Xələfli A. A



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə6/100
tarix06.02.2018
ölçüsü2,8 Kb.
#26718
1   2   3   4   5   6   7   8   9   ...   100

 
19 
III Fəsil 
SÜXURLARIN ELEKTRİK XASSƏLƏRİ 
Bərk cisimlər keçiriciliyin qiymətinə və mexanizminə görə üç 
dəstəyə  ayrılırlar:  keçiricilər,  yarımkeçiricilər  və  dielektriklər  (bərk 
elektrolitlər).  Ən  yaxşı  keçiricilər  metallar  və  onların  ərintiləridir. 
Onların xüsusi elektrik keçiriciliyi 10
3
-dən 10
6
 Om
-1
 sm
-1
 hüdudunda 
dəyişir.  Bunun  əksinə  olaraq  bərk  elektrolitlərdə  xüsusi  keçiricilik 
çox  kiçikdir  10
-9
  Om
-1
  sm
-1
.  Bu  iki  elektrik  keçiriciliyi  arasındakı 
vəziyyəti yarımkeçiricilər tutur, bu 10
4
-dən 10
-9
 Om
-1
 sm
-1
 qədərdir. 
Qeyd  etmək  lazımdır  ki,  keçiricilərlə,  yarımkeçiricilər  və 
yarımkeçiricilərlə  dielektriklərin  sərhəddində  kəskin  dəyişmə 
müşahidə olunmur. 
Metal  və  yarımkeçiricilərin  keçiriciliyi  eyni  daşıyıcılarla  yəni 
elektronlarla baş verdiyi şərtləndirilmişdir. Metal və yarımkeçiricilər 
arasında  əsas  fərq  daşıyıcıların  (hissəciklərin)  enerji  vəziyyətindən 
asılıdır.  Metallarda  aktivləşmə  enerjisi  sıfıra  bərabərdir,  ancaq 
yarımkeçiricilərdə  bu  0,1  birdən  bir  neçə  elektron  volta  qədərdir. 
Buna  görə  də  keçiricilər  yarımkeçiricilərdən  fərqlənirlər.  Ancaq 
keçiriciliyin  temperaturdan  asılılığı  başqa  xarakter  daşıyır.  Əgər 
metalların  maksimal  elektrik  keçiriciliyi  mütləq  sıfırdırsa, 
yarımkeçiricilər  bu  temperaturda  özlərini  izolyatorlar  kimi  aparır. 
Metallarla müqayisədə yarımkeçiricilərin az keçiriciliyə malik olması 
yarımkeçiricilərdə  keçiricilikdə  valent    elektronların  az  hissəsinin 
iştirak etməsi ilə izah olunur. 
Yarımkeçiricilərdə  və  dielektriklərdə  cərəyan  keçiricilərin  hə-
yacanlanma mexanizminin eyni olması bunları yaxınlaşdıran amildir. 
Buna baxmayaraq  yarımkeçiricilərdə cərəyan keçiricilər elektronlar-
dır,  ancaq  dielektriklərdə  keçiricilər  ionlardır,  bu  yarımkeçiricilərdə 
dielektriklərin  xassələrindən  fərqlənən  xassələr  yaradır.  Buradan 
görünür ki, zərrəciklərin mütəhərrikliyi eyni xarakterli deyildir. 
Elektronlar atomlar arası baryeri sərbəst keçir, ancaq ionlar bir 
ar qəfəsdən  ar qəfəsə keçmək üçün bu baryeri keçməlidir. Süxurların 
keçiriciliyi başqa fiziki parametrlərə nisbətən böyük hüdudda dəyişir. 
Bəzi minerallar metallar kimi keçiricilərə  aid edilə bilər, bəziləri isə 


 
20 
elə böyük müqavimətə malikdir ki, yaxşı izolyator kimi özünü aparır. 
Bir  sıra  filiz  mineralları  və  süxurları  özlərini  yarımkeçiricilər  kimi 
aparır.  Əslində  süxurların  çox  hissəsi  elektrik  keçiriciliyinin 
qiymətinə  görə  dielektriklərə  yaxındır.  Bununla  bağlı  olaraq 
dielektriklərin  elektrik  keçiriciliyinin  öyrənilməsi  zərurəti  meydana 
çıxır. 
 Dielektriklərin  elektrik  keçiriciliyi  haqda  qısa  məlumat. 
Məlumdur  ki,  dielektriklərdə  atomlar,  molekullar  və  ionlar  sərbəst 
olaraq  böyük  məsafəyə  hərəkət  edə  bilməz.  Eyni  zamanda  hər  bir 
dielektrikdə bir neçə zəif əlaqəsi olan yüklü hissəciklər var. Elektrik 
sahəsinin təsiri ilə bu hissəciklər nizamlı hərəkətə başlayaraq elektrik 
cərəyanı  yaradırlar.  Bu  cərəyanın  sıxlığı  bir  kub  santimetrdə  yüklü 
zərrəciklərin  miqdarından  asılıdır,  yükün  miqdarı  və  daşınma  sürəti 
aşağıdakı ifadə ilə təyin olunur 
j=nqv 
n-1  sm
3
  yüklü  hissəciklərin  sayı;  q-zərrəciyin  yükü;  v-yükün 
zərrəciyin daşınma sürəti. 
Yüklü zərrəciyin daşınma sürəti elektrik sahəsinin gərginliyi ilə 
mütənasibdir 
j=nquE 
u-yüklü zərrəciyin yürüklüyüdür. 
Dielektriklərdə cərəyan təkcə ionlarla yox, elektronlarla da ola 
bilər. Məlum materiallar var ki, temperaturdan asılı olaraq cərəyanın 
daşınmasında həm ionlar, həm də elektronlar iştirak edirlər. Məsələn, 
yodlu  mis  aşağı  temperaturlarda  elektron  keçiriciliyinə  malikdir. 
250

C-də  elektrik  keçiriciliyində  elektronla  birlikdə  ionlar  iştirak 
edir. 400

C-dən yuxarıda elektrik keçiriciliyində yalnız ionlar iştirak 
edir.  İon  keçiriciliyində  maddənin  daşınması  baş  verir,  bu  Faradey 
qanununa əsaslanır. Elektron keçiriciliyi Holl effekti ilə təyin olunur. 
Holl  effekti cərəyan keçən keçiriciyə maqnit  sahəsi  ilə təsir etdikdə 
keçiricinin  üzlərində  gərginlik  yaranır.  Bu  gərginlik  cərəyan  şiddəti 
və maqnit sahəsinin gərginliyi ilə düz nümunənin qalınlığı d ilə tərs 
mütənasibdir 
V=RJH/d 


 
21 
R-Holl  sabitidir  və  cərəyanın  daşıyıcılarının  sayı  n  və  yükün 
qiyməti q–dən asılıdır. 
Elektron  keçiriciliyində  R  mənfi  işarəli  olur,  deşik  keçirici-
liyində  isə  müsbət  işarəlidir.  Holl  sabitini  bilərək  heç  bir  çətinlik 
çəkmədən  hissəciklərin  mütəhərrikliyini  və  cərəyan  daşıyıcılarını 
aşağıdakı ifadədən təyin edə bilərik 
R=1/nq və  

=nqu 
Dielektriklərin ion keçiriciliyi təbii kristalda kristalın gövdəsini 
(karkas)  təşkil  edən  əsas  ionlardan  əlavə,  kristalın  tərkibində  başqa 
qarışıqların  ionu,  eyni  zamanda  qəfəsin  defekt  (zədə)    yerlərindəki 
ionlar həmişə mövcud olurlar. Ona görə də kristalın ion keçiriciliyin 
hansı  ionların  təşkil  etməsinə  görə  iki  tipə  ayırmaq  olar:  məxsusi 
(kristallik  qəfəsin)  və  qarışığın  ionları.  Xüsusi  keçiricilik  kristallik 
qəfəsin  əsas  ionları  ilə  baş  verir,  əsasən  yüksək  temperaturlarda 
təzahür edir. 
Kristallik 
dielektriklərdə 
elektrik 
keçiriciliyinin 
temperaturdan  asılılığı.  Dielektriklərin  elektrik  keçiriciliyi  yüksək 
dərəcədə temperaturdan asılıdır və onun ən vacib xüsusiyyətidir, bəzi 
hallarda elektrik keçiriciliyin mexanizmini təyin etməyə imkan verir. 
Disossasiya  olunmuş  ionların  sayı  n  temperaturdan  asılıdır  və 
aşağıdakı ifadədən təyin olunur 
n
t
=n

0
e

/kT
=n

0
e
-

/k
 
n

 -1 sm
3
 ümumi ionların sayıdır, 

-disossasiya enerjisidir, KT-
istilik enerjisidir. 
 Bərk 
dielektriklərdə 
səthi 
elektrik 
keçiriciliyi. 
Dielektriklərdə həcmi keçiriciliklə bərabər, səthi elektrik keçiriciliyi 
də  mövcuddur.  Səthi  elektrik  keçiriciliyi  materialın  absorbsiya 
xassəsindən  asılıdır.  Kristalın  səthində  adsorbsiya  yolu  ilə  nəmli 
təbəqənin  əmələ  gəlməsi  ilk  növbədə  maddənin  fiziki-kimyəvi 
xassəsindən  və  səthin  vəziyyətindən  asılıdır.  Bir-birinin  əksinə 
qütbləşən məsaməli, səthi çirkli və hamar olmayan maddələrdə səthi 
keçiricilik həddən artıq qiymətə çata bilər. Buna bənzər maddələrdə 
səthi  elektrik  keçiriciliyinə  atmosferin  nisbi  nəmliyi  də  böyük  təsir 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə