Xəbər və fikir jurnalı №10 (80) 12. 03. 2012 M. Saakaşvilinin Azәrbaycanı qarışdıran çıxışı


№10 (80)      12.03.2012      Fərqli düşüncə



Yüklə 247,76 Kb.
Pdf görüntüsü
səhifə7/9
tarix20.10.2017
ölçüsü247,76 Kb.
#5701
1   2   3   4   5   6   7   8   9

№10 (80)      12.03.2012      Fərqli düşüncə

9

Son on ildә tәkcә dövlәt büd-

cәsindәn olimpiya idman kom-

plekslәrinin (OİK) tikintisinә 200

milyon manata yaxın vәsait xәr-

clәnib. Ekspertlәrsә hesab edir ki,

bu investisiyalar ölkәnin olimpiya

göstәricilәrindә öz әksini tapmır. 

OLİMPİYA KOMPLEKSİ VAR,

MEDAL YOX

Hәlә komplekslәr tikilmәmişdәn öncә

- 2000-ci ildә Azәrbaycan olimpiya

oyunlarında 2 qızıl, 1 bürünc medal

qazanmışdı. İdman şәrhçisi Elçin Cәlilov

deyir ki, o vaxt yığmada iştirak edәnlәr

dә әsasәn yerli – Azәrbaycanda yetişmiş

idmançılar idi: 

«Әslindә indi dә medalları qazananlar

ya idman klublarının yetirmәlәri, ya da

legionerlәrdir. 8-10 il dә gözlәyәk, bәlkә

onda komplekslәrin bir nәticәsi oldu». 

Ekspertin fikrincә, sәbәb hәm dә

hotel, sauna vә stadionlardan ibarәt

olan komplekslәrin idmanın kütlәvi

tәbliğinә deyil, özәl biznes mәqsәdlәrinә

xidmәt etmәsidir. 

İLHAM ӘLİYEV: «ADI OLİMPİYA



KOMPLEKSİ OLSA DA...»

Elçin Cәlilovun dediklәrini Quba OİK-

nin qarşısında bizi qarşılayan şlaqbaum

tәsdiqlәyir. Girişә nәzarәt edәn mühafi -

zәçi deyir ki, «kompleksin hotelindә yer

yoxdur, içәri keçmәk olmaz». 

- Bәs, kompleksdә idmanla da

mәşğul ola bilmәrik? 

- Yalnız daimi müştәrilәr istifadә edә

bilәr. 


O, daimi istifadәçilәrin kim olduğunu

demәsә dә, öyrәnirik ki, hotel otaqların -

da qalanlar idmançılar yox, türk inşaat -

çılardır. 2004-cü ildә bu kompleks

açılanda prezident İlham Әliyev

Qubanın turizm mәrkәzinә çevrilәcәyini

bildirib: «Biz әn böyük kompleksi bu-

rada yaratdıq. Adı olimpiya idman kom-

pleksi olsa da, әslindә, bu, turizm

mәrkәzidir». 

Quba sakinlәri dә buranı idman

mәrkәzindәn daha çox hotel kimi

tanıyırlar. Quba OİK-dәn öyrәnirik ki, o,

Nәqliyyat naziri Ziya Mәmmәdovun oğlu

Anar Mәmmәdova aid ZQAN Holdinqә

mәxsusdur. Kompleksin bütün rәhbәrlik

vә sәnәdlәşmә işlәri Bakıdan idarә ol-

unur. 


İLHAM ӘLİYEVİN XALQA

HӘDİYYӘSİ... 

Azәrbaycanda OİK-lәr 2002-ci ildәn

işә başlayıb. İlklәrdәn olan Naxçıvan

OİK-in açılışında ovaxtkı prezident Hey-

dәr Әliyev deyib: «Bakıda ilk kompleksi

Milli Olimpiya Komitәsi, şәxsәn İlham

Әliyev inşa etdirdi. Hәr bir kompleks İl-

hamın xalqa hәdiyyәsidi». 

Rәsmi sәnәdlәrdә vә hesabatlarda

komplekslәr İlham Әliyevin idmana

qayğısının göstәricisi kimi qiymәtlәn 

-

dirilir. Amma araşdırmamız bәzi kom-



plekslәrin istifadәsiz, bәzilәrininsә

tә yi natı üzrә fәaliyyәt göstәrmәdiyini

üzә çıxarıb. 

FӘRHAD ӘLİYEV DÖVRÜNÜN

BAXIMSIZ OİK-LӘRİ 

İstifadәsiz qalan komplekslәrdәn biri

dә Lәnkәrandadır. Masallı, Salyan,

Bәrdә vә Maştağadakı OİK-lәr kimi, bu

kompleks dә “Azpetrol” şirkәtinin vәsaiti

ilә tikilib. Amma şirkәtin özünün inter-

net sәhifәsindә bu haqda bir kәlmә dә

yoxdur. İdmana yatırım sabiq İqtisadi

İnkişaf naziri Fәrhad Әliyevin qardaşı

Rafiq Әliyevin şirkәtә sahibliyi dövrünә

tәsadüf edir. 

Lәnkәran OİK-in direktoru Amil

Ağayev deyir ki, әldә etdiklәri vәsait heç

aylıq әmәkhaqlarına çatmır: «Şәrait ol-

madığı üçün gәlәn dә yoxdur. Kom-

pleksin inşasında ciddi problemlәr

yara nıb. Biz dәfәlәrlә inşaatçını - «Flam-

inqo» şirkәtini axtarsaq da, bu şirkәtin

izini tapa bilmәdik. Deyirlәr, bizi Gәnclәr

vә İdman Nazirliyinin balansına

verәcәklәr. Qalmışıq sahibsiz». 

«Flaminqo» şirkәtinin adına inter-

netdә yalnız bircә yerdә rast gәldik.

2006-cı ildә çәkilәn «Adam ol» filminin

sponsuru qismindә. 

Salyan OİK isә düşdüyü vәziyyәtdәn

çıxış yolu tapıb. Bu kompleksә “Nurgün

Motors” şirkәti sponsorluq edir. Salyan-

lılar isә buranı idman mәkanından daha

çox, avto sәrgilәr keçirilәn yer kimi

tanıyır. 

Bәzi komplekslәri kimin, hansı vә-

saitlә vә hansı mәqsәdlә tikdirdiyi isә,

ümumiyyәtlә, mәlum deyil. Belә sirli

komplekslәrdәn biri Şamaxıdadır. 2005-

ci ildә istifadәyә verilmiş Şamaxı OİK-in

nә inşaatçısı, nә sahibi bәllidir. Üstәlik,

kompleksin özünü 2010-cu ildә

«standart lara» cavab vermәdiyi üçün

söküblәr. İndi hәmin әrazidә yenidәn-

qurma işlәri vә «Olimpik» hotel tikilir. 

«BANKİRLӘR ÜÇÜN OLİMPİYA

KOMPLEKSİ»

Şәki OİK-in işlәri isә, yerli sakinlәrin

dediklәrinә görә, elә dә pis getmir. Özü

dә prezident bu kompleksin lentini düz

2 dәfә kәsib – 2002-ci ildә inşaat başa

çatanda vә 2011-ci ildә әsaslı tәmirdәn

sonra.  Karate ilә mәşğul olan 11 yaşlı

Samir Şәki OİK-dә bircә dәfә olub. Ayı

15 manata hәr gün tәmirsiz vә şәraitsiz

idman mәktәblәrinin birindә mәşq edәn

Samir deyir ki, prezident Şәkiyә gәlәndә

onları da kompleksә aparıblar.



(davamı 10-cu sәhifәdә)

Sahiblәrinin sorağı Panamadan gәlәn

olimpiya idman komplekslәri

Dövlәtin tikdiyi obyektlәr kimi açılan komplekslәrin bәzilәri

niyә dövlәtә mәxsus deyil?

İdman şәrhçisi Elçin Cәlilov

Vasif Talıbov, Heydәr Әliyev vә İlham Әliyev

(Arxiv foto)

Şamaxı OİK



№10 (80)      12.03.2012      Fərqli düşüncə

10

(әvvәli 9-cu sәhifәdә)

Kompleksin yaxınlığında müştәri gö-

zlәyәn taksi sürücülәrindәn vә ara-sıra

burdan keçәn sakinlәrdәnsә eşidirik ki:

«Bu kompleksdәn daha çox bankirlәr is-

tifadә edir. Ora bizlik deyil...» 

Şәki OİK-dәsә işçilәrdәn başqa heç

kimi görmәdik. Pezidentin iştirakı ilә

tәntәnәli açılışdan cәmi bir ay sonra

üzgüçülük hovuzunda qızğın tәmir işlәri

gedirdi. Baş mәşqçi Vüqar Hәsәnov izah

edir ki, bu, tamamlama işlәridir. Kom-

pleksin tikintisinә vә yenidәn әsaslı

tәmirinә ayrılan vәsait haqda mәlumatı

olmasa da, baş mәşqçi bu işlәrin

Beynәlxalq Bankdan götürülmüş gü 

-

zәşt li kredit hesabına aparıldığını söy -



lәdi. 

4 KOMPLEKSİN SORAĞI

PANAMA ADALARINDAN GӘLDİ

Şәki OİK “General Construction”

MMC-nin balansındadır. Qazax, Qusar

vә Zaqatala OİK-lәrini dә bu şirkәt öz

vәsaitilә inşa edib. “General Construc-

tion” 2001-ci ildә Panamanın «Oceanst -

ream» şirkәti tәrәfindәn tәsis olunub.

Şirkәt azәrbaycanlı iş adamı Xәqani

Bәşirova mәxsusdur. Bir müddәt öncә

AzadlıqRadiosu Xәqani Bәşirovun

Beynәlxalq Bankdan azı 185 milyon

manat kredit götürüb qaytarmadığını

üzә çıxarıb. Araşdırmada Xәqani Bәşi -

rovun bu kreditlәri Beynәlxalq Bankdan

tәkrar-tәkrar, müxtәlif adlar altında qey-

diyyatdan keçirdiyi tәşkilatlar vasitәsilә

aldığı göstәrilir. 

Bankdan vә hәmin şirkәtdәn OİK-

lәrin tikintisinә ayrılan kreditin hәcmini

açıqlamırlar. Yalnız “General Construc-

tion”un tikdiyi Qusar OİK «City Line»

MMC-yә 11 milyon 758 min manata sat-

dığını öyrәnә bilirik. Kompleksdәn hәm

“General Construction”la bağlı, hәm dә

“City Line”la bağlı suallarımıza yalnız

birinci şirkәtin baş direktoru Camal

Hәsәnovun cavab verә bilәcәyi bildirildi.

Belә çıxır ki, eyni adam kompleksi özü

özünә satıb. 

SABİRABADDA BİR, 

GÖYÇAYDA ON MİLYONA BAŞA

GӘLӘN KOMPLEKS

Gәnclәr vә İdman Nazirliyinin iqti-

sadiyyat şöbәsinin müdir müavini Rüfәt

Hәsәnov deyir ki, komplekslәrdәn 16-nı

Gәnclәr vә İdman Nazirliyi, 2-ni Qaçqın-

larla İş üzrә Dövlәt Komitәsi, 3-nü Milli

Olimpiya Komitәsi, 12-ni isә müxtәlif

özәl şirkәtlәr öz vәsaitlәri hesabına tikib. 

Dövlәt büdcәsi hesabına tikilәn OİK-

lәrә 200 milyon manata yaxın vәsait

xәrclәnib. Dövlәt büdcәsindәn maliyyә -

lәşsә dә, komplekslәrin tikintisinә xәr-

clәnәn vәsait arasındakı fәrq aydın

deyil.


Mәsәlәn, Sabirabadın Qalağayın kәn -

dindә tikilәn komplekslә Göyçay kom-

pleksinin tamaşaçı tutumu vә inf  rast-

  rukturu arasında elә böyük fәrq olmasa

da, xәrclәnәn vәsait arasında on dәfә

fәrq var.



HӘM DÖVLӘTİNDİR, HӘM DӘ

YOX

Dövlәt vәsaiti hesabına tikilәn kom-

plekslәr dә MMC-lәrin istifadәsindәdir.

Nazirlik rәsmisi Rüfәt Hәsәnov bildirir ki,

prezidentin «Dövlәt әmlakının qorunub

saxlanması vә sәmәrәli istifadә edilmә -

sinin tәkmillәşdirilmәsi barәdә» 6 iyun

2007-ci il tarixli fәrmanı ilә bu

komplekslәr Әmlak Mәsәlәlәri

Dövlәt Komitәsinin tәsis etdiyi

MMC-lәrin istifadәsinә verilib. 

İqtisadçı Azәr Mehtiyevin sö-

zlәrinә görә, bu MMC-lәr tәsәrrü-

fat hesablı müәssisәlәr

sa yıl dığından, onların fәaliy 

-

yәtindәn әldә olunan bütün mәn-



fәәt komplekslәrin inkişafına

yatırılmalı, yaxud dövlәtә qay-

tarılmalıdır. 

Dövlәtin tikdiyi bir neçә kom-

pleksin istifadәçilәri ilә söhbәt-

dәn isә mәlum oldu ki, ödәniş zamanı

onlara qәbz verilmir. İqtisadçı-ekspert

Zöhrab İsmayılın fikrincә, belә müәs-

sisәlәr ya sadәlәşdiril miş vergi ödәyicisi

statusunu itirmәmәk üçün, ya da mәn-

fәәtlәrini gizlәtmәk üçün dövriyyәni rәs-

milәşdirmәmәyә çalı şır: «İllik gәliri 150

min manatı keçmәyәn hüquqi şәxslәr

sadәlәşdirilmiş vergi ödәmәlidir. Yәni

Bakı vә Abşeron üçün 4 faiz, region-

larda yerlәşәnlәr isә illik gәlirindәn 2

faiz ödәyirlәr. Komplekslәr qәbz ver-

mәmәklә illik gәlirlәrini gizlәdirlәr,

vergidәn yayınırlar. Amma, tәbii, bunu

bütün OİK-lәrә şamil etmәk olmaz. Elә

komplekslәr var  ki, maket kimi qurulub,

ayda 5-10 nәfәr istifadә edә, ya et-

mәyә». 

KOMPLEKSLӘRDӘ XİDMӘT

ÖDӘNİŞLİDİR? 

İstәr mәrkәzdәn kәnarda yerlәşmәs-

inә, istәrsә dә ödәnişli fәaliyyәt göstәr-

mәsinә görә özәl komplekslәrlә dövlәt

komplekslәrindә vәziyyәt oxşardır.

Nazirliyin rәsmisi Rüfәt Hәsәnov deyir

ki, dövlәt komplekslәri tәsәrrüfat hesabı

ilә fәaliyyәt göstәrdiyinә görә ödәniş-

lidir: 

«Tarif haqlarını komplekslәrin direk-



torları müәyyәnlәşdirir. Әldә olunan vә-

sait isә әmәkhaqları, kommunal vә

digәr xәrclәrin ödәnilmәsinә yönәlir».

2011-ci ilin fevralında isә nazir Azad

Rәhimov korrupsiya ilә mübarizәyә hәsr

olunmuş müşavirәdә çıxışında deyib ki,

OİK-lәrdә göstәrilәn xidmәtlәr ödәnişsiz

olmalıdır: «İndiyә kimi bәzi komplek-

slәrdә xidmәtlәr ödәnişli idi. Hәmin

komplekslәrә ciddi xәbәrdarlıq olunub». 

Rüfәt Hәsәnov isә bildirir ki, nazir bu

çıxışında dövlәt vәsaiti hesabına inşa ol-

unan komplekslәrdә yalnız olimpiya

oyunları üzrә xidmәtlәri nәzәrdә tutub. 



Nüşabә Fәtullayeva

Azad Rәhimov

Dövlətin tikdiyi OİK-lərə ayrılan vəsait (manatla)

Kür

Tovuz


Sabirabad

Ağdam


Oğuz

Füzuli


Kürdəmir

Biləsuvar

Balakən

Şəmkir


Hövsan

Şağan


Ağdaş

İsmayıllı

İmişlı

Qəbələ


Göyçay

44 441 206

12 064 706

11 900 498

11 754 000

11 570 606

11 500 000

10 692 828

10 500 000

10 498 000

10 026 070

9 288 308

9 275 818

8 668 162

10 188 420

8 386 848

3 656 000

837 472


Sahiblәrinin sorağı Panamadan gәlәn

olimpiya idman komplekslәri


Yüklə 247,76 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə