Xəbər və fikir jurnalı №22 (62) 1. 10. 2011 səh səh səh


№22 (62)      31.10.2011      Fərqli düşüncə



Yüklə 291,59 Kb.
Pdf görüntüsü
səhifə2/10
tarix18.04.2018
ölçüsü291,59 Kb.
#39464
1   2   3   4   5   6   7   8   9   10

№22 (62)      31.10.2011      Fərqli düşüncə

3

Azərbaycanın Almaniyadakı səfir-

liyi Avropa Şurası Parlament As-

sambleyasının (AŞPA)

Azərbaycanda siyasi məhbuslar

üzrə məruzəçisi Kristof Ştrasserə

viza verməyib. Bu barədə

AzadlıqRadiosuna səfirliyin birinci

katibi Nüsrət Süleymanov

məlumat verib. O deyir ki,

K.Ştrasser səfirliyə 10-15 gün

əvvəl müraciət edib: «Prosedura

belədir ki, Ştrasserin öz man-

datına uyğun Azərbaycana

gəlməsi üçün AŞPA-dakı Azərbay-

can nümayəndə heyətinin rəhbəri

ona dəvət məktubu verməlidir.

Yalnız həmin dəvətdən sonra ona

viza verilə bilər. Amma cənab

Ştrasser viza üçün müraciət

edəndə, belə bir dəvət mək-

tubunu səfirliyə təqdim etməyib.

Bu səbəbdən də səfirlik ona viza

verməyib».

N.Süleymanov deyir ki, K.Ştrasserin

Almaniya vətəndaşı, Bundestaqın üzvü

kimi Azərbaycana səfər etməsində hər

hansı problem yoxdur: «Problem yalnız

onun mandatı ilə bağlıdır».

Məruzəçi  K.Ştrasser  noyabrın  4-nə

kimi  Azərbaycana  gəlmək  istəyirdi.

Azərbaycan  hakimiyyəti  K.Ştrasserə

viza  verilməməyini  onun  mandatı  ilə

izah edir. Rəsmilər bildirirlər ki, Avropa

Şurasında  siyasi  məhbus  meyarı

müəyyən olunmayıb, bu səbəbdən də

onun səfəri mənasız xarakter daşıyır.



Maarif Çingizoğlu

Kristof Ştrasserə yenə viza verilmədi

Kristof Ştrasser

AzadliqFM-3D  –

AzadlıqRadiosunun

yeni layihəsi 

Sentyabrın 29-da saat 23:00-

dan AzadlıqRadiosunun yeni

layihəsi - AzadliqFM - 3D pro-

qramı işinə başlayıb. Niyə FM?

Çünki proqramın əsasında Face-

book Məkanında baş verənlər

durur.

Niyə 3D? Çünki proqramın yayımı eyni

vaxtda  3  müxtəlif  formada  həyata

keçirilir.  Ona  AzadlıqRadiosunun

efirində qulaq asmaq, AzadlıqTW-də

baxmaq olar və nəhayət, AzadlıqRa-

diosunun Facebook səhifəsindəki fo-

rumunda iştirak etmək mümkündür. 



«İran tərəfindən Azərbaycana

qarşı hər hansı təhdidlərin ol-

masını, Azərbaycan dövlətçiliyinə

qarşı hörmətsizliyin ifadə

edilməsini hər bir azərbaycanlı

qətiyyətlə pisləyir». Bunu hakim

Yeni Azərbaycan Partiyasının icra

katibi Əli Əhmədov İranda Azər-

baycan əleyhinə beynəlxalq kon-

fransın keçirilməsinə münasibət

bildirərkən deyib.

Ə.Əhmədov İranda belə bir konfransın

təşkil  edilməsinin  mahiyyət  etibarilə

düzgün olmadığını vurğulayıb: 

«Orada

səsləndirilən  bəzi  fikirləri,  təhdidləri



Azərbaycanın  daxili  işlərinə  qarışmaq

kimi  qiymətləndirmək  olar.  Bu  isə

yolverilməzdir».

Əli Əhmədov İranın təhdidlərinə cavab verdi

Əli Əhmədov

Avropa  Birliyi  Azərbaycan  və  Türk-

mənistanla  «Transxəzər»  qaz  boru

kəmərinin 

hüquqi 

bazası 


üzrə

danışıqlara başlayıb. Azərbaycan Xarici

İşlər nazirinin müavini Mahmud Məm-

mədquliyev  bu  çərçivədə  ilk  görüşün

Brüsseldə  keçirildiyini  deyib: «İlk

danışıqlar  oktyabrın  ikinci  ongün-

lüyündə  Brüsseldə  olub.  Danışıqlarda

Avropa  Birliyi,  Azərbaycan  və  Türk-

mənistan nümayəndələri iştirak edib».

Sentyabrın  7-də  Avropa  Birliyi  «Tran-

sxəzər» layihəsi ilə bağlı Azərbaycan və

Türkmənistanla  danışıqlar  aparmaq

üçün  Avropa  Komissiyasına  mandat

verib. «Transxəzər» qaz kəməri Xəzərin

Azərbaycan və Türkmənistan sahillərini

birləşdirməlidir.  Layihənin  dəyəri  7.9

milyard avro qiymətləndirilir. Sentyabrın

13-də  Rusiya  XİN  bəyanatla  çıxış

edərək bildirib ki, Xəzərin statusunu 5

Xəzəryanı ölkə müəyyənləşdirir.



Avropa Birliyi «Transxəzər» layihəsi üzrə

Azərbaycanla danışıqlara başlayıb

Bəşər Əsəd 

Qərbi zəlzələylə

hədələyib 

Suriya prezidenti Bəşər Əsəd deyib ki,

əgər Qərb ölkənin daxili işlərinə mü-

daxilə  etsə  zəlzələ  olacaq  və  Yaxın

şərqdə  onlarla  yeni  Əfqanıstan

yaranacaq. O bunu Böyük Britaniyanın

“Sunday 

Telegraph” 

qəzetinə

müsahibəsində deyib. Bu arada ver-

ilən məlumata görə, Suriyanın Homs

şəhərində  ordu  birləşmələri  ilə

üsyançıların tərəfinə keçmiş hərbçilər

arasında baş vermiş toqquşmada  20

əsgər ölüb, 50-dən çoxu isə yaralanıb.

Müşahidəçilər  həmçinin  şəhərdə  azı

12  dinc  sakinin  snayper  və  iriçaplı

silahlarla öldürüldüyünü deyirlər.




№22 (62)      31.10.2011      Fərqli düşüncə

4

Şəmkir rayon sakini Sahib Kəri-

mov AzadlıqRadiosunun «Qaynar

xətt»inə şikayət edib ki, ondan

xəbərsiz evini sökərək yerində

şadlıq evi tikiblər. Deyir 2004-cü

ildə ailəsi ilə Rusiyaya çörəkpulu

qazanmağa gedəndə ağlına da

gətirmirmiş ki, bir gün geri

qayıdıb evinin yerində şadlıq evi

tikildiyini görəcək. Ona məlum

olub ki, «Morul» şadlıq evini

Fəzail Quliyev adlı sahibkar

tikdirib:

«MƏHKƏMƏ HEÇ NƏYİ

NƏZƏRƏ ALMADI»

- Məhkəmədə iddia qaldırdıqda evin

hüquqi sənədlərini, daşınmaz əmlakın

arayışlarını, bir də Şəmkirin baş arxitek-

torunun  həqiqətən  də  evimin  uçuru-

laraq  yerində  qeyri-yaşayış  binası

tikilməsinə dair arayışını təqdim etdim.

Məhkəmə nə bu hüquqi sənədləri, nə

qohumlarımın, qonşularımın şahid kimi

verdikləri ifadələri nəzərə aldı. Onlarda

məhkəməyə 

təsdiqləmişdilər 

ki,

həqiqətən  də  mənim  evimi  traktorla



uçurublar,  yerində  şadlıq  evi  tikiblər.

Məhkəmə  qərar  verdi  ki,  guya  tikilən

şadlıq  evinin  mənim  evimin  sahəsinə

aidiyyəti  yoxdur.  Beləliklə  də  mən

yaşayış yerimdən məhrum edildim. 

- Evinizin sökülməsindən 5 ildən

artıq  vaxt  keçib.  Ancaq  siz

məhkəməyə 2 il əvvəl müraciət et-

misiniz. Niyə belə gec?

- Mən evimin söküldüyünü eşitdiyim

vaxt  avtomobil  qəzasına  düşdüm,

onurğam qırılmışdı, uzun müddət müal-

icə olundum. Sonra da ağ ciyərimdən

cərrahiyyə  olundum,  bir  müddət  də

başım  ona  qarışdı.  Bakıya  qayıdanda

gördüm  evim  yerində  yoxdur,  artıq

şadlıq evi tikilib.

«QAPILARDA QALMIŞIQ»

- İndi harada yaşayırsınız?

-  18  aydır  mən  qardaşımın  evində

qalıram.  Qızımla  həyat  yoldaşım  isə

qayınımın evində yaşayırlar. Qapılarda

qalmışıq.

Şəmkir Rayon Məhkəməsində Sahib

Kərimovun iddiası əsasında başlanmış

məhkəmə  prosesində  «Morul»  şadlıq

evinin  sahibi  Fəzail  Quliyevin  nü-

mayəndəsi 

Səadət 

Cəbrayılova



dindirilib.  O  deyib  ki,  Fəzail  Quliyev

şadlıq  evini  Sahib  Kərimovun  evinin

yerində yox, evdən kənarda tikib….

ALİ MƏHKƏMƏ NƏ DEYƏCƏK?

Şəmkir Rayon Məhkəməsi Sahib Kə-

rimovun iddiasını təmin etməyib. Onun

rayon  məhkəməsinin  qətnaməsindən

verdiyi  apelyasiya  şikayətinə  Gəncə

Apelyasiya  Məhkəməsində  baxılıb.

Sahib Kərimovun qonşuları Əmirəhməd

Sarıyev, Tahirə Quliyeva, Narıngül Mu-

radova, Fazilə Rüstəmzadə məhkəməyə

ərizə göndəriblər ki, onlar Sahib Kəri-

movun salamat vəziyyətdə olan evinin

traktorla  uçurulmasının  və  yerində

«Morul» şadlıq evinin tikilməsinin şahidi

olublar.  Apelyasiya  Məhkəməsi  Sahib

Kərimovun şikayətini təmin etməyib.

İndi  Sahib  Kərimov  Ali  Məhkəməyə

kasasiya  şikayəti  verib.  Şikayətə

dekabrın əvvəlində baxılacaq.



Esmira Cavadova

Şikayətçi: «Polis



müstəntiqi

cinayəti 

ört-basdır edib»

İsmayıllı rayon sakini Heybət Bal-

ayev AzadlıqRadiosunun «Qaynar

xətt»inə şikayət edib ki, qızı

Aynur Faktıyeva ötən il dekabrın

3-də yaşadığı mənzildə keçmiş

həyat yoldaşı və sonuncunun qo-

humları tərəfindən döyülüb.

Nəticədə onun bətnindəki 8 aylıq

körpəsi ölüb. 

ANA BƏTNİNDƏKİ KÖRPƏ

NECƏ ÖLÜB? 

Heybət Balayev: 

- «Gecə qızımın evinə hücum edərək

evin qapısını sındırıblar, içəri daxil olaraq

evdə tək olan hamilə qızımı döyüblər,

nəticədə  bətnindəki  uşaq  ölüb.  Bizə

zəng vurdular, bu barədə dedilər, mən

də  102  xidmətinə  zəng  etdim,  hətta

hadisə yerinə polis də gəlmişdi. Qızımın

keçmiş həyat yoldaşını aparıb bir neçə

gün  polisdə  saxlayandan  sonra  bu-

raxdılar.  Bizdə  olan  məlumata  görə,

onun polisdə işləyən qohumları var və

o,  həmin  qohumlarının  köməkliyi  ilə

cinayətin  ört-basdır  edilməsinə  nail

olub».  


Heybət  Balayevin  sözlərinə  görə,

müstəntiq  cinayət  işinin  rədd  olun-

masına dair qərar çıxarıb. Qərarını da

belə  əsaslandırıb  ki,  Aynur  Faktıyeva

döyülmə nəticəsində yox, ehtiyatsızlıq-

dan yıxılaraq bətnindəki körpəsini itirib. 



«ONUN ŞİKAYƏTLƏRİ 

TƏSDİQİNİ TAPMAYIB»

Daxili İşlər Nazirliyi mətbuat xidmə-

tinin şöbə rəisi Orxan Mansurzadə isə

deyir ki, Heybət Balayevin bu məsələ ilə

əlaqədər  DİN-ə  ünvanladığı  müraciət

aidiyyəti xidmətlər tərəfindən dəfələrlə

yoxlanılıb  və  onun  həm  müstəntiqə,

həm də keçmiş kürəkəninə yönəlmiş it-

tihamların  heç  biri  bu  zaman  öz  təs-

diqini tapmayıb.

Hüquqşünas Namizəd Səfərov deyir

ki,  əgər  Heybət  Balayev  müstəntiqin

cinayət  işinin  başlanmasının  rədd

edilməsinə  dair  çıxardığı  qərarla

razılaşmırsa,  qərardan  məhkəməyə

şikayət verə bilər.



Evini söküb yerində şadlıq

sarayı tikiblər

Foto: Arxiv

Şikayətiniz varmı?

“Qaynar xətt” dinləyici şikayətləri

əsasında hazırlanan verilişdir. Sizin

də  şikayətiniz  və  ya  məlumatınız

varsa, qaynar xəttə zəng edin. Tele-

fon  436  77  41,    yaxud  AzadliqRa-

diosu.az  saytına  daxil  olub  əlaqə

saxlayın. 

Problemlərinizi bütün ölkə eşitsin! 


Yüklə 291,59 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə