Xəbər və fikir jurnalı №28 (97) 0. 09. 2012 səh səh səh


№28 (97)      10.09.2012      Fərqli düşüncə



Yüklə 263,81 Kb.
Pdf görüntüsü
səhifə7/11
tarix21.06.2018
ölçüsü263,81 Kb.
#50020
1   2   3   4   5   6   7   8   9   10   11

№28 (97)      10.09.2012      Fərqli düşüncə

8

Sentyabrın 8-dә Müsavat Partiyasının

qәrargahında İctimai Palatanın növbәti

sessiyası keçirilib. Sessiyada ölkәdәki

ictimai-siyasi vәziyyәt, o cümlәdәn

Ramil Sәfәrovun Macarıstandan Azәr-

baycana ekstradisiya olunması vә әfv-

inә münasibәt bildirilib. 

Ölkәdәki ictimai-siyasi vәziyyәtә toxu-

nan AXCP sәdri Әli Kәrimli seçkiyә 14

aya yaxın vaxt qalmasına  baxmayaraq,

hökumәtin artıq özünәmәxsus şәkildә

seçki kampaniyasına başladığını deyib:

«Özlәrinә yenә dә sәdaqәtlidirlәr. Başqa

şey bacarmırlar. Yenә dә qara piar, şәr,

böhtanla cәmiyyәtin başını qatırlar. Bu

mәqsәdlә Azәrbaycan cәmiyyәtini zәhәr-

lәmәyi hәdәf götürmüş zәhәrlәnmә

şousu hәyata keçirmәyә başlayıblar.

Amma tam әksinә oldu. Müxalifәt vә

vәtәndaş cәmiyyәtinin daha sıx bir-

lәşmәsi üçün zәmin yarandı. İkinci nәticә

o oldu ki, Azәrbaycan hakimiyyәti bu

mәsәlәdә mәnәn iflasa uğradı». 



SESSİYADA QALMAQAL

İP üzvü Elman Cәlilovun növbәdәnkә-

nar çıxışı vә irәli sürdüyü tәklif iclasda

gәrginliyә sәbәb olub. Elman Cәlilov neft

müqavilәlәrinin dayandırılmasını vә Azәr-

baycanın dövlәt gerbindә «Allah»

sözünün lәğv olunmasını tәklif edib vә

sәsә qoyulmasını istәyib. Bu tәklif qal-

maqal yaradıb. İP üzvlәri Elman

Cәlilovun tәklifi ilә razılaşmayıblar.



6 BӘNDDӘN İBARӘT 

MEMORANDUM

Sessiyanın sonunda «2013-cü il prezi-

dent seçkisi ilә bağlı memorandum»

qәbul edilib. 6 bәnddәn ibarәt memoran-

dumda seçki ilә bağlı son mövqeyin yal-

nız seçki әrәfәsindә qәti şәkildә for-

malaşdırılması mәqsәdәuyğun sayılır. İc-

timai Palata 2013-cü il prezident

seç ki lәrini indiki siyasi proseslәrin әn

mühüm hadisәlәrindәn sayır. 

Hesab edir ki, 2013-cü il prezident

seçkisi ölkәnin avtoritarizmdәn demok -

ratiyaya keçid mәsәlәsindә Azәrbaycan

cәmiyyәti üçün әn әlverişli şanslardan

biridir.

VAHİD NAMİZӘD 

Memorandumda İP-in vahid namizәd

mәsәlәsinin gündәmdә olmadığı bildirilir.

Qeyd edilir ki, İP geniş demokratik

çevrәnin birgә iştirakını faydalı vә arzu

edilәn sayır: «İP hazırkı mәrhәlәdә seçk-

ilәrdә namizәd  kimi iştirak barәdә

bәyanatları vә qәrarları tәbii hesab edir

vә bu kimi hәrәkәtlәri İP-in mövqelәrinә

zidd saymır. İP seçkiyә qәdәrki ağlabatan

әn son müddәtә qәdәr bu mәsәlәni digәr

demokratik qüvvәlәr vә ilk növbәdә

Ziyalılar Forumu ilә birlikdә dәyәr-

lәndirmәkdә davam edәcәk».



Maarif Çingizoğlu

İctimai Palata 2013-cü il prezident seçkisi ilә

bağlı memorandum qәbul edib

Әli Kәrimli

Prezident İlham Әliyev «Açıq

hökumәtin tәşviqinә vә korrupsiyaya

qarşı mübarizәyә dair 2012-2015-ci

illәr üzrә Fәaliyyәt Planı»nı tәsdiqlәyib.

Sentyabrın 5-dә tәsdiq edilәn Fәaliyyәt

Planında 9 bәnddәn ibarәt tәkliflәr

verilir. 3 illik dövrü әhatә edәcәk

Fәaliyyәt Planında vәzifәli şәxslәrin

gәlir bәyannamәsi vermәsindәn tut-

muş, dövlәt orqanlarının öz fәaliyyәti

barәdә ictimaiyyәti müntәzәm

mәlumatlandırmasına qәdәr bir çox

tәlәblәr var. Bundan başqa, sәnәddә

rüsumların, vergilәrin, inzibati

cәrimәlәrin, kommunal xәrclәrin elek-

tron qaydada ödәnilmәsinin tәkmil-

lәşdirilmәsi ilә bağlı bәndlәr dә yer alır.



SONUNCU DAYANACAQ

Konstitusiya Araşdırmaları Fondunun

prezidenti Әlimәmmәd Nuriyev 2012-

2015-ci illәri әhatә edәn Fәaliyyәt

Planından ciddi nәticәlәr gözlәyir. Onun

fikrincә, hәmin sәnәd konkretliyi vә

nәticә tәlәb etmәsi ilә fәrqlәnir.

Ә.Nuriyevә görә, yeni Fәaliyyәt Planı

hәmin mәlumatların ictimaiyyәt üçün

açıq olmasını tәlәb edir: «Hesab edirәm

ki, bu sәnәd doğru-düzgün yerinә yetir-

ilәcәksә, bu, korrupsiya ilә mübarizәdә

çox ciddi nәticәlәr verәcәk».

Ә.Nuriyev deyir ki, 2013-cü ildәn

sonra mәmurlar heç cür öz gәlirlәrini gi-

zlәdә bilmәyәcәklәr. Bu baxımdan, o,

yeni Fәaliyyәt Planını korrupsiyaya qarşı

mübarizәdә «sonuncu dayanacaq» ad-

landırır.

İNFORMASİYA AZADLIĞI

«Azad İqtisadiyyata Yardım» İctimai

Birliyinin rәhbәri Zöhrab İsmayıl da yeni

sәnәdin qәbulunu müsbәt addım sayır.

Amma o, indiyәdәk qәbul edilib icra ol-

unmayan proqram vә sәnәdlәri dә yada

salır. Deyir ki, bu ilin iyununda «İnfor-

masiya әldә etmәk haqqında» qanuna

mәhdudlaşdırıcı dәyişikliklәr edildiyi

halda, Fәaliyyәt Planına informasiyaların

açıq olması barәdә tәlәbin salınması

başadüşülәn deyil: « Amma hәr halda

biz yaxşıya ümid edәk».

MӘMUR ӘLİӘYRİLİYİ VӘ

MӘDӘ MARAQLARINA QARŞI

Deputat Zahid Oruc isә yeni sәnәdin

qәbulunu indiyә qәdәr mövcud olan

bürokratik sistemin tamamilә aradan

qaldırılması kimi qiymәtlәndirir: «İndiyә

qәdәr müxtәlif qanun vә sәnәdlәr qәbul

olunsa da, mәmur әliәyriliyi dә, mәdә

maraqları da qalmaqda idi. Amma yeni

sәnәd bunun qarşısını alacaq».

Hüquqşünas Әnnağı Hacıbәyli isә ko-

rrupsiyaya qarşı mübarizәdә indiyә

qәdәr ciddi addımların atılmadığını

bildirir vә yeni Fәaliyyәt Planının da nәyi

isә dәyişәcәyinә inanmır.



Maarif Çingizoğlu

«2013-cü ildәn sonra mәmurlar

gәlirlәrini gizlәdә bilmәyәcәklәr»

Arxiv foto

İP-in sessiyası


Yüklə 263,81 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə