Xəbər və fikir jurnalı №28 (97) 0. 09. 2012 səh səh səh


№28 (97)      10.09.2012      Fərqli düşüncə



Yüklə 263,81 Kb.
Pdf görüntüsü
səhifə9/11
tarix21.06.2018
ölçüsü263,81 Kb.
#50020
1   2   3   4   5   6   7   8   9   10   11

№28 (97)      10.09.2012      Fərqli düşüncə

10

«Qalaaltı» İstirahәt Mәrkәzinin

tikintisindә işlәyәn 35 türkmәn

fәhlә etiraz olaraq avqustun 29-

dan işi dayandırıb. Amma nә

gedәsi yerlәri var, nә dә pulları.

Türkmәnistandan Azәrbaycana

daha gәlirli iş dalınca gәlәn

dәmirçilәr pasportlarının әl-

lәrindәn alındığını, maaşlarının isә

ödәnmәdiyini deyirlәr.

TӘLӘSİK İMZALANAN

SӘNӘDLӘR...

Dәvәçi rayonunda keçmiş «Qalaaltı»

sanatoriyasının әrazisi indi genişlәndirilir,

«Qala Altı Hotel SPA» tikilir. Әvvәllәr bu

mәrkәz hәmkarlar ittifaqının tabeçiliyinә

olsa da, indi özәllәşdirilib. Sağlamlıq-is-

tirahәt kompleksinin tikintisini «Doğa İn-

şaat» şirkәti hәyata keçirir. Şirkәt

Türkiyәdә yerlәşәn «Doğulu Holding»in

tәrkib hissәsi olub, Rusiya, Ukrayna,

Türkmәnistan, Tacikistan, Özbәkistan,

Azәrbaycan, Serbiya, Rumıniya kimi

ölkәlәrdә dә fәaliyyәt göstәrir.

İşsiz vә pulsuz qalan türkmәn fәh-

lәlәrin bildirdiyinә görә, onları işә

götürәrkәn әmәk müqavilәsi bağlan-

mayıb. Sәrdar Kakişov deyir ki, onlara

«texniki tәhlükәsizlik» adlandırılan

sәnәdә tәlәm-tәlәsik imza atdırıblar:

«Bizә indi göstәrdilәr, mәlum oldu ki, o

sәnәdә görә, iş paltarlarına da pul tutu-

lur, yemәyә dә. Amma bizә onu oxu-

mazdan-bilmәzdәn tez-tez qol çәkdirdi».

«BİZİ MEŞӘYӘ QAÇIRDILAR»

Fәhlәlәrin imza atdığı sәnәdә görә,

viza üçün rüsumu, yemәk-yataq üçün

ödәniş etmәk dә  fәhlәnin üstünә düşür.

İşçilәrdәn Axmed Allabayev deyir ki,

Dövlәt Miqrasiya Xidmәtindәn әraziyә

qәfil yoxlama gәlib. Hәmin vaxt әcnә-

bilәrin bir qismini gözdәn yayındırmaq

üçün dağa qaçırıb gizlәdiblәrmiş: «Pas-

portlarımızı Miqrasiyanın götürdüyünü

dedilәr. Bizi dә meşәyә qaçırdılar. Aradan

10-15 gün keçdi-keçmәdi, gәlib «pas-

portlarınızı miqrasiya götürdü» dedilәr.

İndi dә hәrәdәn 400 manat pul tutur ki,

miqrasiyadan pasportlarımızı geri alsın».

Türkmәnistanlı fәhlәlәrin yaşayış yeri

ilә dә tanış oluruq. Sanatoriyanın vaxtilә

hamam kimi istifadә olunan otağında bir

yerә yığılan fәhlәlәr gün işığı da görmür-

lәr - otaqda pәncәrә yoxdur, hava

mübadilәsi getmir, antisanitariya şәraiti 

hökm sürür.



«PULUMUZ YOXDUR, 

GÖZLӘMӘLİYӘM»

Rövşәn Yağmurov deyir ki, artıq onun

Azәrbaycanda qalmaq müddәti bitib,

amma pasportu yoxdur ki, Türk-

mәnistana qayıda: «Bitdi mәnim vizam.

Deportasiya olunmadan getmәk

istәyirәm. Pulumuz yoxdur, gözlәmәk

mәcburiyyәtindәyәm. Yemәklәrimizi dә

kәsirlәr».

«ONLAR ÖZLӘRİ GӘLİBLӘR»

«Doğa İnşaat» şirkәtinin «Qalaaltı»

İstirahәt Mәrkәzinin tikintisinә mәsul

şәxsi Suliyyә xanım (Türkiyә vәtәn-

daşıdır, soyadını dәqiqlәşdirmәk

mümkün olmadı):

- Bu yoldaşlar Türkmәnistandan gәlir-

lәr işlәmәyә, fәqәt Miqrasiya Xidmәti on-

ları tutub göndәrir. Göndәrәndә onların

cәrimә ödәmәlәri lazım oldu, «bu

cәrimәlәri siz ödәyin» dedilәr bizә. Biz

dә dedik «siz özünüz gәlmisiniz, biz sizi

gәtirmәmişik, cәrimәlәri dә özünüz

ödәmәlisiniz». Onlar Türkmәnistandan

gәlib qaçaq yolla işlәyәn insanlardır, pas-

portlarını da Miqrasiya alıb. Biz onları al-

madıq, biz onları işlәtmәdik.

- Axı orda iki ay işlәyiblәr...

- Gördünüzmü siz?

- Bәli, gördüm.

- Yәni burda işlәdiklәrinә şahid

oldunuzmu?

- Mәn onların yaşadıqları, işlәdiklәri

yerә gәldim, amma işlәmirdilәr, onlar

maaşlarını almadıqlarına görә etiraz

olaraq işi dayandırıblar.

- Әlaqәsi yoxdur. Onlar özlәri gәliblәr.

Burda başqa birisi – Mehmet deyә bir

adam çağırıb onları. Onlara işlәyirdilәr.

Onlar özlәri getmәk istәyib. Onlar get-

mәk istәyәndә Mehmet dә «gözlәyin,

pul tapım, sonra gedin» deyib. Onlar da

deyiblәr ki, «biz işlәyә bilmәrik, biz yat-

acağıq, belә gözlәyәcәyik, pulumuzu da

almadan getmәyәcәyik». İndi onlarmı

haqlı, bizmi haqlı, yoxsa briqadirmi?

- Bәs Mehmet deyilәn şәxs hansı

şirkәtdә işlәyir?

- Bunlar telefonda danışılmaz, ya siz

gәlәrsiz danışarıq, ya da mәn gәlәndә

danışarıq.

MӘCBURİ ӘMӘYİN 

QURBANLARI

Azәrbaycan Miqrasiya Mәrkәzinin rәh-

bәri Әlövsәt Әliyev deyir ki, Türk-

mәnistan vәtәndaşlarının Azәrbaycana

özlәrinin gәlmәsi vә ya kiminsә dәvәti ilә

gәlmәsi problemin mәğzi deyil: «Onların

Azәrbaycana gәlişini biz mübahisә 

-

lәndirmirik. Onların pasportları götü 



-

rülüb, pasportları götürüldüyü gündәn

dә hәrәkәtlәri mәhdudlaşdırılıb. Pasport-

ların götürülmәsi onu tәsdiq edir ki,

onlar mәcburi әmәyin qurbanlarıdır.

Yaşayış yeri hesab edilmәyәn yerdә

onlar yaşamağa cәlb ediliblәr. Bütün

bunlar göstәrir ki, burda mәcburi

әmәyin elementlәri var».

Azәrbaycan Dövlәt Miqrasiya Xidmәt-

inә ünvanladığımız sorğuya gün әrzindә

cavab ala bilmәdik. Xidmәtin mövqeyini

növbәti günlәrdә dә öyrәnmәyә cәhd

edәcәyik. Türkmәnistanın Azәrbaycan-

dakı sәfirliyindә dә telefon zәnglәrinә

cavab verәn olmadı.



Durna Sәfәrli

Türkmәn fәhlәlәri Azәrbaycanda

Türkmәn fәhlәlәr

Pasportları alınıb, maaşları da ödәnmir 



Sanatoriyanın vaxtilә hamam kimi istifadә 

olunan otağında bir yerә yığılan fәhlәlәr gün

işığı da görmürlәr

Türkmәn fәhlәlәr

Әlövsәt Әliyev


Yüklə 263,81 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə