Xələfli A. A



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə4/100
tarix06.02.2018
ölçüsü2,8 Kb.
#26718
1   2   3   4   5   6   7   8   9   ...   100

 
13 
II Fəsil  
SÜXURLARIN DİELEKTRİK XASSƏLƏRİ   
Mühitin  elektrik  xassələri  onun  dielektrik  nüfuzluğu,  xüsusi 
müqaviməti və dielektrik itkisi ilə təsvir olunur. 
Süxurun dielektrik nüfuzluğu elektrik xassəsinin vacib kəmiy-
yətlərindəndir  və  böyük  müqavimətə  malikdir.  Bu  kəmiyyətin 
öyrənilməsi  elektrik  kəşfiyyatında  dəyişən  cərəyandan  istifadə 
edilməsində böyük əhəmiyyət kəsb edir. 
Dəyişən  cərəyan  buraxılan  süxurda  baş  verən  hadisələrə 
dielektriklərin  polyarizasiyasının  nəzəri  müddəası  kimi  baxmaq 
lazımdır. 
 Dielektriklərin  polyarizasiyası.  Dielektriklər  atomlardan, 
molekullardan yaxud ionlardan ibarətdir və keçirici metallardan fərq-
li olaraq nəzərə çarpacaq dərəcədə Yerinii dəyişən sərbəst elektrona 
malik  deyil.  Buna  görə  də  istənilən  dielektriklərdə  yüklü 
zərrəciklərin  yerdəyişməsi  məhduddur  və  əgər  maddə  polyar 
molekullara  malikdirsə,  onun  sahə  istiqamətində  qütbləşməsi 
müşahidə olunur. 
Elektrik sahəsinin təsiri ilə yüklü zərrəciklərin yerdəyişməsi və 
polyar 
molekulların 
istiqamətli 
düzülüşünə 
dielektriklərin 
polyarizasiyası deyilir. 
Polyarizasiya 
olunmuş 
dielektriklərin 
əsas 
elektron 
xüsusiyyətini  təsvir  edən  kəmiyyət  vahid  həcmdəki  elektrik 
momentidir  (I,)  başqa  sözlə  polyarizasiyanın  intensivlik  vektoru 
adlanır. Polyarizasiyanın intensivlik vektoru dielektrikin içində mənfi 
yükdən müsbət yükə tərəf yönəlir. 
Bircinsli  dielektriklərdə  gərginlik  vektoru,  elektrik  sahəsinin 
gərginliyi  E-yə  uyğundur  və  bunlar  arasında  düz  mütənasib  asılılıq 
mövcuddur I=

E;  burada 

  dielektrik  nüfuzluğu  adlanır.  Dielektrik-
lərin elektrik polyarizasiyası mürəkkəb fiziki hadisədir. 
Müxtəlif  struktura  malik  olan  dielektriklərin  polyarizasiuası 
mexanizmi  eyni  deyildir,  bununla  əlaqədar  olaraq  bir  neçə  növ 
polyarizasiya mövcuddur. Dielektriklər polyarizasiyaya görə iki sinfə 
ayrılır: yerdəyişmə polyarizasiyası və relaksasiya polyarizasiyası. 


 
14 
Elektron  yerdəyişmə  polyarizasiyası  elektrik  sahəsinin  təsiri 
nəticəsində  atomun  daxilində  elektronun  nüvəyə  nisbətən  elastik 
yerdəyişməsi kimi təsəvvür etmək olar. Elektronun nüvəyə nisbətən 
yerdəyişməsi  nüvə  ilə  elektron  arasında  mövcud  olan  və  bu 
yerdəyişməyə  maneçilik  törədən  kvazielastik  qüvvəyə  üstün 
gəlməsidir.  Dielektrikə  elektrik  sahəsi  ilə  təsir  etdikdə  kvazi  elastik 
qüvvə  nə  qədər  azdırsa,  dipolun  elektrik  momenti  bir  o  qədər  çox 
olur. 
Elektron  yerdəyişməsi  ilə  əlaqədar  olan  dielektrik  nüfuzluğu 
temperaturdan asılı olmamalıdır. Həqiqətdə isə elektron yerdəyişməsi 
ilə əlaqədar olan dielektrik nüfuzluğu temperatur artdıqca azalır. 
Elektrik  sahəsinin  təsiri  ilə  bir  yükə  malik  olan  ionun,    yüklü 
iona nisbətən yerdəyişməsinə ion yerdəyişmə polyarizasiyası deyilir. 
İon  polyarizasiyası  ion  qəfəsli  bərk  cisimlərdə  və  iona  malik  olan 
amorf dielektriklərdə təzahür edir. 
 Mineralların  dielektrik  nüfuzluğu.  Dielektrik  nüfuzluğunun 
böyük əhəmiyyəti təkcə süxurların dəyişən elektrik sahəsində özünü 
aparması deyil, eyni zamanda müstəqil əhəmiyyətə malik olmasıdır. 
Dielektrik  nüfuzluğunun  müxtəlifliyi  təcrübədə  həmin  mineralların 
bir-birindən  ayrılmasında  geniş  istifadə  edilir.  Minerallardan  mika, 
kvars,  azbest,  talk  təcrid  etmə  (izolyasiya)  işlərində  geniş  istifadə 
olunmağa  başlamışdır.  Dielektrik  xassəsinin  öyrənilməsi  dəyişən 
cərəyandan  geofiziki  kəşfiyyat  işlərində  və  böyük  geofizikada 
istifadə olunmasında çox vacibdir. 
Mineralların dielektrik nüfuzluğu iki tərtib hüdudunda dəyişir. 
Minerallar üçün ən kiçik qiymət 3 ətrafında, ən böyük qiymət isə 173 
rutildə təyin edilib. Mineralın bərkliyi Moos şkalasına görə kristallik 
qəfəsin  enerjisi  ilə  bağlıdır  və  vacib  sabit  kəmiyyətdir.  Kristallik 
qəfəsin  enerjisi  artdıqca  kristalın  bərkliyi  artır.  Müəyyən  olunub  ki, 
dielektrik  nüfuzluğu  azaldıqca  mineralın  bərkliyi  artır.  Maddələr 
üçün dielektrik nüfuzluğu hissəciklərin polyarizasiya olunması təkcə 
onun qiymətindən yox, vahid həcmdəki miqdarından asılıdır. 
 Süxurların  dielektrik  nüfuzluğu  və  onun  mineral 
tərkibdən asılılığı. Süxurlar tərkibinə və strukturuna görə mürəkkəb 


 
15 
obyekt  olduğundan  onun  fiziki  xassələrinin  kimyəvi  və  mineral 
tərkibindən  asılı  olaraq  qanunauyğunluğun  dəyişməsinin  təyin 
edilməsinə  çətinlik  törədir.  Süxurlarda  minerallardan  başqa  mineral 
sular və  məhlullar, bəzi süxurlarda neft maye fazası var. Süxurlarda 
maye fazanın miqdarı dielektrik nüfuzluğunun mütləq qiymətinə təsir 
edir,  bu  bəzi  hallarda  əsas  rol  oynayır,  xüsusilə  kiçik  tezliklərdə 
özünü daha aydın büruzə verir. 
Çökmə  süxurlarında  süxur  əmələ  gətirən  minerallardan  kalsit, 
dolomit və kvars çox yaolanlardandır. Kalsit və dolomitin dielektrik 
nüfuzluğunun  kvars  mineralının  dielektrik  nüfuzluğundan  çox 
olduğu müəyyən edilmişdir. Ona görə də tərkibində kalsit və dolomit 
mineralları  olan  süxurlarda  dielektrik  nüfuzluğu  kvarslı  süxurlardan 
böyük  olduğu  təyin  edilmişdir.  Metamorfik  süxurlarda  dielektrik 
nüfuzluğunun  kvarsitlərdə  mərmərə  nisbətən  az  olduğu  aşkar 
olunmuşdur. 
Maqmatik  süxurlar  mineral  tərkibinə  görə  çökmə  və 
metamorfik  süxurlardan  daha  mürəkkəbdir.  Maqmatik  süxurların 
tərkibində  bir,  iki  yox,  daha  çox  mineral  mövcud  olur.  Maqmatik 
süxurlarda  dielektrik  nüfuzluğu  əsasən  turş  və  əsasi  süxurlardan 
fərqlənir. 
Dielektrik  nüfuzluğu  əsasi  və  ultraəsasi  süxurlarda,  turş 
süxurlara  nisbətən  daha  çoxdur.  Deyilənlərdən  başqa  müəyyən 
olunub  ki,  əsasilık  artdıqca  dərinlik  də  artır  və  filiz  minerallarının 
miqdarı artır, bunun hesabına da dielektrik nüfuzluğu artır.  
 Nəmliyin dielektrik nüfuzluğuna təsiri. Bütün süxurlar təbii 
şəraitdə  müəyyən    miqdarda,  müxtəlif  dərəcədə  mineral  duzlarla 
zənginləşmiş  nəmliyə  malikdir  və  süxurun  dielektrik  nüfuzluğu  ilə 
mineral tərkibi arasındakı əlaqə mineralların bu və ya  digər dərəcədə 
nəm  örtüklə  üzünün  örtülməsi  ilə  bağlıdır,  xüsusilə  də  bu  çökmə 
süxurlar üçün daha xarakterikdir. 
Süxurun  tərkibində  az  miqdarda  olan  nəmlik  dielektrik 
nüfuzluğuna  böyük  təsir  göstərir  və  onun  artmasına  səbəb  olur. 
Məlumdur  ki,    suyun  dielektrik  nüfuzluğu  81-ə  bərabərdir, 
minerallaşmış suyun dielektrik nüfuzluğu ondan da çoxdur. Müxtəlif 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə