Xəbər və fikir jurnalı №22 (62) 1. 10. 2011 səh səh səh


№22 (62)      31.10.2011      Fərqli düşüncə



Yüklə 291,59 Kb.
Pdf görüntüsü
səhifə8/10
tarix18.04.2018
ölçüsü291,59 Kb.
#39464
1   2   3   4   5   6   7   8   9   10

№22 (62)      31.10.2011      Fərqli düşüncə

10

Seysmoloq: «Bakıda risk böyükdür»



AzadlıqRadiosunun «İşdən

sonra» proqramına qonaq olan

Azərbaycan Milli Elmlər

Akademiyasının Respublika

Seysmoloji Xidmət Mərkəzinin

şöbə müdiri Tahir Məmmədli

deyir ki, Azərbaycan da Türkiyə

kimi seysmik cəhətdən aktiv zo -

nadır. Azərbaycanda da nə vaxtsa

zəlzələ ola bilər. Buna baxma-

yaraq,  Türkiyədəki zəlzələ ilə

əlaqədar burda da hansısa bir

seysmik təkanın baş verməsini

söyləmək mümkün deyil.  Ancaq

Vanda təkanlar hələ bir müddət

davam edəcək.

«KİM NECƏ TİKİR, DEYƏ

BİLMƏRƏM»

Seysmoloq Bakı şəhərində tikilən bi-

naların keyfiyyətinə də toxunub. Deyib

ki,  seysmoloqlar  bina  tikilməmişdən

əvvəl rəy hazırlayırlar: «Nazirlər Kabi-

netinin sərəncamı ilə istənilən hündür-

mərtəbəli,  hətta  2-3  mərtəbəli  bina

tikilərkən  bizdən  ərazidə  maksimum

neçə bal gücündə zəlzələ ola biləcəyi

haqda rəy alırlar. Bu rəyə uyğun bina

tikməlidirlər.  Onu  yoxlamaq  isə  bizim

sahəmiz deyil. Buna Fövqəladə Hallar

Nazirliyinin müvafiq qurumları nəzarət

edir. Düşünürəm ki, onlar buna ciddi ri-

ayət  edirlər.  Çünki  bura  seysmoaktiv

ərazidir».



«BAKIDA 8 BAL GÜCÜNDƏ

ZƏLZƏLƏ OLA BİLƏR»

Seysmoloq  deyir  ki,  Abşeron

zonasında, o cümlədən Bakı şəhərində

12 ballıq şkala ilə 8 bal gücündə zəlzələ

ola  bilər.  Zəlzələ  ocaqları  Xəzər

dənizinin dibindədir deyə, dənizə yaxın

ərazilərdə 1 bal artıq hiss oluna bilər.

Buna görə də  tikilən binalar 8, dənizə

yaxın ərazilərdə isə 9 bala dayanıqlı tik-

ilməlidir: «Bakıda risk böyükdür. Çoxlu

köhnə  binalar  var.  İstismar  müddəti

keçmiş binalar var. Zəlzələ olarsa, on-

ların böyük əksəriyyəti ola bilsin davam

gətirmədi».



SEYSMOLOQLARIN SƏHVİ

Tahir  Məmmədli  seysmoloqların  bir

səhvi ilə bağlı maraqlı faktı da diqqətə

çatdırıb:  «1978-80-ci  ilə  qədər

seysmoloqlar  fikirləşirdilər  ki,  Bakı,

Abşeron zonası 6 ballıq zonadır və bi-

nalar 6 bala uyğun tikilirdi. 80-ci ildə al-

imlər  hesabladılar  ki,  səhv  etmişik,  7

ballıq zonadır. 91-ci ildə isə dedilər ki, 8

ballıq  zonadır.  Təsəvvür  edin,  91-ci

ildən  əvvəl  tikilən  binaların  bəziləri  6

bala, bəziləri 7 bala hesablanıb…». 



Şahnaz Bəylərqızı, 

Kamran Mahmudov

Tahir Məmmədli



Bu qış Bakı necə isinəcək?

Bir müddət əvvəl Sənaye və Ener-

getika Nazirliyində 10-dan artıq

dövlət qurumunun iştirakı ilə

«İstilik təchizatı sistemlərinin

müasir tələblər əsasında səmərəli

inkişafına dair Tədbirlər Planı»-

nın hazırlanmasına dair geniş

müşavirə keçirilib. Amma, hələ ki,

bu sahədə konkret bir iş

görülməyib.  Kommunal

məsələlər üzrə ekspert Ələkbər

Ağasıyev mənzillərin istilik sis-

temi ilə təchizatında bu il köklü

dəyişikliklər olacağına inanmır.

Deyir ki, çünki ötən il üzə çıxan

problemlərin əksəriyyəti hələ də

həllini tapmayıb.

MÜŞFİQABAD GÖZLƏYİR

Belə  getsə  bu  qış  da  Bakının  Müş-

fiqabad qəsəbəsində istilik sistemi ol-

mayacaq.  Çünki  bu  qəsəbədə  yay

aylarından başlanan iş yarımçıq qalıb.

Bu  səbəbdən  sakinlər  10-15  günə

mənzillərinin istiliklə təmin olunacağına

az  ümidlidirlər.  Qəsəbə  sakini  Gülər

Əliyeva  deyir  ki,  xətlər  binaların

zirzəmisinə qədər çəkilib və daha sonra

iş dayanıb. Niyə dayanıb, bilən yoxdur.

-İndi evləri necə isidirsiz?

-  Elektrik  plitəsi,  bir  də  qaz  peçini

yandırırıq.

Gülər Əliyeva deyir ki, otaqları bu

yolla isitmə də onlara xeyli baha başa

gəlir. 


Amma  qəsəbədə  sakinlər  arasında

belə söz-söhbət də gəzir ki, iş pula görə

yarımçıq  qalıb.  Sakinlərin  iddiasına

görə, xətləri binaların zirzəmisinə qədər

çəkib  gətirən  iş  icraçıları  işin  mənzil-

lərdə  davam  etdirilməsinə  görə  hər

evdən 20-30 manat pul istəyirlər.

RƏSMİLƏR NİKBİNDİR 

«Azəristiliktəchizat»  ASC-nin  abo-

nent  və  müştəri  xidmətlərinin  rəisi

Rafiq Əliyev isə narahatlığa əsas gör-

mür.  Deyir  hər  halda  vəziyyət

ötənilkindən xeyli fərqlənəcək: «Bu il

həm  keyfiyyət,  həm  də  kəmiyyət

baxımından  əhalinin,  məktəblərin,

xəstəxanaların, uşaq bağçalarının isti-

liklə təminatı xeyli yaxşı olacaq. Ümu-

milikdə  bu  il  Bakıda  2400  yaşayış

binasına istilik veriləcək».

Müşfiqabad  qəsəbəsinə  gəlincə,

Rafiq Əliyev deyir qəsəbə bu qış istiliklə

təmin olunacaq. Xidmət rəisi yeni istilik

sistemlərinin qurulmasına və bərpasına

nə  qədər  vəsait  xərcləndiyi  barədə

məlumatsız olduğunu deyir.



5 İLDƏ 77 MİLYON MANAT

2012-ci  il  büdcə  layihəsində  ölkə

ərazisində istilik sistemi üzrə yaranan

zərərin ödənilməsinə, istilik sistemi və

su təchizatı obyektlərinin istismarına və

təmirinə 31,6 milyon manat vəsait pro-

qnozlaşdırılıb.  Ötən    il  isə  bu  sahəyə

ayrılan  vəsait  19  milyon  manat  olub.

Ümumilikdə 2005-2010-cu illərdə isə is-

tilik sisteminə üst-üstə təxminən 77 mi-

lyon manat ayrılıb.

İndi Azərbaycanda istilik təchizatın-

dan  istifadəyə  görə  1  kvadratmetr

mənzil sahəsi üçün qiymət 5 qəpikdir.

Büdcə təşkilatları 1 kvadrata 12, təsər-

rüfathesablı idarələr isə 22 qəpik ödəyir.



Maarif Çingizoğlu

Elektrik plitəsi olan bağça




Yüklə 291,59 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə