Xəbər və fikir jurnalı №18 (88) 4. 05. 2012 səh səh səh


№18 (88)      14.05.2012      Fərqli düşüncə



Yüklə 264,32 Kb.
Pdf görüntüsü
səhifə3/8
tarix11.03.2018
ölçüsü264,32 Kb.
#31193
1   2   3   4   5   6   7   8

№18 (88)      14.05.2012      Fərqli düşüncə

5

Şamil Babanlı AzadlıqRadiosunun

«Qaynar Xәtt»inә şikayәt edib ki,

avtomobil qәzası törәtmәk

nәticәsindә anasının ölümünә

sәbәb olmuş Musa Nayıbov adlı

şәxs yüngül cәzalandırılıb.

Mәhkәmә hökmü ilә Musa

Nayıbov cәzasını mәntәqә tipli

cәzaçәkmә müәssisәsindә çәk-

mәklә 4 il 6 ay müddәtinә

azadlıqdan mәhrum edilib. Ancaq

cәza faktiki icra olunmur. 

MӘHKUM AZADLIQDA?

Şamil Babanlı: «Mәn dәfәlәrlә yoxlat-

dırmışam, o adam mәntәqә tipli cәza-

çәkmә müәssisәsindә qalmır. Orda

yalnız bircә dәfә olub. Ondan sonra hәr

ay pul ödәyәrәk azadlıqda gәzir. Mәn

başa düşmürәm, insan ölümünә sәbәb

olan adam necә azadlıqda gәzә bilәr?

Hәlә mәn onun ailәmizә vurduğu

mәnәvi zәrbәni demirәm. Atam o qәdәr

istintaq orqanlarına gedib gәldi, әsә-

bilәşdi ki, axırda ürәyi partladı. Yәni o

adam iki nәfәrin ölümünә sәbәb olub.

O adam o zaman mәntәqә tipli müәs-

sisәyә göndәrilә bilәrdi ki, qәza

nәticәsindә ölüm-itim olmayaydı. Belә

bir cinayәtkar necә azadlıqda gәzә

bilәr? Bu, bizim ailәni әlә salmaqdır».

Qeyd edәk ki, Musa Nayıbov mәhkә -

mә dә bildirib ki, avtomobili sürücülük

vәsiqәsi olmadan idarә edib. O, Sum -

qayıt şәhәrinin mәrkәzi küçәlәrindәn

birindә ehtiyatsızlıq nәticәsindә avto-

mobillә Gülayәt Babanlını vurduğunu

vә piyadanın ölümünә sәbәb olduğunu

etiraf edib. Mәhkәmә onu cәzasını

mәntәqә tipli cәzaçәkmә müәs-

sisәsindә çәkmәklә 4 il 6 ay müddәtinә

azadlıqdan mәhrum edib.

Ancaq Şamil Babanlı Musa Nayıbova

verilmiş cәzayla razılaşmayaraq hök-

mdәn apelyasiya şikayәti verib. Şikayәt

tәmin olunmayıb. Şamil Babanlı Ali

Mәhkәmәyә kasasiya şikayәti verib.

Onunla yanaşı prokuror da Musa

Nayıbovun cәzasının artırılması üçün Ali

Mәhkәmәyә kasasiya protesti göndәrib.

ÜMİD ALİ MӘHKӘMӘYӘDİR

Әdliyyә Nazirliyi Penitensiar Xidmәtin

mәtbuat xidmәtinin rәhbәri Mehman

Sadıqov “Qaynar Xәtt”ә bildirib ki,

Şamil Babanlının mәhkumun mәntәqә

tipli cәzaçәkmә müәssisәsindәn azadlı -

ğa buraxılması ilә bağlı  dediklәri ilә

razılaşmır: «Bu mәsәlә araşdırılıb vә

Şamil Babanlıya Penitensiar Xidmәtin

rәhbәrliyi sәviyyәsindә dә rәsmi cavab

verilib. Mümkün deyil ki, cәzaçәkmә

müәssisәsindә saxlanılan şәxs azadlıq -

da gәzsin. Ora cәzaçәkmә yeridir vә

bütün mәhkumlar müәssisәdә saxla 

-

nılır».


İndi Şamil Babanlı anasının ölümünә

sәbәb olmuş sürücünün cәzasının ağır-

laşdırılması ilә bağlı bütün ümidlәrini Ali

Mәhkәmә bağlayıb.



Esmira Cavadova

«Anamı öldürәn azadlıqda gәzir»

Arxiv foto

Bakı sakini Cabir Cәfәrov

AzadlıqRadiosunun «Qaynar

Xәtt»inә Babәk prospekti yaxın-

lığında yerlәşәn vә 24 ildir ki,

әvvәl faktiki istifadәsindә, son-

radan isә rәsmi icarәsindә olan

torpaq sahәsinin әlindәn çıx-

masından şikayәtlәnib. Deyir, 8 il

әvvәl torpaq sahәsindә bostan

işlәri üçün Keşlә bәlәdiyyәsi ilә

müqavilә bağlayıb. Ancaq әrazi

elә bәrbad vәziyyәtdә olub ki,

icarә müddәtindә elә ancaq

abadlaşdırma işlәri ilә mәşğul ola

bilib. İndi icarәnin müddәti bitib.

İcarә müqavilәsinin müddәtini

uzatmaq üçün yenidәn Keşlә

bәlәdiyyәsinә müraciәt edәndә,

onunla icarә müqavilәsi bağla-

mağa razılıq verilmәyib. Deyiblәr

ki, әrazi Dövlәt Neft Şirkәtinindir

vә artıq icarәyә verilmәsi

qadağan edilib.

Cabir Cәfәrov: « Mәn Dövlәt Neft

Şirkәtinә, ora-bura yazdım-pozdum ki,

hәmin әrazinin abadlaşdırılması üçün

ordan min maşından çox daş-kәsәk

daşımışam, bir o qәdәr dә torpaq tök-

müşәm. Uzun illәr qarnımdan, әyn-

imdәn kәsib oranı abadlaşdırmışam,

çünki bәlәdiyyәdәn o vaxt mәnә söz

vermişdilәr ki, icarә müddәti bitәndәn

sonra oranı sәnin adına rәsmilәş 

-

dirәcәyik. Hәr il 320 manat vergi



ödәmişәm. İndi isә deyirlәr ki, bura

sәnin deyil. 3 il әvvәl orda iki otaq

tikdim ki, uşaqlarımı yığım içәrisinә.

Gәlib sökdülәr ki, olmaz. Halbuki Neft

Şirkәtinin boruları mәnim tikdiyim

evdәn 35 metr aralıdadır».

Cabir Cәfәrov deyir ki, ona әrazinin neft

torpaqları olduğu bildirilsә dә, yaxınlıq-

dakı neft borularının üstünü torpaqlayıb

hasar çәkirlәr:

«Mәnim tikdiyim evlә hәmin boruların

arasındakı tikintilәrә dәyib-dolaşan yox-

dur. Sökülürsә, qoy, hamısı sökülsün.

İndiyә qәdәr ora çәkdiyim xәrclәr kom-

pensasiya kimi mәnә ödәnilsin. Hazırda

elә Dövlәt Neft Şirkәti özü hәmin boru-

ların üstünü torpaqlayıb orda obyekt

tikir».


KOMPENSASİYANI

BӘLӘDİYYӘDӘN TӘLӘB 

ETMӘLİDİR

Dövlәt Neft Şirkәtinin hüquq idarәsinin

şöbә rәisi Şahin İsmayılov mәsәlәyә

belә münasibәt bildirdi: «Cabir Cәfәrov

orda tikinti apararkәn dәfәlәrlә ona bu

barәdә xәbәrdarlıq edilib. Vaxtilә

bәlәdiyyәlәr vәzifәlәrindәn kәnara

çıxaraq on minlәrlә sakinә neft tor-

paqlarında ev tikmәk üçün torpaq

sahәsi ayırıblar. Son illәr Dövlәt Neft

Şirkәti mәhkәmәlәr yolu ilә bu tor-

paqları geri alır. Cabir Cәfәrov kompen-

sasiyanı bәlәdiyyәdәn tәlәb etmәlidir. O

ki qaldı borular olan әrazilәrdә hazırda

tikinti işlәrinin aparılmasına, bunlar sә-

naye tәyinatlı tikililәrdir. Yaşayış, yaxud

idarә üçün nәzәrdә tutulmayıb».

Esmira Cavadova

Bakı sakini: «Neft şirkәti bostanı әlimdәn alıb»



Cabir Cәfәrov


Yüklə 264,32 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə