Xəbər və fikir jurnalı №28 (97) 0. 09. 2012 səh səh səh


№28 (97)      10.09.2012      Fərqli düşüncə



Yüklə 263,81 Kb.
Pdf görüntüsü
səhifə4/11
tarix21.06.2018
ölçüsü263,81 Kb.
#50020
1   2   3   4   5   6   7   8   9   10   11

№28 (97)      10.09.2012      Fərqli düşüncə

5

Sentyabrın 5-dә Bakıda Dağlıq

Qarabağ müharibәsindәn bәhs

edәn «Dolu» filminin tәqdimatı

keçirilib. Filmin sonunda azәrbay-

canlı döyüşçülәr işğal edilmiş

Qarabağ torpaqlarına qayıdırlar.

Film alqışlarla vә göz yaşı ilә

qarşılanıb. Rejissor Elxan Cәfәrov

deyir ki, filmi çәkmәkdә mәqsәd

vәtәnpәrvәrliyi tәbliğ etmәkdir:

«Qәhrәmanlarımızı, belә atan,

belә vuran oğlanları göstәrmәkdә

ideoloji mәqsәdimiz azәrbaycan-

lıları qәhrәmanlıq ovqatına kök-

lәmәkdir».

Bu filmi «Mәğlubiyyәt haqqında

qәlәbә» adlandıranlar da tapılıb. Ancaq

müharibәni uduzmuş Azәrbaycan

cәmiyyәtindә son günlәr bir hadisә daha

çox nikbinliyә sәbәb olub: ermәni zabi-

tini öldürmüş Ramil Sәfәrovun Azәrbay-

cana gәtirilmәsi vә әfvi. Bu mәsәlә

Ermәnistanda narazılıqla qarşılanıb. Elә

sentyabrın 5-dә Ermәnistan parlamenti

yığışıb. Deputatlar Ramil Sәfәrovu Bakıya

verdiyinә görә Macarıstanla diplomatik

әlaqәlәri kәsmәk haqda mәsәlәni müza-

kirә ediblәr.



«RAMİL SӘFӘROVUN İŞİ SÜLHӘ

SON QOYA BİLӘR»

«New York Times» yazır ki, Ramil

Sәfәrovun işi Azәrbaycan vә Ermәnistan

arasında uzunmüddәtli sülh prosesinә

son qoya bilәr. Proses getmirsә, vakuum

әmәlә gәlir vә tәdricәn bu boşluq

müharibәyә aparan gәrginliklә dolur. Er-

mәnistanın bu mәsәlәyә necә reaksiya

verәcәyini görәcәyik, ancaq mәn bundan

qorxuram».

Bunu Vaşinqtondakı Karneqi Beynәlx-

alq Sülh Fondunda Qafqaz üzrә

mütәxәssis Thomas de Waal deyir:

«Birdәn-birә çox tәhlükәli vәziyyәt

yaranıb».

SӘMӘD SEYİDOV: BAKIYA



MÜHARİBӘ ELAN EDӘCӘKLӘR?

Azәrbaycanın AŞPA-dakı nümayәndә

heyәtinin rәhbәri Sәmәd Seyidov

müharibәnin yenidәn alovlanacağına

inanmır. 

Xüsusәn dә bu günlәrdә. Onun

fikrincә, bu konfliktin hәlli ilә bağlı diplo-

matik imkanlar hәlәlik tükәnmәyib:

«Müharibәni biz başlamadıq. Ermәnistan

parlamenti yığışsa da, yüz dәnә qәrar

qәbul etsә dә, törәtdiklәrini törәdiblәr.

Azәrbaycanın 20 faizini kәsib bәdbәxt

ediblәr. Bundan sonra Bakıya müharibә

elan edәcәklәr? Vә yaxud Dağlıq

Qarabağı tanıyacaqlar? Dağlıq Qarabağı

tanımaq imkanında olsaydılar, çoxdan

edәrdilәr. Başa düşürlәr ki, Dağlıq

Qarabağı tanımaq hәtta Ermәnistan

sәviyyәsindә mümkün deyil. İndi toplantı

keçirә, beynәlxalq sәviyyәdә bәyanatlar

verә bilәrlәr. Amma dünya o qәdәr dә

sadәlövh deyil. Azәrbaycan da 20 il

öncәki Azәrbaycan deyil».

VӘFA QULUZADӘ: «RAMİL



SӘFӘROVDAN ӘL ÇӘKSİNLӘR»

Sabiq dövlәt müşaviri Vәfa Quluzadә

deyir ki, Ermәnistan özbaşına müha 

-

ribәyә başlaya bilmәz: «Müharibәni



Rusiya başlaya bilәr. Mәn yenә deyirәm

ki, Rusiyanın müharibә planlarının bir

neçә variantı Müdafiә Nazirliyindә

hazırdır. Amma hәlәlik Rusiya müharibә

etmәk fikrindә deyil. O ki qaldı Ramil

Sәfәrova. Ondan әvvәl Qәbәlә RLS

bәhanә ola bilәrdi, Qәbәlәdәn әvvәl

başqa şey... Ermәni ilә sәrhәddә bizim

pişiyin asqırması belә müharibә üçün

bәhanә ola bilәr. Yәni Ramil Sәfәrovun

azadlığa buraxılması müharibәyә sәbәb

ola bilmәz. Bir adamın әfvi balaca

mәsәlәdir. 

Müharibәyә böyük dövlәtlәrin qlobal

siyasәti gәtirib çıxarır. Ramil Sәfәrovdan

әl çәksinlәr. Azәrbaycanlılar da düşün-

mәsinlәr ki, onunla müharibә ola bilәr».

«CӘHӘNNӘMӘ TANISIN,

SONRA?..»

Ermәnistan parlamentinin vitse-spikeri

Eduard Sharmazanov mәtbuata deyib ki,

beynәlxalq alәmdәn Azәrbaycanın ün-

vanına tәnqidlәr sәslәnir, bundan istifadә

edib, Azәrbaycanı güzәştә mәcbur

etmәk lazımdır. Güzәştlәrdәn birisә

Dağlıq Qarabağın danışıqlar prosesinә

cәlb olunması ola bilәr. Parlamentdә

azlıqda olan fraksiyalardan biri isә Dağlıq

Qarabağın müstәqilliyini tanımağı tәklif

edir. «Bu qarışıqlıqda Yerevan Dağlıq

Qarabağın müstәqilliyini tanıya bilәrmi?»

sualına Vәfa Quluzadә belә cavab verdi:

«Dağlıq Qarabağın işğalı onun tanın-

masından artıqdır. Bu torpaqlar işğal ol-

unub, nә vaxt azad edilәcәyi mәlum

deyil. Rusiya Gürcüstanın iki әyalәtini

tanıyıb. Rusiya Ermәnistana desә, tanıy-

acaq, demәsә, tanımayacaq. Bizә bun-

dan nә isti, nә dә soyuq olacaq. İşğala

dözürük dә. Cәhәnnәmә tanısın, sonra?

Onsuz da bu torpağı azad edәcәyik».

«Ermәnistan parlamentinin Dağlıq

Qarabağın müstәqilliyini tanıması Minsk

Qrupunun ölüm hökmü olardı». Bunu isә

yap.org.az saytına müsahibәsindә 

Yeni


Azәrbaycan Partiyasının (YAP) sәdr

müavini, icra katibi Әli Әhmәdov deyib.

Әli Әhmәdova görә, Ermәnistan rәhbәr-

liyi ölkә parlamentinin vasitәsilә Cәnubi

Qafqazda gәrginliyi tәhlükәli hәddә

gәtirә bilәcәk avantüraya әl atmağa

çalışır: «Formal olaraq, guya buna sәbәb

Macarıstandan ekstradisiya edilәn Azәr-

baycan zabiti Ramil Sәfәrovun Prezident

İlham Әliyevin sәrәncamı ilә әfv edilmә-

sidir».

Politoloq Zәrdüşt Әlizadәyә görә dә,



müharibә istisna edilir: «Sadәcә, hәr iki

hakimiyyәt müxtәlif vasitә vә sәbәb 

-

lәrdәn istifadә edәrәk Qarabağ naminә



güclü fәaliyyәt göstәrdiklәrini sübut

etmәk istәyirlәr. Hәr iki tәrәf görüntü

yaradır vә hәr iki cәmiyyәtin sәviyyәsi

fәrqli deyil».



Şahnaz Bәylәrqızı

Ermәnistanla müharibә başlaya bilәrmi?

Qarabağda ermәni әsgәri

Sәmәd Seyidov

Vәfa Quluzadә

Әli Әhmәdov


Yüklə 263,81 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə