Xəbər və fikir jurnalı №28 (97) 0. 09. 2012 səh səh səh


№28 (97)      10.09.2012      Fərqli düşüncə



Yüklə 263,81 Kb.
Pdf görüntüsü
səhifə11/11
tarix21.06.2018
ölçüsü263,81 Kb.
#50020
1   2   3   4   5   6   7   8   9   10   11

№28 (97)      10.09.2012      Fərqli düşüncə

12

Kürdәmirdәn Vaqif Babayev «Qaynar

xәtt»ә şikayәt edib. Deyir, 2011-ci ilin

oktyabr aynın 24-dә Kürdәmir şәhәri,

Heydәr Әliyev prospektindә yerlәşәn,

ona mәxsus olan dәri sexi köşkü qa-

nunsuz uçurulub. Sexin içәrisindә olan

әşyalar aparılıb, sex köşkü qaynaq va-

sitәsilә doğranılaraq satılıb.

«GÖZÜM BAXA-BAXA ӘMLAKIMI

DAĞITDILAR»

«Mәn o köşkü 1994-cü ildәn işlәdirdim.

Sahәsi 35 kvadratmetr idi, tәyinatı dәmir

sexi köşkü olsa da, bir tәrәfindә qab-

qacaq, bir tәrәfindә göy-göyәrti qoyub

satırdım. Ötәn il oktyabrın 24-dә

Kürdәmirin icra hakimiyyәtinin işçilәri

qәflәtәn başımın üstünü aldılar, dedilәr

bu köşk burdan götürülmәlidir, sahәsi dә

bazarın sahәsinә qatılmalıdır. Elә hәmin

gün özlәri köşkün içindә nә vardısa

mәnә hәlә dә mәlum olmayan yerә

daşıdılar. Qaynaqçı gәtirib köşkü

hissәlәrә böldülәr, hissәlәri gözümün

qarşısında metal toplayanlara satdılar.

Әlim heç yerә çatmırdı, yalnız Daxili İşlәr

Nazirliyinin 102 xidmәtinә zәng edә

bildim, ordan da tәdbir görәn olmadı».

Vaqif  Babayev deyir ki, köşk vә köşkün

altındakı torpaq sahәsi çıxarışla ona

mәxsus olub. Ancaq bu sәnәdlәrә

Kürdәmir Rayon İcra Hakimiyyәtinin

işçilәri kimi mәhkәmә dә mәhәl qoy-

mayıb.


«RUZİ MӘNBӘYİ OLAN O BALACA

KÖŞK... »

«Ailәmin ruzisi o balaca köşkdәn çıxırdı.

İndi işsiz qalmışam. Mәn әmlakımı geri

qaytarmağa çalışarkәn öz sağlamlığım

әlimdәn getdi». Vaqif Babayev Şirvan

İnzibati Iqtisad Mәhkәmәsinә şikayәt

edib. Ancaq mәhkәmә onun şikayәtini

tәmin etmәyib. Mәhkәmә qәrar çıxarıb

ki, Vaqif Babayev qanunsuz söküntü

işlәrindә Kürdәmir Rayon İcra Hakimiy -

yәtini günahlandırsa da, köşkün hәmin

qurum tәrәfindәn söküldüyünü sübut

edә bilmәyib. Buna görә dә mәhkәmә

onun iddiasını tәmin etmәyib.

Kürdәmir Rayon İcra Hakimiyyәti

başçısının birinci müavini Vasif Mәmmә-

dov mәhkәmәdә bildirib ki, Vaqif

Babayevi rayon sakini kimi tanıyır.

Başçının 21 sentyabr 2011-ci tarixli

sәrәncamı ilә Heydәr Әliyev prospek-

tindә yerlәşәn «Kürdәmir bazar»

әrazisinin yenidәn planlanması vә tik-

ililәrin müasir memarlıq üslubu ilә rekon-

struksiyası zәrurәti yarandığına görә

bazarın fәaliyyәtini dayandırmaq

qәrarına gәliblәr. Bazarın rәhbәrliyi orda

rekonstruksiya işlәri aparır. İcra

başçısının birinci müavini deyib ki, Vaqif

Mәmmәdova mәxsus köşkün sökül 

-

mәsindәn icra hakimiyyәtinin xәbәri



yoxdur. Ona da hәmin köşkün sökülmәsi

barәdә rәhbәrlik tәrәfindәn heç bir

göstәriş verilmәyib. O ki qaldı köşkün

doğranaraq satılmasına, icra başçısının

birinci müavini bildirib ki, onda olan

mәlumata görә, bunu elә köşkün öz

sahibi edib.

İndi Vaqif Mәmmәdov qәrardan

apelyasiya şikayәti verәcәyini deyir:

«Әmlak hüquqlarımı ya qol, ya da qanun

gücünә bәrpa edәcәyәm».

Esmira Cavadova

«Әmlak hüquqlarımı ya qol, ya da

qanun gücü ilә bәrpa edәcәm»

Vaqif Babayev

Sentyabrın 8-dә uşaq bağçalarının 25-ә

yaxın müәllimi әmәkhaqqının azlığına

etiraz olaraq piketә cәhd ediblәr. Onlar

әvvәlcә әllәrindә Heydәr Әliyevin şәkli

ilә Heydәr Әliyev Fonduna üz tutublar.

Lakin orada onlara deyilib ki, vәtәn-

daşları Heydәr Әliyev adına İdman

Konsert-Kompleksindә qәbul edirlәr.

Bundan sonra narazı müәllimlәr Prezi-

dent Administrasiyasına yollanıblar. On-

lardan 4 nәfәri qәbul edilib. Qәbulda

iştirak edәnlәrin bildirmәsinә görә, on-

lara deyilib ki, şikayәtlәrini Nazirlәr

Kabineti vә digәr aidiyyәti qurumlara

mәktubla göndәrsinlәr. Bağça müәllim-

lәri daha sonra Bakı Şәhәr İcra

Hakimiyyәtinә yollansalar da, qeyri-iş

günü olduğundan onları qәbul edәn ol-

mayıb.


Müәllimlәrin dediyinә görә, onların işlә -

di yi vә Dövlәt Neft Şirkәtinin tabeliyindә

olan bağçalar Bakı Şәhәr İcra

Hakimiyyәtinә verilәndәn sonra maaşları

yarıbayarı azalıb: «Biz Neft Şirkәtinin

tәrkibindә olanda 200-250 manat maaş

alırdıq. İndi maaşlarımızı 90 manata,

bәzi müәllimlәrin maaşını isә 40-50

manata salıblar. Bununla ailә saxlamaq

olarmı? Biz buna etiraz edirik».

Bakıda Neft Şirkәtinә mәxsus 38 uşaq

bağçasının hamısı avqustun 1-dәn Bakı

Şәhәr İcra Hakimiyyәtinin tabeliyinә ver-

ilib. Tәhsil Nazirliyinin tәrkibindә olan

bağçalara da bu ildәn Bakı Şәhәr İcra

Hakimiyyәti nәzarәt edir.



Nәzrin Nәzirova

Bağça müәllimlәri etiraz edirlәr 

Facebook Azәrbaycana qәdәm qoyan-

dan bәri, hәr gün Ramil Sәfәrov haqda

yüzlәrlә statuslar vә şәrhlәr yazılırdı.

Macarıstanın gözlәnilmәz addımı isә vir-

tual Azәrbaycanda әsl vәtәnpәrvәrlik

sunamisi yaratdı. Azәrbaycan şәbәkәlәri

indiyәcәn belә aktivliklә rastlaşmamışdı.

Ümumi şadyanaqlığı bölüşmәyәnlәri

nifrәt vә ittiham yağışları gözlәyirdi.

Ehtiraslar o qәdәr güclü idi ki, әn passiv

FB istifadәçilәri belә özlәrini şәrh axınına

atırdılar.

Onlardan biri, jurnalist Alya vә “ehtiras

bloklarına qoşulmamazlığı” ilә tanınan

politoloq Zәrdüşt Әlizadә ilә mәsәlәyә

müxtәlif rakurslardan yanaşmağa

çalışdıq.

AzadlıqFM verilişindә bu gәrgin müza-

kirәni dinlәyin...



Sәadәt Akifqızı

Facebookda Ramil Sәfәrov sunamisi 


№28 (97)      10.09.2012      Fərqli düşüncə

13

«Naxçıvanın o kәndindә kimsә ölәndә onu әsgәrlәr basdırır...»

Naxçıvan Statistika Komitәsinin bu ilin ilk

yarısına olan mәlumatına görә, muxtar

respublika әhalisinin sayı 420 min nәfәri

keçib. Bәzi yerli hüquq müdafiәçilәri isә

bu rәqәmin reallığı әks etdirmәdiyini

bildirirlәr. Onlar hesab edirlәr ki, işsizlik

vә hüquqsuzluq üzündәn әhalinin yarı-

dan çoxu Naxçıvanı tәrk etmәk

mәcburiyyәtindә qalıb. İddialara görә,

Naxçıvanı tәrk edәnlәrin çoxu da iş ax-

tarmaq üçün qonşu Türkiyәyә üz tu-

turlar. Qonşu ölkәyә üz tutanların

әksәriyyәtinin isә kәnd әhalisi olduğu

söylәnir. Hüquq müdafiәçilәrinin verdik-

lәri mәlumatlara görә, әn çox boşalmaya

Şәrur rayonunun sәrhәdyanı kәndlәri

mәruz qalıb.

ALIŞAR KӘNDİ...

İranla hәmsәrhәd olan bu kәnd Şәrurun

rayon mәrkәzindәn 4 km aralıda yerlәşir.

Kәnd әhalisinin әsas mәşğuliyyәti әkinçilik

vә heyvandarlıqdır. Sakinlәr deyir ki, әkin

üçün su tapa bilmәdiklәrindәn vә örüş

torpaqları mәmurlar tәrәfindәn zәbt olun-

duğundan nә әkinçiliklә, nә dә heyvan-

darlıqla dolanışıqlarını tәmin edә bilirlәr.

Onların demәsinә görә, ümid qalır qonşu

ölkәyә - Türkiyәdә fәhlәliyә.

Alışar kәndindә danışırdılar ki, әhalinin

50-60 faizi dolanışıq ucbatından ailәliklә

kәndi tәrk ediblәr. Bunu elә yolboyu qapısı

qıfıllı evlәrdәn dә görmәk mümkündür.

Ancaq Alışarda bu mәnzәrә ilә tәzad

yaradan bir halla da rastlaşdıq.

ALIŞARDA ONLARLA EVİN QAPISI

BAĞLI QALSA DA...

Orada tanış olduğumuz Zülal Salahov

kiçik ailәsi ilә kәndin girәcәyindә paslı,

dәmir vaqonda yaşayır. O, kәnddә onlarla

ev boş olsa da, hәmin dәmir vaqona

sığınıb. Demәsinә görә, evlәndikdәn

sonra iş tapa bilmәdiyindәn ailәsini dә

götürüb İstanbula gedibmiş. İstanbulda

uzun müddәt şәrurluların yaşadığı mәhәl-

lәdә kirayәdә olub. Qanunsuz miqrant

olduqlarından günlәrin bir günü ailәsi ilә

birlikdә  geriyә, Naxçıvana deportasiya ol-

unublar. İndi Türkiyә tәrәfinin onlara qoy-

duğu qadağa müddәtinin bitmәsini

gözlәyirlәr ki, tәkrar İstanbula qayıtsınlar.

Zülal Salahov deyir ki, kәndә geri dönәn

gündәn işsizdir. Evi olmadığı üçün bu

dәmir vaqonu özünә müvәqqәti yaşayış

yeri seçib:

«ZİBİLXANALARDAN DӘMİR YIĞIB

APARIB SATIRAM...»

«İş tapa bilmirәm. Hansı şәraitdә

yaşadığımızı görürsünüz. Zibilxanalardan

dәmir yığıb satıram, birtәhәr dolanırıq.

İndi hansı zәmanәdir ki, vәtәndaş

«budka»da yaşayır. Özlәri dә Avropaya in-

teqrasiyadan danışırlar. Dövlәt bizә kömәk

elәmir. Dövlәt bizә iş versin işlәyәk.

Uşaqları dolandıra bilmirәm».

«ÖRÜŞLӘRİMİZ ӘLİMİZDӘN

ALINIB...»

Zülal Salahov da digәr hәmkәndlilәri kimi

Alışarın boşalmasının sәbәbini işsizlikdә

vә mәmurların özbaşınalığında görür:

«Örüşlәrimiz әlimizdәn alınıb, mәmurlar

tәrәfindәn әkilib. Ona görә dә heyvan

saxlaya bilmirik. Tәk örüşlәrimizi әlim-

izdәn almayıblar. Kәndin stadionuna da

göz dikiblәr. Stadionun әrazisini dә әkiblәr.

Araz qulağımızın dibindәn keçir, әkin-

lәrimiz susuzluqdan quruyub. Mәn 120

manat xәrc çәkib qarğıdalı әkmişәm.

Görün susuzluqdan nә günә düşüb. Az-

çox gәlәn suyu da icra nümayәndәsi,

bәlәdiyyә sәdri, onların yaxınları öz әkin-

lәrini suvarırlar. Bizim kimi yetim-yesir dә

qalırıq susuz. Әn yaxşı yerlәri özlәri әkir-

lәr. Ona görә dә hamı kәnddәn qaçır.

Tәkcә bizim kiçik mәhәllәdә 20-dәn çox

ailә qapısını bağlayıb Türkiyәyә gedib».

Sakinlәr kәnddә içmәli suyun olmamasın-

dan da şikayәt edirlәr. Onlar deyir ki, bir

il öncә kәndә su çәkilib. Ancaq kranlardan

cәmi 15 dәqiqә su gәlib. Kәnd sakini

Saleh Orucov:

«VASİF TALIBOV GEDӘN KİMİ 

SU KӘSİLDİ»

«Gördüyünüz kranlardan kәnddә onlar-

ladır. Açılışında Ali Mәclisin sәdri Vasif

Talıbov da iştirak edirdi. Vasif Talıbov

gedәn kimi su kәsildi. O gündәn hәlә dә

su vermirlәr. Heç kim dә maraqlanmır.

İçmәli suyu qonşu kәndlәrdәn gәtiririk.

Dәrdimizi kimә deyәk bilmirik? Mәktәbdә

su quyusu qazıblar. Keyfiyyәtsiz, qurdlu su

çıxır quyudan. Uşaqlar da mәcbur qalıb

içirlәr hәmin suyu». 

«ALIŞARDA KİMSӘ ÖLӘNDӘ 

ONU ӘSGӘRLӘR GӘLİB

BASDIRIRLAR...»

Hüquq müdafiәçisi Hәkimeldostu Mehdi -

yev dә Naxçıvandakı kәndlәrin boşal-

masının әsas sәbәbini işsizlikdә görür:

«Bu, çox aktual vә ciddi mövzudur. Bu

gün hәqiqәtәn dә Naxçıvan boşalıb.

Bunun sәbәbi işsizlikdir. Kәndli әkә bilmir,

imkan vermirlәr. Yaxşı yerlәri mәmurlar

zәbt elәyib. İstanbulda bir mәhәllә var,

ora şәrurluların mәhәllәsi deyirlәr. Şәrur-

dan ailәlikcә köçәnlәr orada qalırlar.

Orada doğulan uşaqlar  mәktәbә dә get-

mirlәr. Bu, çox acınacaqlıdır. Alışar kәn-

dinin vәziyyәti lap acınacaqlıdır. Orada biri

ölәndә mәrhumu basdırmağa adam da

tapılmır. Әsgәrlәr gәlib basdırır».

Mәsәlәyә münasibәt öyrәnmәk üçün Alı -

şar kәnd icra nümayәndәsi Hәsәn Mәm -

mә dovla әlaqә saxladıq. Hәsәn Mәm  mә  -

 dov kәndin boşalması, әkin sahәlәrinin

mәmurların qohumları tәrәfindәn zәbt ol-

unması haqda deyilәnlәri tәkzib etdi:



«YALAN SÖZLӘRDİ, 

KӘND BOŞALMAYIB»

- «Yalan sözlәrdi. Kәnd boşalmayıb.

Stadio nu da heç kim әkmәyib. Uşaqlar

orada futbol oynayırlar. İçmәli su prob-

lemimiz dә yoxdu. Artezianlardan su çәk-

ilib kәndә».

- Mәn özüm dә şahidi oldum ki, kәnddә

onlarla ev boşdur. Hiss olunur ki, uzun

müddәtdir oralarda yaşamırlar. 

- Camaat kәnddәdir.

- Bәs, boş evlәr kiminkidir? 

- «İmkanlı adamlar uşaqları üçün Bakıya,

Türkiyәyә köçәnlәrin evlәrini alır, hәlәlik

orada yaşamırlar. Evlәnәndәn sonra

köçәcәklәr. Ona görә boşdur».

Kәndin bәlәdiyyә sәdri Nurulla Salmanov

da icra nümayәndәsinin dediklәrini tәsdiq

edir: «O torpaqlar örüş deyil. Bәlәdiyyә -

nin balansında olan torpaqlardır. Növbә ilә

kәnd camaatına verilir, әkirlәr. Oranı әkәn-

lәr heç kimin qohumu deyillәr».

Yafәz Әkrәmoğlu

Naxçıvanda qapısı bağlı evlәr adi hala çevrilib

«Örüşlәrimiz әlimizdәn alınıb, mәmurlar

tәrәfindәn әkilib»

Zülal Salahov



№28 (97)      10.09.2012      Fərqli düşüncə

14

“İran vә Azәrbaycan qardaşdır vә bu

qardaşlığın arasını heç kәs vura

bimәz”. Trend-in mәlumatına görә,

bunu İran İslam Respublikasının vitse-

prezidenti, İran Mәdәni İrs vә

Mәdәniyyәt Tәşkilatının sәdri Seyid

Hassan Mousavi sentyabrın 6-da

Bakıda Qafqaz Müsәlmanları

İdarәsinin sәdri Şeyxülislam Al-

lahşükür Paşazadә ilә görüşündә

deyib. «Azәrbaycan vә İran arasında

olan dәrin tarixi münasibәtlәrdәn

düşmәnlәrimiz narahatdır», - deyә

Mousavi bildirib.

O qeyd edib ki, İran Dağlıq Qarabağ

mәsәlәsindә Azәrbaycanın mövqeyini

daim dәstәklәyir. Bu yaxınlarda İranda

keçirilәn Qoşulmama Hәrәkatına üzv

ölkәlәrin sammitinin bәyanatında da

Azәrbaycanın әrazi bütövlüyünün

dәstәklәnmәsi vurğulanmışdı.



«İKİ ÖLKӘ ARASINDA DOSTLUQ

DAİM MÖHKӘM OLUB»

«İran vә Azәrbaycan arasında dostluq

vә qardaşlıq әlaqәlәri daim möhkәm

olub vә gәlәcәkdә dә davam edәcәk»,

- deyә vitse-prezident vurğulayıb.

Mousavi Şeyxülislam Allahşükür

Paşazadәni İrana sәfәrә dәvәt edib vә

bildirib ki, hәmin sәfәr zamanı iki ölkә

arasında dini vә mәdәni sahәdә әmәk-

daşlığın daha da genişlәndirilmәsi

mәsәlәsi müzakirә olunacaq. Mousavi

yaxın zamanlarda İranın yeni sәfirinin

Azәrbaycana gәlәcәyini dә bildirib.

«Azәrbaycan vә İran arasındakı qar-

daşlıq münasibәtlәrinin dәrin olmasının

şahidiyik», - deyә Allahşükür Paşazadә

bildirib.

ŞEYXÜLİSLAM İRANA GEDӘCӘK

Şeyxülislam İranda saxlanılan Azәrbay-

can şairlәrinin buraxılması ilә bağlı İran

tәrәfinә öz tәşәkkürünü bildirib. O qeyd

edib ki, iki ölkә arasında heç bir prob-

lem yoxdur vә bәzi xırda mәsәlәlәr var

ki, onlar da tәdricәn öz hәlini tapır.

Onun sözlәrinә görә, Ermәnistanın

mәqsәdi bu iki ölkәni bir-birindәn uza-

qlaşdırmaqdır: «Arzu edirәm ki, iki ölkә

arasında әlaqәlәr daha da genişlәnsin».

Paşazadә Mousavinin dәvәtini qәbul et-

diyini bildirib.

Hassan Mousavi: “İran vә Azәrbaycan qardaşdır”



Hassan Mousavi

Özbәkistan prezidenti İslam Kәrimovun

kitabını mütaliә mәşğәlәsindәn imtina

edәn mәhbusa işgәncә verilib. Onun

dabanına dәyәnәklә o qәdәr vurublar

ki, yerimәk qabiliyyәtini itirib. Bu

haqda Özbәkistanın Yaslık hәbsx-

anasından çıxarılmış vә Fransadakı

hüquq müdafiәçilәrinә çatdırılmış mәk-

tubda deyilir. Mәhbusların yazdığı dey-

ilәn mәktubun bir fraqmentinin

fotosunu Fransada yerlәşәn “Orta

Asiyada İnsan Haqları Uğrunda Assosi-

asiya” yayıb. Tәşkilatı Özbәkistandan

olan mühacirlәr yaradıblar. Mәktubda

ötәn ilin dekabrında Ortikali adlı mәh-

busun prezident Kәrimovun kitabının 1

saatlıq mәcburi mütaliәsinә maraq

göstәrmәmәsi sәbәbindәn möhkәm

döyüldüyü bildirilir. 

Kәrimovun indiyәcәn 4 kitabı çap edilib

Onlardan adı әn çox hallanan “Özbәk-

istan 21-ci әsrin astanasında” kitabıdır.

Orada Özbәkistanın gәlәcәk inkişaf yol-

larından bәhs edilir.

Amma mәktubda konkret olaraq hansı

kitabdan söhbәt getdiyi deyilmir. Mәk-

tubda qeyd olunur ki, hәbsxananın tә-

dris bölmәsinin rәhbәri İkrom

Berdıbayevdir. O, Ortikaliyә işgәncә ver-

ilmәsini şәxsәn izlәyib. O, göstәriş verib

ki, mәhbusun dabanına 30-40 zәrbә vu-

rulsun. İşgәncәdәn sonra ondan

soruşub ki, bәs indi prezidentin kitabının

oxunuşuna qulaq asmağa hazırdımı? Or-

tikali öz mövqeyindә qaldığını deyәndәn

sonra bölmә rәisi daha 20-30 zәrbә

tәyin edib.

Mәktuba görә, bundan sonra mәhbusu

10 günlüyünә karserә salıblar. Onu

dәstәklәyәn bir neçә mәhbus da

karserlә cәzalandırılıb. Yaslık hәbsxanası

1999-cu ildә yaradılıb - hәmin il

Daşkәnddә törәdilәn vә 16 nәfәrin

ölümünә sәbәb olan partlayışdan sonra.

Hökumәt partlayışa görә islamçıları

suçlamışdı. O zaman hәbsxanaya hәbs

olunan islamçılar salınırdı. Amma son il-

lәrdә oraya siyasi mәhbusları da göndәr-

mәyә başlayıblar. Özbәkistan hәtta BMT

mәruzәçilәrinә dә hәmin hәbsxanaya

baş çәkmәyә icazә vermir.



Prezidentin kitabını oxumaqdan

imtina edәn mәhbusa işgәncә

Yaslık hәbsxanasından gәlәn mәktubun bir

fraqmenti, 3 sentyabr 2012

Azadlıq Radiosundakı çox populyar

250Plyus verilişi  yeni mövsümә

başladı. Veriliş sizi xeyli güldürәcәk vә

düşündürәcәk SәnTube qarpızı ilә açır.

Füzulinin meyvәlәri kimi, sizә

Olimpiadadan, turizmdәn, Lazımdan vә

sair maraqlı hadisәlәrdәn söhbәt açır.

Real hadisәlәrә ironik münasibәt

әsasında hazırlanan verilişin sualların-

dan biri belәdir:

İsa Qәmbәr, Siz 2003-cü il 16 oktyabr-

dan 2012-ci il avqustun 25-nә keçәn

gecә harda idiniz?



250Plyus yeni mövsümә başladı

İslam Kәrimov


№28 (97)      10.09.2012      Fərqli düşüncə

15

AzadlıqRadiosunda verilişlәr:

Göyçayın Lәkçılpaq kәnd sakini Elşәn Abdullayev

«Qaynar xәtt»ә şikayәt edib ki, bu il mayın 15-dә

Göyçay Rayon Polis Şöbәsinin әmәliyyatçıları 31

yaşlı qardaşı Fәrhad Abdullayevi şәrlәyәrәk hәbs

edib. Elşәn Abdullayevin demәsinә görә, polis

işçilәri onun qardaşının cibinә narkotik maddә

atıblar vә hazırda o, hәbsdәdir: «Kәnddә bir nәfәrin

cibinә narkotik maddә atıb hәbs elәmişdilәr. Bu

hadisә qardaşımın gözü qarşısında baş vermişdi. O

da Daxili İşlәr nazirinә bununla bağlı mәktub

yazmışdı. Mayın 15-dә qonşu kәnddә öz cibinә

çәtәnә atıb tutdular. Qardaşıma polis şöbәsindә

işgәncә vermişdilәr. Anamla görüşәndә demişdi ki,

mәnә o qәdәr tәpik vurublar ki, qan tüpürürәm.

Bizim vәkili yaxına buraxmırdılar, özlәri uyğun

bildiklәri adamı qardaşıma vәkil elәmişdilәr. O vәkil

dә istintaqa işlәyirdi».

Elşәn Abdullayev deyir ki, qardaşının şәrlәnmәsi vә polis

şöbәsindә işgәncәyә mәruz qalması ilә әlaqәdar dövlәt

orqanlarına saysız-hesabsız mәktublar göndәrib. Ancaq

şikayәt etdiyi hallar araşdırılmayıb.

«CİBİNDӘN 9 QRAM MARİXUANA TAPILIB»

DİN Mәtbuat Xidmә-

tinin şöbә rәisi Orxan

M a n s u r z a d ә n i n

mәsәlәyә münasibәti

belә oldu: «Elşәn Ab-

dullayevin dediklәri

әsassızdır. Polisdә

Fәrhad Abdullayevin

narkotika aludәçisi ol-

ması, qanunsuz yolla

narkovasitәlәr әldә etmәsi barәdә әmәliyyat mәlumatı olub.

Mayın 15-dә әmәliyyat keçirilib. Fәrhad Abdullayev

saxlanılaraq Göyçay Rayon Polis Şöbәsinә gәtirilib. Hal

şahidlәrinin vә vәkilin iştirakı ilә üstünә baxış keçirilib,

cibindәn şәxsi istehlak miqdarında, yәni 9 qrama yaxın mar-

ixuana tapılaraq götürülüb vә müvafiq qaydada

sәnәdlәşdirilib. CM-in 234.1 maddәsi ilә cinayәt işi qaldırılıb,

istintaq aparılıb. Fәrhad Abdullayev istintaqa ifadәsindә dә

göstәrib ki, narkotik vasitәni özünün istifadәsi üçün tanı-

madığı bir adamdan alıb. Onun narkotik aludәçisi olduğu mü-

vafiq ekspertizanın rәyi ilә dә tәsdiqlәnib».

Orxan Mansurzadә bildirdi ki, istintaq yekunlaşıb vә

hazırda cinayәt işi baxılması üçün Göyçay Rayon Mәhkәmәs-

inә göndәrilib: «Fәrhad Abdullayevin guya şәrlәnәrәk hәbs

edilmәsi vә işgәncәyә mәruz qalması barәdә qardaşının id-

diaları onu mәsuliyyәtdәn yayındırmağa, günahsız olması

barәdә yanlış rәy yaratmağa xidmәt edir. Әgәr söylәnilәnlәrә

dair qarşı tәrәfin hәr hansı ciddi dәlil-sübutu varsa, onu

mәhkәmәyә dә tәqdim edә bilәr».

Fәrhad Abdullayevin mәhkәmәsinә hazırlıq iclası keçirilib.

Yaxın günlәrdә mәhkәmә baxışı olacaq.



Esmira Cavadova

«Şәrlәnmәni ifşa etmәk

istәdi, özünü şәrlәdilәr»

Sizdə də maraqlı video, foto və ya səs yazısı varsa bizə

göndərin. Materialı kompyuterinizdən yükləmə səhifəsinə

daxil olmaqla, yaxud MMS kimi mobil telefondan yollaya

bilərsiniz. Ehtiyac varsa anonimliyi təmin edirik.

Azərbaycandan: (050) 213-56-30, 

Xaricdən: (+420) 602 517 052

Görüntüləri elektron poçtla da yollamaq olar:

efir@azadliqradiosu.az



Simsiz teleqraf

Ağsu rayonu Kalva kəndində mədəniyyət evinin hazırkı

vəziyyəti. 09.09.2012.Yükləyib: Seymur Zeynalli 

Ağsuda mədəniyyət evi

Qeyd: Kəsr xətti ilə verilmiş – eyni saatlara düşən

verilişlər həftənin günlərindən asılı olaraq növbə ilə



təkrar gedir...

Orxan Mansurzadә


Yüklə 263,81 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə