Xəbər və fikir jurnalı №22 (62) 1. 10. 2011 səh səh səh



Yüklə 291,59 Kb.
Pdf görüntüsü
səhifə9/10
tarix18.04.2018
ölçüsü291,59 Kb.
#39464
1   2   3   4   5   6   7   8   9   10

№22 (62)      31.10.2011      Fərqli düşüncə

11

Taksi sürücüləri niyə narahatdır? 

«Deyirlər lisenziya verilməyəcək.

Bizim ailəmiz var axı,

neyləməliyik, acından ölməliyik?

Milləti fikirləşən yoxdur. Bıçaq

sümüyə dirənəndə insan nəyə

desən qadirdir». 30 ildən çoxdur

ki, qazancı taksidən çıxan 55

yaşlı Əlmurad Günəşoğlu deyir ki,

artıq bir həftədir sanki tikan üstə

oturub. Uzun illərdir müştəri gö-

zlədiyi yer “Nizami” metrostan-

siyasının qarşısındakı taksi

dayanacağıdır. Amma artıq

şəhərin mərkəzi küçələrindəki

taksi dayanacaqlarını ələ keçirən

yeni London taksilərinin yeli bu-

radan da yan keçməyib. Şəxsi av-

tomobili ilə xidmət göstərən

sürücülərin dediyinə görə, ötən

həftədən nəqliyyat müfəttişləri

daha tez-tez onlara baş çəkməyə

başlayıblar.

Taksi sürücüsü Abdin Əkbərov: 

- «Gəlib sənədləri yoxlayırlar. Maşının

sənədlərini  istəyirlər  vermirik,  çünki

alırlar qaçıb minirlər maşınlarına, çıxıb

gedirlər». 



«SƏNƏDİMİZİ ALIB 

QAÇIRLAR»

Abdin  Əkbərov  deyir  ki,  müfəttiş-

likdən  bir  neçə  dəfə  fəaliyyətlərini

dayandırmaqla bağlı xəbərdarlıq alıblar.

Buna məhəl qoymadıqlarına görə indi

ya  sənədləri  əllərindən  alınır,  ya  da

fəaliyyətlərini  davam  etdirə  bilmələri

üçün onlara lisenziya verilmir: «Deyirlər

bazar iqtisadiyyatıdır. Biz də rəqabətə

dözmərik, özümüz çıxarıq da. Niyə bizi

məcburi  sürüyüb  atırlar  bayıra?  Qoy

mən gəlim işləyim, maşınıma minən ol-

masa, çıxım gedim. Bunlar isə deyir ki,

ancaq bizimki işləməlidir». 



LONDON TAKSİLƏRİ 

SƏRF ETMİR

Taksi sürücülərinin dediyinə görə, on-

lara  bir  neçə  dəfə  təklif  olunur  ki,

Bakıya  yeni  gətirilən  London  tak-

silərində  işləsinlər.  Hətta  bu  təkliflə

razılaşanlar da olub. Amma sürücü Rail

Rəhimovun 

dediyinə 

görə, 

bu

sövdələşmə uzun sürməyib: 



«Təzə taksilər heç kimə sərf etmir.

Tanıdığım bir neçə adam ki, götürüb,

sonra qaytarıb. 50 manat planıdır, 10

manat da «salyarka» puludur. Bədbəxt

oğlu 60 manatı haradan çıxarsın? Adi

Yasamala 

bir 

müştərini 



aparıb

gələnədək  tıxaclarda  2  saat  keçir,

aldığın 5 manatı da benzinə verirsən».

ŞƏHƏRİN MƏRKƏZİNDƏ

YALNIZ LONDON 

TAKSİLƏRİDİR

Nəqliyyat Nazirliyinin də məlumatına

görə, hazırda Bakıda şəxsi avtomobili

ilə taksi xidməti göstərənlərin sayı 20

mindən çoxdur. Artıq şəhərin bəzi taksi

dayanacaqlarında, məsələn, «Azneft»

meydanında,  Neftçilər  prospektində

köhnə taksilər gözə dəymir, ətrafda yal-

nız  London  taksiləridir.  Sürücülərin

dediyinə  görə,  müfəttişliyin  əmək-

daşları bu əraziləri nəzarətdə saxlayırlar

ki, köhnə taksilər yenidən bu yerlərdə

dayanmasınlar. 

«EUROVİSİON»A 

YENİ 

TAKSİLƏRLƏ

Nəqliyyat müfəttişlərinin köhnə tak-

siləri  sıxışdırmasına  dair  deyilənlərə

nazirlikdən  mövqe  ala  bilmədik.

Nəqliyyat  naziri  Ziya  Məmmədovun

dediyinə görə, Bakıya artıq 500-ə yaxın

yeni London taksiləri gətirilib. Gələn ilin

mayında Bakıda keçirilməsi nəzərdə tu-

tulan  «Eurovision-2012»  müsabiqəs-

inədək  bu  taksilərin  sayının  3000-nə

çatdırılması  planlaşdırılır.  Bu  proseslə

paralel olaraq paytaxtda həm də köhnə

taksilərin  yığışdırılması  prosesinə

başlanıb. 



Ülkər Akifqızı

Sürücü Rail Rəhimov



Maşınına “bərkgedən” nömrə alanlar

üçün qiymətlər…

Parlamentdə müzakirə edilən

"Dövlət rüsumu haqqında" qa-

nuna təklif olunan dəyişikliklərdə

maşınlara “zerkalnı” nömrələrin

qiymətləri göstərilib. Əgər bu

təklif parlamentdə qəbul edilsə,

“bərkgedən” nömrəyə sahib

olmaq istəyənlər aşağıdakı qay-

dada pul ödəməli olacaqlar:

-  Maşının  nömrə  nişanı  001,  002,

003, 004, 005, 006, 007, 008 və 009

rəqəmləri  ilə  olduqda  müxtəlif  hər-

flərdən  ibarət  nömrəyə  görə  1500

manat,  həmin  rəqəmlər  seriyası  eyni

hərflərdən ibarət olduqda 2500 manat. 

- 100, 200, 300, 400, 500, 600, 700,

800 və 900 rəqəmlərindən və müxtəlif

hərflərdən ibarət olduqda 1000 manat,

eyni hərf olduqda isə 1500 manat.

- 111, 222, 333, 444, 555, 666, 777,

888 və 999 rəqəmlər ilə müxtəlif hər-

flərdən  ibarət  nömrəyə  görə  500

manat, eyni hərflər olduqda isə 1000

manat.


Digər dövlət qeydiyyat nişanlarının

verilməsinə görə 18 manat məbləğində

rüsum nəzərdə tutulub. Amma hələlik

bunlar  təklifdir,  parlamentin  Hüquq

siyasəti  və  dövlət  quruculuğu,  İnsan

hüquqları  komitələrinin  cümə  günü

keçirilən iclasında müzakirəyə çıxarılıb.

Rüsumların bu qaydada hesablanması

yalnız Milli Məclis onu təsdiq edəndən

sonra başlayacaq.



SÜRÜCÜLÜK VƏSİQƏSİ 

30 DƏQİQƏYƏ? 

Hazırda  belə  cüt  nömrələrə  görə

dövlət büdcəsinə əlavə rüsum alınmır,

amma Bakı sakinləri arasında hər belə

cüt  nömrənin  qeyri-rəsmi  ödəniş

məbləğləri haqqında müxtəlif məbləğlər

səslənir.  Hələ  Milli  Məclisin  komis-

siyalarında  olan    “Yol  hərəkəti  qay-

dalarına” başqa bir dəyişiklik təklifində

isə  imtahan  verildikdən  30  dəqiqə

sonra  sürücülük  vəsiqəsinin  verilməsi

nəzərdə tutulur. Hazırda bu müddət bir

gündür.



Yüklə 291,59 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə