Xəbər və fikir jurnalı №28 (97) 0. 09. 2012 səh səh səh


№28 (97)      10.09.2012      Fərqli düşüncə



Yüklə 263,81 Kb.
Pdf görüntüsü
səhifə2/11
tarix21.06.2018
ölçüsü263,81 Kb.
#50020
1   2   3   4   5   6   7   8   9   10   11

№28 (97)      10.09.2012      Fərqli düşüncə

3

Bәzәn çox yox, adi vәtәndaş

mövqeyi dә sınağa çәkilir. Elә

vәziyyәt çatır ki, hәr bir kәs nәsә

edә bilәr vә etmәlidir dә. Bir çox

hallarda hamımız reallıqla tә-

masda aciz olduğumuzu, real-

lıqların bizim imkan vә

istәklәrimizdәn daha üstün

olduğunu deyirik. Elә anlar olur

ki, bununla razılaşmaq, ona bir

haqq qazandırmaq olur. Lakin

fәrqli mәqamlara da tәsadüf

edilir vә bir an çatır ki, sanki öz

vicdanımız bizә deyir ki, sәn ki

bunu edә bilәrdin! İndi belә

mәqam ölkәnin ilk müstәqil

qәzetlәrindәn biri – «Azadlıq»

qәzeti ilә bağlı yaranıb. O gün

özüm üçün kiçik bir hesablama

apardım. Qәzetin cәmi 25 min

manatlıq borcu var. Bu, bir-iki

adam üçün tәbii ki, çox böyük

mәblәğdir. Amma indi bir-iki

deyil, tutaq ki, min adamı

tәsәvvür edәk. Onların hәr biri

çox yox, 25 manat versә, qәzet

bu çıxılmaz vәziyyәtdәn qurtular.

Doğrudanmı, bu ölkәdә

«Azadlıq» qәzetini sevәn min

adam yoxdur? Mәn bu sәtirlәri

yazarkәn mәlum oldu ki, artıq

qәzet öz oxucularına müraciәt

edib. Olsun. İndi bunun nәticәsi

necә olacaq, onu yaxın vaxtda

görәcәyik. 

Mәn «Azadlıq» qәzetini heç halda aciz

qisimdә tәqdim etmәk istәmәzdim.

İnanıram ki, әgәr qәzet öz satışını nor-

mal qaydada hәyata keçirsәydi, satış-

dan gәlәn pulları vaxtında alsaydı,

normal reklam bazarı formalaşsaydı indi

nәinki 25 min manat, bundan hәtta bir

neçә dәfә artıq mәblәği dә ödәyә

bilәrdi. Tәsәvvür edin, iş adamları vә

tәşkilatlar elә qorxudulub ki, bir nәfәr

«Azadlıq»a reklam vermir. Lakin mәn

indiki kimi xatırlayıram, bir vaxtlar

qәzetin reklam şöbәsi әn gәlirli şöbә idi

vә hamımızın pulu qurtaranda, pula

ehtiyacı olanda reklam işçilәrinin vә

reklam tәşkil edәn insanların yanına

qaçardıq. Ona görә qәzetlәri belә aciz

vә kömәksiz görmәk ağırdır. Tәk onlar

aciz deyillәr. Satışla bağlı vәziyyәti şәrh

edәn dövlәt işçisi aciz şәkildә deyir ki,

әgәr köşkün üstünә «press» sözü

yazılıbsa, o, qәzet vә jurnal satmalıdır.

Bәli, satmalıdırlar, lakin satmır! Adama

bu, çox qәribә gәlir. Doğrudanmı, qәzet

köşklәri belә qüdrәt sahibi olublar?

Yadıma gәlir ki, bir vaxt qәzet köşklәri

hәtta siqaret vә yaxud da su satmağa

ehtiyat edirdilәr, yalnız qәzet vә jurnal

satırdılar. İndi nә olub? Kim onlara qah-

mar çıxıb ki, bu adamlar hәtta qәzetlәri

yaxın buraxmaq istәmir? 

Metronun içindә sәyyar satıcılar olur.

Onlar müxtәlif әşyalar satırlar. Elә bu

şәkildә metro daxilindә qәzetlәrin sәy-

yar satışına icazә vermәk olmazdımı?

İndi nәinki metronun daxilindә sәyyar

satışa imkan verilmir, hәtta sәyyar vә

mobil satışın özü demәk olar ki,

yığışdırılıb. Deyirlәr, qәzet satışı bir elә

gәlirli deyil, ona görә dә azalıb.

Amma bu, hәqiqәtdәn çox uzaq izahdır.

Bәs şәhәrin ortasında köhnә termos

qoyub insanlara bulanıq çay satmaq vә

ya dilәnmәk bu qәdәrmi gәlirlidir?

QӘZET BÖHRANI: TӘSADÜFDÜR,



YOXSA...

Azәrbaycan liberal ölkә dә deyil. Ona

görә dә bir çox mәsәlәlәrin kökünü dә

hakimiyyәt müstәvisindә axtarmaq

lazım gәlir. Tәәssüf ki, hakim dairәlәr il

әrzindә qәzetlәrә ikicә dәfә kömәk et-

mәklә elә görüntü yaradırlar ki, guya

onların bu mәsәlәdә başqa imkanları

yoxdur. Amma bu, zahiri görüntüdür.

Hökumәt istәsә çox iş görә bilәr.

Sadәcә, belә istәk yoxdur. Sәbәbi dә

çox sadәdir – hökumәt öz oppo-

nentlәrinin sıradan çıxmasını istәyir.

2013-cü il hökumәt üçün ciddi

dönәmdir. Konstitusiya hәr şeyi, necә

deyәrlәr, yoluna qoysa da, hakimiyyәt

narahatlıq içindәdir – indidәn әn müx-

tәlif variantları araşdırırlar.



Hüseynbala Sәlimov, 

müstәqil analitik

Min nәfәr oxucu kömәk etsә...

H.Klinton: «ABŞ-la Rusiya



arasında fikir ayrılıqları

mövcuddur» 

ABŞ-la Rusiya arasında Suriya münaqişәsi

vә insan haqları sahәsindә hәlә dә fikir

ayrılıqları mövcuddur. Bunu ABŞ dövlәt

katibi Hillari Klinton Asiya-Sakit Okean

İqtisadi Әmәkdaşlıq Tәşkilatının Vladivos-

tokda keçirilәn sammitindәn sonra jur-

naıistlәrә açıqlamasında deyib. O bildirib

ki, Vaşinqton Suriya prezidenti Bәşәr

Әsәdin istefasını tәlәb edәnlәri dәstәk-

lәmәkdә davam edir vә bunu ölkәnin

demokratiklәşmәsindә әsas şәrt sayır.

Amma dövlәt katibi BMT-nin Tәhlükәsizlik

Şurasında Suriya ilә bağlı qәtnamә layi-

hәsinin hazırlanmasında Moskvayla әmәk-

daşlığa hazır olduğunu qeyd edib. Hillari

Klinton hәmçinin Rusiyada vәtәndaş

cәmiyyәtinin fәaliyyәtini mәhdudlaşdıra

bilәn yeni qanunların qәbulundan narahat

olduğunu bildirib. 



Almaniyada kürdlәrin

festivalında

toqquşma olub

Almaniyanın qәrbindәki Manqeym

şәhәrindә keçirilәn kürd festivalı zamanı

baş vermiş toqquşmada 80 polis xәsarәt

alıb. Yaralılardan biri ağır vәziyyәtdәdir. 31

nәfәrin saxlandığı, 13 polis maşınına

xәsarәt dәydiyi xәbәr verilir.

Şәnbә günü axşam baş vermiş toqquş-

maya sәbәb tәşkilatçıların 14 yaşlı gәncin

qadağan olunmuş qrupların bayrağını

qaldırmasına icazә vermәmәsi olub. Polis

kütlәni dağıtmaq üçün gözyaşardıcı qaz-

dan istifadә edib.

Festivala Avropanın müxtәlif ölkәlәrindәn

40 minә yaxın kürd yığışıbmış. 

“Azadlıq” qәzetinin redaksiyası (Xәqani 33)

Hәr hәftәnin şәnbә günü saat 18:05-dәn

19-00-a qәdәr “Qaynar Xәtt"ә zәng edin

vә hüquqşünaslardan cavab alın.

Telefon: (012) 436 77 41, 

email: efir@azadliqradiosu.az , 

SMS üçün mobil nömrә:  

(+99450) 7441017 




Yüklə 263,81 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə