözləri AzadlıqRadiosunun «Can

Bakı» proqramının «Gəncliyimizin

Bakısı çağdaş Bakıdan nə ilə

fərqlənirdi?» mövzusunda açdığı

müzakirəyə qatılan şoumen

Bəhram Bağırzadə söylədi.

HANSI BAKIDA YAŞAMAQ DAHA

GÖZƏL İDİ?

Onun sözlərinə görə, çox şeyləri 90-cı

illərdən sonra əldə etsə də, 90-cı ilin 20

Yanvarına qədər olan Bakıdan daha çox

həzz alıb.

O BAKIDA ƏDƏB-ƏRKAN, 

HÖRMƏT-İZZƏT, 

PƏRDƏ VAR İDİ…

Bəhram Bağırzadə milis polkovniki olan

atasının  xidməti  maşından  istifadə  et-

mədiyini xatırladı: 

«Nömrəsi  də  yadımda  qalıb  -  10-05

AQA.  Atam  DİN-də  beşinci  adam  ol-

masına baxmayaraq, işə 145 nömrəli av-

tobusla gedib-gəlirdi. Elə mən özüm də

10 il həmin avtobusdan istifadə etmişəm.

İndi bəzən avtobusa oturduğum zaman-

lar olur. Təəssüf ki, görürəm ki, cavan-

larımız həmin cavanlar deyil».



REPRESSİYALAR LAZIMDIR?!

Bəhram bəy bütün bunları qaytarmaq

üçün  repressiyalara  ehtiyac  olduğunu

söylədi: 

«Sözün yaxşı mənasında repres-

siya  deyirəm.  İnsanlar  pis  hərəkətinə

görə cəzalandırılmalı və cərimə vermə-

lidir.  Söhbət  həm  də  şəhərin  təmiz -

liyindən gedir».

• SƏHƏR SAAT 8-də BUL-

VARDA…

• ŞƏHƏR CAMAATI BİR-BİRİNƏ

SALAM VERƏRDİ

• KİTAB NİYƏ RUS DİLİNDƏ

YAZILDI?

• PUL! PUL! PUL!

• KİTABI MƏN YAZMAMIŞAM

• KİTABDA NADİR ŞƏKİLLƏR

VAR

AzadliqRadiosu.az saytından 

verilişi dinləyə bilərsiniz.

Sevda İsmayıllı

Bəhram Bağırzadə Bakını niyə iki hissəyə böldü? 

Bəhram Bağırzadə 



№01 (41)      10.01.2011      Fərqli düşüncə

13

Azərbaycanın Mətbuat Şurası hesab

edir ki, kütləvi informasiya vasitələrinin

maddi  vəziyyətinin  yaxşılaşdırılması

üçün reklam bazarının genişləndirilməsi

vacibdir. Bu barədə Trend-ə Şura sədri

Əflatun Amaşov bildirib. "KİV-in reklam

bazarının genişləndirilməsi üçün artıq

müəyyən təkliflər hazırlanıb. Təklifləri

hazırlayarkən xarici təcrübəyə əsaslan-

mağa önəm vermişik. Türkiyədə siyasi

mövqeyindən  asılı  olmayaraq  ictimai

fikrə  təsir  edən  KİV-ə  dövlət  qurum-

larının öz reklamlarını verməsi təcrübəsi

bizim  diqqətimizi  cəlb  edir.  Türkiyə

təcrübəsində  rəsmi  qurumlar  öz

fəaliyyətlərinin ictimaiyyətə çatdırılacaq

hissəsini siyasi mövqeyindən asılı olma-

yaraq  ictimai  fikrə  təsir  edən  KİV-də

reklam  yerləşdirməklə  çatdırırlar",  -

deyə Amaşov əlavə edib.

Azərbaycanda 100-ə yaxın həftəlik,

30-dan çox gündəlik qəzet nəşr edilir. 

"Mətbuatın dövlət yardımına

ehtiyacı var" 

AzadliqRadiosu.az

saytında həmçinin 

oxuyun

Sevinc Pərvanənin tənqidlərə

münasibəti 

Elif Şafak: Dünyaya neler oluyor? 

Seyran Səxavət: «İyirmi ildir

Azərbaycansız yaşayırıq» 

Şahbaz Xuduoğlu: Rayonlarda



uzunömürlülüyün sirri 

Həmid Herisçi: Azərbaycana post-



modernizmi mən gətirdim…

İranın  casusluqda  ittiham  elədiyi

amerikalı  qadın  İranda  deyil  və  tam

təhlükəsiz şəraitdədir. Bu barədə ABŞ

Dövlət Departamentinin sözçüsü Mark

Toner məlumat verib. Amma o, məsələ

barədə əlavə məlumat verməyib. İran

polisi  şənbə  günü,  Azərbaycanla

sərhəddə  casusluqda  şübhəli  bilinən

amerikalı  qadın  Hal  Fayalanın  həbs

edilməsi barədə məlumat yayıb.

Azərbaycan-İran sərhədində

amerikalı qadının həbsi təkzib edilir 

Azərbaycan pop musiqisində

məhəbbət mövzusu üstünlük

təşkil edir. Ölkənin müasir musiqi

tarixi istər sevgi hissləri

haqda lirik, istərsə də

dövlət başçılarına olan

məhəbbəti tərənnüm edən

siyasi mahnılarla zəngindir.

Bu günlərdə istehsal edilən

«Petrol» video-klipi də

məhəbbətdən bəhs edir.

Amma Aygün Kazımova və

Miri Yusif dueti burada

neftə və yanacağa olan

sevgidən oxuyurlar.

Petrol, mühərrikimə güc ver,

Mənim ölkəmin artır sürəti.

«Azpetrol»un 

dəbdəbəli

yanacaq doldurma stansiyalarının

birində çəkilən video ilk baxışdan

həmin 


şirkətin 

reklamına

bənzəyir.  Əslində  isə  videonun

mesajı çox sadədir - Azərbaycan

neft  ölkəsidir  və  sürətlə  inkişaf

edir. Janr nə qədər yeni görünsə

də,  sovet  dövrünün  məşhur

əmək  mahnılarının  müasir  variantı

təəssüratı bağışlayır. 

Aygün Kazımova və Miri Yusif

neft haqqında oxudular 

Aygün Kazımova 

Əflatun Amaşov




№01 (41)      10.01.2011      Fərqli düşüncə

14

Rusiyadan qayıdan soydaşlarımız artır

Ötən ilin sonunda Rusiyada baş

verən etnik qarşıdurma orada

yaşayan azərbaycanlılardan

bəzilərini vətənə dönməyə vadar

edir. Yaşar İbrahimov 8 ildir ki,

Moskvada ticarətlə məşğul olub,

yaxşı da pul qazandığını deyir.

Elə evini də, maşınını da həmin

vaxt ərzində qazandığı pulla alıb.

Bir neçə gündür ki, Gəncəyə qayı-

dan Yaşar İbrahimov iş tapa

bilmir:

«Orda  vəziyyət  pisdir,  nümayişlər

olur.  Bayıra  çıxmaq  olmur,  «keçəllər»

deyirlər, onlar camaatı döyür, hamı bir-

birinə  qarışıb.  Bizə  qarşı  zorakılıqlar

edirlər, yolda tutub döyürlər, pulumuzu

alırlar. Bilmirsən milisdir, bilmirsən polis-

dir,  ümumiyyətlə,  çətindir  indi

Moskvada yaşamaq. Ayda 4-5 min dol-

lar qazanmaq olurdu. Gəlmişik, burda

da elə bir iş yoxdur». 

MİLLƏTİMİZƏ QARŞI KOBUD

DAVRANIRLAR 

Natiq Əliyev isə Yevlax sakinidir. O da

uzun müddətdir ki, ailəsini Moskvada

qazandığı pulla dolandırır. İndi onun da

işsizlik qayğısı var, amma deyir ki, bir

narahatçılığı  da  Moskvada  yaşayan

digər  vətəndaşlarımıza  edilən  haqsız -

lıqdır: 


«Millətimiz pis vəziyyətdəydi. Or-

dakı miqrantlarla pis davranırlar. 25-26

min  rubl  kirayə  pulu  verirdim,

yaşayırdım. Başqa yerlərdən də gəlirim

var idi. İndi gəlmişəm, görək nə olur».

TƏKCƏ SON 2 AYDA GƏNCƏYƏ

312 NƏFƏR QAYIDIB 

Ötən il dekabrın 6-da «Spartak» fut-

bol  klubunun  fanatı  Yeqor  Sviridov

öldürüldükdən sonra Rusiyada qafqaz -

lılara münasibət pisləşib. Bundan sonra

ölkədə qarışıqlıq yaratmaq istəyən min-

lərlə  adam  saxlanıb.  Müsahiblərim

deyirlər ki, elə həmin vaxtdan Rusiyada

yaşayan azərbaycanlılara qarşı da zo-

rakılıqlar artıb. 

Gəncə Şəhər Statistika İdarəsindən

verilən  məlumat  da  təsdiqləyir  ki,

həmin tarixdən etibarən Gəncəyə qayı-

danların sayı artıb. Belə ki, ötən ilin 9

ayı ərzində şəhərə gələnlərin sayı 350

nəfər  olubsa,  həmin  ilin  son  2  ayı

ərzində bu rəqəm 312 nəfər təşkil edib.

Müsahibim Natiq Əliyev deyir ki, bir aya

yaxındır  gəlib,  amma  Azərbaycanda

yaxşı, onu qane edəcək iş tapa bilmir.



MƏŞĞULLUQ  MƏRKƏZİNƏ

MÜRACİƏT ETSİNLƏR

Gəncə  Şəhər  İcra  Hakimiyyəti

başçısının  iqtisadi  məsələlər  üzrə

müavini Sahib Əliyev isə deyir ki, hələ

ki,  Rusiyadan  vətəndaşların  kütləvi

qayıdışı yoxdur. Qayıdanlar işlə təmin

olunmaq istəsələr, məşğulluq mərkəz-

inə  öz  ixtisaslarına  uyğun  müraciət

edərək iş tapa bilərlər. 

Gülnur Raqifqızı

“Şimali İraqda elə bir mühit

yaranıb ki, kürd lideri Məsud

Bərzani daha Böyük Kürdüstan

haqda danışmır. İraqdakı türk

rəsmilərinin isə “İraq Kürdüstanı”

sözünü işlətməsi adiləşib.

“Kürdüstan” sözü bir zamanlar

Türkiyədə tabu idi”. Bunu “İnter-

national Herald Tribune” qəzeti

yazır. 

Məqalədə  deyilir  ki,  axır  illərdə

Türkiyə  İraqın  şimalından  cənubuna

qədər böyük sərmayələr yatırmaqdadır.

Osmanlı  İmperiyası  çökəndən  bəri

Türkiyə heç zaman İraqda belə fəal ol-

mayıb.  Düzdür,  Türkiyə  ümumilikdə

İraqa  sərmayə  yatırmaq  məsələsində

hələ ki, İrandan geri qalır. 

İRAQDAKI XARİCİ

ŞİRKƏTLƏRİN ÜÇÜNDƏ 

2-si TÜRK ŞİRKƏTİDİR 

Amerika İraqı işğal edib 4400 əsgər

itirsə də, bəzi ekspertlər güman edir ki,

yeni İraq reallığında daha uzun müddət

duruş  gətirə  biləcək  mirası  məhz

Türkiyə qoya bilər. “İnternational Her-

ald Tribune” qəzeti yazır ki, Türkiyənin

İraqda 4 diplomatik nümayəndəliyi var.

Bəsrədəki  konsulluğunun  rəhbəri  Əli

Rza  Özcoşğun  deyir  ki,  onların  sər-

mayələri üçün İraqda heç bir problem

yaradılmır, əksinə, hamı bundan məm-

nundur. 

Bir  zamanlar  Türkiyə  kürdlərin  sıx

yaşadıqları  Şimali  İraqı  özünə  böyük

təhlükə  saysa  da,  indi  Şimali  İraqda,

bəzilərinin  fikrincə,  gözəl  dostluq

əlaqələrinin əsası qoyulmaqdadır. 

Bir  tərəfdən,  neft  və  qazla  zəngin

İraq üçün Türkiyə Avropaya açılan dar-

vazadır. Digər tərəfdən isə, İraq Türkiyə

üçün vacibdir. Türkiyənin enerjiyə olan

tələbatı 

durmadan 

artmaqdadır.

Türkiyədə  hakimiyyətdə  olan  islamçı

köklərə  malik  Ədalət  və  İnkişaf  Par-

tiyası qonşu müsəlman ölkələri ilə mü-

nasibətləri yaxşılaşdırmağa çalışır. 

BƏZİLƏRİ BUNU YENİ 

OSMANLI SİYASƏTİ DƏ 

ADLANDIRIR

Vaxtilə Osmanlı İmperiyasının ərazisi

üç qitədə yer alırdı. Amma Türkiyənin

bu il Ərbildə açılan konsulluğunun rəh-

bəri  Aydın  Selcen  bu  əməkdaşlıqda

hansısa  gizli  məqsədlər  axtarmağın

əleyhinədir:  “Heç  kəsin  İraqı,  yaxud

onun  bir  hissəsini  ələ  keçirmək  planı

yoxdur.  Biz  iki  ölkəni  inteqrasiya  et-

dirmək, onların dəmiryol, hava limanı,

neft boruları və başqa sahələrdə inte-

qrasiyasını  gücləndirmək  istəyirik.

Çalışırıq ki, hər iki ölkənin vətəndaşları

sərhədi rahat keçib qayıda bilsinlər”. 



Türkiyə Şimali İraqı pulla alır? 

İraq və Türkiyə prezidentləri Tələbani

və Gül. İstanbul, 23 dekabr 2010


№01 (41)      10.01.2011      Fərqli düşüncə

15

Unutmayın: Siz bu verilişləri canlı dinləyə bilmirsinizsə,

istənilən vaxt AzadliqRadiosu.az saytında onların səs

yazılışlarına qulaq asa bilərsiniz. Bu, elə də çətin deyil. 



İşdən sonra 

Can Bakı 

Xüsusi reportaj 

Qaynar xətt 

Həmyerli 

Tanınmışlar 

Şəffaflıq 

14-24 

İz 

Panorama 

Qafqaz Qovşağı 

Oxu zalı 

Hər kəsin haqqı var 

Təbriz Ekspress

Debatların,  açıq  müzakirələrin  çatışmadığı  bir  za-

manda “İşdən sonra” verilişi ən aktual mövzular üzrə

debatlara, müzakirə və söhbətlərə həsr olunur. 

Hər gün saat 17-dən 19-dək “İşdən sonra”nı canlı din-

ləyin. Canlı dinləyə bilmədikdə onun səs yazılışına son-

radan    AzadliqRadiosu.az  saytından  qulaq  asa

bilərsiniz. Hər bir veriliş haqda xülasəni də buradan

oxumaq olar.

AzadlıqRadiosunda 

verilişlər: 

İşdən sonra 

“İşdən sonra”ya qulaq asın

«Travelodge» Otellər

Şirkəti İngiltərədə otel-

lərdə yaddan çıxıb

qalan əşyaların

siyahısını açıqlayıb. Un-

udulan əşyalar

arasında ən bahalı əşya

75 min dollarlıq

brilyant «Rolex»

saatıdır. 8000 min funt-sterlinqlik «Hermes» çantası

da unudulan əşyalar içindən tapılıb. Bahalı olsa da, in-

sanın saatını, ya da çantasını yaddan çıxara bilməsi

başadüşüləndir. Ancaq bu siyahıda oteldə unudula

bilməsi ağla gəlməyən bir əşya da var. Bu, otel

otağının zibil qutusundan tapılan 10 min funt-sterlinq

(təxminən 15 min dollar) puldur. 

10 min dollarlıq qiymətində olan qızıl dişlərini yadından çıxaran

da olub. Maşın açarının yaddan çıxarmaq da adama normal gəlir.

Ancaq Çesterdəki «Travelodge» otelinin müştərilərindən birinin

«Rolls Royce Phantom» markalı maşınının açarını yaddan çıxart-

ması otel işçilərini əməlli başlı çaşdırıb. 

Otel əməkdaşları ən çox unudulan əşyaların isə oyuncaq ayılar

olduğunu bildirirlər. Son bir ildə onlar 75 min ayını sahiblərinə

çatdırıblar.  Ən  çox  unudulan  əşyalar  arasında  ikinci  yerdə

kitablar gəlir. Son bir ildə otel otaqlarında yaddan çıxıb qalmış

20 min kitab tapılıb. 

Zibil qutusunda 15 min dollar 

“Simsiz teleqraf”

Sizdə də maraqlı video, foto və ya səs yazısı varsa, bizə

göndərin.  Materialı  kompüterinizdən  yükləmə  səhifəsinə

daxil  olmaqla,  yaxud  MMS  kimi  mobil  telefondan  yolla

bilərsiniz. Ehtiyac varsa, anonimliyi təmin edirik.

Azərbaycandan: (050) 213-56-30, 

Xaricdən: (+420) 602 517 052

Görüntüləri elektron poçtla da yollamaq olar:

efir@azadliqradiosu.az



Leş yeyən quzğun İs-

railə casusluq edirmiş?

Səudiyyə Ərəbistanında

İsrail kəşfiyyatı

Mossadın agenti ol-

maqda şübhəli bilinən

bir kərkəs tutulub. Tu-

tulanda bu iri quşun

üstündən GPS

ötürücüsü və “Təl-Əviv Universiteti” sözləri olan kiçik

lövhə tapılıb. GPS - kosmosdan peyklər vasitəsilə Yerdə

insanın və ya obyektin yerini müəyyən edən sistemdir. 

GPS  ötürücüsü  isə  özü  radiodalğalar  buraxır.  Faktiki  olaraq,

kərkəsin  üstündəki  GPS  ötürücüsü  yerdəki  obyektlər  haqda

məlumatı  radiodalğalarla  yaya  bilərdi.  Rəsmi  orqanlar  hələlik

istintaq aparır, ərəb ölkələrində qeyri-rəsmi fikir budur ki, kərkəs

Mossadın növbəti casusudur. 



DİVERSANT KÖPƏK BALIĞI 

Mossadın heyvanlardan casusluq və ya diversiya məqsədi ilə is-

tifadə etməsi fikri ilk dəfə deyil ki, səslənir. Keçən ay Misirin Sinay

yarımadasında yerləşən Şarm əl-Şeyx kurortunda köpək balığı

rus turistlərini öldürəndə və yaralayanda Sinayın qubernatoru

rəsmi bəyanat verdi ki, bu, Mossadin işidir, Mossadın Misirə qarşı

diversiyasıdır. Qubernatorun fikrincə, İsrail xüsusi təlim keçilmiş

köpək balıqları ilə turistləri Misirdən qaçırtmaq istəyir. 



CASUS DƏLƏLƏR

“Associated  Press”  iki  il  əvvəl  xəbər  verirdi  ki,  İran  öz  nüvə

obyektinin  yaxınlığında  iki  göyərçini  “həbs  edib”.  Göyərçinlər

Amerikaya  casusluqda  şübhəli  bilinirdilər.  İran  deyirdi  ki,

göyərçinlərin üstündən “metal halqa” tapılıb. 

İsrailin quş casusu 

Şirvanda yeni növ növbə... 

Şirvan şəhərində 19 min enerji abunəçisi var. Əvvəl 7

məntəqədə ödəmə mümkün olsa da, hazırda əhali

konturu yalnız Şirvan elektrik şəbəkəsinin ofisində



yükləyə bilir.

Unudulan saat


Yüklə 1,25 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə