Xəbər və fikir jurnalı №28 (97) 0. 09. 2012 səh səh səh


№28 (97)      10.09.2012      Fərqli düşüncə



Yüklə 263,81 Kb.
Pdf görüntüsü
səhifə3/11
tarix21.06.2018
ölçüsü263,81 Kb.
#50020
1   2   3   4   5   6   7   8   9   10   11

№28 (97)      10.09.2012      Fərqli düşüncə

4

İrandan yenicә hәbsdәn qayıdan

şair Şәhriyar Hacızadә ilk geniş

müsahibәsini AzadlıqRadiosuna

verib. Müsahibәni sizә tәqdim

edirik:

- Sizinlә necә davrandılar?

- Tam sәmimi deyirәm, bizimlә şair

kimi, şәxsiyyәt kimi davrandılar. Yәni sus-

maq azadlığı da verdilәr, danışmaq

azadlığı da... Demәk istәyirәm ki,

cinayәtkar kimi yox, adi dustaq kimi

davrandılar. Әvvәlcә dindirilmә oldu.

Sonra dövlәt başçısı cәnab İlham Әliyevin

tapşırığı ilә xarici işlәr naziri Elmar Mәm-

mәdyarov hәr görüşdә bizim mәsәlәmizi

qaldırırdı. Bu, dövlәtin diqqәti demәkdir.

Yәni dövlәt öz şairindәn, vәtәndaşından

ötrü narahatdır. Azadlığa çıxandan sonra

eşitdik ki, Ramil Sәfәrov azad olunub.

Onun azadlığa çıxmağına öz azadlığım

kimi sevindim.

- İranda saxlanılan gün bunun sәbәbini

dedilәr sizә?

- Yox, hәmin vaxt heç nә demәdilәr.

Sonradan bunu bildik. Poeziya festivalında

bizimlә bir yerdә olan adamlar siyasi müx-

alif olan adamlardır. Dedilәr, icazә kağızı

almadan mәdәni әlaqәlәr yaratmağa

gәlmisiniz. Bu kağız Tәbrizdәn alınmalıydı.

İttiham bu oldu. Amma hökm verilәndә

başqa sәbәb dedilәr.

«SÜLH ŞӘRAİTİNDӘ BEŞ 

NOTAYA CAVAB VERMӘMӘK

XOŞAGӘLMӘZ HADİSӘDİR»

- Tәbrizdә Şәhriyarın oğlu ilә görüş

videosunda sizin yanınızda bir hәrbçi var

idi. O kim idi?!

- Düzü, bunun tәfәrrüatını bilmirәm.

Sәhv etmirәmsә, Şәhriyarın ev muzeyinin

qoruyucusu idi. Açığı, bu haqda nәsә

demәkdә çәtinlik çәkirәm. Mәnim üçün

qaranlıqdır bu mәsәlә. Әsas odur ki,

vәtәndәyik, azad olunmuşuq. Biz top-

tüfәnglә getmәmişdik ki... Düzdür, çox

uzun çәkdi, bu qәdәr olmamalıydı. Bizim

dövlәt İrana beş dәfә nota verdi, amma

cavabsız qaldı. Sülh şәraitindә beş notaya

cavab vermәmәk xoşagәlmәz hadisәdir.

- Sizә qarşı psixoloji, fiziki tәzyiq ol-

mayıb?

- Yox, orda fiziki tәzyiqdәn söhbәt gedә



bilmәz. Psixoloji tәzyiqi dә özlüyümdә hiss

edirdim. Azadlığım yox idi, vәtәndәn, doğ-

malarımdan  kәnarda idim.

- Sizi hәm dә strateji obyektlәrin şәklini

çәkmәkdә ittiham edirdilәr...

- Biz İranda mәdәni yerlәrdә olmuşuq.

Mәsәlәn, sәn bir ölkәyә gedәndә haranı

gәzib-görmәk istәyәrsәnsә, biz dә orda

olmuşuq. Çәkdiklәrimiz dә mәdәni

abidәlәrin şәkli olub. Marağa Rәsәdx-

anasında, tarixi mәscidlәrdә, Şәhriyarın ev

muzeyini gәzmişik.



BADAMI DA ÖZÜMӘ 

QAYTARDILAR...

- Diktafonlarınızı, fotoaparatlarınızı

özünüzә qaytardılar?

- Biz azad olunanda konsul Әli Әlizadә

ilә İran tәrәfi arasında protokol imzalandı

ki, azәrbaycanlı gәnc şairlәr sәnәdlәri vә

şәxsi әşyaları ilә bir yerdә öz ölkәsinә

tәhvil verilsin. Bizim bütün problemlәrimizi

konsulluq hәll etdi. Әli Әlizadә bizi üç dәfә

qәbul etdi, çox yaxşı münasibәt göstәrdi.

Bu, әlbәttә, Xarici İşlәr Nazirliyinin

göstәrişi idi, amma hәr halda demәliyәm

ki, yeyib-içmәyimiz, qalmağımız çox yaxşı

oldu. Gәlәndә dә konsulun müavini Nәri-

man Orucәliyev bizi şәxsi maşınında

gәtirdi. Bütün şәxsi әşyalarımız qaytarıldı.

Hәtta mәn çәrәz dükanından bir badam

lәpәsi götürüb cibimә atmışdım, onu da

büküb qaytardılar. Badamı oteldә Fәridә

göstәrәndә güldü.

- Fotoaparatın vә diktafonun yaddaş

kartı yerindә idi?

- Bu haqda başqa vaxt geniş danışarıq.

Mәtbuat konfransı keçirәcәyik, orda detal-

lara vararıq.

İRANA ŞӘXSİ İSTӘYİMİZLӘ 

GETMİŞDİK

- Bir mәsәlәni dә dәqiqlәşdirmәk

istәyirәm. Siz hәbs olunanda AYB-nin

cәnub şöbәsinin rәhbәri Sayman Aruzu

günahlandırdılar ki, sizi o göndәrib, hәb-

sinizdә onun әli var. Bu haqda nә deyә

bilәrsәn?!

- Bu barәdә mәlumatım yoxdur. Amma

belә bir mәsәlә varsa, doğru deyil. Say-

man Aruzla bizim normal münasi-

bәtlәrimiz var, әdәbi mühitdә görünәn bir

şairdir. Bizi dәvәt etmişdilәr, İrana şәxsi

istәyimizlә getmişdik. Getmәyә dә

bilәrdik. Sadәcә, gәzmәk, görmәk

istәmişdik. Fәridlә Rusiyanı, Türkiyәni,

İranı gәzmәk planımız var idi. Mәn özüm

birinci Tәbrizi seçdim. Çünki mәnim anam

orda müalicә olunmuşdu. Fәridә dedim,

anamla bağlı xatirәlәri toplamaq

istәyirәm.

- Hәbsdә olanda şeir yazmısan?

- Yazmışam. Şeir dә, esse dә, hekayә

dә... Bir az üstündә işlәyim AzadlıqRadio-

sunun «Oxu Zalı»na göndәrәcәyәm.

Anama aid yazmışam.

Ay ana, ha daş döyülsәn,

Nә ola gәlib dәyәsәn,

Qırx gündür bacım ağlayır,

Anası ölüb deyәsәn.

- Sizi Fәridlә bir yerdә saxlayırdılar?

- Bu haqda mәtbuat konfransında

danışarıq. Hәr şeyi orda açıqlayacağam.

Gәlәndә eşitdim ki, Zәrdüşt Şәfi dünyasını

dәyişib. Ailәsinә, doğmalarına başsağlığı

verirәm.

Cavid Zeynallı

«Biz İrana top-tüfәnglә getmәmişdik ki...»

Şәhriyar Hacızadә

İnternet dünya ölkәlәri arasında әn çox

İsveçdә yayılıb – İnternetin qurucusu

Sir Tim Berners-Lee'nin yaratdığı

«World Wide Web» Fondunun hazır-

ladığı hesabatda belә deyilir.

Araşdırma inkişaf etmiş 61 ölkәnin

materiallarına dayanır vә indekslәr

baxımından 100-dә 100 nәticә ilә İsveç

1-ci vә 100-dә 0 nәticәylә Yәmәn so-

nuncu olub. Azәrbaycanın 68 ölkә

arasında orta sıralarda yer aldığı araşdır-

mada ABŞ, İngiltәrә, Finlandiya vә

Kanada liderlәr arasındadır. Hesabata

görә, dünyada hәr 3 adamdan biri İnter-

netdәn yararlanır.



Sevda İsmayıllı

İnternetin әn çox yayıldığı

ölkәlәr hansılardır?

Arxiv foto


Yüklə 263,81 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə