Xəbər və fikir jurnalı №18 (88) 4. 05. 2012 səh səh səh


№18 (88)      14.05.2012      Fərqli düşüncə



Yüklə 264,32 Kb.
Pdf görüntüsü
səhifə8/8
tarix11.03.2018
ölçüsü264,32 Kb.
#31193
1   2   3   4   5   6   7   8

№18 (88)      14.05.2012      Fərqli düşüncə

12

Azәrbaycanda «birinci xanımlar»

deyәndә, daha çox indiki prezident

İlham Әliyevin hәyat yoldaşı Mehriban

Әliyeva haqqında danışılır.

Müşahidәçilәr deyirlәr ki, Әliyevaya

qәdәr digәr prezidentlәrin xanımları

bu vә ya digәr sәbәblәrdәn üzdә ol-

madıqlarından fәaliyyәtlәri dә gözә

dәymirdi. Keçmiş prezidentlәrin

xanımları indi nә ilә mәşğuldurlar?

Hәyat yoldaşlarının prezidentlik

dövründә hansı rol oynayırdılar?

İLK BİRİNCİ XANIM - ADİLӘ

MÜTӘLLİBOVA

Azәrbaycanın birinci prezidenti Ayaz

Mütәllibov 1991-ci ildәn 1992-ci ilә

qәdәr hәmin postda olub. Hәyat yoldaşı

Adilә Mütәllibova ixtisasca hәkimdir.

Ayaz Mütәllibov 1992-ci ildә hakimiy -

yәtdәn gedәndәn sonra Adilә Mütәlli-

bova onunla birlikdә Moskvada yaşayır.

Keçәn ilin avqustunda oğlu Azad Mütәl-

libov vәfat edәndә, o da Ayaz Mütәlli-

bovla birlikdә Bakıya gәlmişdi. Mәt   buat  -

la ünsiyyәt saxlamır. Keçәn il Baklıya

gәlәndә dә media ilә әlaqә saxla-

mamışdı. 

Mütәllibovun ailә dostu, Azәrbaycan

Sosial Demokrat Partiyasının hәmsәdri

Araz Әlizadә deyir ki, Ayaz Mütәllibov

prezident olduğu dövrdә Adilә Mütәlli-

bova әsasәn xeyriyyәçiliklә mәşğul

olub. Gәncliyindә hәkim işlәyib. Ayaz

Mütәllibov dövlәt işinә keçәndәn sonra

işlәmәyib. Hazırda da işlәmir: «Ayaz

müәllimin hәyat yoldaşı Adilә xanım

Moskvada, Ayaz müәllimin yanındadır.

Әsas işi dә Ayaz müәllimә qulluq

elәmәkdir. Ayaz müәllim ona, o da Ayaz

müәllimә qulluq elәyir».

İKİ AYLIQ BİRİNCİ XANIM

1992-ci ildә Әbülfәz Elçibәy prezi-

dent seçilmәmişә qәdәr Ali Sovetin

ovaxtkı sәdri İsa Qәmbәr 2 ay - may-

iyun aylarında  prezident sәlahiyyәt 

-

lәrini icra edib. İsa Qәmbәrin hәyat



yoldaşı Aida Qәmbәr (Bağırova) deyir

ki, hәmin vaxtda Elmlәr Akademiyasının

Şәrqşünaslıq İnstitutunda baş elmi işçi

vәzifәsindә çalışırmış: «Hәmin dövrdә

respublikada son dәrәcә mürәkkәb bir

durum mövcud idi. Hәmin bu vәziyyәt -

dә dә rәsmi işlәr öndә deyildi. Hәmin o

birinci tәmsilçilik statusu kimi birinci

xanımın fәaliyyәti çox mәhdud idi.

Ancaq bir şeyi qeyd etmәk istәyirәm -

hәtta Elçibәy özü prezident olandan

sonra xahiş etmişdi ki, mәn müәyyәn

müddәt üçün birinci xanım statusunu

davam edim. Sonrakı dövrlәrdә dә

ziyafәtlәrdә, dövlәt tәdbirlәrindә birinci

xanım statusundakı fәaliyyәtimi yeni -

dәn davam etdirirdim».

Aida Qәmbәr deyir ki, onun bu

fәaliyyәti AXCP iqtidarının sonuna

qәdәr davam edib.

Aida Qәmbәr 1993-cü ildәn Bakı

Dövlәt Universitetindә işlәyir. Tarix

fakültәsinin dosentidir. Hәm tәdris, hәm

dә elmi fәaliyyәtlә mәşğuldur.



ӘBÜLFӘZ ELÇİBӘYİN HӘYAT

YOLDAŞI HӘLİMӘ ӘLİYEVA

1992-ci ildәn 1993-cü ilә qәdәr Azәr-

baycanın ikinci prezidenti olmuş

Әbülfәz Elçibәyin hәyat yoldaşı Hәlimә

Әliyeva isә Elçibәyin prezidentliyi

dövründә onun yanında görünmürdü.

Aida Qәmbәr deyir ki, bu, hәmin vaxt

Hәlimә Әliyevanın azyaşlı uşaqlarına

baxması ilә bağlı olub.

Yazıçı Әdalәt Tahirzadә «Elçibәylә 13

saat üz-üzә» adlı kitabında bu haqda

Elçibәyә sual verib. Elçibәyin cavabı

belә olmuşdu: «Bir çox adamlar mәni

tәnqid edir ki, niyә uşaqları (hәyat

yoldaşı Hәlimә xanımı nәzәrdә tutur -

Ә.T.) xarici ölkәlәrә, yaxud hansısa

yığıncağa, tәdbirә aparmadın? Bilirsiniz,

ölkәnin vәziyyәti ağır olanda, xalq belә

işlәrә xüsusәn pis baxır vә onun buna

haqqı var. Ölkәnin belә günündә, üzr

istәyirәm, arvadını qoltuğuna vurub

Avropanı, Amerikanı gәzmәk nә

demәkdir? Mәn düşünürdüm ki, xalq

xoşbәxt olsun, sonra biz dә istәdiyimiz

kimi sәrbәst yaşayarıq».

Hazırda Hәlimә Әliyeva mәtbuatla

әlaqә saxlamır. Elçibәyin ailәsinә yaxın

mәnbәnin dediyinә görә, o, evdar, qon-

aqpәrvәr vә sadә qadındır. Heç vaxt

işlәmәyib, hazırda da işlәmir. İki

nәvәsinin tәrbiyәsi ilә mәşğul olur.

BİRİNCİ XANIM 

İNSTİTUTUNUN İLK DAŞLARI

Milli Elmlәr Akademiyasının Fәlsәfә

vә Hüquq İnstitutunun şöbә müdiri Әli

Abbasov deyir ki, hazırda Azәrbaycanda

birinci xanım statusunun ilk daşları

qoyulmaqdadır:

«Azәrbaycanda bu әnәnә tәzәdir. Bu,

çox müsbәt bir haldır. Ümumiyyәtlә,

birinci ledilәr siyasәtlә yox, humanitar

işlәrlә mәşğul olur. Bizdә isә birinci

xanım hәm humanitar fәaliyyәtlә, hәm

dә deputat kimi siyasi işlәrlә mәşğul

olur. Bәzi ölkәlәrdә bu praktika da var.

Ona görә dә nәinki bizdә, UNESCO, IS-

ESCO kimi beynәlxalq tәşkilatlarda da

bu fәaliyyәt müsbәt qәbul olunur.

Demәk olar ki, birinci ledinin reytinqi

bizim cәmiyyәtdә böyükdür».



SON 10 İLİN BİRİNCİ LEDİSİ...

Mәrhum Heydәr Әliyev 1993-cü ildә

yenidәn hakimiyyәtә gәlәndә, onun

hәyat yoldaşı Zәrifә Әliyeva artıq vәfat

etmişdi. Heydәr Әliyev prezidentliyinin

ilk dövründә tәdbirlәrdә qızı Sevil

Әliyeva ilә birlikdә görünürdü. Son-

radan isә әsasәn oğlu İlham Әliyev,

gәlini Mehriban Әliyeva nәvәlәri ilә

görünmәyә başladı.

2003-cü ildәn ölkәnin birinci xanımı

olan Mehriban Әliyeva isә hәm parla-

ment üzvü, hәm dә Heydәr Әliyev Fon-

dunun prezidentidir. Bundan başqa o,

UNESCO-nun vә ISESCO-nun xoşmә -

ramlı sәfiri, Azәrbaycan Gimnastika

Federasiyasının prezidentidir.

Azәrbaycanın birinci ledilәri

Aida Qәmbәr

Elçibәy ailәsi ilә birlikdә yemәk vaxtı. Soldan

Simunәr xanım, oğlu Әrturqut vә qızı Çilәnay

xanım. Mart 1999-cu il

Mehriban Әliyeva



№18 (88)      14.05.2012      Fərqli düşüncə

13

«Time» dәrgisi William Lee

Adams-ın «Azәrbaycanın satıl-

ması» başlıqlı yazısını dәrc edib.

Yazıda qeyd olunur ki, ötәn il Ell &

Nikki-nin «Eurovision»

qәlәbәsindәn sonra ölkә prezi-

denti İlham Әliyev bu qәlәbәni

hәrbi zәfәr kimi tәqdim etdi.

30 VӘ 277 MİLYON DOLLAR

ARASINDAKI FӘRQ

«Özünә inamı olmayan gәncin qon-

aqlığa zirәk uşaqları çağırması kimi, Bakı

«Eurovision»a pul әsirgәmir. Adәtәn

hökumәtlәr bu müsabiqәyә 30 milyon

dollar xәrclәyirlәr. Azәrbaycan rәsmәn

64 milyon xәrclәyәcәyini elan edib. Jur-

nalistlәr isә әsl rәqәmin 277 milyon dol-

lar olduğunu hesablayıblar», - müәllif

yazır.


Daha sonra yazıda qeyd olunur ki,

Azәrbaycanda insan haqlarına hörmәt

qoyulmur. Heydәr Әliyevin 1993-cü ildә

qansız çevrilişlә hakimiyyәtә gәlmәsi,

2003-cü ildә hakimiyyәtә oğlunun

keçmәsindәn bәhs olunur. 2009-cu ildә

prezidentlik müddәtinә qoyulan

qadağanın lәğv olunması da qeyd edilir.

Ölkәdә seçkilәrin saxtalaşdırıldığı, jur-

nalistlәrin hücuma mәruz qalması, kor-

rupsiya reytinqinin yüksәk olduğu

bildirilir.



BİR İLDӘ REKLAMA 38 MİLYON

DOLLAR

«Azәrbaycan isә bütün bu ittihamları

rәdd edir, ölkәdә demokratiyanın hәlә

inkişaf etdiyini deyir. Әliyev isә «Azәr-

baycan» deyilәndә ağla ilk olaraq kor-

rupsiya, repressiya vә avtokratiya

sözlәrinin gәlmәmәsi üçün yaxşı pullar

xәrclәyir. Budget.az saytı hesablayıb ki,

Azәrbaycanda hökumәt 2011-ci ildә

ölkәnin reklamı üçün azı 38 milyon dol-

lar xәrclәyib.

Azәrbaycan beynәlxalq PR şirkәtlә 

-

rinin tәcrübәsindәn xüsusilә yararlanıb.



2007-ci ilin sentyabrında Azәrbaycan

Prezident idarәsi Jefferson Waterman

International (JWI) siyasi vә biznes kon-

saltinq şirkәtinә bir aya 25.000 dollar

ödәyib, «professional xidmәtlәr» üçün

dә әlavә ödәniş edilib. Hәmin müqavilә

bitib, ancaq JWI hәlә dә Azәrbaycan

Beynәlxalq Bankını bәzi xidmәtlәrdә

eyni qiymәtә tәmsil edir.

ӘN BÖYÜK PR FӘLAKӘTİ

«Bu ölkәnin sәrvәti beynәlxalq icti-

maiyyәtdә belә bir mif yaradıb ki, bu

gәnc demokratiya yavaş vә möhkәm

tәrәqqi edir». Bunu «Amnesty İnterna-

tional»ın Avropa vә Orta Asiya pro-

qramının direktoru John Dalhuisen deyir. 

«Eurovision»la gәlәn beynәlxalq

diqqәt isә bu nağılı dәyişә bilәr. «Onlar

tarixlәrindә әn böyük PR fәlakәtinә

doğru gedirlәr». Bunu siyasi fәal,

xuliqanlıq ittihamı ilә 18 ay hәbsdә yat-

mış Emin Milli deyir: «Mәn mәtbuata

çoxlu müsahibәlәr verirәm, elә bil tam

ştatlı bir işdә çalışıram».

YÜKSӘK POSTLARDA DOSTLAR

Azәrbaycan 2020-ci il Olimpiya Oyun-

larını keçirmәyә dә iddialıdır; BMT Tәh-

lükәsizlik Şurasının müvәqqәti üzvüdür,

regionda әn böyük neft-kimya kompleksi

tikmәk üçün beynәlxalq maliyyә cәlb

etmәk istәyir. Bu, 15 milyard dollara

başa gәlә bilәr. Bu ölkә Dağlıq Qarabağ

münaqişәsinin hәllindә dә dәstәk almaq

istәyir.


Azәrbaycan xarici siyasәtçilәri, tanın-

mışları da cәlb edir. 2009-cu ildә Bri-

taniyanın keçmiş baş naziri Tony Blair-in

20 dәqiqәlik çıxışı üçün 143.000 dollar

ödәnilib. Azәrbaycan mediasının «әziz

qonaq» dediyi Şahzadә Andrew 2005-ci

ildәn bәri Azәrbaycana azı sәkkiz dәfә

sәfәr edib.



ELÇİYӘ «HӘ» DEYӘN

SİYASӘTÇİLӘR

Avropada siyasәtçilәri cәlb etmәk

üçün Bakı elçilәr dә göndәrir. Mәsәlәn,

Avropa Azәrbaycanlıları Cәmiyyәti

(TEAS) «Azәrbaycanı beynәlxalq audi-

toriyalara tәbliğ etmәk» üçün yaradılıb.

Azәrbaycanın Londondakı sәfiri Qur-

banov bu qrupun «hökumәtlә әlaqәsi ol-

madığını» bildirir. Tәnqidçilәr bu qrupun

Avropa siyasәtçilәri ilә yaxın münasi-

bәtlәrinә şübhәylә yanaşırlar. Britaniya

hökumәtinin Kәşfiyyat vә Tәhlükәsizik

Komitәsindәn Mark Field Azәrbaycana

iki dәfә – 9.000 dollara başa gәlәn

sәfәrlәr edib. Bütün xәrclәri TEAS

ödәyib. Field TEAS-da müşavirә

şurasının üzvüdür, ötәn il bu qurumdan

8.000-16.000 dollar alıb. 

Tәnqidçilәri әn çox narahat edәn

Azәrbaycanın AŞPA-nın keçmiş üzvlәrini

uğurla әlә almasıdır. Alman Bundesta -

qının keçmiş üzvü, AŞPA-da Hüquqi İşlәr

vә İnsan Haqları Komitәsinin sәdri

olmuş Eduard Lintner hazırda Azәrbay-

canın lobbi qrupunda – Alman-Azәrbay-

can Münasibәtlәrinin İnkişafı üçün Berlin

Cәmiyyәtindә işlәyir. Lintner Der

Spiegel-ә deyib ki, Avropa Şurasından

istefasının bir sәbәbi bu qurumun Azәr-

baycanı dәstәklәmәk әvәzinә, iddia olu-

nan insan haqları pozuntularını pis lә mәsi

olub.


POZİTİV MӘTBUAT

«Time» yazır ki, tәkcә siyasәtçilәrlә

Bakının dәbdәbәli otellәrini doldurmaq

mümkün deyil. Azәrbaycan potensial

turistlәri dә yoldan çıxarmağa ümid bәs-

lәyir. Xaricilәrlә jurnalistlәr vasitәsilә

әlaqә yaradılır. 2010-cu ildә Londonun

böyük jurnal vә qәzetlәrinin 10 redaktor

vә yazarından ibarәt qrupu xüsusi tәy-

yarә ilә Bakıya gәlib, “Çinar” gecә

kafesinin açılışına qatılıb.

“Çinar” sәfәrindәn dörd ay sonra Bri-

taniyanın әn nüfuzlu qәzeti olan Daily

Mail-dә belә bir başlıqlı yazı çıxdı: «Әs-

rarәngiz Azәrbaycan: Avropanın lap kә-

narında yerlәşәn Bakının gәlәcәyi».

Bu mәdhiyyәlәr çap mediasının

sәrhәdlәrini aşmaqdadır. Ötәn noyabrda

«Time» kimi Time Warner-ә mәxsus

olan CNN hәftә boyu «Azәrbaycana

Baxış» adlı silsilә verilişlәr yayımlayıb.

Hәmin verilişlәrdә ölkәdә insan haqları

pozuntularına dair heç nә deyilmәyib.

Yayım vaxtı reklamların pulunu da Azәr-

baycanın Mәdәniyyәt vә Turizm Nazirliyi

ödәyib. 


PӘRDӘ QALXIR

Nә qәdәr ironik sәslәnsә dә, «Eurovi-

sion» Azәrbaycanın bahalı imicinә son

qoya bilәr. Avropanın qәzetlәri ölkәdә

insan haqları pozuntularından yazır. “Eu-

rovision” qaranlığa işıq saçır. Әdalәtsizliyi

işıqlandırmağın әn yaxşı yolu Azәrbay-

cana gәlmәk vә bunu «Eurovision» tar-

ixindә әn tәxribatçı tәdbirә çevir 

-

mәk  dir», bunu Milli deyir.



Azәrbaycan, 1.500 jurnalist daxil ol-

maqla, 30.000 qonağın öhdәsindәn

necә gәlәcәk – bax bu, әn böyük PR

testi olacaq.

«Time»: «Eurovision» Azәrbaycan

üzәrindәn pәrdәni qaldırır 

Baku Crystal Hall



№18 (88)      14.05.2012      Fərqli düşüncə

14

Ermәnistan üçün sunamidәn

başqa bütün tәbii fәlakәtlәr vә

fövqәladә hallar xarakterikdir.

Mәsәlәn, yazda qarın әrimәsi vә

aramsız leysanlar daşqınlara

sәbәb olur. Xüsusәn dә bir neçә

rayonda güclü külәk tikintiyә,

kәnd tәsәrrüfatına vә insanların

sәhhәtinә ciddi ziyan vurur. Er-

mәnistanın Fövqәladә Hallar

Nazirliyinin xilasetmә xidmәtinin

rәhbәri Ovanesa Khangeldian'ın

dediyinә görә, tәbii fәlakәtlәr

sırasında sürüşmәlәrin dә miqyası

kifayәt qәdәr böyükdür: «Ermәni-

standa sürüşmәlәr tәbii fәlakәtlәr

sırasında xüsusi yer tutur. Bizdә

3000-ә yaxın sürüşmә әrazisi var,

onlardan 130-u aktiv zonadır.

Bunlar çox böyük tәhlükә yaradır,

çünki elә aktiv zonalar var ki,

orada yaşayış evlәri yerlәşir».

«ERMӘNİSTAN TӘBİİ FӘLAKӘTӘ

HAZIRDIRMI?»

Ermәnistanda zәlzәlә olub, olacaq vә

praktik olaraq hәr gün qeydә alınır. Tәbii

fәlakәtin bu növü 1988-ci il Spitak

zәlzәlәsindәn sonra әhalini daha çox

narahat edir.

Ovanesa Khangeldian: «Uzun illәrdir

bizdә elә bir hadisә baş vermәyib ki,

bütün qüvvәni sәfәrbәr etmәyә ehtiyac

yaransın. Sonuncu belә hadisә Tavuş

rayonunda olub, sürüşmә dağıntılar

yaratmışdı. Amma Allah elәmәsin,

dağıntı 1 milyon insanın yaşadığı Yere-

vanda olarsa, aydındır ki, kәnardan da

kömәyә ehtiyac yaranar».

«BİNALARIN 60 FAİZİ TAB

GӘTİRMӘYӘCӘK»

Seysmoloji İdarәnin rәhbәri Gurgen Na-

malian'ın dediyinә görә isә, Yerevan bu

gün dağılma riski ilә üz-üzәdir. Şәhәrdә

güclü zәlzәlә olarsa - belә bir tәhlükә

var, çünki Yerevan risk zonasında yer-

lәşir - o zaman binaların 60 faizi tab

gәtirmәyib dağılacaq: «Ermәnistanın

böyük bir hissәsi üçüncü dәrәcәli

seysmoloji zonada yerlәşir. Bu isә o

demәkdir ki, bu әrazilәrdә 9 baldan da

yuxarı zәlzәlә ola bilәr.  Bu, çox tәhlükә-

lidir, güclü zәlzәlә bu zonalarda ciddi

dağıntılara gәtirib çıxara bilәr. Allah

elәsin, güclü zәlzәlә biz buna hazır olan-

dan sonra baş versin. Yәni binalar

zәlzәlәyә davamlı yeni binalarla әvә-

zlәnsin, çünki hazırkı binalar zәlzәlәyә

davamlı deyillәr».

Yerevanda 4-dәn çox mәrtәbәsi olan

bina tikmәk olmaz. Bunu da Gurgen Na-

malian deyir: «3-cü risk zonalarında vә

2-3-cü tip süxurlarda 4 mәrtәbәlidәn

çox bina tikmәk olmaz. Yerevan da 3-cü

risk zonasında yerlәşir, süxurları da 2-ci

tipә aiddir. Ona görә dә burada 4-dәn

çox mәrtәbәsi olan bina tikmәk olmaz.

Amma fәrqli mәnzәrә görürük. Bunun

isә nәticәsi ağır, hәm dә çox ağır ola-

caq».


ZӘLZӘLӘ OLARSA...

Zәlzәlә tәhlükәsindәn danışarkәn Gur-

gen Namalian әtraf mühit üzrә mütә -

xәssis  kimi Karine Danielian da deyir ki,

sıx tikililәr,  xüsusәn dә paytaxt Yere-

vanda riski xeyli artırır. Mütәxәssis deyir

ki, tikinti normaları hәtta mәktәblәrә

münasibәtdә dә nәzәrә alınmır. Hündür-

mәrtәbәli binalar mәktәblәrin bir neçә

metrliyindә tikilir. Bu isә dağıntı baş

verәn zaman hәmin an mәktәbdә olan

bütün şagirdlәrin hәyatı demәkdir:

«Әksәr mәktәblәrin hәyәtlәrindә hün -

dür mәrtәbәli binalar tikilir. Fövqәladә

vәziyyәt yaranarsa, mәktәblәr tәhlükә

ilә üz-üzә qalacaq, çünki әtraflarında

boş әrazi yoxdur. Allah elәmәsin, zәlzәlә

vә ya yanğın olarsa, mәktәblilәr hara

köçürülәcәk? Bu hündürmәrtәbәli bi-

naların altınamı?».



Lilit Harutyunyan

Yerevan dağıntı tәhlükәsi ilә

üz-üzәdir

Mәni nә ağlatdı?! 

Mayın 4-dә işә gәlәn kimi hәmkarlarımın

Daşkәsәnin Çovdar kәndindәn olan video

reportajına baxmalı oldum. Baxmamaq

mümkün deyildi. Video özü sәni çağırırdı.

5 dәqiqә 48 saniyәlik baxışdan sonra

hönkürüb ağladım. Ona görә yox ki,

Vәtәnin var-dövlәti Talan olurdu. Ona görә

yox ki, Xalq bu dәrәcәdә Avam idi. Ona

görә yox ki, Vәtәnin bir parçası Viranә

qalmışdı.

Ona görә yox...

Bәs nәyә görә?

Ona görә ki, kәndin adamları dilәnçi

günündә idilәr...

Ağızlarında dişlәri yox, cavankәn qocalmış,

әyin-başları nimdaş, ev-eşiklәri tökülmüş,

balaları ac...

Yenә deyimmi?

Axı, Daşkәsәn belә deyildi.

Mәnim uşaqlığım oranın yaylaqlarında

keçib. Alaxançalda, Xaçbulaqda, Zağalıda...

Nә gözәl yerlәr idi!

Hәyatımda hәlә heç yer mәni elә ovsunla-

mayıb.

Hәrdәn yuxuma girir...



İnanın, oranın meşәlәri, dağları, bulaqları,

güllәri, çiçәklәri, quşları bir alәmdir!

Hәlә adamları...istiqanlı, qonaqcıl...

Hansı evә gedәrdin, sәni yedirib-içirmәyә

çalışardılar.

Qalın yorğan-döşәklәri, hündür yastıqları

olardı. Yatanda içindә itib batardın.

Bәs indi nә oldu belә?

Sovetlәr dövründә-işğal zamanında qarnı-

tox yaşayanlar öz müstәqil ölkәlәrindә niyә

dilәnçiyә döndülәr?

Kimdir günahkar?

Qızıl üstündә yaşayanlar niyә qara qәpiyә

hәsrәtdirlәr?

Mәn bir qulam, yerim altun, suyum gümüş,

özüm ac...

Atam mәhkum, anam salih, elim hәr şeyә

möhtac!? (Әhmәd Cavad)

İstiqlal şairi bu misraları az qala 1 әsr öncә

yazıb.


Bәs biz niyә dәyişmirik?

Bu qәdәr uzun sürәn bәdbәxtliyin

sәbәbkarı bәlkә “hәr şeyә möhtac xalqın”

özüdür?


Nә deyirsiniz?!

Sevda İsmayıllı

Yerevanda yeni tikililәr, 2007

Spitak - 1988


№18 (88)      14.05.2012      Fərqli düşüncə

15

AzadlıqRadiosunda verilişlәr:

İranın Qum şәhәrindәki

ayәtullahı Safi Golpayegani

reper Shahin Najafinin

ölümünә dair fәtva ilә çıxış

edib. Fәtvada onun İslam

dinindәn döndüyünә vә xris-

tianlığı qәbul etdiyinә görә

ölümә layiq olduğu bildirilib. 

“Al-Arabiya” xәbәr verir ki, Shahin Najafinin "Naqi" adlı

mahnısı ayәtullahları vә ümumiyyәtlә, İranın mövcud teokratik

hakimiyyәtini çox әsәbilәşdirib. Bu mahnıda 10-cu imam

Naqidәn bәhs edilir. Ayәtullah fәtvasında bәyan edib ki, repçi

mahnısında 10-cu imamı vә ümumiyyәtlә, İslamı tәhqir edib.

Bu fәtvadan sonar Facebook-da vә sigrә şәbәkәlәrdә Najafiyә

qarşı aqressiv kampaniya başlanılıb. H'tta reperi öldürәnә 100

min dollar mükafat da vәd edilib.

Shahin Najafi 2005-ci ildә İranı tәrk edәrәk Almaniyaya

mühacirәt edib. Hazırda Almaniyada musiqi qruplarından

birindә çalışır.



İranda reperә ölüm

fәtvası çıxarılıb

Sizdə də maraqlı video, foto və ya səs yazısı varsa bizə

göndərin. Materialı kompyuterinizdən yükləmə səhifəsinə

daxil olmaqla, yaxud MMS kimi mobil telefondan yollaya

bilərsiniz. Ehtiyac varsa anonimliyi təmin edirik.

Azərbaycandan: (050) 213-56-30, 

Xaricdən: (+420) 602 517 052

Görüntüləri elektron poçtla da yollamaq olar:

efir@azadliqradiosu.az



Simsiz teleqraf

«Eurovision» keçiriləcək deyə, «İçərişəhər» metrostan-

siyasında ayaqyolu pulsuz oldu. Yükləyib: Elçin Həsənov

Tualet pulsuz oldu

Qeyd: Kəsr xətti ilə verilmiş – eyni saatlara düşən

verilişlər həftənin günlərindən asılı olaraq növbə ilə

təkrar gedir...

“O, mәnim üçün öz mәnәvi avtoritet statusunu çoxdan

itirib”. “Nobel” mükafatlı alman yazarı Herta Müller bunu

mükafatın almaniyalı digәr sahibi Günter Grass haqda

deyib: “Çünki o, SS-dә (Hitlerin nasist partiyasına tabe

hәrbi birlәşmәlәr – red.) xidmәt etmәsini onilliklәr boyu gi-

zlәdib”.

Oxuzali.az xәbәr verir ki, Braziliya mәtbuatına müsahibә

verәn Herta Müller bunları Grass-ın İsraili tәnqid edәn şeir

yazması ilә bağlı sualı cavablandırarkәn deyib. Grass bu

yaxınlarda yazdığı şeirdә İranın yox, İsrailin dünyada sülhә

tәhlükә olduğunu qeyd etmişdi. Bundan sonra İsrail rәhbәr-

liyi onu sәrt tәnqid edәrәk ölkәyә gәlmәsinә qadağa qoy-

muşdu.


H.Müller deyib: “Grass reallığı tәhrif edir. İran İsraili mәhv

etmәklә hәdәlәyir, әksinә, yox”.

2006-cı ildә, yәni “Nobel” mükafatını alandan 7 il sonra

Grass etiraf etmişdi ki, 2-ci Dünya müharibәsi zamanı qısa

müddәtdә SS-dә xidmәt edib. Çünki o zaman bunu, sadәcә,

“elit ordu hissәsi” sayırdı vә müharibә zamanı nә bir güllә

atıb, nә dә müharibә cinayәti törәdib. Bu açıqlama o zaman

böyük qalmaqala sәbәb olmuşdu.

Herta Müller Braziliyaya öz kitablarının tәbliği üçün sәfәr

edib.


Almaniyada iki “Nobel”

mükafatçısının davası 

Ayatullah Safi Golpayegani

Herta Müller

Gunter Grass


Yüklə 264,32 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə