Xələfli A. A



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə3/100
tarix06.02.2018
ölçüsü2,8 Kb.
#26718
1   2   3   4   5   6   7   8   9   ...   100

 
10 
qranitlər, dioritlər, qabbro, nefelinli siyenitlər, peridotit və bir sıra az 
yayılanlar  aiddir.  Yerin  səthinə  axıb  tökülən  yaxud  az  dərinlikdə 
qalıb soyuyan süxurlara vulkanik yaxud effuziv süxurlar deyilir. Bu 
süxurlar  üçün  kiçik  kristallik  struktur  xarakterikdir.  Bunlara 
bazaltlar,  traxitlər  və  andezitləri  aid  etmək  olar.  Maqmatik  süxurlar 
yerin  səthində  müxtəlif  təsirlərdən  aşınaraq  xırda  qırıntılar  şəklində 
dağılıb  çaylar,  külək  vasitəsilə  su  hövzələrinə  toplanaraq  çökmə 
süxurları əmələ gətirir. 
Çökmə  və  effuziv  süxurlar  tektonik  hərəkətlər  nəticəsində 
Yerin  dərin  qatlarına  düşürlər  və  orada  təzyiq  və  temperatur  məruz 
qalır və yeni xassəyə malik süxurlar əmələ gətirirlər. Bu yolla əmələ 
gələn süxurlara metamorfik süxurlar deyilir. Belə süxurlar intruziv və 
püskürmə  süxurlarından  da  əmələ  gələ  bilər.  Bunları  yayılmasına 
görə  belə  yerləşdirmək  olar:  qneyslər,  şistlər,  kvarsitlər  və 
mərmərlər.  Bu  adları  çəkilən  süxurlar  Yer  qabığnda  35-40  km 
dərinliyə  qədər  yayılıblar,  bəzi  ərazilərdə  Yer  qabığının  70  km-nə 
qədər çatır. 
 Süxurların 
strukturu.  Süxurların  strukturunun  əsas 
xüsusiyyətlərinin  təsviri  aşağıdakılardır:  1)Kristallaşma  yaxud 
kristallikliyi  (təmizliyi);  2)Kristal  dənələrinin  mütləq  ölçüləri; 
3)Dənələrin mütləq ölçüləri; 4)Kristallaşmanın pozulması və şüşəyə 
oxşar  materiallar.  Süxurların  kristallaşma  dərəcəsi    maqmanın 
soyuma və özüllüyündən asılıdır. 
Böyük  dərinliklərdə  yavaş  soyuma  zamanı  süxurlar  tam 
kristallik  quruluşa  malik  minerallardan  ibarət  olur.  Onlar  kristallik 
dənəvari  struktura  malikdir.  Bu  tip  struktura  qranitlərə,  siyenitlərə, 
dioritlərə, qabbro və peridotitlərə aiddir. Əgər süxur tez soyuma pro-
sesi  nəticəsində  əmələ  gəlirsə,  bu  süxurlar  bütövlükdə  şüşədən  və 
şüşəyə  bənzər  materiallardan  ibarətdir  (bazalt  şüşələri,  absedian). 
Dənələrin ölçülərindən asılı olaraq iki əsas tip struktura ayrılır: gizli 
kristallik  və aydın  kristallik,  gizli kristallik  struktura malik  süxurlar 
gözlə  ayrılmayan,  ölçüləri  0,1-0,001  mm  olan  dənələrdən  ibarətdir. 
Aydın  kristallik  strukturlu  süxurlar  dənələrin  ölçülərinə  görə  kiçk 
dənəli,  orta  dənəli  və  iri  dənəli  olurlar.  Kiçik  dənəli  süxurlarda 


 
11 
dənələr  adətən  1  mm  və  kiçik  olur.  Dənələrində  ölçüləri  1mm-dən 
5mm-ə  qədər  olan  süxurlar  orta  dənəli  süxurlar  adlanır.  İri  dənəli 
süxurlarda dənələr 5-10 mm ölçüsündə olurlar. Bundan böyük dənəli 
süxurlara kobud dənəli süxurlar deyilir. 
Süxurlarda  mineral  dənələrin  ölçüləri  və  qarşılıqlı  nisbəti 
süxurun  fiziki  xüsusiuuətlərinə  nəzərə  çarpacaq  dərəcədə  təsir 
etdiyindən, bu süxurun vacib struktur xüsusiyyəti adlanır. 
Strukturun ikinci bir əlaməti kristalın formasıdır, yəni kristalın 
tipinin  üç  istiqamətdə  inkişafı  ilə  təyin  olunur.  Kristallar  bərabər 
ölçülü  o  vaxt  olur  ki,  kristal  üç  ox  istiqamətində  az-çox  bərabər 
inkişaf etsin. Əgər kristal iki istiqamətdə inkişaf edirsə belə kristala 
yastı  kristallar  deyilir  (mika  və  çöl  şatları).  Yalnız  bir  istiqamətdə 
inkişaf edən kristala prizma şəkilli kristal deyilir (apatit, hornblend). 
Tekstura  süxurların  quruluşunda,  xarici  əlamətinə  görə  bir-
birindən  fərqlənməsini  göstərir.  Süxurların  əmələ  gəlmə  şəraitindən 
asılı  olaraq  tekstura  birinci  yaxud  ikinci  ola  bilər.  İlkin  struktur 
maqmatik  süxurlar  üçün  lavanın  soyuması  zamanı  əmələ  gəlir, 
lavanın  axması  zamanı  maye  faza  ilə  maqmadan  kristallaşmış  bərk 
kristallar  olduğundan  lavanın  hərəkəti  zamanı  bərk  kristalların 
məkanda  istiqamətli  paylanması  baş  verir.  İkinci  tekstura  tektonik 
proseslər zamanı baş verir. Bunlar metamorfik süxurlar üçün xasdır. 
 Süxurların  məsaməliliyi  və  nəmliyi.  Süxurların  strukturu  və 
teksturası  süxurlarda  məsaməliliyin  və  çatlığın  əmələ  gəlməsi  ilə 
mürəkkəbləşir. 
Məsaməlilik  dedikdə  mineralların,  hissəciklərin  arasında,  süx-
urun  tərkibində  müxtəlif  mənşəli,  formalı,  ölçülü  boşluqlar  başa 
düşülür. Məsamələr süxurun daxilində müxtəlif forma və ölçüyə ma-
lik  olur.  Məsamələrin  ölçüləri  geniş  hüdudda  dəyişir.  Bu  gözlə 
görünəndən  başlamış  ultra  məsaməliliyə  qədər,  yəni  molekulun 
ölçüləri ilə müqayisə olunacaq qədər olur. Məsamələr həm açıq, həm 
də  bağlı,  yaxud  da  təcrid  olunmuş  ola  bilər.  Ümumi  məsaməlilik 
süxurun  tərkibindəki  bütün  məsamələrin  cəminə  bərabərdir. 
Məsaməliliyin  öyrənilməsi  təkcə  mədən  geofizikası  üçün  yox,  eyni 
zamanda onların fiziki xassələrini öyrəndikdə böyük əhəmiyyət kəsb 


 
12 
edir.  Hal-hazırda  müəyyən  olunub  ki,  süxurların  elastik  xassələri 
təzyiqin 1000-1500 kq/sm qiymətlərində baş verir, bu çatlara bənzər 
məsamələrin bağlanması hesabına baş verir. 
Süxurlarda məsamələrin və çatların olması  süxurun tərkibində 
sərbəst və bağlı suların olmasına gətirib çıxarır. Bağlı su iki növ olur, 
biri  süxurla  möhkəm  əlaqəli,  digəri  isə  zəif  bağlı  olur.  Sərbəst  su 
ağırlıq  qüvvəsinin  təsiri  nəticəsində  hərəkət  edərək  süxurun 
əriməsinə  səbəb  olur.  Maqmatik  və  metamorfik  süxurlar  az 
məsaməliliyə malikdir. 
Kollektor  süxurlarda  məsaməliliklə  yanaşı,  süxurların 
nüfuzluğu (süxurların su, qaz buraxma qabiliyyəti) böyük əhəmiyyət 
kəsb edir. Süxurlar nüfuzluğuna görə çox fərqlənirlər. 
        
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə