Xəbər və fikir jurnalı №18 (88) 4. 05. 2012 səh səh səh


№18 (88)      14.05.2012      Fərqli düşüncə



Yüklə 264,32 Kb.
Pdf görüntüsü
səhifə7/8
tarix11.03.2018
ölçüsü264,32 Kb.
#31193
1   2   3   4   5   6   7   8

№18 (88)      14.05.2012      Fərqli düşüncə

10

Prezidentin mayın 8-dә tәsdiqlәdiyi

«Yol hәrәkәti haqqında» qanuna edilәn

әlavә vә dәyişikliyә әsasәn, yollarda

qurulan radarlar barәdә әvvәlcәdәn

mәlumat verәcәk «informasiya stendi»

quraşdırılmalıdır. Belә xәbәrdarlıq

stendlәri yaşayış mәntәqәlәrindәn kә-

narda sürәt hәddini ölçәn radardan

150-1000 metr, yaşayış mәntәqәlәrindә

isә 50-200 metr qabaqda quraşdırıla-

caq. 


Baş Dövlәt Yol Polisi İdarәsinin icti-

maiyyәtlә әlaqәlәr şöbәsinin rәisi Kam-

ran Әliyev AzadlıqRadiosuna deyib ki,

yollarda indiyә qәdәr dә әksәr radarların

yerlәşdiyi istiqamәtlәrdә xәbәrdarlıq

lövhәlәri olub. Bu mәsәlә artıq qanunda

tәlәb kimi qoyulduğundan «informasiya

stendlәr»i bütün sürәt yollarında quru-

lacaq».

«DÖVLӘTLİNİ NӘ RADAR TUTUR,

NӘ POLİS»

Sürücülәr inanırlar ki, qanundakı dәyişik-

lik heyvanların üzәrindә, kolluq vә

ağaclar arasında radar qurmaq hallarını

aradan qaldıracaq. Qaldı ki, radarlara

bir-neçә 100 metr qalmış xәbәrdarlıq

lövhәlәrin quraşdırılmasına, sürücülәr bu

mәsәlәdә bir qәdәr fәrqli mövqedә 

-

dirlәr:


- «Bu, çox yaxşıdır. Amma nәdәnsә qa-

nunlar hamısı kasıblara şamil olunur.

Dövlәtlini nә radar tutur, nә polis. Tu-

tanda da ki, qorxularından onları heç

kim çağırmır. Hәr qanuna әmәl etsәy-

dilәr, dünya çoxdan  abad olardı».

– «Bu, yaxşıdır. Qabaqda bәlkә maneә

var. Xәbәrdarlıq edilsә, yaxşıdır. Prezi-

dent fәrman verdiyi üçün, mәncә, buna

hamı әmәl edәcәk».

– «Bu, biz sürücülәr üçün yaxşıdır.

Әvvәllәr bilmirdin qabaqda sәni nә gö-

zlәyir. Hәr kolun, ağacın dibindәn birdәn

çıxırdılar vә yaxalanırdıq. Heç olmasa, az

da olsa bunun bizә xeyri olar yәqin».

YAXŞI AT ŞӘKLİ ÇӘKMİSӘNSӘ...

Hüquqşünas Әrşad Hüseynov isә deyir

ki, qanunlara sürücülәrdәn tutmuş nazir-

lәrә qәdәr hamı eyni cür riayәt etsә,

radar vә ya hansısa cihazlara ehtiyac

qalmaz: « Üzeyir Hacıbәyli bir felyeto-

nunda yazır ki, sәn yaxşı at şәkli çәk-

misәnsә, altına yazma ki, bu, atdır. Bunu

görәn bilәcәk ki, bu, at şәklidir. Bu

baxımdan, radarlar barәdә әvvәlcәdәn

xәbәr verilmәsi ilә bağlı ideyanı bәyәn-

mirәm. Çünki sürücü qanuna radara,

polisә görә yox, elә qanuna görә әmәl

etmәlidir. Bilmәlidir ki, harada olursa-

olsun, sürәt hәddini aşmaq olmaz».

Әrşad Hüseynov onu da deyir ki, Azәr-

baycanda nәqliyyat problemi tәkcә yol-

larda radarlar vә onlar barәdә mәlumat

verәn lövhәlәrin quraşdırılması ilә bitmir.

Elә qaydalar var ki, onları elә rәsmi qu-

rumlar, şәxslәr pozur. Hüquqşünas

hesab edir ki, bu kimi hallar aradan

qaldırılsa, «Yol hәrәkәti haqqında» qa-

nuna hamı istisnasız әmәl edәr.



«SÜRӘTLӘ BAĞLI QӘZALAR 45

FAİZDӘN 25 FAİZӘ DÜŞÜB»

Yol polisi rәsmisi Kamran Әliyev isә

düşünür ki, kimin hansı fikirdә olmasın-

dan asılı olmayaraq, radarlar sürücülәrin

tәhlükәsizliyini tәmin edir. O deyir ki,

әvvәllәr qәzaların 45 faizi sürәt hәddinin

aşılması nәticәsindә baş verirdisә, radar-

ların tәtbiqindәn sonra bu rәqәm 25

faizә düşüb.

Maarif Çingizoğlu

Radarların harada olmasından

sürücülәr xәbәr tutacaq

Әli Әhmәdov: 



«Müxalifәt 

mitinqlәrlә sabitliyi

pozmaq istәyir» 

«Müxalifәt hәr bazar mitinq keçirmәklә

çox istәyir ki, Azәrbaycanda sabitlik

pozulsun, ara qarışsın vә xoşagәlmәz

proseslәr baş versin, bundan faydalanıb

nәyәsә nail olsun». Bu fikirlәri Yeni

Azәrbaycan Partiyasının (YAP) icra kat-

ibi, deputat Әli Әhmәdov mayın 10-da

Fәxri xiyabanda AzadlıqRadiosuna

açıqlamasında deyib. 

YAP-ın icra katibi bildirib ki, onlar

kiminsә mitinq keçirmәsinin әleyhinә

deyillәr. Sәrbәst toplaşmaq azadlığı

mәsәlәsinin Konstitusiyada tәsbit olun-

duğunu deyәn Әli Әhmәdova görә,

istәnilәn şәxs bu hüquqdan istifadә edә

bilәr: «Amma mitinq keçirәnlәrdәn soruş-

maq lazımdır ki, nә qәdәr mitinq edәcәk-

lәr? Hәr hәftәnin bazar günü mitinq

elәmәklә nәyәsә nail olmaq mümkün 

-

dürmü? Bu, mümkün deyil. İnsanlar bez-



iblәr. Nә qәdәr mitinq etmәk olar?».

Әli Әhmәdova görә, müxalifәt bir-neçә

dәfә mitinq edib, sözünü deyib vә

cәmiyyәt dә onların nәyә etiraz etdiyini

eşidib: «Mitinqin mәnası odur ki, insanlar

nәdәnsә, lap tutaq ki, hakimiyyәtin

siyasәtindәn narazıdırlar, bunun üçün bir-

iki dәfә mitinq keçirib öz mövqelәrini

bildirirlәr. Bundan sonra artıq cәmiyyәt

özü qәrar verir ki, o, mitinq keçirәnlәrin

mövqeyini dәstәklәyir, ya yox».

YAP icra katibi hesab edir ki, hәr

hәftәnin bazar günü mitinq keçirmәklә

siyasi partiya nәyәsә nail ola bilmәz: «Bu,

hәddindәn artıq ucuz siyasi taktikadır».

İctimai Palatada birlәşәn müxalifәt

aprel ayında iki dәfә razılaşdırılmış mitinq

keçirib. Mayın 7-dә isә Bakı Şәhәr İcra

Hakimiyyәtinin qarşısında icazәsiz aksiya

keçirib. Polis aksiyaçıların qarşısını kәsib,

bir neçә nәfәri saxlayıb. İctimai Palata

yenidәn mayın 13-ü vә 19-u etiraz ak-

siyaları keçirmәk qәrarına gәlib.

Maarif Çingizoğlu

Kamran Әliyev

Arxiv foto

Әrşad Hüseynov



№18 (88)      14.05.2012      Fərqli düşüncə

11

AzadlıqRadiosunun efirindә hәr şәnbә saat 18-dә «Qaynar Xәtt» verilişi başlayır. Burada sizin suallara

hüquqşünaslar cavab verir. 5 may 2012-ci il verilişindә sәslәnәn sualların bәzilәrini vә onların cavablarını

sizә tәqdim edirik. Sualları hüquqşünaslar Vamiq Şükürov vә Elçin Namazov cavablandırıb.

«Qaynar Xәtt»dәn hüquqşünas mәslәhәti al

EVİ NECӘ TİKİM?

Xırdalandan Famil: Mәnim Xırda-

landa 1,5 sot hәyәtim var. Orada ev

tikmәk üçün haralara müraciәt et-

mәliyәm vә nә qәdәr pul ver-

mәliyәm?

Cavab: Әgәr vәtәndaş torpaq sahәsini

bәlәdiyyәdәn, yaxud fәrdi vәtәndaşdan

almaqla Daşınmaz Әmlakın Dövlәt

Reyestrindә rәsmilәşdirmәyibsә, öz

adına çıxarış almayıbsa, orda fәrdi

yaşayış sahәsi tikә bilmәz. İkincisi, evin

layihәsini çәkmәlidir, layihәni icra

hakimiyyәti dә çәkә bilәr, yaxud da bu

sahәdә xidmәt göstәrәn tәşkilatlara

müraciәt edә bilәr. Bu, bazar qiymәti ilә

müәyyәn olunur. Bakı şәhәri әrazisindә

bunun tәqribi qiymәti 200-300 manatdır.

Sonra layihә ekspertizadan keçmәlidir,

әgәr o 12 metr hündürlüyünә qәdәr ev

tikәcәksә, bunu müvafiq icra hakimiyyә-

tinin tәrkibindә yaradılmış ekspert qrupu

ekspertizadan keçirir. Әgәr 12 metrdәn

hündürdürsә, Fövqәladә Hallar Nazirliyi

ekspertizadan keçirir. Ekspertizadan

keçirilmәsi üçün pul ödәnişi yoxdur. Tik-

intiyә icazә alınması üçün ev 12 metrә

qәdәr tikilәcәksә, torpaq sahәsinin yer-

lәşdiyi icra hakimiyyәtindәn, 12 metrdәn

hündür tikilәcәksә Fövqәladә Hallar

Nazirliyindәn icazә alınmalıdır. Buna

görә qanunla rüsum müәyyәn-

lәşdirilmәyib. Sonra kommunikasiya

xәtlәri çәkilmәsi üçün müvafiq

idarәlәrdәn icazә alınmalıdır. Bunlara

görә ümumilikdә 30-40 manat civarında

pul ödәnilir. Ünvanı Daşınmaz Әmlakın

Dövlәt Reyestr Xidmәtinin әrazi idarәlәri

verir. Ünvan 3 iş günü müddәtindә ver-

ilir. Ünvanın tәyin edilmәsi ilә bağlı 20

manat dövlәt rüsumu ödәnilir.



POÇTLA ALDIQDA...

Bakıdan Rәşad: Xaricdәn poçtla

göndәrilәn elektronikaya (note-

book, telefon vә s.) gömrük rü-

sumu düşürmü? Düşürsә, nә

qәdәr?

Cavab: Әgәr o istehsal, kommersiya

mәqsәdlәri üçün gәtirilirsә, mütlәq

rüsum verilmәlidir. Әgәr vәtәndaş onu

öz şәxsi istehlakı üçün gәtirmәk

istәyirsә, ümumi dәyәri 200 ABŞ dol-

larına bәrabәrdirsә vә ya gәtirdiyi malın

çәkisi 20 kiloqramdan artıq deyilsә,

gömrükdәn vә digәr rüsumlardan azad-

dır. Sadәcә olaraq, poçt xidmәtinә görә

haqq ödәyәcәk. O da xaricdәn gәlәn

malın çәkisi 500 qramadәkdirsә 80

qәpikdir, 500 qramdan artıqdırsa 1

manat 40 qәpikdir.



PENSİYANIN  HESABLANMASI

Bakıdan Cahangir: Mәnim qar-

daşım 1-ci qrup gözdәn әlildir. 45

yaşı var. 10 yaşında 3-cü, 20

yaşında 2-ci, 30 yaşında isә 1-ci

qrup әlildir. 6 il iş stajı var. Aldığı

pensiya cәmi 169 manatdır. Başqa

dost tanışlar isә 200-240 manat

pensiya alırlar. Ola bilәrmi ki, onun

pensiyası düz hesablanmayıb?

Cavab: Әmәk pensiyası üç hissәdәn

ibarәtdir : baza hissәsi, sığorta hissәsi

vә yığım hissәsi. Baza hissәsi hazırda 95

manatdır,  yığım hissәsi hәlәlik Azәrbay-

canda tәtbiq olunmur, sığorta hissәsi

şәxsin Dövlәt Sosial Müdafiә Fonduna

vaxtilә işlәyәrkәn әmәkhaqqısından

ödәdiyi ayırmalar hesabına müәyyәn-

lәşdirilir. Bunlar toplanılır, vәtәndaşa әlil-

liyә görә әmәk pensiyası tәyin olunur.

Ola bilsin ki, ona görә o biri vәtәn-

daşların aldıqları pensiyalar yüksәkdir ki,

onlar qanuna görә әlavәlәr almaq

hüququna malikdilәr. Mәsәlәn, mühari -

bә iştirakçıları olduqda, öhdәsindә iki vә

ya daha artıq uşaqlar olduqda vә sair.

Ola bilsin ki, bu vәtәndaşın belә bir

әlavәlәr almaq hüququ olmadığından

digәrlәri ilә fәrqlәri yaranır. İkincisi isә,

o, Dövlәt Sosial Müdafiә Fondunun öz

yaşadığı yer üzrә şöbәsinә sorğu verib

pensiyasının әtraflı izah olunmasını tәlәb

edә bilәr. 



TORPAĞI NECӘ SATIM?

Abşerondan: Qanuni sәnәdi olan

torpaq sahәsini necә satmaq olar?

Cavab: Qanuni sәnәdi olan torpaq

sahәsinin satılması üçün heç bir problem

yoxdur. Daşınmaz Әmlakın Dövlәt

Reyestr Xidmәtindәn forma 1 arayışı

almaq lazımdır ki, torpaq sahәsi hәbsdә

deyil. Bundan başqa, istәnilәn notarial

kontorda vә yaxud daşınmaz әmlakın

yerlәşdiyi rayonun notarial kontorunda

alqı-satqı edә bilәr. Torpaq alqı-satqısı

üçün Bakıda rüsum 110 manatdır, ray-

onlarda isә 44 manatdır. 



HӘRBİÇİ SUALI 

Bakıdan Elçin:

Mәn hәrbi

tәqaüdçüyәm. 19 ildir şәhәrcikdә

xidmәti evdә orderlә yaşayıram.

Bilmәk istәrdim ki, mәn ailәmlә

yaşadığım 36 kv. metr xidmәti evin

torpaq haqqını ödәmәliyәmmi?

Hansı qanuna әsasәn?

Cavab: Vergi Mәcәllәsi bu mәsәlәni

tamamilә tәnzimlәyir. Mәcәllәdә qeyd ol-

unur ki, şәxsin torpaq vergisi ödәyicisi

olması üçün tәk bir tәlәb var, o da hәmin

torpaq sahәsinin şәxsin mülkiy yәtindә

olmasıdır. Hәr hansı bir torpaq sahәsi

şәxsin mülkiyyәtindә deyilsә, ümu-

miyyәtlә, vergi verilmәmәlidir. Mәsәlәnin

ikinci tәrәfi odur ki, Elçin bәy qeyd edir

ki, hәmin xidmәti evdә yaşayır. Bu da

Vergi Mәcәllәsinin 207.1.2-ci maddәsi ilә

tәnzimlәnir vә qeyd olunur ki, büdcә

tәşkilatlarının, dövlәt hakimiyyәti orqan-

larının mülkiy 

yәtindә olan torpaqlara

görә vergi ödәnilmir. 

Hәr hәftәnin şәnbә günü saat 18:05-



dәn 19-00-a qәdә“Qaynar Xәtt

zәng edin vә hüquqşünaslardan cavab

alın.

Telefon: (012) 436 77 41, 

email: efir@azadliqradiosu.az , 

SMS üçün mobil nömrә:

(+99450) 7441017 




Yüklə 264,32 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə