Xəbər və fikir jurnalı №22 (62) 1. 10. 2011 səh səh səh



Yüklə 291,59 Kb.
Pdf görüntüsü
səhifə1/10
tarix18.04.2018
ölçüsü291,59 Kb.
#39464
  1   2   3   4   5   6   7   8   9   10


Xəbər və fikir jurnalı     №22 (62)      31.10.2011

səh.2

səh.3

səh.4

səh.6

AzadlıqRadiosu canlı - indi

bütün mobil telefonlarda...

Kristofer Ştrasserə yenə

viza verilmədi

Evini söküb yerində şadlıq

sarayı tikiblər

Evə qayıtmayan uşaqlar

В чем замкнется 

Евразийский Союз?

səh.7

Bu qış Bakı necə isinəcək?

səh.10

Taksi sürücüləri niyə 

narahatdır?

səh.11

BMT Təhlükəsizlik Şurasına

üzvlük Azərbaycana nə verəcək?

Azərbaycan BMT Təhlükəsizlik Şurasının üzvlük səsverməsində əsas rəqibi

Sloveniyanı 40 səs geridə qoyub və Şuraya ikiillik qeyri-daimi üzv seçilib. Vaşin-

qtonda  Beynəlxalq  Strateji  Araşdırmalar  Mərkəzinin  eksperti  Bülənt  Əlirza

müstəqilliyin  20-ci  ilində  Azərbaycanın  BMT  Təhlükəsizlik  Şurasına  üzv

seçilməsi ciddi uğurdur, amma o qədər də şişirtməmək lazımdır, çünki çətin-

liklər də çox olacaq.

səh.3

Əli Əhmədov 

İranın təhdidlərinə

cavab verdi

Kasıb fəhlə 

Zülfüqarlı 

qardaşlarının iki 

zavoduna necə 

şərik oldu?

səh.9

Jurnalist 

Əvəz Zeynallı 

həbs edildi

səh.2

səh.8

Daşqın bölgəsində yeni 

tikilən evlərin tavanı damır... 

səh.5

• Evlərin döşəmə  və pilləkənləri də  dağılır

• Sakinlər tikintiyə ayrılan pulların mənimsənildiyini 

iddia edir

• FHN yoxlamalara başlayıb

11 dildə danışan Cavid...

səh.15

Mətbuat sorğusu




№22 (62)      31.10.2011      Fərqli düşüncə

2

«Xural» qəzetinin baş redaktoru

Əvəz Zeynallı oktyabrın 28-də

axşam saat 6 radələrində naməlum

şəxslər tərəfindən aparılıb. Bu

barədə AzadlıqRadiosuna həmin

ərəfədə «Xural» qəzetinin əmək-

daşı və baş redaktorun həyat

yoldaşı Məlahət Zeynallı məlumat

vermişdi: «Bu gün axşam saat 18-

də o, «Kanal 13»-də qonaq idi.

Kanalın qarşısına gəlib və verilişin

aparıcısından gedəcəyi otağın

nömrəsini soruşub. Onun

gəlmədiyini görən aparıcı 5-10

dəqiqədən sonra ona zəng edib.

Əvəz bildirib ki, naməlum insanlar

onu aparırlar».

Məlahət Zeynallı baş redaktorun mobil

telefonuna zəng çatmadığını və hazırda

harada olması barədə məlumatlarının ol-

madığını  söyləmişdi.  Daha  sonra  bəlli

oldu  ki,  Əvəz  Zeynallı  Baş  Prokuror

Yanında  Korrupsiyaya  Qarşı  Mübarizə

İdarəsindədir. Gecə saatlarında  Nəsimi

Rayon  Məhkəməsinin  qərarı  ilə  “Xural”

qəzetinin  baş  redaktoru  Əvəz  Zeynallı

haqqında  üçaylıq  həbs  qərarı  çıxarıldı.

Vəkili Elçin Sadıqovun bildirdiyinə görə,

Əvəz Zeynallıdan millət vəkili Gülər Əh-

mədova  şikayət  edib: 

"Millət  vəkili  ok-

tyabrın 19-da verdiyi şikayətdə qeyd edib

ki, Əvəz Zeynallı onun haqqında ifşaedici

materialların qəzetində yayılmaması üçün

ondan  10  min  manat  tələb  edib.  Əvəz

Zeynallı bu ittihamı rədd edir".

Bu ittihamla bağlı Gülər Əhmədovanın

özü ilə əlaqə saxlamaq mümkün olmadı.

Bu ittiham sübuta yetirilsə, Əvəz Zeynallı

10 ildən 12 ilə qədər azadlıqdan məhrum

edilə bilər.  

Həmin gecə saatlarında Korrupsiyaya

Qarşı  Mübarizə  İdarəsinin  əməkdaşları

«Xural»  qəzetinin  Arif  Hacıyev  küçəsi,

1926-cı  məhəllədə  yerləşən  redak-

siyasında  axtarış  aparıblar.  Jurnalistlər

içəri  buraxılmayıb.  Ofisdən  doqquz

qutuda sənədlər və bir kompyuter yad-

daşı götürülüb. İdarənin əməkdaşları baş

redaktorun qayınatasının evində də ax-

tarış aparıblar. 

Baş Prokurorluq da «Xural» qəzetinin

baş redaktorunun həbsi ilə bağlı məlumat

yayıb.  Məlumatda Əvəz Zeynallının dep-

utat  Gülər  Əhmədovanın  şikayəti

əsasında  həbs  edildiyi  bildirilir.  “Baş

Prokuror  Yanında  Korrupsiyaya  Qarşı

Mübarizə  İdarəsində  Əvəz  Zeynallı

barəsində Cinayət Məcəlləsinin 311.3.3

və 311.3.4-cü (rüşvət tələb etmə) mad-

dələri  ilə  cinayət  işi  başlanıb.  İstintaq

davam  etdirilir»  -,  deyə  məlumatda

bildirilir.

Xatırladaq ki, «Xural» qəzeti 2010-cu

ildə Prezident Administrasiyasının rəhbəri

Ramiz  Mehdiyev,  Prezident  Yanında 

KİV-ə  Dəstək  Fondunun  rəhbəri  Vüqar

Səfərli  və  başqaları  tərəfindən  məhkə -

məyə  verilmiş  və  müxtəlif  miqdarda

cərimələnmişdi. Təkzib verilsə də, iddi-

anın cərimə ilə bağlı tərəfi həll olunmamış

qalıb.  Bu  səbəbdən  Nərimanov  Rayon

məhkəməsinin  icraçıları  tərəfindən  ok-

tyabrın  19-da  qəzetin  əmlakı  müsadirə

edilib. 

Azərbaycanda bir çox ictimai təşkilatlar

və siyasi partiyalar baş redaktorun həb-

sini pisləyən və əsassız sayan bəyanatla

çıxış  ediblər.  Hazırda  Əvəz  Zeynallı

Kürdəxanı  istintaq  təcridxanasındadır.

Oktyabrın  29-da  vəkil  Elçin  Sadıqov

onunla görüşüb. 



Şahnaz Bəylərqızı

Əvəz Zeynallı həbs edildi

Əvəz Zeynallı 

Əziz “Azadlıq” Sevərlər!

Sizə  AzadlıqRadiosunu  «Nokia»  mobil

telefonlarında  necə  canlı  dinləməklə  bağlı

məlumat vermişdik. Bildiririk ki, indi bu xid-

mət digər model telefonlarda («Nokia»nın

adi modellərində, «Samsung» və «SonyEr-

icsson») da mümkün oldu. Təbii ki, ilkin şərt

olaraq mobil telefonların GPRS və ya Wi Fi

internet şəbəkələrini dəstəkləməlidir. Aşağı-

dakı  sadə  prosedurları  etsəniz,  günün  24

saatı radiomuzu canlı dinləyə biləcəksiniz.

Qeyd edək ki, bütün proses 1-2 dəqiqədən

çox çəkmir.

Mobil telefonlar üçün internet radio pro-

qramını aşağıdakı ünvandan endirin.

http://azadlig.info/radio.zip

Proqramı  zip-dən  azad  edib  -  radio.jar

faylını USB və ya Bluetooth vasitəsilə mobil

telefonunuza yerləşdirib yükləyin. Bu zaman

telefonunuzda  aşağıdakı  nişanlı  proqram

peyda olacaq.

Onu işə salın. Aşağıdakı şəkildəki proqram

açılacaq.

Play-i  basın,  bir  neçə  saniyədən  sonra

AzadlıqRadiosunu  canlı  dinləyə  bilərsiniz.

Proqramı idarə eləmək çox sadədir.

Qeyd edək ki, internet radio proqramını

siz internetdən birbaşa telefona da yükləyə

bilərsiniz.  Bunun  üçün  aşağıdakı  ünvana

mobil telefonunuzdan daxil olun:

http://azadlig.info/radio.jar

Əgər sizin mobiliniz «Android», «Apple»

və  ya  «BlackBerry»  sistemli  telefondursa,

nəzərinizə  çatdırırıq  ki,  bu  modellərin

özünün internet radio sistemləri vardır.

GPRS 


mobil 

internetdən 

istifadə

edirsinizsə  sizə  ucuz  başa  gəlməsi  üçün

yaxşı olar ki, qabaqcadan GPRS trafik paketi

alasınız («Azadlıq»ın dalğası 32 Kbit/san ilə

yayılır).

Sizə uğurlar!

Qeyd: Radiomuzu canlı olaraq inter-

netdə dinləməklə bağlı sualınız varsa,

efir@azadliqradiosu.az 

ünvanına 

e-mail, Facebook-da mesaj yaza və ya

436-77-40  (daxili  1355)  nömrəsinə

zəng edə bilərsiniz!

AzadlıqRadiosu canlı - indi bütün mobil telefonlarda...



Yüklə 291,59 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə