Xəbər və fikir jurnalı №22 (62) 1. 10. 2011 səh səh səh



Yüklə 291,59 Kb.
Pdf görüntüsü
səhifə7/10
tarix18.04.2018
ölçüsü291,59 Kb.
#39464
1   2   3   4   5   6   7   8   9   10

№22 (62)      31.10.2011      Fərqli düşüncə

9

Kasıb fəhlə Zülfüqarlı qardaşlarının iki 

zavoduna necə şərik oldu?

L

erik rayonunun Ordahal kənd

sakini, işsiz Gəray Məmmədov

eyni zamanda zavod səhmdarıdır.

2006-cı il martın 30-da imzaladığı

bir sənədə görə, o, Bakıdakı iki

böyük zavodun, «Bakıelektroş-

tamp» və «Bakıpoladtökmə» za-

vodlarında 80 faiz payına malikdir.

Bu zavodlar hazırda Türkiyədə mühacir

həyatı  yaşayan  Zülfüqarlı  qardaşlarına

məxsusdur.  Zavodun  sahiblərindən  biri,

qardaşların böyüyü Nurəddin Zülfüqarlının

AzadlıqRadiosuna dediyinə görə, onlara

məxsus  əmlakın  80  faizi  qardaşı  Loğ-

manla həbsxanada olduqları müddətdə,

2006-cı  ildə  əllərindən  zorla  alınaraq

həmin Gəray Məmmədova verilib. 



ZAVODDAN İMTİNA HARDA 

BAŞ VERİB?

Gəray  Məmmədovun  özüylə  telefon

əlaqəsi  saxlasaq  da,  bütün  suallarımıza

vəkilinin cavab verəcəyini bildirdi.



-Gəray  bəy,  Zülfüqarlı  qar-

daşlarına  məxsus  zavodun  80  faiz

payı sizə verilib?

-Bu barədə mənim vəkilimə Mahir zəng

edib. ...bu nömrəyə zəng edin. 

Mahir  Ağayevə  müraciət  etdik.  O,

əvvəlcə  bütün  məsələlərə  məhkəmədə

cavab veriləcəyini desə də, sonradan bəzi

məsələlərə aydınlıq gətirdi:

- Mahir müəllim, Gəray Məmmə-

dovun adına belə bir sənədləşmə ol-

ubmu?

- Bəli, bəli, olub.



-  Özü  də  bu  prosesdə  iştirak  ed-

ibmi?

- Olub, əlbəttə, olub.





Sənədləşmə 

harda 

olub,

məlumatlar  var  ki,  həbsxanada

olub...

-  Tamamilə  yalan  söhbətdir.  Hansı

dövlətdə görünüb ki, gedib həbsxanada

alqı-satqı edəsən.



- Onda Lerik rayonunda olub...

- Yox, orda olmayıb...



- Bəs harda olub?

- Qiymətli Kağızlar Komitəsində.



-  Gəray  Məmmədov  özü  o

sənədlərə imza atıbmı həmin vaxt?

-  Bəli,  o  olub,  sonra  Zülfüqarlı  qar-

daşlarından Loğman olub.

- Siz də orda idinizmi?

- Bəli.


-  Necə  oldu  ki,  iki  zavodun  80

faizinin  həmin  şəxsə  verilməsi

qərara alındı?

- Məhkəməyə verilib, orda hər şeyə ay-

dınlıq gətiriləcək.

- Sizi kim məhkəməyə verib?

- Zülfüqarlı qardaşları.



-  Mahir  müəllim,  zavodlar  Gəray

bəyə  veriləndə  Zülfüqarlı  qar-

daşlarına  bunun  əvəzində  pul  ver-

ildimi?

-  Axı  mən  sizə  dedim,  hər  şey

məhkəmədə bəlli olacaq. 

«KƏRƏM HƏSƏNOV DEDİ Kİ, 

ZAVODLARI VERMƏSƏNİZ, 

ÇOX PİS OLACAQ» 

Loğman Zülfüqarlının qardaşı Baxış isə

bütün proseslərdə özünün iştirak etdiyini

deyir. O, Mahir Ağayevin qardaşı ilə bağlı

dediklərini  təkzib  edir,  sənədlərin  imza-

lanma  vaxtı  qardaşı  Loğmanın  həbsx-

anada olduğunu bildirir. Onun sözlərinə

görə,  2005-ci  ildə  zavodları  başqasına

verməkdən  imtina  edəndən  sonra  qar-

daşları Loğman və Nurəddin həbs edilib.

Bundan sonra da ailəyə təzyiqlər dayan-

mayıb. 


Baxış Zülfüqarlının sözlərinə görə, hətta

qardaşların həbsxanada öldürülə biləcəyi

ilə bağlı onlara xəbərdarlıq edilib. Baxış

Zülfüqarlı deyir ki, zavodla bağlı məsələni

onlara  ilk  dəfə  Kərəm  Həsənov

dediyindən  o,  bundan  sonra  bir  daha

Komitə sədrinin yanına gedib:  

«Bir- iki dəfə gedəndən sonra o məni

qəbul elədi. Dedi «Baxış, siz evdə də məs-

ləhətləşin,  çünki  burda  vəziyyət  başqa

cürdür,  siz  o  zavodları  verməyə  razılaş-

masanız,  çox  pis  olacaq».  Dedi  «bu

göstəriş  yuxarıdan  gəlib»,  amma  o,  ad

çəkmədi. Bildirdi ki, zavodları verməsəniz,

qardaşlarınızı buraxmayacaqlar, hətta sizi

də həbs edəcəklər».



«BİZƏ 1 MANAT DA 

VERİLMƏDİ»

Baxış Zülfüqarlı deyir ki, bundan sonra

onlar zavodun 80 faizlik payından imtina

etməyə razı olublar. Və 2006-cı il martın

30-da o, həbsxanada qardaşı Nurəddinlə

görüşüb.  Zavodla  bağlı  müəyyən

sənədləri  imzalamaq  üçün  Nurəddin

Zülfüqarlı həbsxana rəisi və müstəntiqin

iştirakı ilə ona etibarnamə verib:

«Sonra  bizi  “Nizami”  kinoteatrının

yanında bir ticarət mərkəzinə gətirdilər.

Gəray Məmmədov da orda idi. Üst-başın-

dan  gördüm  ki,  bir  fəhlə  adamdır.  Mən

fürsət  tapıb  onunla  bir-  iki  kəlmə

danışdım,  dedim  zavodları  sənin  adına

keçiririk,  gördüm  bu  adam  heç  bir  şeyi

bilmir, heç savadı da buna imkan vermir.

Hadisələrdən  də  xəbərsiz  olduğunu

bildirdi». 

Baxış  Zülfüqarlı  deyir  ki,  zavodun  80

faizlik  payı  həmin  adamın  adına  dövr

edilsə də, onlara bir manat da pul ver-

ilməyib.  Onun  söz lərinə  görə,  həmin

sənədin 


imzalan -

masından sonra qardaşları həbsxanadan

buraxılıb. Bir müddət sonra isə məhkəmə

onlara bəraət verib. 



«KƏRƏM HƏSƏNOVUN ÖZƏL 

ZAVODLARLA  NƏ İŞİ VAR?» 

Əmlak  Məsələləri  Dövlət  Komitəsinin

mətbuat xidmətinin rəhbəri Qulu Xəlilov

isə  Zülfüqarlı  qardaşlarının  dediklərini

həmin şəxslərin subyektiv fikri sayır: 

-  Bu,  onların  subyektiv  fikridir.  Onlar

özəl  zavodlar  idi.  Kərəm  Həsənov  sədr

adamdır, onun özəl zavodlarla nə işi var?

 - Amma onlar deyir danışıqları Kərəm

Həsənovla aparıblar.

-  Bu,  onların  subyektiv  fikridir.  Nə

bilim, bizim xəbərimiz yoxdur.

Zavodları əllərindən alınan Zülfüqarlı

qardaşları  hazırda  Türkiyədə  yaşayırlar.

Son  aylarda  isə  qardaşlara  məxsus

üçüncü zavodun, Xəzər-Boru zavodunun

da fəaliyyəti dayandırılıb.

Maarif Çingizoğlu

Dəyərli  oxucular!  AzadlıqRadiosunun  korrupsiya  halları  ilə  bağlı  maraqlı  araşdır-

malarını,  xəbər  və  reportajlarını  AzadliqRadiosu.az  saytında  “Korrupsiometr”

bölümündə oxuyun. Səs yazılarını dinləyin, videolara baxın. Məsələn:



• Təhsil Nazirliyi 77 məktəbin tikintisində “yeyinti” olduğunu etiraf edir


Yüklə 291,59 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə