Xəbər və fikir jurnalı №18 (88) 4. 05. 2012 səh səh səh


№18 (88)      14.05.2012      Fərqli düşüncə



Yüklə 264,32 Kb.
Pdf görüntüsü
səhifə2/8
tarix11.03.2018
ölçüsü264,32 Kb.
#31193
1   2   3   4   5   6   7   8

№18 (88)      14.05.2012      Fərqli düşüncə

3

Mayın 10-da AXCP Gәnclәr Komitәsi

«Eurovision 2012» mahnı müsabiqәsi

zamanı Azәrbaycana gәlәcәk әcnәbi

jurnalistlәrә, diplomatlara vә vәtәn-

daşlara müraciәt edib. Müraciәtdә

bildirilir ki, Azәrbaycan hakimiyyәtinin

müsbәt imicini qurmaq mәqsәdi ilә

paytaxtda çalışan taksilәrә әcnәbi

qonaqları, turistlәri getmәk istәdiklәri

yerlәrә mәrkәzi yol vә küçәlәrlә

aparmaq, kәnar küçә vә rayonlardakı

yollarla aparmamaq tapşırılıb: «Bu

tapşırığın nәticәsindә sizlәr neft ölkәsi

Azәrbaycanın paytaxtının mәrkәzi ray-

onundan başqa rayonlarda bәrbad

yolları, kasıb evlәri, vәtәndaşların

üzlәşdiyi çoxsaylı problemlәri gör-

mәyәcәksiniz. Buna görә dә biz AXCP

Gәnclәr Komitәsi olaraq sizlәrә

müraciәt edirik: Bakı tәkcә abad-

laşdırılmış kiçik bir hissәdәn ibarәt

deyil. İstәyirik ki, Bakıda olarkәn tәkcә

kosmetik işlәr görülmüş şәhәrin

mәrkәzini yox, iqtisadi, sosial,

gigiyenik problemlәrin hәddәn artıq

çox olduğu şәhәrin başqa yerlәrindә

dә olasınız vә gerçәkliklәri görәsiniz».

Müraciәtdә qeyd olunur ki, bu, әcnә-

bilәrә imkan verәcәk ki, ifadә

azadlığının kobud şәkildә pozulduğu vә

azad musiqi yarışmasının keçirilәcәyi

ölkә haqda tam tәsәvvür formalaş 

-

dırsın.



NAZİRLİK TӘKZİB EDİR

Nәqliyyat Nazirliyi katibliyinin rәhbәri

Namiq Hәsәnov taksi sürücülәrinә belә

bir göstәrişin verilmәsi barәdә

mәlumatları tәkzib edir: «Bakıda 22

taksi dayanacağı fәaliyyәt göstәrәcәk

vә bu dayanacaqların hamısında “Lon-

don taksi”lәri xarici turistlәrә xidmәt

edәcәk. Onlar hara istәsә gedә bilәcәk-

lәr. Bu, mümkünsüz bir mәsәlәdir».

Namiq Hәsәnova görә, taksilәrdәn

fәrqli olaraq avtobuslar konkret sxem

üzrә hәrәkәt edәcәklәr: «Rәsmi tәdbir-

lәrlә bağlı bu hәmişә belә olub vә tur-

istlәr dә hәmin avtobuslardan istifadә

edә bilәcәklәr».



Maarif Çingizoğlu

AXCP gәnclәri Bakıya gәlәcәk 

әcnәbi qonaqlara müraciәt edib

Azerbaijan -- London taxi in Baku - 02 May

2012

Rafiq Tağının

adı Vaşinqtonda

әbәdilәşdirilir 

Azәrbaycanlı jurnalist vә yazıçı Rafiq

Tağının adı Vaşinqtondakı Xәbәrlәr vә

Jurnalistika Muzeyindә xüsusi

lövhәyә salınacaq. Orada ötәn il

öldürülmüş 70 jurnalistin adı әks olu-

nan xüsusi lövhә yaradılıb. Mayın 14-

dә bu münasibәtlә xüsusi mәrasim

keçirilәcәk.

Xatırladaq ki, ötәn il noyabrın 19-u

axşam saatlarında işdәn evә qayıdan

Rafiq Tağıya yaşadığı binanın yaxın-

lığında namәlum şәxs çoxsaylı bıçaq

xәsarәtlәri yetirib. 4 gün Klinik Tibbi

Mәrkәzdә müalicә olunan yazıçı

noyabrın 23-dә oradaca vәfat edib.



İstiqlalçı deputatlar vicdan mәh-

buslarının hәbsdәn azad edilmәsi

ilә bağlı prezident İlham Әliyevә

müraciәt hazırlayıb. 1991-ci ildә

Azәrbaycanın müstәqilliyi haqda

bәyannamәni imzalayan o vaxtkı

deputatların bәzilәri - İsa Qәm-

bәr, Sülhәddin Әkbәr, İbrahim

İbrahimli, İxtiyar Şirin, Hacıbaba

Әzimov vә başqaları mayın 11-dә

Müsavat Partiyasının qәrar-

gahında bir araya gәliblәr.

«Әhrar» partiyasının sәdri Vaqif Hacı -

bәylinin AzadlıqRadiosuna verdiyi mәlu -

mata görә, toplantıda Müsavat Partiyası

mәrkәzi icra aparatının rәhbәri Arif

Hacılı vә İctimai Palatanın hәbsdә olan

digәr üzvlәrinin mәsәlәsi müzakirә ol-

unub, sonda prezident İlham Әliyevә

müraciәt ünvanlanıb. Müraciәtdә Arif

Hacılının da istiqlalçı deputatlardan vә

demokratik hәrәkatın tanınmış simala -

rın dan biri olduğu xatırladılır. Ümumi-

likdә İP üzvlәrinin hәbsi pislәnilәn

sәnәddә onların tezliklә azad olun-

maları istәnilir.

Ötәn ilin aprelindә Bakı Şәhәr İcra

Hakimiyyәti ilә razılaşdırılmamış ak-

siyalar zamanı İctimai Palatanın 16

üzvü saxlanılıb. Sonradan mәhkәmә

qәrarı ilә müxtәlif müddәtlәrә azadlıq-

dan mәhrum ediliblәr.

Beynәlxalq tәşkilatlar onları vicdan

mәhbusu kimi tanıyır.

İstiqlalçı deputatlar prezidentә

müraciәt edir

Müxalifәtin “Nәrimanov” metrostansiyası 

yaxınlığındakı aksiyası. Aprel 2011

Elnur Aslanov:



«İranın 

Azәrbaycanın

işlәrinә qarışması

xoşagәlәn hal

deyil» 

Azәrbaycan gәncliyi İrana haqlı

olaraq etirazını bildirir.

«Trend»in mәlumatına görә,

bunu jurnalistlәrә Azәrbaycan

Prezidenti Administrasiyasının

siyasi tәhlil vә informasiya tәmi-

natı şöbәsinin müdiri Elnur

Aslanov deyib:

«İranın Azәrbaycanın daxili işlәrinә

qarışması xoşagәlәn hal deyil. Azәr-

baycan özü heç bir dövlәtin, әlәlxüsus

qonşu dövlәtin daxili işlәrinә qarış 

-

mır».



O, qeyd edib ki, Azәrbaycan bütün

dünya subyektlәri ilә bәrabәrhüquqlu

vә әmәkdaşlıq çәrçivәsindә münasi-

bәtlәr qurulmasının tәrәfdarıdır:«Bu

baxımdan, gәnclәrin keçirdiyi aksiya

İranın bәzi dairәlәrinin ortaya atdığı

fikirlәrә reaksiyası idi».



№18 (88)      14.05.2012      Fərqli düşüncə

4

Mayın 10-da Gül bayramı keçir-

ilәn parkda Bakı Şәhәr İcra

Hakimiyyәtinin başçısı Hacıbala

Abutalıbov da iştirak edirdi. Öz

nәvәsi ilә gәlmişdi. Jurnalistlәrlә

hәvәslә danışırdı. Әtrafdakı

bayram hazırlıqlarını göstәrib

fәrәhlә sözә başladı: 

- Hәr yan yaşıllaşacaq, Bakıda güllәr

insanların sayından çox olacaq. Ona

görә edirik ki, qoy xaricdәn gәlәn qon-

aqlar bilsinlәr – burda yaxşıya yaxşı

kimi baxırlar, pisdә dә yaxşı axtarırlar.

Çünki Azәrbaycanımızda yaşayanlar

yalnız mәlәkdir. Bu mәlәklәr diyarına

xoş gәlmisiniz, qonaqlar! Gәlin, gәzin,

görün belә gözәl Bakımız necә gözәldir.



- Hacıbala müәllim, builki Gül

bayramı ötәn ildә keçirilәndәn nә

ilә fәrqlәnir? 

- Mәnә elә gәlir ki, siz bunu özünüz

görmәli idiniz. Keçәn il müxtәlif

ölkәlәrdәn 26 ton gül gәtirilmişdi.

Keçәn il yalnız bizim dizaynerlәr

işlәmişdi. Bu il 116 ton Almaniya,

Fransa, İtaliya, Hollandiya, Braziliya vә

başqa ölkәlәrdәn gәtirilәndir. Hәm dә

hәmin ölkәlәrin dizaynerlәri dә burda

iştirak edib. Vә belәliklә, dizaynerlәrimiz

elә etdi ki... Heydәr Әliyevmizә mәhәb-

bәt yaratdıq ki, bu cür gözәl Gül bayra-

mını, gül kompozisiyasını yarada

bilsinlәr. Bax, budur fәrq.

İkinci fәrqi budur ki, keçәnilkinә nis-

bәtәn builki - böyük bir qayığın

üzәrindә Heydәr Әliyevimiz hәrәkәt

edir. Parusdur.. (Yelkәn - V.Ә.) Heydәr

Әliyevmizin güldәn bәzәdilmiş portreti

keçәn ilә nisbәtәn 3 dәfә böyükdür.

Hәm dә bizә baxıb gülür...vә әmin olun,

mәn deyirәm, Heydәr Әliyevmizin ruhu

bu saat yanımızdadır, sevinir. Bu isә

mәnim üçün әn böyük şәrәfdir!



- Parkdakı kompozisiyalar neçә

müddәtdә hazırlanıb? 

- 1 aydır ki, hazırlayırıq. Amma keçәn

il sentyabrın 1-dәn bu gözәl bayrama

hazırlaşırıq. Gәlәn il isә Heydәr

Әliyevmizin 90 illiyidir. Gül bayramı

tәkcә bu parkda olmayacaq. Hәmçinin

Heydәr Әliyevmizin sarayının arxasında

bu parkdan 3 dәfә böyük park salı-

nacaq. Gәlәn ilin mayın 10-da o park

da açılacaq vә Gül bayramı bundan

daha da möhtәşәm olacaq. 90 illiyimizә

elә bu gündәn hazırlaşırıq. Әmin olun,

Azәrbaycan xalqı nә qәdәr xoşbәxt ola-

caqsa, Heydәr Әliyevmizin ruhu bir o

qәdәr dә şad olacaq. Gәlin hәr birimiz

Heydәr Әliyevmizin mәhәbbәtini ürәy-

imizdә yaşadaq. Elә yaşadaq ki, o

dünyaya gedәndә Heydәr Әliyevmiz

bizi qәbul edә bilsin. 

- Heydәr Әliyevin 90 illiyinә

qәdәr hazır olacaqmı Qış Bulvarı? 

- Yox, Qış Bulvarı yoxdur. Gözәl

musiqili fontanlar olan dünyanın әn

gözәl bir parkı açılacaq.



- Bәs sәnәdlәrdә adı "Qış Bul-

varı" kimi tәqdim olunur?

- Sәnәd Bakı Şәhәr İcra Hakimiyyә-

tinin sәrәncamıdır. Orda isә yazılıb:

"gözәl istirahәt parkı".



- Amma Sizin imzanızla olan

sәrәncam var ki, orda hәmin әrazi

"Qış Bulvarı" kimi tәqdim edilib.

Ola bilәr ki, dәyişilib adı?

- Yox. Gözәl istirahәt bağ-park kom-

pleksi olacaq. Aşağısında isә ikimәrtә

bәli, gözәl avtodayanacaq olacaq. Ora

4500 maşın yerlәşәcәk.

- Söküntülәr davam edir, Şәmsi

Bәdәlbәyli, Mirzağa Әliyev küçәlә -

rinin arasındakı әrazi dә hәmin

parka aid olacaq?

- Әlbәttә! Bu park böyük bir parkdır.

Bu park 7,5 hektar әrazini tutur. Әmin

olun, bir neçә il keçәcәk, bu bir-

mәrtәbәli, demәk olar ki, çox acınacaqlı

evlәr hamısı sökülәcәk. İnsanlarımıza

hәr kvadratmetrinә 1500 manat vә ya

tәmir olunmuş mәnzillәr tәqdim olu-

nacaq. Әmin ola bilәrsiz.

- 1500 manatdan narazı olan in-

sanlar da var...

- Sözsüz ki, 1500 manatdan narazı

olan insanlara onların yaşadığı mәnzil-

lәrin üzәrinә 20 faiz әlavә sahә

gәlmәklә, yeni, tәmir edilmiş mәnzil

verә bilәrik.



- Mәnzillәr harda verilir?

- Bakı şәhәrindә..



- Hansı binalarda?

- Yeni mәnzillәr. Bu saat yeni mәnzil-

lәr tikilir. Baxın, hәr tәrәfdә yeni mәnzil-

lәrimiz var. Amma biri deyir ki, dәniz

kәnarında olmalıdır, biri deyir ki Heydәr

Әliyevmizin parkının yanında olmalıdır.

Bir şeyi başa düşmәk lazımdır, Bakının

hәr bir nöqtәsi mәnә әzizdir, bakılıları -

mıza әzizdir.

- Siz mәnzillәri harda tәklif edir-

siz?

- Biz hәr yerdә tәklif edirik. Bax,

Yasamalda, Sәbaildә, Xәtaidә, Nizami

rayonunda tәklif edirik. Yәni var, amma

bilirsiz dә, çox verәndә, daha çox

istәyirik.



- Sakinlәrin dediklәrinә görә,

mәnzillәr daha çox “AZİNKO”nun

tikdiyi binalarda verilir..

- Yox, elә deyil...mәn yenә deyirәm,

çoxu burda yeni binalarda mәnzil almaq

istәmirlәr. Deyirlәr ki, pulu verin bizә,

elә qonşu küçәdә, mәsәlәn, Vidadi

küçәsi, kvadratmetri 700 manat olan ev

var, onu alaq. Veririk, әlavә pul veririk.

Burda problemimiz yoxdur. Amma 1500

manat tәmiz verilir – bura notarius,

vergi pulu, Әmlak Komitәsindәn 1 nöm-

rәli arayışın alınması daxil deyil. O

pullar Bakı Şәhәr İcra Hakimiyyәti

tәrәfindәn tәmiz verilir.

- Sakinlәr deyir ki, onlara mәhz

“AZİNKO”nun tikdiyi binalarda

mәnzil verilir. “AZİNKO” necә oldu

ki seçildi, Hacıbala müәllim?

- Tәk “AZİNKO”nun binasından ver-

ilmir. Sahibkarlar (yeni binaların - V.Ә.)

– kim ki BŞİH-ә müraciәt edib, әn çox

kvadratmetri 700 manatdan olan bi-

naları götürürük. Ora vergini gәlirik, bir

dә tәmir pulunu. Biz 1500 manatı tәmiz

ödәyirik.



- İnsanlar deyir ki, “AZİNKO”

nun tikdiyi binalara mәcburi

köçürülüblәr?

Müsahibәnin davamını

AzadliqRadiosu.az 

saytından oxuyun.

Vüsalә Әlibәyli

Hacıbala Abutalıbov: "Bakıda güllәr



insanların sayından çox olacaq"

Arxiv foto

Gül bayramı, Qış Bulvarı, sökülәn evlәr, ödәnilәn

pullar vә “Azinko”dan verilәn evlәr haqqında



Yüklə 264,32 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə