Xəbər və fikir jurnalı №10 (80) 12. 03. 2012 M. Saakaşvilinin Azәrbaycanı qarışdıran çıxışı


№10 (80)      12.03.2012      Fərqli düşüncə



Yüklə 247,76 Kb.
Pdf görüntüsü
səhifə3/9
tarix20.10.2017
ölçüsü247,76 Kb.
#5701
1   2   3   4   5   6   7   8   9

№10 (80)      12.03.2012      Fərqli düşüncə

5

Son 1 ildә Azәrbaycanda biznes

mühiti ümumilikdә bir qәdәr

yaxşılaşıb. Bunu özünün son

hesabatında Dünya Bankı bildirir.

“Doing business” göstәricisinә

görә, Azәrbaycan dünya

ölkәlәrinin reytinqindә ötәn illә

müqayisәdә 3 pillә irәlilәyib. 69-

cu yerdәn 66-cı yerә qalxıb.

Hesabat dünyanın 183 ölkәsini

әhatә edir. Hesabata görә, Azәr-

baycan bu mәsәlәdә hәtta

Türkiyәni dә, Avropa Birliyinin

üzvü olan Rumıniyanı da, qonşu

Rusiyanı da qabaqlayır. Reytinq

cәdvәlindә Türkiyә 71-ci,

Rumıniya 72-ci, Rusiya isә 120-

cidir.

Hesabata görә, Azәrbaycanda biz-

nesin açılması asandır. Azәrbaycan bu

göstәriciyә görә 183 ölkә arasında 18-

cidir. Şirkәt açmaq üçün 6 prosedurdan

keçmәk tәlәb olunur vә bu, 8 gün çәkә

bilәr. Sәrmayәçilәrin müdafiәsi göstәri-

cisi dә yetәrincә yüksәk sayıla bilәr – 24-

cü yer. Hesabata görә, kredit almaq da

elә dә çәtin sayılmır – Azәrbaycan bu

mәsәlәdә 183 ölkә arasında 48-cidir.

Amma Azәrbaycanda sәrhәddәn mal

keçirmәklә alver etmәk müşkül işdir. Bu

baxımdan Azәrbaycan dünyada әn prob-

lemli yerlәrdәn biridir. 183 ölkә arasında

170-cidir. Tikintiyә icazә alınması ilә

bağlı vәziyyәt ondan da bәrbaddır –

172-ci yer. Bunun üçün prosedurların

sayı 30-dur, prosesin özü isә 7 aydan

çox çәkә bilәr. 

Hesabatda deyilir ki, tikinti sahәsinin

tәnzimlәnmәsi ictimai tәhlükәsizlik üçün

vacibdir. Bundan başqa, tikinti hәr bir

ölkәnin iqtisadiyyatında mühüm rol oy-

nadığı üçün hәmin sahәdә aşırı gәrgin-

liyin yaranması da yaxşı hal deyil.

Tikinti icazәsinin alınması çox çәtin vә

bahalı prosedur olanda isә bir çox

şirkәtlәr bundan vaz keçir:

“Yaxud da onlar rüşvәt verә, ya da

qanunsuz tikintiyә başlaya bilәrlәr. Bu

isә tәhlükәli tikintilәrә yol açmaqla icti-

mai tәhlükәsizliyi risk altında qoya bilәr”.   

Azәrbaycanda biznes sahәsindә әn pis

göstәrici isә elektrik tәminatı, işıq

çәkdirilmәsi ilә bağlıdır – 173-cü yer. Bu

prosedurlar 8 ay vaxt apara bilәr.

Amma ümumlikdә Azәrbaycanın

“Doing business” hesabatındakı yerini,

son illәrdә reytinqdә irәlilәmәsini yerli

rәsmilәr yüksәk qiymәtlәndirir vә bunu

ölkәdә aparılan iqtisadi islahatların

bәhrә vermәsi kimi tәqdim edirlәr.

İqtisadi Tәşәbbüslәrә Yardım Mәrkә -

zin dәn Rövşәn Ağayev bildirir ki, Dünya

Bankının hesabatının hazırlanması prin-

siplәrini qәnaәtbәxş saymır.

Onun fikrincә, biznes mühitinә qiymәt

vermәk üçün daha geniş spektrdә

mәsәlәlәr nәzәrә alınmalıdır:“Düzdür,

hökumәt deyir ki, biznes açmaq üçün

“Vahid pәncәrә” sistemi tәtbiq edib,

qeydiyyat asanlaşıb. Amma sahibkar-

ların problemlәri o vahid pәncәrәdәn

çox uzaqlaşmamış başlayır. Bizim tәşkilat

indi biznesin müxtәli sahәlәri, o cüm-

lәdәn zeytun, balıq istehsalı ilә bağlı

tәdqiqatlar aparır. Elә faktlarla qarşıla -

şırıq ki, biznesin açılması ilә bağlı prose-

durların sadәliyi әhәmiyyәtini itirir.

Kimsә şirkәti üçün torpaq almaq

istәyirsә, maneәlәrlә üzlәşir, torpağı ala

bilirsә, orada müәssisә tikmәk müşkülә

çevrilir...”

R.Ağayev deyir ki, ölkәdә istәr kred-

itlәrә әlçatanlıq, istәrsә dә kredit fai-

zlәrinin sahibkarlara nә dәrәcәdә sәrf

etmәsi baxımından problemlәr var.

Böyük oliqarx qrupları ilә bağlı olmayan

sahibkarların sәrfәli kredit alması prak-

tiki olaraq mümkün deyil.

Dünya Bankının “Doing business”

hesabatında istәr Ermәnistan, istәrsә dә

Gürcüstan Azәrbaycandan irәlidәdir. Er-

mәnistan 55-ci, Gürcüstan isә 16-cıdır.

Rövşәn Qәnbәrov

Gürcüstan vә Ermәnistan

Azәrbaycanı geridә qoydu

Rövşәn Ağayev

Respublika Prokurorluğunun yaydığı

rәsmi mәlumata görә, Bilәsuvar Peşә

Liseyindә dövlәtin tәlәbәlәrә verdiyi

tәqaüdlәri direktorun mәnimsәdiyini

aşkar edib. Prokurorluq bildirir ki, Bilә-

suvar rayon sakininin şikayәtini

araşdırarkәn müәyyәn edilib ki, liseyin

direktoru Teymur Poladov vәzifә

sәlahiyyәtlәrindәn sui-istifadә edәrәk

2010-cu ilin sentyabrında liseydә tәh-

sil alan 335 tәlәbәyә hәr ay dövlәtin

verdiyi tәqaüdlәri mәnimsәyib: “Peşә

liseyinin inzibati binasında hәyata

keçirilmiş әmәliyyat-axtarış  tәdbirlәri

nәticәsindә Teymur Poladovun

gödәkçәsinin cibindәn tәlәbәlәrә mәx-

sus 10 әdәd "Viza elektron" plastik

kartı  vә cinayәt tәqibi üçün mühüm

әhәmiyyәt kәsb edәn bir sıra sәnәdlәr

aşkar edilәrәk götürülüb. Bundan

başqa, Teymur Poladovun qardaşı

Seymur Poladovun Bakı şәhәrindә

yaşadığı mәnzilindәn liseyin

tәlәbәlәrinә mәxsus 325 әdәd "Viza

elektron" plastik kartlar aşkar edilib”.

Rәsmi mәlumatda deyilir ki, Teymur

Poladov haqqında Cinayәt Mәcәllәsinin

179.3.2 (mәnimsәmә vә ya israf etmә)

vә 308.2-ci (vәzifә sәlahiyyәtlәrindәn

sui-istifadә etmә) maddәlәri ilә cinayәt

işi başlanıb vә hәbs edilib. Ittihamlar

sübut olunsa, Teymur Poladov 12 ilә

qәdәr azadlıqdan mәhrumetmә cәzası

ala bilәr.

Lisey direktoru tәlәbә tәqaüdlәrini

mәnimsәmә ittihamı ilә tutulub

Arxiv foto



Yüklə 247,76 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə