Xəbər və fikir jurnalı №22 (62) 1. 10. 2011 səh səh səh


№22 (62)      31.10.2011      Fərqli düşüncə



Yüklə 291,59 Kb.
Pdf görüntüsü
səhifə3/10
tarix18.04.2018
ölçüsü291,59 Kb.
#39464
1   2   3   4   5   6   7   8   9   10

№22 (62)      31.10.2011      Fərqli düşüncə

5

«Bax buna, gör hansı vəziyyət-

dədir? Bu nədir? Bunun günahını

dövlətin üzərinə qoymaq olmaz.

Yerdə işləri gördürənlərin səh-

lənkarlığı üzündən belə bir

vəziyyət yaranıb». Bu bizi bir il

əvvəl İmişli rayonunda salınan Al-

lahmədətli qəsəbəsindəki evlərin

problemləri ilə tanış edən qəsəbə

sakini, Yeni Azərbaycan Par-

tiyasının üzvü Xanoğlan Aslanov-

dur. Oktyabrın 26-sı, yağmurlu

havada adıçəkilən qəsəbəyə

çatanda, jurnalist gəldiyini eşidib-

bilən hamı evlərinin  vəziyyətini

göstərmək istəyirdi. Kimi eyvanın

döşəməsinin çökdüyünü, kimi də

otaqların tavanından suyun

damdığını göstərirdi:

-  Bizim  evə  də  gəlin  baxın!  Yarıya

qədər ev zay olub.

- Çoxdan damır?

- Hə....


«HARA GEDİB AYRILAN

PULLAR?»

Qəsəbə  sakinlərinin  deməsinə  görə,

onlara bildirilib ki, 2-3 otaqlı evlərin biri

təqribən 35-50 min manata başa gəlib.

Amma Xanoğlan Aslanov bu qədər və-

saitin  hamısının  evlərə  xərclənməsinə

şübhə ilə yanaşır:

-  Bura  göndərilən  material  hara

gedib?  Bu  işlərə  lazımi  büdcə  ayrılıb.

Rayon  rəhbərliyi  hara  baxıb?  Sizinlə

birgə  gördüyümüz  acınacaqlı  vəziyyət

YAP-ın üzvü kimi məni çox narahat edir.

Bunun  hamısı  qurban  olsun  preziden-

timizə. Sadəcə, biz nə vaxta qədər bir-

birimizi aldadacağıq?

DAMAN YERLƏRİN EYBİ

VEDRƏ, LƏYƏNLƏ ÖRTÜLÜR

Yağış  başlayan  kimi  adamlar  dam

örtüyünün  su  axan  yerlərinin  altına

vedrə-ləyən  qoymaqla  yağış  suyunun

birbaşa evə tökülməsinin qarşısını alırlar.

Amma  bu  da  evə  bir  neçə  yerdən  su

damanda effekli olur. Yağış çox yerdən

damanda  isə  vəziyyəti  seyr  etməkdən

başqa çarələri qalmır.

KEYFİYYƏTSİZ İŞ ADAMLARI

ŞİKƏST EDİB

Qəsəbənin  ən  qocaman  sakini,  yaşı

80-i haqlayan Bilqeyis nənəgildə olanda,

o, yorğan-döşəkdə yatırdı. Dediyindən

aydın  oldu  ki,  10  gün  əvvəl  həyətə

düşmək istəyəndə yıxılıb. Amma o, yıxıl-

masına  səbəb  qocalığı  yox,  eyvanın

döşəməsindəki  kafellərin,  onun  dili  ilə

desək, kaşının keyfiyyətsiz vurulmasını

göstərir:

- Elə ilk gündən dammağa başlayıb!

Allah  prezidentimizi  var  eləsin,  onu

üstümüzdən əskik eləməsin. Amma bu

belə də olmaz axı...

Qəsəbə sakini Adilə Aslanova da ey-

vanın çökməsi səbəbindən yıxılıb. Amma

o,  həmin  vaxt  qucağındakı  6  aylıq

Ayanın xəsarət almamasına şükür edir.

Qəsəbədə olduğumuz zaman icra nü-

mayəndəliyinin də deyilənlərə münasi-

bətini öyrənmək istədik. Amma xeyli ax-

tarsaq  da,  nümayəndəlikdən  kimsəni

tapa bilmədik. 

İcra  nümayəndəliyinin  qonşuluğun-

dakı  mədəniyyət  evində  də  olduq.

Mənzillərdə  olduğu  kimi,  mədəniyyət

evinin  də  tavan  və  divarlarından  su

axırdı. Mədəniyyət evinin çöl divarında

isə  prezident  İlham  Əliyevin  hansısa

görüşünü  əks  etdirən  böyük  foto  və

ondan  gətirilən  sitat  bu  vəziyyətlə  əsl

təzad təşkil edirdi. Həmin sitat belə idi:



«BİZİM ƏSAS İSTƏYİMİZ ODUR

Kİ, İNSANLAR RAHAT VƏ TƏH-

LÜKƏSİZLİK ŞƏRAİTDƏ 

YAŞASINLAR»

Qəsəbə  sakinləri  yeni  yaşayış  mən-

təqəsinin açılışı zamanı prezidentə yalan

məlumatlar  verildiyini  də  bildirdilər.

Sakinlərin  dediyinə  görə,  prezidentə

sutəmizləyici  qurğuların  tam  işlək

olduğu,  bütün  evlərə  mebel  verildiyi

deyilsə də, əslində sutəmizləyici qurğu-

lar  bir  gün  də  işləməyib.    Prezidentin

qəsəbəyə  gəlişinə  görə  cəmi  iki  evə

mebel verilibmiş. Amma həmin mebellər

də prezident qəsəbəni tərk edən kimi tez

də adamların əlindən alınıb.

FHN ARAŞDIRMALARA

BAŞLAYIB

Fövqəladə Hallar Nazirliyində Tikintidə

Təhlükəsizliyə 

Nəzarət 


Dövlət

Agentliyinin rəis müavini Elxan Əsədov

isə deyir ki, yeni qəsəbədəki problemlər

barədə  bir  neçə  gün  əvvəl  məlumat

alıblar və əraziyə yoxlama göndərilib. Bir

evin tikintisinə nə qədər vəsaitin ayrıl-

masına gəldikdə, Elxan Əsədov əlinin al-

tında sənədlər olmadığı üçün bu suala

dəqiq cavab verə bilməyəcəyini bildirdi.

Maarif Çingizoğlu

Daşqın bölgəsində yeni tikilən evlərin tavanı damır...

Döşəmələr və pilləkənlərsə dağılır

Dünya əhalisinin sayının 7 mil-

yarda çatması ilə əlaqədar BMT-

nin Əhali Fondu «Dünya

əhalisinin durumu-2011» («State

of world population-2011») adlı

hesabat açıqlayıb. Hesabatda ana

və uşaq ölümü hallarına da ətraflı

nəzər salınıb. Sənədə əsasən,

Azərbaycanda 5 yaşına çatmamış

uşaqlar arasında hər 1000 nəfərə

33 ölüm düşür. Hər 100 000

doğuş zamanı isə 38 ana ölür.

Azərbaycanda hər 1000 doğuş-

dan 42-si 15-19 yaşlı ananın

payına düşür.

Ölkədə  doğuşların  88%-i  peşəkar

tibbi personal tərəfindən qəbul edildiyi

halda,  qalan  12%  ev  şəraitində  və

peşəkar tibbi yardım olmadan baş verir.

BMT ekspertləri bildirirlər ki, Azərbay-

canda  uşaqların  95-97%-i  ibtidai  və

orta  təhsil  almaq  imkanına  malikdir.

Savadlılıq dərəcəsi isə 100%-dir. Azər-

baycan əhalisi 9.3 milyondur, 4.6 mily-

onu kişi, 4.7 milyonu isə qadındır. Şəhər

əhalisi 52% təşkil edir. 



apa

Azərbaycanda ana və uşaq ölümü BMT sənədində

Dağılan tavan

Bilqeyis nənə


Yüklə 291,59 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə