Xəbər və fikir jurnalı №28 (97) 0. 09. 2012 səh səh səh


№28 (97)      10.09.2012      Fərqli düşüncə



Yüklə 263,81 Kb.
Pdf görüntüsü
səhifə5/11
tarix21.06.2018
ölçüsü263,81 Kb.
#50020
1   2   3   4   5   6   7   8   9   10   11

№28 (97)      10.09.2012      Fərqli düşüncə

6

Eks-prezident Әbülfәz Elçibәyin oğlu

Әrturqut Әliyev AzadlıqRadiosuna

danışıb. Әrturqut Әliyevin 25 yaşı var.

Kooperasiya Universitetinin beynәlxalq

iqtisadi münasibәtlәr fakültәsini bitirib.

İşsizdir. Bu il qәbul edilәn vә artıq

qüvvәdә olan «Eks-prezidentlәr

haqqında» qanuna әsasәn, mәrhum

Elçibәyin xanımı müavinәt almalı idi.

Amma Әrturqut Әliyev deyir ki, 3 aydır

qanunun tәtbiqinә başlansa da, onlar

qanuni haqlarını ala bilmәyiblәr. Bunun

sәbәbi ilә maraqlanmayıblar da. Elә

buna mәsul qurumlar da zәhmәt çәkib

onlara izahat vermәyiblәr.



«QANUNU ONLAR 

VERİBLӘRSӘ, ONLAR DA İCRA

ETMӘLİDİRLӘR...»

- Siz özünüz vә ya ananız işlәyirmi?

- Xeyr.

- Belә çıxır ki, bu pula ehtiyacınız var.



- Bәli.

- Bәs necә dolanırsız?

- Belә dolanırıq, Allahın kömәyi ilә...

«ATAMIN EVİ VAR BURDA...

AMMA... BURDA YAŞAMAĞA

İMKAN YOXDUR»

- Eks-prezidentlәrlә bağlı qanun layi-

hәsi tәzә gündәmә gәlәndә, Aqil Sәmәd-

bәyli (Әbülfәz Elçibәyin kürәkәni - Ş.B)

dedi ki, Azәrbaycanı tәrk etmәk istәyәn

Elçibәy ailәsinә müraciәt olunub. Onlara

tәklif edilib ki, Azәrbaycanda qalsınlar vә

ailәyә hәr cür şәrait yaradılacaq. Belә bir

tәklif gәlmişdimi?

- Bәli, belә tәklif olmuşdu. Onda mәn

Ankarada tәhsil alırdım. Belә fikrim vardı

ki, anamı-bacımı götürüm gedim

Türkiyәyә. Sonra burdan dedilәr ki,

Elçibәyә eks-prezident statusu verilәcәk,

getmәk lazım deyil. Ondan sonra qaldıq.

Gözlәyirik hәlәlik.

- Kim müraciәt etmişdi sizә? Prezident

Administrasiyasından, yoxsa Nazirlәr

Kabinetindәn?

- Bilmirәm. Mәn burda deyildim. Aqil

bәyә demişdilәr. O zәng vurdu ki, get-

mәk lazım deyil.

- Әrturqut bәy, iş tapmaq çәtindirmi

Azәrbaycanda?

- Dövlәt işindә çәtindir. Mәnә çox

yerdә dövlәt işindә işlәmәyә imkan yox-

dur. İşlәsәm dә özәl şirkәtdә

mümkündür.

- Yәni deyirsiz ki, Sizә dövlәt qurum-

larında işlәmәyә imkan vermәzlәr?

- Bir dәfә dövlәt işindә işlәmәyә cәhd

etdim. Alınmadı.



«BİRİNӘ VERİLİB, BİRİNӘ 

VERİLMӘMӘSİ

AYRI-SEÇKİLİKDİR»

- Bәs sizin ailәyә eks-prezidentin ailәsi

kimi müavinәt verilmәmәsinә necә

baxırsız? Artıq qanun eks-prezident Ayaz

Mütәllibova şamil olunur.

- Mәncә, bu, ayrı-seçkilikdir. Bu 3 ay

içindә icra olunursa, Mütәllibova verilirsә,

Elçibәyin ailәsinә dә verilmәlidir. Hәr ik-

isinә eyni vaxtda verilmәlidir. Birinә ver-

ilib, birinә verilmәmәsi, mәncә,

ayrı-seçkilikdir.

«BU MӘSӘLӘNİ AÇMAQ

İSTӘYİRDİLӘRSӘ, 12 İL 

ӘVVӘL - ELÇİBӘY RӘHMӘTӘ

GEDӘNDӘ ETMӘLİYDİLӘR»

- Bir dә, Әbülfәz bәyin zәhәrlәnmәsi

ilә bağlı cinayәt işi qaldırılıb. Neçә ildәn

sonra bu işin qaldırılmasına Siz necә

baxırsız?

- Bu mәsәlәni açmaq istәyirdilәrsә,

әvvәldәn, 12 il әvvәl - Әbülfәz Elçibәy

rәhmәtә gedәndә etmәliydilәr. O vaxt et-

mәyiblәrsә, 12 il sonra bunu qaldırmaq

mәnasızdır. Mәn istәmirәm ki, mәnim

atamın qәbri 12 il sonra açılsın.

- Siz buna icazә vermәyәcәksiz?

- Xeyr.

- Amma hәqiqәtin üzә çıxması üçün bu



lazımdırmı?

- Lazım deyil, mәncә...



«ZӘHӘRLӘNMӘ EHTİMALI O

ZAMAN DA VARIYDI»

- Siz dediniz ki, araşdırmanı 12 il öncә

apara bilәrdilәr. O zaman belә bir ehti-

malı varıydımı?

- Varıydı. Ehtimal çox idi. Amma heç

kim üstünә düşmürdü. Belә deyim dә,

dövlәti düşündürmürdü ki, Elçibәyi

zәhәrlәyә bilәrlәr, ya öz әcәli ilә ölüb?

Onun üçün 12 ildәn sonra qәbri açmağın

yeri yoxdur.

- Bu ehtimalı kim sәslәndirirdi?

- Bәyin Türkiyәdәn olan hәkimlәri.

- Amma hәkimi deyib ki, belә bir şey

görmәdik.

- Atamın bir yaxın hәkim dostu vardı

Türkiyәdә. Atamın hәkimi olmayıb

düzdür, amma belә dәyәrlәndirirdi.

- O hәkim nәyә әsaslanıb belә deyirdi?

Әlindә hansısa analizlәrin nәticәsi var

idi?


- Bilmirәm. Heç özüm dә soruş-

mamışam.


- Sizcә, kimlәr onu zәhәrlәyә bilәrdi?

- Ehtimalım yoxdur.

- İndi AXCP sәdri Әli Kәrimlinin adı hal-

lanır. Bu ehtimala necә baxırsız?

- (Susur) İnanmıram. Atamın silahdaşı

elә bir iş görmәz mәncә.



«İNANMIRAM Kİ, KİMSӘ

ELÇİBӘY OLAR...»

- Bir çox müxalifәt liderlәrinin övladları

sonradan atalarının yolunu davam et-

dirirlәr? Belә bir addım atmaq fikriniz

varmı, yoxsa siyasәtdәn kәnar qala-

caqsız?


- Yox, siyasәtdәn kәnar qalmağı

seçirәm. İnanmıram ki, kimsә Elçibәy

kimi ola bilәr. Oğlu da olsam, bilirәm ki,

heç kim onun kimi ola bilmәyәcәk burda.

- Ümumiyyәtlә, indiki hakimiyyәtә

Sizin baxışınız necәdir?

- Yox, bu haqda danışmaq istәmirәm.

Şahnaz Bәylәrqızı

Әbülfәz Elçibәyin oğlu: «Zәhәrlәnmә



ehtimalı o vaxtdan var idi»

Әrturqut Әliyev

Әbülfәz Elçibәy Tәrtәrdә, avqust 1992

Prokurorun kömәkçisi işdәn qovulub

Abşeron rayon prokurorunun böyük

kömәkçisi işdәn qovulub. Bu barәdә

APA-ya Rayon Prokurorluğundan

bildirilib. Mәlumata görә, Abşeron

prokurorunun böyük kömәkçisi Qumru

Orucova prokurorluq işçisinә yaraş-

mayan vә prokuror vәzifәsi ilә bir araya

sığmayan hәrәkәtlәrә yol verdiyinә

görә prokurorluq orqanlarından xaric

edilib. Q.Orucova mәtbuatla әlaqәlәr

üzrә mәsul şәxslәrdәn olub.




Yüklə 263,81 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə