Xəstəlik və zərərvericilərə nəzarət laboratoriyası
Laboratoriya müdiri: b.ü.f.d Əzizova Namilə Hacı qızı
Əzizova Namilə Hacı qızı 14 may 1962-ci ildə Bakı şəhərində anadan olub. 1980-
ci ildə 5 №-li Kimya-Biologiya təmayüllü internat məktəbini bitirdikdən sonra,
1981-ci ildə Xarkov (Ukrayna Respublikası) Kənd Təsərrüfatı İnstitutunun Bitki
Mühafizəsi fakültəsinin əyani şöbəsinə daxil olmuş, 1986-cı ildə oranı bitirərək,
Azərbaycan ET Əkinçilik İnstitutunda əmək fəaliyyətinə başlamışdır. 1988-ci ildə
əyani aspiranturaya daxil alaraq, Ümumittifaq Bitki Mühafizəsi institutunun (Sankt
Peterburq) alimləri Şapiro İ.D. və Vilkova N.A.-nın rəhbərliyi altında "Şəki-
Zaqatala bölgəsində Qırmızıdöş zəlicə böcəyinin ( Oulema melanopus) bioloji
xüsusiyyətləri və say dinamikasının tənzimlənməsində davamlı taxıl sortlarının
əhəmiyyəti" mövzusunda dissertasiya müdafiə edərək, Biologiya elmləri namizədi
adını almışdır. Azərbaycan ETƏİ-da elmi işçi, böyük elmi işçi, aparıcı elmi işçi
kimi çalışmış və 2011-ci ildən "Xəstəlik və zərərvericilərə nəzarət"
laboratoriyasının müdiri vəzifəsinə təyin olunmuşdur. İşlədiyi müddətdə əsasən,
dənli taxıl bitkilərinin xəstəlik və zərərvericilərinin öyrənilməsi, xəstəlik və
zərərvericilərə davamlı yerli və intraduksiya olunmuş buğda, arpa, genotiplərinin
seçilməsi, yeni pestisidlərin sınaqdan keçirilməsi ilə məşğul olmuş, Seleksiya və
digər şöbələrlə yeni taxıl sortlarının yaradılması məqsədilə kompleks şəkildə
aparılan elmi işlərin icraçılarından biri olmuşdur.
“Azərbaycanın suvarma və
dəmyə şəraitində dənli taxıl bitkilərinin əsas zərərvericilərinin bioloji
xüsusiyyətləri və onlara qarşı mübarizə tədbirləri” mövzusunda doktorluq elmi-
tədqiqat işi üzərində çalışır.
Əlaqə tel: 551-61-30
Email:
namella@rambler.ru
Laboratoriyada çalışan elmi əməkdaşlar:
İbrahimov Ehtibar Rəhim oğlu - aparıcı elmi işçi, a.e.ü.f.d.
İbrahimov Ehtibar Rəhim oğlu 12.02.1966-cı ildə anadan olmuşdur. O,1988-
1993-cü illərdə Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının "Meyvə-
tərəvəzçilik və üzümçülük" fakultəsini bitirmiş və "Alim aqranom" ixtisası
almışdır. Əkinçilik ET İnstitutunda 1999-cu ildən elmi işçi kimi fəaliyyətə
başlamışdır. 2000-ci ildə "Fitopatologiya və bitki mühafizəsi" üzrə qiyabi
aspiranturada təhsil almışdır. Ehtibar İbrahimov 2013-cü ildə "Azərbaycanda
buğdanın sarı pasa (Puccinia striiformis west) effektiv davamlı genlərin
müəyyənləşdirilməsi və seleksiyada istifadəsi" mövzusunda dissertasiyasını
müdafiə edərək “aqrar elmləri üzrə fəlsəfə doktoru” elmi dərəcəsi adına layiq
görülmüşdür.
Email:
ehtibar_i@yahoo.com
Kərimova Şamama Ramiz qızı 5 iyul 1963-cü ildə Abcabədi rayonunun Kəbirli
kəndində anadan olmuşdur. 1980-ci ildə orta məktəbi bitirdikdən sonra 1981-ci
ildə S.Ağamalıoğlu adına Azərbacan Kənd Təsərrüfatı İnstitutunun «Bitki
mühafizəsi» fakültəsinə daxil olmuşdur. 1986-cı ildə institutu bitirib, ipəkçilik
ixtisasına yiyələnmişdir. İnstitutu bitirdikdən sonar Ağcabədi rayonunun Kəbirli
kəndində meyvə-tərəvəz üzrə, 1987-1997-ci illərdə isə həmin rayonun Qiyamadinli
kəndində ipəkçilik üzrə aqronom işləmişdir. 2007-ci ildən Azərbaycan ET
Əkinçilik İnstitutunun “Xəstəlik və zərərvericilərə nəzarət” laboratoriyasında
böyük elmi işçi vəzifəsində çalışır, dissertantdır, “Yerli və introduksiya olunmuş
buğda rüşeym plazmasından unlu şehə (Blumeria qraminis (dc)e.ospeer f sp.tritici)
davamlı genotiplərin seçilməsi, xəstəliyin məhsuldarlığa və bəzi fizioloji
parametrlərə təsirinin öyrənilməsi”, “Müxtəlif stress amillərinə davamlı, ekoloji
adaptiv xüsusiyyətlərə malik, yeni yüksək məhsuldar və keyfiyyətli payızlıq buğda
sortlarının yaradılması, tətbiqi və yayımı”və “Buğda bitkisində təsərrüfat qiymətli
əlamət və xüsusiyyətlərin genetik əsaslarının tədqiqi” mövzuları üzərində çalışır.
Hacıyeva Esmira Əlinağı qızı 1962-ci ildə Gəncə şəhərində anadan olmuşdur.
1970-1980-ci illərdə Gəncə şəhəri 23 saylı orta məktəbdə təhsil almışdır. 1982-ci
ildə C.Ağamalıoğlu adına Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun aqrokimya
torpaqşünaslıq fakültəsinə daxilolub, 1987-ci ildə institutu bitirmişdir. Hal-hazırda
böyük elmi işçi vəzifəsində çalışır, dissertantdır, “Respublika ərazisində üzüm
bağlarında alaq otlarına qarşı inteqrir mübarizə tədbirlərinin işlənib hazırlanması”
mövzusu üzərində çalışır.
Aslanova Könül Kamilpaşa qızı 1977-ci ildə Tovuz rayonunda anadan olmuşdur.
1994-cü ildə S.Ağamalıoğluadına Azərbaycan Kənd Təsərrüfatı Akademiyasına
daxil olmuş, İxtisasım aqronom bitki mühafizəsi üzrə 1998-1999-cu ilə qədər
Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Dövlət Bitkilərin Karantini
müfəttişliyi müəssisəsində 1-ci dərəcəli müfəttiş işləmişəm. 2001- ci ildən
Əkinçilik Elmi-Tədqiqat İnstitutunda elmi işçi vəzifəsində çalışır, doktorantdir,
“Müxtəlif stress amillərinə davamlı, ekoloji adaptiv xüsusiyyətlərə malik, yeni
yüksək məhsuldar və keyfiyyətli payızlıq buğda sortlarının yaradılması, tətbiqi və
yayımı” mövzusu üzərində çalışır. Bir sıra xarici ölkələrdə təlim kursları
keçmişdir. Seminar və konfranslarda iştirak etmişdir.
Email:
konul_ak@yahoo.com
İsmayılova Gülnar Zakir qızı 1989-cu ildə anadan olmuşdur. 2006-cı ildə orta
məktəbi bitirdikdən sonra, 2006-2011-ci illərdə Bakı Dövlət Universitetinin
“Biologiya” ixtisası üzrə bakalavr, 2014-2016-cı illərdə Azərbaycan Dövlət Neft
və Sənaye Universitetinin “Ətraf mühit və neft sənayesi” (TEMPUS) ixtisası üzrə
magistr pilləsi üzrə təhsil almışdır. 2017-ci ildə Əkinçilik Elmi Tədqiqat
İnstitutunun ”Bitki mühafizəsi” ixtisası üzrə doktoranturaya qəbul olunmuşdur.
2011-2017-ci illərdə orta məktəbdə Biologiya müəllimi, 2017-ci ildən etibarən
Əkinçilik Elmi Tədqiqat İnstitutunun “Xəstəlik və zərərvericilərə nəzarət”
laboratoriyasında kiçik elmi işçi vəzifəsində çalışır. “Yerli və introduksiya
olunmuş arpa genotiplərində unlu şeh xəstəliyinin (Blumeria graminis (DC) Speer
f. hordei) məhsuldarlığa və fizioloji göstəricilərə təsirinin tədqiqi” mövzusu
üzərində çalışır.
Sadıqov Şəhriyar Fateh oğlu 1989-cu ildə Bakı şəhərində anadan olmuşdur.
1995-2006-cı illərdə 49 nömrəli orta məktəbdə təhsil almışdır. 2006-cı ildə
Azərbaycan Beynəlxalq Universitetinin aqronomluq fakültəsinə daxilolmuş, 2010-
cu ildə bakalavr pilləsi ilə məzun olmuşdur. Hal-hazırda kicik elmi işçi vəzifəsində
çalışır, doktorantdır, “Azərbaycanda yerli və introduksiya olunmuş buğda
genotiplərinin yarpaqların sarı ləkə xəstəliyinin törədicisinə (Pyrenophora tritici –
perentis (Died.)Drechs.) davamlılığının tədqiqi” mövzusu üzərində çalışır.
Email:
shahriyar.sadikov@mail.ru
Laboratoriyanın fəaliyyət istiqamətləri:
“Xəstəlik və zərərvericilərə nəzarət” laboratoriyası “Bitki mühafizəsi ” şöbəsi adı
ilə 1950-ci ildə yaradılmış, elmı tədqiqat işlərinə isə 1952-ci ildən başlanmışdır.
Laboratoriya
yeni
sturukturadakı
fəaliyyətinə
Əkinçilik
İnstitutun
Modernləşdirilməsi Proqramına və Aqrar Elm Mərkəzinin 03 saylı 29 mart 2009-
cu il və Əkinçilik İnstitutunun 7/ş saylı 31 mart 2009-cu il tarixli əmrlərinə əsasən
başlamışdır. Hazırda laboratoriyada 8 nəfər çalışır ki, onlardan 6 nəfər elmi işçı, 2
nəfəri isə laborantdır.
Əhalinin ərzaq təhlükəsizliyinin təmin olunması üçün Kənd təsərrüfatı bitkilərinin
zərərli orqanizmlərdən (xəstəlk, ziyanvericilər, alaq otların və s.) mühafizə
olunması vacib məsələlərdəndir.Dünyanın bir çox ölkələrində olduğu kimi
Azərbaycanda da dənli taxıl bitkilərinin bir çox xəstəlik və zərərvericilərinə rast
gəlinir ki, bu da vegetasiya dövründə bitkilərin inkişafına və məhsuldarlığına ciddi
təsir göstərən əsas faktorlardan biri olaraq qalmaqdadır. Bir çox xəstəlik və
zərərvericilər taxıldan nəyinki yüksək məhsul alınmasına imkan vermir, hətta
bəzən yüzlərlə hektar sahəni qismən və ya tamamilə məhv edir.Buğda əkinlərində
xəstəliklərdən- sarı və qonur pas, toz və bərk sürmə, unlu şeh, helmintosporioz,
septorioz, fuzarioz yayılmışdır. Zərərverici həşəratlardan taxıllara əsasən ziyankar
bağacıq, zəlicə böcəyi, taxıl mənənələri, taxıl milçəkləri, taxıl mişarçısı və s. ziyan
vururlar.
Laboratoriyada Respublikanın müxtəlif zonalarında becərilən buğda, arpa,
qarğıdalı, ərzaq paxlalıları bitkilərində yayılmış zərərli orqanizmlərin - zərərverici
və xəstəliklərin növ tərkibi, yayılma arealı, bioekoloji xüsusiyyətləri, vurduğu
ziyanın və s. müəyyən olunması və onlara qarşı lazımı mübarizə tədbirlərinin
tətbiq olunmasına dair tədqiqat işləri aparılmış və aparılır. Yüksək məhsuldar,
xəstəlik və zərərverici orqanizmlərə kompleks davamlı taxıl sortlarının
yaradılması laboratoriyada prioritet istiqamətlərdən biridir.
Laboratoriyada hər il yüzlərlə yerli və introduksiya olunmuş buğda, arpa sortları,
perspektiv nümunələr, kolleksiya materialları əsas xəstəliklərə davamlılıqlarına
ğörə qiymətləndirilir və xəstəliklərə kompleks davamlı nümunələr seçilir. Təbii
şəraitdə seçilmiş davamlı nümunələr təkrarən sünii fonda öyrənilir.
Şəki- Zaqatala bölgəsində buğdanın kök çürüməsi, onun növ tərkibi və ziyankar
növləri (Fuzarium, Ofiobulus, Helmintosporium və s.), yayılma arealı, onların
məhsul itkisinə, dənin texnoloji və biokimyəvi göstəricilərinə təsiri öyrənilmiş və
onlara qarşı mübarizə tədbirləri işlənib hazırlanmışdır.
Son 10 ildə sarı pas xəstəliyinin geniş yayılaraq buğda əkinlərinə ciddi ziyan
vurması
müşahidə
olunmuşdur.Əkinçilik
Elmi-Tədqiqat
İnstitutunun
məlumatlarına görə buğdanın sarı pas xəstəliyinin güclü inkişafı nəticəsində
məhsul itkisi 30-40%, sürmə xəstəlikləri isə - 20-25% təşkil edir. Buğda bitkisinin
əsas göbələk xəstəliyi olan Sarı pasa dair institutda geniş tədqiqat işləri aparılır və
yüksək nəticələr alınmış davamlı genlərə malik hibrid materialları əldə
olunmuşdur. Belə ki, respublikanın Abşeron, Zaqatala, Tərtər, Qobustan, Cəlilabad
rayonları üzrə sarı pas xəstəliyinin 9 yeni rası müəyyən olunmuş və bu xəstəliyə
qarşı davamlı genlərə malik nümunələr seçilmiş və başlanğıc material kimi
seleksiyada tətbiq olunmaqla davamlı nümunələr əldə olunmuşdur.
Bir çox ölkələrdə artıq ciddi təhlükə yaratmış Buğda bitkisində Gövdə pas xəstəliyi
artıq respublikamızda öz ilkin fəsadlarını göstərmişdir. Respublika ərazisində
becərilən taxıl sortlarında yüksək sirayətlənmə qeyd olunmuşdur.
Müəyyən olunmuşdur ki, Azərbaycan ərazisində dənli-taxıl bitkiləri sahəsində 200-
dən artıq zərərverici həşərat növü mövcuddur ki, bunlardan 25-i daha geniş
yayılmış və müxtəlif illərdə əkin sahəsinə ziyan vuraraq ciddi məhsul itkisinə
gətirib çıxarır. Periodik olaraq əkin sahələri gəmiricilərin, zərərli həşəratlardan
Çəyirtkələr, Ziyankar bağacıq, Karabid taxıl böcəyi və s. təsirinə məruz qalır.
Məlumdur ki, bir çox zərərvericilər - zəlicə böcəyi və ziyankar bağacıq və s.
periodik olaraq əkin sahələrinə ciddi ziyan vurarlar. Bu məqsədlə, buğda və arpa
əkinlərində müşahidə olunan əsas zərərvericilərin növ tərkibi müəyyən olunmuş,
onların yayılması, sıxlığı, qidalanma əlaqələri, inkişafı, zərərvurma həddi,
zədələnmənin bitkinin məhsuldarlığına və dənin keyfiyyətinə təsiri öyrənilmişdir.
Müxtəlif sortların əsas zərərvericilərlə zədələnmə səviyyəsi öyrənilərək, davamlı
nümunələr seçilir və bu nümunələrdə davamlıq faktorlarının öyrənilməsi ilə bağlı
tədqiqatlar davam etdirilir. Zəlicə böcəyi və ziyankar bağacığa qarşı davamlı
sortların seçilməsi və davamlılığı təmin edən faktorların öyrənilməsinə dair
tədqiqatlat aparılır.
Laboratoriyada 10 ilə yaxındır ki, Taxılçılıq elm mərkəzləri(ICARDA, CAMMYT)
ilə birgə tədqiqatlar aparılır. Birgə əməkdaşlıq sayəsində xəstəliklərə davamlı
hibrid və donorlar yaradılmışdır.
Əsas məqsəd:
-İnstitutun mandatına daxil olan (buğda, arpa, qarğıdalı, ərzaq paxlalıları) yerli,
CİMMYT və İCARDA-dan introduksiya olunmuş bitkilərin rüşeym plazmalarının
kompleks xəstəlik və zərərvericilərə davamlılıqlarının müəyyən edilməsi;
-Respublikanın suvarma və dəmyə şəraitində Böyük taxılçılıq və Fermer
təsərrüfatlarında fitosanitar fitosanitar vəziyyətin qiymətləndirilməsi;
-Xəstəlik, zərərverici və alaq otlarının yayılması, onların zərərvurma həddlərinin
müəyyən edilməsi və əsas zərərli növlərə qarşı mübarizə tədbirlərinin tətbiqi;
-Xəstəlik və zərərvericilərə qarşı səmərəli mübarizə tədbirlərinin aparılması üçün
elmi müəssisələr, regional və beynəlxalq təşkilatlarla əməkdaşlığın daha da
genişləndirilməsi.
Vəzifələr- Fitosanitar analizin aparılması:
-Respublikada dənli və paxlalı bitkilərin əkin sahələrində müşahidə edilən göbələk
xəstəlikləri törədicilərinin və zərərvericilərin növ tərkibinin müəyyən edilməsi,
onların bioekoloji xüsusiyyətlərinin öyrənilməsi;
-Taxıl bitkilərinin əsas xəstəlik törədicilərinin müxtəlif populyasilarının
növdaxili ras tərkibinin müəyyən edilməsi əsasında davamlı sortların yaradılması
Xəstəliklər və zərərvericilərin öyrənilməsi:
-Respublikanın müxtəlif torpaq-iqlim zonalarında becərilən taxıl və paxlalı
bitkilərin xəstəlik və zərəvericilərinin etiologiyası, yayılması və inkişaf dinamikası
qanunauyğunluqlarının öyrənilməsi;
-Əsas xəstəlik və zərərvericilərin diaqnostikası üzrə effektiv metodların seçilməsi,
ayrı-ayrı bölgələrdə sortlar üzrə xəstəlik və zərərvericilərin monitorinqinin həyata
keçirilməsi, immunoloji, aqrotexniki, kimyəvi və digər mübarizə tədbirləri
sisteminin işlənib hazırlanması;
-Yeni kimyəvi bitki mühafizə preparatlarının sınağı, onların ekoloji təhlükəsiz və
rasional qaydada tətbiqinin müəyyən edilməsi.
İnteqrir mübarizə tədbirləri:
-Müxtəlif torpaq-iqlim şəraitinə uyğun olaraq intensiv texnologiya ilə becərilən
taxıl bitkilərinin əsas zərərli orqanizmlərdən qorunması məqsədilə bütün mübarizə
metodlarını özündə birləşdirən İnteqrir Mübarizə Sisteminin (İMS) işlənib
hazırlanması və tətbiqi
Davamlı nümunələrin yaradılması:
-İnstitutun mandatına uyğun olaraq buğda, arpa, qarğıdalı və paxlalı bitkilərin yerli
və beynəlxalq mərkəzlərdən (CİMMYT, İCARDA) alınmış sort nümunələrinin
təbii və süni sirayətləndirmə fonunda kompleks xəstəlik və zərərvericilərə qarşı
davamlılığının müəyyən edilməsi;
-Davamlı sortların seçilməsi və yaradılması prosesində istifadə etmək məqsədi ilə
sahib bitki və patogenin qarşılıqlı təsirinə əsaslanan fitopatoloji və genetik
parametrlərin müəyyənləşdirilməsi;
-Xəstəliklərə qarşı davamlı donorların müəyyən edilməsi, buğdanın sarı pas və
bərk sürmə xəstəliklərinə qarşı genetik davamlılıq bankının yaradılması.
Laboratoriya həmçinin fiziki və hüquqi şəxslərin taxıl və digər kənd təsərrüfatı
bitkiləri əkinlərində rast gəlinən xəstəlik və zərərvericilərin növ tərkibinin
müəyyən edilməsi, eləcə də onlara qarşı mübarizə tədbirlərinin seçilməsi, kimyəvi
və bioloji preparatların normalarının dəqiqləşdirilməsi və tətbiqi, digər bu kimi
xidmətlər də göstərir.
Xəstəlik və zərərvericilərə nəzarət laboratoriyası
Respublikada pas və unlu şeh xəstəliklərinin yayılması
E.R.İbrahimov, S.F. Sadıqov, K.K.
Aslanova, Ş.R. Kərimova
2016-cı ilin vegetasiya dovründə respublikamızin əksər taxıl becərilən
regionlarında pas xəstəlikləri (sarı, qonur və gövdə pası) əsasən sarı gövdə pasın
sirayətlənmə dərəcəsi yüksək olmuşdur. Xəstəliyin təsiri ilə bitkinin assimlyasiyaedici
orqanları olan yarpaq və gövdələri nekrozlaşaraq fotosintetik aparatı zədələnir. Bu da
öz növbəsində dənin kütləsinə, keyfiyyətinə və məhsuldarlığın aşağı düşməsinə mənfi
təsir edəcəkdir.
Qeyd etmək istəyirik ki, İCARDA tərəfindən pas xəstəliklərinin ras dəyişgənliyini
və məlum gen davamlılığının öyrənilməsi məqsədilə tələ pitomnikləri (6th LRTN-85,
9th İYRTN-80, 10thİSRTN-80) Əkinçilik İnstitutuna hər il göndərilir. Respublikada
olan mövcud raslara qarşı davamlı effektiv genlərin müyəyyən edilməsi məqsədi ilə,
tutucu pitomnikə aid müxtəlif gen davamlılığına malik olan test sort nümunələrinin
öyrənilməsi üzrə təcrübələr respublikanın ayrı-ayrı bölgələrində Cəlilabad, Qobustan,
Tərtər BTS-da və Abşeron YTT aparılmışdır. Bu il demək olar ki, sarı pasa aid olan
pitomnikdə illər uzunu davamlılıq göstərən Yr1 geni 40S səviyyəsində
sirayətlənmişdir. Bu genin sirayətlənməsi onu göstərir ki, artıq yeni bir aqressiv rasın
əmələlə gəlməsi mümkündür. Hətta Yr1 geni Qobustan, Cəlilabad BTS-də 20S
səviyyəsində yoluxmuşdur. Sarı pas xəstəliyinə davamlılıq göstərən yerli sort və
nümunələrin əksəriyyəti 90 %-ə qədər sirarayətləndirmişdir.
Patogenin epidemiya həddinə catmasına (sarı pas) əsas səbəblərdən biri,
respublikaya kənardan (xaricdən) gətirilən toxumların özəl şirkətlər tərəfindən geniş
sahələrdə becərilməsidir. Belə ki, gətirilən sortların əksəriyyəti respublikada mövcud
olan patogenə həssas olur və nəticədə törədici sahib bitkidə sürətlə yayılaraq yeni
aqressiv rasalar əmələ gəlməsinə səbəb olur.
Sarı pas xəstəliyi ilə yanaşı bu il gövdə pas xəstəliyi də artıq bölgələrdə geniş
yayımışdır. Belə ki, cari ildə gövdə pas xəstəliyi Abşeron, Qobustan, İsmayıllı, Qəbələ,
Şəki, Tərtər, Ucar, Bərdə, Gəncə və Tovuz rayonlarında tərəfimizdən qeydə alınmışdır.
Patogen digər bölgələrə nisbətən Qobustan BTS-də da geniş şəkildə yayılmışdır. Belə
ki, sort və numunələrin 90%-i 10-100 S səviyyəyə çatmışdır. Cəlilabad BTS-də
patogen sort və numunələrin 70%-ni 10-100S səviyyəsində, Tərtər BTS-də isə sort və
numunələrin 30%-i 5-80S səviyyəsində sirayətlənmişdir. Qalan yerlərdə isə 5-10 S
səviyyəsində olmuşdur.
Kənd Təsərrüfatı Nazirliyi bu işlərə ciddi nəzarət etməlidir. Ölkəyə gətirilən
toxum materialları mütləq test olunmalıdır. Belə getsə bir neçə ilə ölkədə becərilən
taxıl sahələrində xəstəlik epidemiya həddinə çatacaq.
Buğda bitkisi üzrə keçirilmiş monitorinqin nəticələri
2015-ci ilin may, iyun aylarında Azərbaycan Elmi Tədqiqat Əkinçilik İnstitutu və
AMEA Botanika İnstitutu Bioloji məhsuldarlığın fundamental problemləri şöbəsinin
birgə təşkilatçılığı ilə Respublikamızın müxtəlif torpaq iqlim şəraitinə malik,
taxılbecərilən ərazilərində xəstəliklər üzrə monitorinq keçirilmişdir. Monitorinqdə əsas
məqsəd Azərbaycan ərazisində yayılmış taxıl xəstəliklərinin qeydiyyatı, xəstəliklərin
inkişaf durumu, sirayətlənmiş sortlar və xəstəliklərin yayılma areallarıdır. Bu məqsədlə
Respublikanın Şimal bölgəsi (Quba, Xaçmaz), Şimal Qafqazın Dağlıq və Dağətəyi
(Qobustan, Şamaxı, İsmayıllı, Qəbələ, Şəki), Aran zonası (Tərtər, Bərdə, Yevlax,
Goranboy),Qərb Bölgəsi (Gəncə, Samux, Göygöl, Tovuz), Muğan (Cəlilabad) və
Abşeron zonasında monitorinqlər aparılmışdır. Monitorinqlərə hər iki institutun
mütəxəsisləri E. İbrahimov, Ş. Sadıqov, İ. Məhərrəmov, N.Əzizova, K. Aslanova, Ş.
Kərimova, iştirak etmişlər. Monitorinqlərdə Buğdanın pas xəstəlikləri (Sarı,
Qonur,Gövdə), yarpaq ləkə xəstəlikləri (Sarı ləkə, Septorioz, Helmintosporioz, Unlu
Şeh), toxumla yayılan sürmə (Toz, Bərk sürmə ), Kök və gövdənin çürümə xəstəlikləri
(Ofiobolus) müşahidə edilmişdir. Bundan əlavə olaraq Aran (Tərtər) bölgəsində buğda
altında olan torpaqlarda taxıl nematodu Ditylenchus dipsaci F. növü müşahidə
edilmişdir.
Monitorinqin nəticələrinə əsasən 2015-ci ildə ən geniş yayılmış və qismən
epidemiya halını almış xəstəlik Unlu şeh (Blumeria graminis), Qonur pas (Puccinia
tritici) və Yarpaq ləkə xəstəlikləri (Septoria və Sarı ləkə) olmuşdur.
Eyni zamanda qeyd etmək istəyirik ki, uzun illər depressiya vəziyyətində olmuş Gövdə
pas xəstəliytörədicisi son 3 ildə öz arealını genişləndirərək, Abşeron, Qobustan,
İsmayıllı, Qəbələ, Ucar, Tərtər, Gəncə regionlarında artıq (5-50S səviyyəsində)
yayılmaqda davam edir. Keçirilmiş monitorinqin marşrutu xəritədə qeyd olunmuş
xəstəliklərin adları bölgələr üzrə verilmişdir.
Azərbaycanda pas xəstəliklərinin monitorinqi
ƏETİ-nin təşəbbüsü ilə 17-19 may 2014- cü ildə Azərbaycan Respublikasının
müxtəlif regionlarında taxıl becırilən ərazilərdə monitorinq aparıldı.
ETƏİ-nun təşəbbüsü ilə 17-19 may 2014- cü ildə Azərbaycan Respublikasının
müxtəlif regionlarında taxıl becırilən ərazilərdə monitorinq aparıldı.Monitorinqin əsas
məqsədi Azərbaycanda taxıl becərilən sahələrdə pas xəstəliklərinin yayılması, sarı
(Puccinia striiformis f.sp. tritici) qonur, gövdə pası (Puccinia graminis) və gövdə
pasının aralıq sahibi olan zirinc bitkisi (Berberis vulgaris) olan yerlərinin GPS-lə
kordinatlarının müəyyənləşdirilməsi, zirinc bitkisinin yarpaqlarının alt hissəsində
yerləşən aecio sporların müəyyən edilməsi, uredinio sporlarının taxıl bitkisi üzərində
yayılma intensivliyinin aşağı və ya yüksək olması, regionlar üzrə taxıl əkilən bütün
sahələrin GPS -lə kordinatlarının qeydə alınması və həmin regionlardan pas
xəstəlikləri ilə sirayətlənmiş yarpaq nümunələrinin toplanıb ras tərkiblərinin
öyrənilməsi ilə əlaqədar olmuşdur. Bu məqsədlə ETƏİ-nun "Xəstəlik və
Zərərvericilərə nəzarət" laboratoriyasının aspirantı Aslanova Könül Kamilpaşa qızı
monitorinq aparmışdır. Monitorinq Azərbaycanın bir çox regionlarında yəni, müxtəlif
torpaq -iqlim şəraitində taxılçılıqla məşqul olan bir çox rayonlarda və ETƏİ-nun
təcrübə stansiyalarında - (Abşeron, Cəlilabad, Biləsuvar, Kürdəmir,Yevlax, Gəncə,
Tovuz,
Ucar,
Bərdə,
Tərtər,
Şəki, Oğuz, Qəbələ, İsmayılı, Qobustan)
aparılmışdır.Tədqiqatlar zamanı müəyyən olunmuşdur ki, 2013- cü ilə nisbətən 2014
cü il May ayında keçən anormal istiləşmə Sarı pas (Puccinia striiformis f.sp.
tritici)xəstəliklərinin inkişafı və kütləvi yayılması üçün əlverişli şərait olmamışdır.
Demək olar ki, Azərbaycanın bütün regionlarında pas xəstəliklərinin intensivliyi aşağı
olmuşdur.Lakin Tovuz rayonunda apardığım tədqiqat zamanı tovuz rayonunun dağ
kəndlərinin (GPS kordinantı: Elevation 1171, Latitude 40. 78687, Longitude
045.58540) birində zirinc bitkisi və həmin bitkinin yarpaqlarının alt tərəfində isə aecio
sporlar aşkarlandı. Monitoring apardığım zaman olduğum sahələrdən sarı pasla
sirayətlənmiş yarpaq nümunələri toplanıb hər il olduğu kimi ras tərkibini öyrənmək
üçün Danimarkanın Aarhus Univeristetinə göndərilmişdir.
Uzun müddətdən sonra buğda üçün təhlükəli hesab olunan xəstəlik artiq
müşahidə edildi
Buğda bitkisi digər bitkilər kimi özünün botaniki, fizioloji, aqrotexniki
xüsusiyyətlərinə uyğun olaraq vegetasiya dövründə bir sıra təhlükəli göbələk
xəstəlikləri ilə sirayətlənirlər. Bunlardan biri də gövdə pas xəstəliyidir.Gövdə pas
xəstəliyinin buğda bitkisində törədicisi - Puccinia graminis Pers. göbələyidir.
Xəstəliklə bitkilərin gövdələri, yarpaq və yarpaq qınları, bəzən isə sünbülün pulcuq və
qılçıqları da sirayətlənirlər. Sirayətlənmiş orqanlarda əvvəlcə göbələyin narıncı-qonur
rəngli uredoyastıqcıqları, vegetasiyanın sonunda isə qara rəngli teleytoyastıqcıqları
əmələ gəlir. Göbələyin uredo mərhələsi digər pas xəstəliklərindən fərqli olaraq yayın
ikinci yarısında (mum yetişmə fazasında) müşahidə olunur. Xəstəlik yüksək
ziyanvericilik xüsusiyyətlərinə malik olmaqla kütləvi yayıldığı illərdə məhsulun 90-
100% məhv olmasına gətirib çıxara bilir. Beləki xəstəlik fizioloji parametirlərə təsir
etməklə yanaşı törədici bitkinin gövdəsini zədələyərək onun epidermis təbəqəsini
tamamilə dağıdır və nəticədə gövdəni funksional baxımdan yararsız hala salır. Zəif
kulək, yağış və yaxud biçin zamanı sunbullər texnikanın təsirindən qırılaraq yerə
tökülür,
nəticədə
məhsul
məhv
olur.
Bunları qeyd etməkdə məqsəd, bu xəstəlik uzun müddətdir ki, respublikada
görünməməsinə baxmayaraq 2013-cü ildə Abşeron bölgəsində müşahidə edilmişdir.
Bu barədə məlumat verilmişdir. Bu təhlükəli xəstəlik cari ildə Gəncə Qazax bölgəsinin
Samux rayonu ərazisində müşahidə edilmişdir. Törədici əkin sahəsində olan Əkinçi-84
buğda sortunu sirayətləndirmişdir. Artıq bu xəstəliyin yayılma təhlükəsi vardır. Bu
xəstəliyin qarşısının alınması üçün taxıl becərilən zonalar mütəxəsislər tərəfindən
daima nəzarətdə saxlanılmalı və həssas bitkilərin becərilməsinə icazə verilməməlidir.
Əks halda bir neçə ildən sonra buğdanın məhsuldarlığı minum həddə çata bilər.
E.R. İbrahimov 05.06.2014
Arpa bitkisində göbələk xəstəlikləri
Bitki xəstəliyi-bütöv bitkini və ya onun ayrı-ayrı orqanlarını zədələyərək, bəzən
bitkinin vaxtından əvvəl məhv olmasına səbəb olan həyati proseslərin pozulmasıdır
(F.T.Brooks,1953)
2014-cü ilin aprel ayının III ongünlüyündə Tərtər BTS-da arpanın xətli
helmintosporioz (Helminthosporium gramineum) xəstəliyi bir neçə nümunədə
yayılmışdır. Abşeron YTT-nın arpa sahəsində may ayının I ongünlüyündə daş sürmə
(Ustilago
hordei)
müşahidə
edilmişdir.
E.R.İbrahimov., Ş. R. Kərimova
Göbələk xəstəliklərinin inkişafi
Xəstəliklərin inkşafı hava mühitindən asıli olaraq əlverişli şəraitin olmasından,
bitkinin və törədicinin biojoıi xüsusiyyətlərindən asılıdır. 2014-cü ilin aprel ayının I
ongünlüyündə Abşeron YTT-də unlu şeh (Erysiphe graminis f.sp.tritci) və sarı pasın
xəstəlik (Puccinia striiformis West) törədicilərinin inkişafı müşahidə edilmişdir.
2013-ci illə müqayisədə havaların soyuq keçməsi göbələyin inkişafını zəiflətmişdir.
Lakin aprel ayının II ongünlüyündə temperaturun nisbətən qalxması nəticəsində
törədicilərin inkişafının sürətlənməsi müşahidə edilmişdir. (Ibrahimov Etibar)
Gövdə pasi xəstəliyinin yayilmasi
Gövdə pası xəstəliyinin (Puccinia graminis Pers) Azərbaycan şəraitində 1975-ci ilə
qədər kütləvi şəkildə yayılmasına baxmayaraq, 1979-cu ildən hal-hazırki dövrədək
törədici depressiyaya uğramış və uzun müddət müşahidə edilməmişdir. Lakin 2013-cü
ildə vegetasiyanın son dövrlərində AETƏİ-nin Abşeron Yardımçi Təcrübə
Təsərrüfatında bu xəstəlik İCARDA-dan intraduksiya olunmuş 11thRWKLDN-
CWAC-12.N49 yumşaq buğda numunəsində müşahidə edilmişdir.Qeyd edim ki, aşkar
edilən gövdə pas xəstəliyinin törədicisi "Ug99" rası kimi o qədər də təhlükəli deyildir.
Bildiyimiz kimi "Ug99" rası taxıl fəsiləsinə aid olan yabanı və mədəni bitkilərin
əksəriyyətini güclü sirayətləndirərək bitkini məhv etmək qabiliyyətinə malikdir. Ancaq
Abşeron YTT-də qeydə alınan törədici yalnız həssas bitkilərə yoluxaraq onlara ziyan
vura bilər. Onu da qeyd edim ki, bu törədicinin inkişafı üçün əlverişli şəraitin
olmaması ilə yanaşı həssas bitkilərin çoxluğu üstünlük təşkil edərsə, törədicinin
yayılma ehtimalı artacaqdır. (Ibrahimov Etibar)
Göbələk xəstəliklərinin yayılması
2013-cü iIin mart ayının III- ongünlüyünün sonunda Azərbaycan Elmi Tədqiqat
Əkinçilik İnstitutunun Abşeron ekspermental bazasının təcrübə sahəsində Beynəlxalq
Mərkəzlərdən introduksiya olunmuş buığda nümunələrində (34 th İDYT-MD Miki2)
unlu şeh xəstəliyinin (Erysiphe graminis f.sp.tritci) və (34 th İDON-MD -
MRF1///Stj2///Lahan/Hcn) sarı pas xəstəliyi törədicisinin (Puccinia striiformis West)
inkişafı müşahidə edilmişdir.
Laboratoriyaya yeni alınmış motorlu çiləyici və tozlayıcı aparatın sınağı
Dostları ilə paylaş: |