Xələfli A. A



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə14/100
tarix06.02.2018
ölçüsü2,8 Kb.
#26718
1   ...   10   11   12   13   14   15   16   17   ...   100

 
46 
paralel  olmalıdır  ki,  səthlərdə  gərginliyin  paylanması  simmetrik 
olsun.  Həcmi  sıxılma  şəraitində  tədqiqatları  aparmaq  üçün,  böyük 
təzyiq yaratmaq üçün  xüsusi kameralar (cihazlar) düzəldirlər. Alınan 
nəticələr  göstərir  ki,  böyük  sıxlıqlı,  az  nəmlikli  çökmə  süxurları  və 
maqmatik süxurlar üçün 1000 kq/sm
2
  birtərəfli  və  hərtərəfli  sıxılma 
zamanı  elektrik  müqavimətinin  azalması  müşahidə  olunur.  Bu 
azalma  bütün  süxurlar  üçün  eyni  deyil.  Bəzi  süxurlar  üçün  bu  10-
20%,  bəziləri  üçün  bir  neçə  faiz  təşkil  dir.  Bütün  süxurlar  üçün 
nəmliyin miqdarının faizindən asılı olaraq azalması mexaniki sıxılma 
zamanı 10 dan 300 kq/sm
2
  gərginliyində baş verir (Şəkil11). Böyük 
mexaniki gərginliklərdə elektrik müqavimətinin dəyişməsi çox azdır. 
Diabazaltar üçün müxtəlif dəyişməyən temperatur və birtərəfli 
sıxılma  nəticəsində  temperatur  artdıqca  elektrik  keçiriciliyinin 
artması müşahidə olnur (Şəkil 12). 
 
                     
 
Şəkil  12. 
Xüsusi  müqavimətin  nisbi  dəyişməsinin 

/

0
,  effektiv 
təzyiqdən(p) asılı olaraq təcrübi əyrisi. 1- Mədinə Qumdaşları 100% su ilə 
doymuş;  2-həmin  süxur  32%  qalıq  su  ilə  doymuş;  2-  Torpido  qumdaşları 
100%  su  ilə  doymuş%  4-  həmin  süxur  15%  qalıq  su  ilə  doymuş;  5- 
Aliminium oksidindən düzəldilmiş süni 100% su ilə doymuş nümunə. 
              


 
47 
Lap  böyük  təzyiqlərdə  40.000  kq/sm
2
  hüdudunda  elektrik 
müqavimətində iki müxtəlif tip asılılığı müşahidə olunur. Bunlardan 
biri  üçün  elektrik  müqavimətinin  ardıcıl  azalması,  nəticəsində 
əvvəlcə  elektrik  müqavimətinin  azalması  sonra  böyük  təzyiqlərdə 
artması  müşahidə  olunur.  Üzərində  təcrübə  aparılan  nümunələrin 
şliflərində  aparılan  petroqrafik  tədqiqatlar  göstərir  ki,  təzyiqin 
təsirindən  mineralların  strukturu  dəyişir.  Mineral  dənələrinin  qırılıb 
dağılmasından  deformasiya  olmasından  başqa  bəzi  mineralların 
(piroksen)  dənələrində  ikiləşmə  prosesi  baş  verir  və  serpentləşmiş 
dunitlərin kənarları deformasiya olunur. Müəyyən olunub ki, süxurun 
məsaməliliyindəki təzyiqin su və buxarın 4000 kq/sm 
2
 təzyiqlə təsir 
etməyə  başladıqda  müqavimət  kəskin  dəyişir.  Hələlik  böyük  təzyiq 
altında  dielektriklərin  elektrik  keçiriciliyinin  həm  nəzəri,  həm  də 
təcrübi  öyrənilməsi  kifayət  qədər  deyil.  Yerin  dərin  qatlarında 
maddənin  halı  və  fiziki  xassələri  haqda  məlumat  almaq  üçün  geniş 
məfhumda süxurları əmələ gətirən mineralların keçiriciliyi hərtərəfli 
öyrənilməlidir.  Çox  hallarda  filiz  mineralları  yarımkeçiricilərdir, 
bunların  nəzərə  çarpacaq  miqdarda  olması  təzyiqdən  asılı  olaraq 
elektrik  müqavimətinin  dəyişməsinə  təsir  edəcəkdir.  Məlumdur  ki, 
yarımkeçiricilərin  bəzilərində  təzyiqdən  asılı  olaraq  elektrik 
müqaviməti  azalır,  bəzilərində  isə  artır.  Yarımkeçiricilərdə 
müqavimətin  belə  dəyişməsi  aktivləşmə  enerjisinin  müxtəlif  cür 
dəyişməsinin  xarakterindən  və  cərəyan  yaradan  hissəciklərin 
yürüklüyündən  asılıdır.  Həmin  anomaliyanı  dielektriklər  üçün  də 
söyləmək olar. Deformasyia bəzi dielektriklərdə aktivləşmə enerjisini 
artırır, bəzilərində isə azaldır. 
 
 
 
 
 
 
 
 


 
48 
 
IV Fəsil  
SÜXURLARIN FİZİKİ MEXANİKİ XASSƏLƏRİ 
Geofizikanın,  geokimyanın,  geologiya  elminin  və  dağ-mədən 
işlərinin  problemlərini  həll  etmək  üçün  süxurların,  xüsusilə 
silikatların  laboratoriya  şəraitində  təcrübi  olaraq  öyrənilməsi  böyük 
əhəmiyyət  kəsb  edir.  Laboratoriya  şəraitində  təcrübədən  alınan 
nəticələr  çöl  şəraitində  alınan  geofiziki,  geoloji,  geokimyəvi 
nəticələri təhlil etdikdə vacib məsələləri həll etməyə imkan verir ki, 
bunu birbaşa çöl şəraitində almaq mümkün deyil. Bunsuz hansı real 
süxurun və mineralın müxtəlif laylarda yerləşdiyini, hansı real cismin 
mantiyada və yerin daha dərin qatlarında hansı vəziyyətdə olduğunu 
öyrənməyə  imkan  verir.  Laboratoriya  tədqiqatları  bizim  planetin 
dərin  qatlarında  hansı  proseslərin  baş  verdiyini  dərindən  başa 
düşməyə şərait yaradır. 
Hal-hazırda  süxurların  fiziki  və  mexaniki  xassələrinin  mineral 
tərkibdən  təzyiq  və  temperaturun  təsirindən  asılı  olaraq  dəyişməsi 
Yer elmi sahəsində fundamental və tətbiqi məsələlərin həllində geniş 
istifadə edilir. 
Tədqiqatlar göstərir ki, Yer cismlərinin sistematik öyrənilməsi, 
çöl  şəraitində  aparılan  tədqiqatlardan  alınan  nəticələri  təhlil  etmək 
üçün çox vacibdir. 
Yer  fizikası  sahəsində  həll  olunan  problemlər    yerin  dərin 
qatlarının  quruluşu,  onun  tərkibini,  okean  və  kontinentlərin,  Yer 
qabığının  üst  mantiysıanın  inkişafı,  həmçinin  zəlzələlərin  fizikası, 
onun  mexanizmini  və  əvvəlcədən  proqnozlaşdırılması  əlamətlərinin 
öyrənilməsi  ən  vacibləri  hesab  olunur.  Süxurların  və  mineralların 
mexaniki, elektrik maqnit,  termik parametrlərin  təyini bir sıra başqa 
nəticələrlə birlikdə göstərilən problemin həlli üçün çox vacibdir. Ona 
görə  də  süxur  və  mineralların  kompleks  şəkildə  müxtəlif 
termodinamik şəraitdə öyrənilməsi xüsusi əhəmiyyət kəsb edir. 
 


 
49 
§2. Yüksək təzyiq və temperaturda süxurların fiziki-mexa-
niki  xassələrinə  təsir  edən  amillər.  Süxurların  fiziki  xassəsi  çox 
amillərdən  asılıdır,  bunlardan  ən  vacibi  yəqin  ki,  onun  mineral 
tərkibidir.  Süxurları  təşkil  edən  mineralların  xassələri  bütövlükdə 
onun  (mineralın)  xassələrindən  asılıdır.  Süxurların  və  mineralların 
məsaməliliyi  və  strukturu  onların  fiziki  xüsusiyyətlərini  dəyişdirir, 
ona  görə  də  onlara  əlavə  amillər  kimi  baxmaq  lazımdır.  Süxurların 
fiziki  xassələrinin  əsası  onun  məsamələrini  dolduran  mayelərdir. 
Neft-qaz  və  su  ilə  məsamələri  dolmuş  süxurların  fiziki  xassələri,  o 
cümlədən elastiklik parametrləri müxtəlif olur. 
Elastiklik  parametrlərinə  təsir  edən  ən  mühüm  faktorlardan 
süxurun  əmələ  gəlməsi  tarixi,  yaşı,  metamorfikləşmə  prosesini 
göstərmək  olar.  Bu  faktorları  nəzərə  almadan  süxurların  fiziki 
xassələrinin bir çox xüsusiyyətlərini başa düşmək çətinlik törədir. 
Məlumdur  ki,  süxurlarda  müxtəlif  istiqamətlərdə  fiziki  para-
metrlərdə  müxtəliflik  müşahidə  olunur.  Buna  anizatropiya  deyilir. 
Süxurlarda  anizatropiya  elektrik,  maqnit,  istilik,  mexaniki  həcminin 
elastiklik parametrlərində müşahidə olunur. Süxurların fiziki xassələ-
rindəki  anizatropiyanın  öyrənilməsinin  vacibliyi  göz  qabağındadır. 
Ona görə ki, bu tektonik hadisələri əks etdirməklə süxurların struktur 
dəyişməsinin göstəricisi kimi baxıla bilər, bunlar yer qabığının bu və 
ya, digər sahəsində tektonik şəraitlə əlaqədardır. 
Real  süxurlarda  faktorların  hər  birinin  təsirinin  ayrılıqda 
öyrənilməsi  çox  mürəkkəbdir.  Çox  hallarda  bu  faktorlar  eyni 
zamanda təsir edir. 
 
§3.  Mineral  tərkibin  və  strukturun  təsiri.  Süxurlar  mineral 
tərkiblərinə,  strukturasına  görə  iki  dəstəyə  ayrılırlar.  Bunların  fiziki 
xassələrinin  müqayisəsi  dəstələrin  içində  və  öz  aralarında  müqayisə 
olunur. 
Çökmə  süxurlarda  süxur  əmələ  gətirən  minerallar  kvars  və 
karbonatlardan ibarətdir. Bunlar yüksək statikliyə malikdir. Bunlarla 
yanaşı,  çox  hallarda  gilli  maddələrdə  olur,  bunlarda  çökmə  süxurun 
elastiklik  xüsusiyyətini  azaldır.  Bu  tip  süxurlarda  məsaməlilik  elas-


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə