Xəbər və fikir jurnalı №10 (80) 12. 03. 2012 M. Saakaşvilinin Azәrbaycanı qarışdıran çıxışı


№10 (80)      12.03.2012      Fərqli düşüncə



Yüklə 247,76 Kb.
Pdf görüntüsü
səhifə9/9
tarix20.10.2017
ölçüsü247,76 Kb.
#5701
1   2   3   4   5   6   7   8   9

№10 (80)      12.03.2012      Fərqli düşüncə

12

Gürcüstan prezidenti

M.Saakaşvilinin Milli Mәclisdәki

maraqlı çıxışı heç dә birmәnalı

qarşılanmadı. Çıxış gәnclәri

riqqәtә gәtirsә dә, hakimiyyәtә

yaxın bәzi millәt vәkillәrinin

narazılığı ilә qarşılandı. Onlar

Saakaşvilini Qarabağla bağlı

müәyyәn mövqe bildirmәmәkdә,

parlamentin tribunasından

Rusiyanın әleyhinә fikirlәr sәs-

lәndirmәk üçün istifadә etmәkdә

qınadılar.

Deputatların narahatlığını başa

düşmәk mümkündür. Ölkә siyasәtindә

bu son 20 ildә bir siyasәtçi obrazı, qәlibi

formalaşıb. Bu obrazın müәllifi H.Әliyev

olub. Bu obraz siyasәtçidәn ancaq

ümumi ifadәlәrlә kifayәtlәnmәyi, öz

fikirlәrini, öz mövqeyini gizlәtmәyi,

mübahisә vә qıcıq yarada bilәn ifadәlәri

işlәtmәmәyi tәlәb edir. Bir sözlә, bal-

anslaşdırılmış siyasәt bu ölkәdә tәkcә

diplomatik taktika deyil, hәm dә

siyasәtçinin davranış vә ifadә tәrzidir.

Çünki balansın mәntiqi hәtta siyasәt -

çilәrin leksikonuna belә sirayәt edib.

Tәbii, o baxımdan M.Saakaşvili standart

azәrbaycanlı siyasәtçi tipi ilә uzlaş-

mayan bir liderdir.

Amma gürcü lideri hәqiqәtlәri demә -

yә can atır. O, heç dә Rusiya ilә mövcud

münasibәtlәrin qәnaәtbәxş olmadığını

inkar etmir. Lakin bu münasibәtlәrin

yaranmasının tәqsiri birmәnalı şәkildә

Rusiyanın payına düşür. Gürcüstanı

tәcrid etmәk istәyini, Saakaşvili ilә heç

bir halda münasibәt qurmayacağını

mәhz Rusiya liderlәri bәyan edirlәr, özü

dә açıq tekstlә. M.Saakaşvili yaxın gün-

lәrdә Rusiya vәtәndaşları üçün birtәrәfli

qaydada viza rejiminin aradan qaldırıl-

ması haqda göstәriş verdi. Lakin

Rusiyadan bununla bağlı hәr hansı

reaksiya sezilmәdi. M.Saakaşvili Azәr-

baycan parlamentindә Rusiyanı elә dә

ciddi tәnqid etmәmişdi, SSRİ-ni bәrpa

etmәk cәhdlәrinin mәnasız olduğunu

demişdi.  

TARİX RӘSMİ BAKININ 

GÖZÜ İLӘ

Rәsmi Bakının özünün «istiqlaliyyәt

konsepsiyası» var. Bu konsepsiyada o

tәlqin edilir ki, 1918-20-ci illәrdә ciddi

bir hadisә baş vermәyib. Әksinә, o vax-

tın liderlәri Azәrbaycan torpaqlarında

Ermәnistan dövlәtinin qurulması kimi

bir işә razılıq vermәklә milli maraqlara

böyük ziyan vurmuş vә nәhayәt,

müstәqilliyi qoruyub saxlaya bilmәmiş -

dilәr. Rәsmi «ustanovka»lara görә dә

Azәrbaycan dövlәtçiliyinin bәrpası

H.Әliyevin, onun yaxınlarının, bir dә ki,

o dövrdә gedәn «obyektiv proseslәr»in

nәticәsidir. Bir sözlә, dövlәtçiliyin bir

banisi var – o da H.Әliyevdir. 

Ona görә dә diplomatik protokola

görә, ölkәyә gәlәn bütün qonaqlar

sәfәrlәrini H.Әliyevin mәzarını ziyarәt

etmәklә, ondan sitatlar gәtirmәklә vә

onu xatırlamaqla başlayırlar. Saakaşvili

bu ssenarinin bәzi bәndlәrini pozdu. O,

Milli Mәclisdә M.Ә.Rәsulzadәdәn sitat

gәtirdi, özü dә bunu Azәrbaycanca de -

di. Әslindә isә o, H.Әliyevi xatırlamalı,

onun gürcü vә Azәrbaycan xalqları

üçün nә qәdәr böyük işlәr gördüyünü

qeyd etmәliydi. M.Saakaşvili «Bir kәrә

yüksәlәn bayraq bir daha enmәz!»

(M.Ә.Rәsulzadә) demәk әvәzinә mәhz

«Müstәqilliyimiz әbәdidir, dönmәzdir vә

sarsılmazdır!» (H.Әliyev) demәli idi.

Belә desәydi, o, daha çox alqışlana 

-

caqdı. Bir vaxt Azәrbaycandan Gürcüs-



tana bәzi jurnalistlәr E.Şevardnadzedәn

H.Әliyevin vә M.Saakaşvilidәn İ.Әliye -

vin nә qәdәr «böyük siyasәtçi» oldu -

ğunu soruşmaq üçün yollanırdılar.

M.Saakaşvili bu әnәnәni bir az pozdu,

Azәrbaycanın lideri haqda tәriflәr

söylәsә, ölkәnin analoqu olmayan

inkişafından heyrәtә gәlsә dә, Milli Mә-

clisdә bu hakimiyyәtin tarixi rәqibindәn

– M.Ә.Rәsulzadәdәn sitat gәtirmәklә,

necә deyәrlәr, işlәri azacıq korladı.

Lakin rusların bir mәsәli var: «Xoşbәxt-

lik olmazdı, bәdbәxtlik kömәk et-

mәsәydi». Saakaşvili özü dә bilmәdәn

bir günün içindә gәnclәrin әsl kumirinә

çevrildi. Әsası da budur. Bәzilәrinin

narazılığına vә tәlaşına gәldikdә isә, o,

ötәridir, çünki insanlar bu günlә yaşasa

da, hәmişә tarixi anır, gәlәcәk haqda

düşünür, çünki bu günün ömrü cәmi 24

saatdır...

Hüseynbala Sәlimov, 

müstәqil analitik

Tarixlә vә gәlәcәklә döyüşәnlәr

M.Saakaşvili vә İ.Әliyev

Vladimir Putin, 23 fevral 2012

"Qaynar Xәtt"ә yaz, hüquqşünaslar-

dan mәslәhәt al. Suallara hәr hәftәnin

şәnbә saat 18:05-dә hüquqşünaslar

canlı efirdә cavab verәcәklәr. Hәmçinin

cavablar sayta göndәrilmiş suallara

әlavә olunacaq. Suallarını, problem-

lәrini yaz.

"Online vәkil"lә başqa әlaqә va-

sitәlәri:



Telefon: 436 77 41 (Zәnglәr avtomat

tәrәfindәn qәbul olunur. Ona görә

sözünü bildirәndәn sonra telefon nöm-

rәnizi dә deyin ki, geri zәng edib әlaqә

saxlaya bilәk).

Elektron poçt: cavadovae@bureau-

mail.rferl.org 



Canlı efir zamanı SMS: (+99450)

7441017



№10 (80)      12.03.2012      Fərqli düşüncə

13

AzadliqRadiosu.az

saytında hәmçinin 

oxuyun

Hәmid Herisçi: “AYO ilә bizim yol-



larımız ayrılıb”

Bәhram Bağırzadә: «İki-üç adamı



içәri bassan, bәs edәr»

Günel Mövlud: Mәnә әlcәyini



bağışlayan o oğlan...

“Nobel” mükafatlı yazarın

“itmiş” romanı çap edildi

iPad-3-ün hansı üstünlüklәri

var?

Azәrbaycanın xalq artisti Alim

Qasımov martın 8-dә AzadlıqRa-

diosunun “Pen klub” proqramının

qonağı oldu. Amma söhbәtә ABŞ

sәfәrindәn körpü saldıq. O bir

ayağını qatlayıb stulda әylәşәn

kimi söhbәtә başladıq. 

- 2000-ci ildә konsertdә “Daş qәlblәri

neylәrdin, İlahi” oxudunuz. Zal da sizi

alqışladı...

- Rәhmәtlik Sabirin sözlәridir. O da

hikmәtamiz sözlәrdir. Ya da:

Әzizim Әrzuruma,

Yol gedir Әrzuruma.

Dәvәsi ölmüş әrәbik

Dözәrik hәr cür zuluma.

Bir bayatı da vardı: “Sәrkәrdә igid

olsa, heç vermәz ordu bada”. Ya da

siyasi mövzulu qәzәllәr var. İnsanlar

içlәrindәki narazılıqları deyә bilmәyib,

onu sәnәtkar deyәndә daha maraqlı

alınır. Amma, әlbәttә ki, sәnәti siyasәtә

çox qatmaq olmaz. Siyasәtә qarışanda

gәrәk siyasәt lә oxuyasan, siyasәtlә dә

aradan gedәsәn.

“SӘSİMİN ӘZӘLӘLӘRİ 

YORULUB. ALMANİYADA

DEDİLӘR Kİ, DÜZӘLMӘK ŞANSI

YOXDUR”

- Sәsiniz xırıltılıdır. Sәsinizlә bağlı prob-

lem yoxdur bu aralar?

- Bir ilә yaxındır ki, sәsimin dalınca

düşmüşәm. Sәsimin әzәlәlәri yorulub.

Almaniyaya göndәrmişdi mәni Heydәr

Әliyev Fondu, Mehriban xanım. Çox yeri

gәzmişdim, biri dedi ki, ciyәrindir, biri

dedi ki, boğazındır... Almaniyadasa dәqiq

diaqnoz qoydular ki, sәs әzәlәlәrin yoru-

lub, düzәlmәk şansı da yoxdur. Dedim

şükür sәnә, İlahi... Amma sәs mәş 

-

ğәlәlәri, filan edirәm. Mәnә elә gәlir ki,



Allah üzümә gülüb hәmin sәsi qaytara-

caq mәnә.

- Nәdәn hiss edirsiz?

- Yavaş-yavaş düzәlmәyini hiss

edirәm. Әvvәl namaz qılanda da

görürdüm ki, sәsim sözümә baxmır.



• “OTURMUŞUQ, OTDU VERİBLӘR,

DADINA BAXMIŞIQ”

• “FӘRQANӘNİN BAŞINI 

BAĞLAMASI ONA ÇOX 

MANE OLUR”

• QӘDİR RÜSTӘMOVUN “QIRX”

MӘRASİMİNDӘ NİYӘ OXUDU?

• “ELӘ TAMAŞAÇI VAR DEYİR Kİ,

SӘNİ ÖLDÜRMӘK İSTӘYİRӘM”

AzadliqRadiosu.az saytında 

söhbәti tam dinlәmәk olar.

Şahnaz Bәylәrqızı

Alim Qasımovun sәsindә 

problem yaranıb

«Eurovision 2012» mahnı

müsabiqәsinә biletlәrin qiymә-

tini yarışmanı keçirәn yayımçı

- İctimai Televiziya müәyyәn-

lәşdirir. Avropa Yayım Bir-

liyinin tәlәbi odur ki, qiymәtlәr

müxtәlif sәviyyәdә - biletlәrin

azı 1/3-i beynәlxalq bazar, 2/3-si isә

yerli bilet alıcıları üçün çatımlı olsun».

Bunu «Eurovision 2012»nin tәşkilati

rәhbәri Sietse Bakker AzadlıqRadiosu-

nun «Eurovision» biletlәrinin qiymәti

müәyyәnlәşdirilәrkәn yerli әhalinin

maaşının nәzәrә alınıb-alınmamasına

dair sorğusuna cavabında bildirib.

S.Bakker ötәn illәrin mahnı müs-

abiqәlәri ilә Bakı-2012-dә biletlәrin

qiymәtini dә müqayisә edir:

S.Bakker bildirir ki, «Eurovision»

mahnı müsabiqәsinә gәlәn hәr kәs 2.5

saatlıq yarımfinal vә 3.5 saatlıq final

şoularında olur: «Bu qiymәtlәr müxtәlif

maliyyә imkanı olan şәxslәrә «Eurovi-

sion» müsabiqәsinin canlı şoularında,

yaxud mәşqlәrindә iştirak üçün şәrait

yaradır».

Arifә Kazımova

Sietse Bakker: ««Eurovision 2012»



nin biletlәri baha deyil»


№10 (80)      12.03.2012      Fərqli düşüncə

14

Rәsmi nikah olmadan, yalnız dini

kәbinlә İrana әrә gedәn azәrbaycanlı

qızlar hansı hüquqlara malik olurlar?

İslam ailәdә tәrәflәrә bәrabәr hüquq

verirsә, niyә azәrbaycanlı qızlar

boşanıb geri qayıdanda heç nәsiz qalır-

lar? Bu mövzu “İslam vә demokratiya”

proqramında müzakirәyә çıxarılıb.

Müstәqil hüquqşünas Xalisә Şahverdi

deyir ki, nәinki İran, ümumiyyәtlә,

istәnilәn xarici ölkәnin vәtәndaşı ilә

ailә quran qadınlar rәsmi nikaha gir-

mәlidir: “Bu, onlara müәyyәn hüquqlar

verir. Rәsmi nikaha girmәyәn cütlüklәr

ayrılanda, әmlakın bölünmәsindә prob-

lem yaranır.  İstәr Azәrbaycan, istәr

İran tipli ölkәlәrdә daşınmaz әmlak,

böyük vәsaitlәr adәtәn kişinin adına

rәsmilәşdirilir. Belә olanda, ayrılanda

qadına heç nә çatmır”.

RӘSMİ NİKAH OLMAYANDA

KİŞİNİ CӘZALANDIRMAQ

ÇӘTİNDİR

Hüquqşünas deyir ki, xaricә әrә

gedәn azәrbaycanlı qızlar bir çox prob-

lemlә üzlәşir. Mәsәlәn, onları evlәnmәk

adıyla aparıb cinsi istismara mәruz

qoyurlar, yaxud әmәyini istismar edirlәr:

“İran kişilәri bura gәlәndә bizim qadın-

larla faktiki nikahda yaşayırlar, sonra da

onları atır, uşaqları qoyub gedirlәr.

Bәzәn qadınları cinsi yolla keçәn xәstә-

liklәrә yoluxdururlar. Bunlarla bağlı tәd-

bir görmәk üçün ölkә daxilindә

tәnzimlәmә mexanizmi var. Amma o in-

sanları tapıb cәzalandırmaq problem

olur”.

99 İLLİK SİĞӘ DӘ VAR, BIR

SAATLIQ DA

Uzun müddәt İranda yaşayan Nazlı

Güneyli  deyir ki, bu ölkәdә rәsmi

nikahda olan qadınların da hüquqları

güclü qorunmur. Onun sözlәrinә görә,

İranda iki növ nikah var: “Dövlәt nikahı

vә siğә. Siğә sırf dini nikahdır. Bunu

istәnilәn molla edә bilәr, ya da tәrәflәrin

özlәri oxuya bilәrlәr. Siğәlәr  99 illik,

aylıq vә hәtta saatlıq ola bilir. Mәn hesab

edirәm ki, saatlıq siğә elә fahişәliyin

leqallaşdırılması demәkdir. İslam ölkәsi

olduğuna görә bu ölkәdә fahişәliyi din

pәrdәsi ilә ört-basdır edirlәr”.



KӘBİN MӘBLӘĞİNİ 89 İLLİK

KREDİTLӘ VERİBLӘR

Nazlı Güneyli deyir ki, İranda heç

rәsmi nikah da qadının gәlәcәyinә tam

zәmanәt vermir. Çünki nikah zamanı

qoyulan kәbin mәblәği çox hallarda

ödәnilmәmiş qalır: “Bu, müәyyәn qәdәr

sikkә, qızıl, pul, әmlak ola bilәr. Bu

mәblәği kişi evlәnәndә qadına ödәmә-

lidir. Amma әksәr hallarda bu, boşanana

qәdәr kağız üzәrindә qalır. Boşananda

da mәblәğ böyük olduğundan, kişinin

gәlirinә uyğun olaraq ona kredit müd-

dәti verilir. Bir dәfә mәhkәmә belә bir

qәrar vermişdi ki, bir xanımın kәbin

haqqı 89 illik kreditlә verilәcәk”.

UŞAĞIN ÜSTÜNDӘ ANANIN

HAQQI ӘMİDӘN DӘ AZDIR

İslam dini qadınlarla kişilәrә bәrabәr

hüquq tanısa da, Nazlı Güneyli prak-

tikada başqa halların mövcud olduğunu

deyir. Onun sözlәrinә görә, bölgәlәrdә

qadınların ailәdәki hüquqları kobud

surәtdә pozulur:

“Bir qadın әrinin icazәsi olmadan işә

girә bilmәz, xaricә gedә bilmәz, boşana

bilmәz, uşağa sahiblik edә bilmәz. Әgәr

kişi ölsә, onda uşaq әvvәlcә qayınataya,

qayına, onlar olmasa, sonra anaya çatar.

Yәni uşağın üstündә ananın haqqı

babadan vә әmidәn azdır”.

HACI SӘDİ AXUNDZADӘ: "RӘSMİ

NİKAH OLMASA, KӘBİN

KӘSİLMİR"

Qafqaz Müsәlmanları İdarәsinin

cәnub bölgәsinin nümayәndәsi Hacı

Sәdi Axundzadә isә deyir ki, idarәnin

tapşırığına әsasәn, axundlar rәsmi nikah

olmadığı halda,  kәbin kәsә bilmәzlәr.



“Fahişәliyi din pәrdәsi ilә ört-

basdır edirlәr”

İslam cinsi

azlıqların

hüququnu

tanımır

İslam Әmәkdaşlıq Tәşkilatının

üzvlәri BMT-dә insan haqları ilә

bağlı növbәti müzakirәlәrin

mövzusuna etirazlarını bildiri-

blәr. Çünki bu dәfә qurumda les-

biyanlar, gey, bi vә

transseksuallara qarşı ayrı-seçki-

lik halları müzakirәyә çıxarılıb-

mış. BMT-nin insan haqları üzrә

ali komissarı Navi Pillay iclas za-

manı BMT-yә üzv dövlәtlәrә

müraciәt edib vә insanları sek-

sual zәmindә diskriminasiyaya

mәruz qoyan qanunları lәğv et-

mәyә çağırıb. Pillay bu cür insan-

ların homofobiyadan müdafiә

olunmalarını istәyib.

Lakin Pakistanın BMT-dәki nü-

mayәndәsi Muhammad Saeed Sarwar

gündәliyә seksual orientasiya an-

layışının çıxarılmasını pislәyib. İslam

Әmәkdaşlıq Tәşkilatının adından

danışan Sarwar bir qrup dövlәtin bu

cәhdlәrini kәskin qınayıb: “Biz ona görә

etiraz edirik ki, “seksual orientasiya”

kimi qeyri-müәyyәn bir anlayışı bura

gәtirmәk istәyirlәr. Bu, çox mübahisәli

bir termindir vә yanlışlığa sәbәb ola

bilәr.  Hәm dә bu anlayış hüquqi ba -

xım dan tәsbit olunmayıb vә beynәlxalq

hüquqda yer almayıb”.

Muhammad Saeed Sarwar  onu da

bildirib ki, beynәlxalq ictimaiyyәt yalnız

İnsan Haqları üzrә Bәyannamәdә yer

alan vә bu sahәdәki beynәlxalq sәnәd -

lәrә salınan haqları tanımalıdır.

BMT-yә üzv olan 192 ölkәdәn 76-da

cinsi azlıqların intim münasibәtlәri

cinayәt hesab olunur.

Xalisә Şahverdi "qarımış qız" stereotipindәn

uzaqlaşmağı mәslәhәt görür

Rusiyada evlәnәn qadınlar

Arxiv-foto



№10 (80)      12.03.2012      Fərqli düşüncə

15

AzadlıqRadiosunda verilişlәr:

Bakıda keçirilәcәk «Eurovision-2012» mahnı ya rış masında

Rusiyanı «Bu 

ra novskiye babushki» («Бурановские ба-

бушки») qrupu tәmsil edәcәk. «Party For Everybody» mahnısı

ilә çıxış edәn qrup digәr 24 namizәd arasından seçilib. Folklor

mahnılarla çıxış edәn «nәnәlәr» qrupu Udmurtiyanın Бура-

ново kәndindәndir. Qrup udmurt dilindә müxtәlif hit mahnılar

ifa edir.

«Eurovision-2012» mayın 22-dәn 26-na kimi Bakıda keçir-

ilәcәk.

Nәnәlәrin ifasına aid videoya AzadliqRadiosu.az

saytında baxmaq olar.

Rusiya «Eurovision»a

nәnәlәri göndәrir 

Sizdə də maraqlı video, foto və ya səs yazısı varsa bizə

göndərin. Materialı kompyuterinizdən yükləmə səhifəsinə

daxil olmaqla, yaxud MMS kimi mobil telefondan yollaya

bilərsiniz. Ehtiyac varsa anonimliyi təmin edirik.

Azərbaycandan: (050) 213-56-30, 

Xaricdən: (+420) 602 517 052

Görüntüləri elektron poçtla da yollamaq olar:

efir@azadliqradiosu.az



Simsiz teleqraf

05.03.2012. Göndərdi: Azəri Elli

Yar, qoşadır eyvanımız...

Qeyd: Kəsr xətti ilə verilmiş – eyni saatlara düşən

verilişlər həftənin günlərindən asılı olaraq növbə ilə

təkrar gedir...

«Buranovskiye babuşki» qrupu

Bir gündә dünyanın әn varlı 20

adamı 11 milyard dollar itirib.

Bunu Bloomberg hesablayıb.

Amerikalı maliyyәçi Buffet 407 mi-

lyon dollar itirib. Onun var-dövlәti

44 milyarda düşüb.Dünyanın әn

böyük polad şirkәtinin sәdri Lak-

shmi Mittal bir gündә 918 milyon

itirib. Varlıların belә "kasıblamağına" sәbәb birjalarda 3-cü

gündür ki, davam edәn enişdir. Buna da öz növbәsindә sәbәb

Avropa iqtisadiyyatının son rübdә 0,3 faiz azalması haqda sta-

tistik mәlumat vә  Yunanıstanın borc problemi әtrafında

yaranan vәziyyәtdir. 

Nәticәdә martın 6-da ABŞ-ın S&P500 indeksi 1,5 faiz düşüb.

Sәhmlәrin belә enişindә  Avropanın iki satış maqnatı Bernard

Arnault vә Amancio Ortega hәrәyә 1,2 milyard dollar itiriblәr.

Moet, Hennessy, Lois Vuitton kimi lüks brendlәrin daxil olduğu

dünyanın әn böyük lüks mallar şirkәtinin sahibi olan Arnaultun

var-dövlәti 41 milyarda düşüb. Dünyanın әn böyük paltar satışı

şirkәtinin sahibi olan Orteganın isә hazırda 37 milyardı var.

Ancaq birjalarda indiki enişә sәhm almaqda әlverişli mәqam

kimi baxanlar da var.

İnvestisiya strateqi Jeffrey Sault Bloombergә deyib ki, “Buf-

fetin narahatlığına sәbәb yoxdur. İndi almaq vaxtıdır. Çünki

dünya tәnәzzülә getmir”.



20 әn varlı adam bir günә 

11 milyard itirdi

Lakshmi Mittal


Yüklə 247,76 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə